Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   75   76   77   78   79   80   81   82   ...   102

 
235 
 
yaxşılaşdırılması;  elm  və  maariflənmə  sahələri;  ideoloji-
təbliğat  sahələri-azad  fikrin  və  ideyaların  tez-tez  meydana 
gəlməsi  üçün  şəraitin  yaradılması  və  lazımi  resursların  təşkil 
edilməsi;  insan  hüquqları  ilə  əlaqədar  olan  sahələr-  insan 
hüquqlarının  təmin  edilməsini  və  müdafiəsini  yerinə  yetirən 
qurumların  işinin  təşkili;  hüquq-mühafizə  və  müdafiə-
təhlükəsizlik sahələri; mədəniyyət və incəsənət sahələri; dövlət 
idarəetmə strukturlarının işinin təşkili-dövlət idarəçilik sahələri 
(bu  sahələr  bütün  sahələrdə  mövcuddur  və  hər  bir  vasitə, 
predmet  idarəetmə  sayəsində  müəyyən  məzmun  və  formaya 
malik olur); xarici siyasət və beynəlxalq münasibətlər sahələri-
buraya  diplomatik  əlaqələrdən  tutmuş  dövlətin  daxili  siyasəti 
ilə  uzlaşan  və  daxili  siyasətlə  əlaqəli  olan  bütün  sahələr  aid 
edilməlidir.  
 
Beynəlxalq münasibətlərdə dövlətin gücünün 
yaranmasının əsasları 
 
Bir  məsələni  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  dövlətin 
gücünü təşkil edən kompleks elementləri dərəcələndirsək, onda 
hesab etməliyik ki, bu elementlər içərisində ərazi (böyüklüyü) 
və  əhali  (çoxluğu)  amili  birinci  yerdə  qərarlaşmalıdır.  Digər 
komponentlər  (gücün  tərkibini  formalaşdıran  komponentlər) 
isə bu tərkibdən formalaşır. Qeyd olunduğu kimi, dövlət siyasi 
və  ictimai  qurum  olaraq  vahid  bir  güc  subyektidir  və  enerji 
mərkəzidir. Güc qüvvə tətibiqi sayəsində müəyyən hərəkətləri 
yaradan,  dinamikanı  təmin  edən  enerjini  meydana  gətirir  və 
enerji  də  öz  növbəsində  gücün  formalaşmasını  zəruri  edir. 
Dövlətin güclənməsi ilə onun hakimiyyətinin (hərəkət nöqteyi-
nəzərdən)  həm  daxildə,  həm  də  beynəlxalq  aləmdə  gücü  artır. 
Gücün  artması  dövlətin  resurslarının  həcminə  bağlı  olur.  Bu 
baxımdan  da  zəif  dövlətlə  inkişaf  etmiş  və  inkişaf  etməkdə 
olan dövlətin də gücü eyni səviyyədə olmur. (Qeyd: coğrafi və 
siyasi,  eləcə  də  iqtisadi  anlamda  inkişaf  etmiş,  inkişaf 


 
236 
 
etməkdə  olan  və  zəif  inkişaf  etmiş  dövlətlər  məfhumu 
işlənilir.
1
 Onu  nəzərə  almaq  lazımdır  ki,  bu  yanaşmalar 
nisbidir və müqayisə predmeti və obyekti xarakteri kəsb edir. 
İ
nkişaf  sonu  olmayan  və  daima  yüksəkliyə  doğru  cərəyan 
edən  hadisələr  zənciri  ilə  hərəkəti əks  etdirən bir vəziyyətdir. 
İ
nkişaf  trayektoriyası  davamlı  şəkildə  sonsuzluğa  doğru 
uzandığından,  “inkişaf  etmiş  dövlətlər”  sözünün  işlədilməsi 
də bir qədər düzgün deyil. Belə dövlətləri “inkişafın nisbətən 
yüksək  mərhələsində  olan  dövlətlər”  kimi  adlandırmaq  daha 
məqsədəuyğun olar).  
Dövlətin  siyasət  istiqamətlərini  də  onun  gücü  yaradır. 
Gücün  artması  prosesləri  bir  tərəfdən  istiqamətlərin  sayını 
çoxaldır,  baza  istiqamətlərin  tərkibini  zənginləşdirir,  digər 
tərəfdən  də  yeni  istiqamətlərin  yaranmasını  zəruri  edir. 
Məsələn,  dövlətin  iqtisadi  və  elmi  potensialının  artması  onda 
kosmik  sənayenin  və  digər  nəhəng  elmtutumlu  sahələrin 
inkişafı  üçün  şəraiti  yaradır.  Dövlət  resurslarını  zəngin-
ləşdirdikcə  daha  çox  elmtutumlu  sahələrin  inkişafında  maraq 
nümayiş  etdirir.  Məsələn,  Azərbaycanda  elmi  innovasiya 
sahəsində    texnoparkların  yaradılması  prioritet  məqsədlərə 
çevrilmişdir.      Elmtutumlu  sahələrin  inkişafı  zərurətdən  irəli 
gəlir.  Elmi-texniki  vasitələr  ardıcıl  olaraq  tətbiq  edilmək 
prinsipləri  əsasında  böyük  dəyişikliklər  yaradır.  Elmi-texniki 
vasitələr  zaman  və  imkanlar  baxımından  resursları  daha  da 
çoxaldır,  vasitələr  üzərində  təsir  keyfiyyətini  və  kəmiyyətini 
artırır.  Böyük  dəyişikliklər  yeni  vasitələri  və  yeni  müna-
                                                 
1
 Dünya Bankının Atlas metodundan istifadə etməklə ölkələrin 2010-cu il 
üçün hesablanmış Ümumi Milli Gəlir göstəricisinə əsasən qruplaşmasına 
görə Adambaşına düşən ÜMG-i 1005 və daha az ABŞ dolları olan ölkələr-
aşağı gəlirli, 1006-3975 ABŞ dolları olan ölkələr-aşağı orta gəlirli, 3976-
12275 ABŞ dolları olan ölkələr- yuxarı orta gəlirli, 12276 və daha çox ABŞ 
dolları olan ölkələr isə yüksək gəlirli ölkələr qrupuna aid edilir. 
“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası. Azərbaycan 
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq 
edilmişdir.  


 
237 
 
sibətləri, əlaqələri ortaya çıxarır. Yeni əlaqələr və vasitələr yeni 
gerçəklikləri  təzahür  etdirir  və  bu  da  nəticədə  inkişafı  ortaya 
çıxarır.  Bu  baxımdan  da  güclənmə  daima  şəbəkələşmə, 
şaxələnmə və mərkəzləşmə proseslərini özündə əks etdirir.  
Hər  bir  dövlətin  gücünü  yaradan  kriteriyalar  mövcuddur. 
Bu  kriteriyalara  həm  sahə  və  istiqamətlər,  həm  də  sahələrdə 
təsir  edən  və  təsirlərə  məruz  qalan  resurslar  (vasitələr)  aid 
oluna  bilər.  Dövlətin  güclü  olması  (burada  kompleks 
əhəmiyyət  kəsb  edən  elementlər  nəzərdə  tutulmalıdır)  onun 
daha  çox  beynəlxalq  münasibətlər  sferalarında  yüksək 
səviyyədə təsir etmək iştirakını yaradır. Məsələn, ABŞ, Rusiya, 
Çin  kimi  böyük  dövlətlərin  iştirak  etdikləri  beynəlxalq 
münasibətlər  sahələri  digər  kiçik  dövlətlər  üçün  iştirak 
imkanları  baxımından  mövcud  olmaya  bilər  və  ya  da  məhdud 
əsaslarla ola bilər. Güc dövlətin iştirak səviyyəsini (burada həm 
öz  daxilində,  həm  də  beynəlxalq  aləmdə)  və  sferasını  yaradır. 
Lakin  beynəlxalq  münasibətlərdə  dövlətlər  ona  görə  bərabər 
hüquqlar  əldə  edirlər  və  bərabər  hüquqlara  sahib  olurlar  ki, 
subyektlərin  (əsas)  subyektlərin  hər  biri  “dövlət”  adlanan 
formadır.  Dövlət  formasına  görə  tərəflər  arasında  qarşılıqlı 
razılaşmalar,  qarşılıqlı  vahid  iştirak  məzmunu  və  forması 
meydana  gəlir.  Burada  (beynəlxalq  münasibətlər  sferasında) 
rəngarənglik  var  və  bu  rəngarəngliyin  itməməsi  üçün  və 
müxtəlif  tərkibli  hissələrdən  ümumi  vahidin  (beynəlxalq 
münasibətlərin)  mövcudluğunun  təmin  olunması  baxımından 
vahid  qaydalar  yaradılır  və  xalqların  hüquqlarının  təmin 
edilməsi məsələsində də “insanlıq” dəyərindən baxılır. Hər bir 
şəxs,  -hansı  xalqa  və  dövlətə  məxsus  olmasına  baxmayaraq,- 
insandır.  Burada  böyük  dövlətlərin  böyük  gücləri  böyük 
potensiala  malik  olan  ərazilərin  tənzimlənməsi  üçün  vacib 
elementə  çevrilir.  Böyük  güc  müdafiə  və  təminetmə  üçün 
xüsusi  önəm  kəsb  edir.  Böyük  güc  həm  də  məxsus  olduğu 
tərəflər  üçün  məsuliyyəti  əmələ  gətirir.  Bu,  ideal  bir 
yanaşmadır. Reallıq isə ondan ibarətdir ki, böyük güc daima öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə