Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

63 
 
hacıları  oraya  yetirən  iti  gedən  dəvələrə,  əgər  Peyğəmbər(s)-in  vəsiyyəti  və  əhdi  olmasaydı, 
müxalifləri  fəlakət  xəndəyinə  atıb  ölüm  şimşəklərini onların  üzərinə  yağdırardım.  Onlar  tezliklə 
sözümün mənasını başa düşəcəklər».  
 
Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək istəməsi və Müaviyənin tənəsi. 
Tanınmış  İslam  tariçisi  İbn  Əbil  Hədid  yazır  ki,  Fatimə(s.ə)  mədinəlilərin  evinə  gedib  onları 
Əli(ə.s)-ni  himayə  etməyə  çağırırdı.  Müaviyənin  bu  barədə  həzrəti-Əli(ə.s)-yə  ünvanladığı 
məşhur müraciəti budur:  
«Adamların  Əbu  Bəkrə  beyət  edən  günü  gecə  öz  həyat  yoldaşını  dəvəyə  mindirib  Həsən  və 
Hüseynin əlindən tutub Bədr əhli və ilk müsəlman olanların yanına gedib onları öz tərəfinə dəvət 
etməyin  mənim  heç  yadımdan  çıxmır.  Zövcən  və  uşaqlarınla  birgə  sənin  haqqının  qaytarılması 
üçün onlardan kömək istədin. Xalqa dedin ki, gəlin Rəsulullahın yavərinə beyət edin, ancaq dörd-
beş  nəfərdən  başqa  heç  kim  sənin  sözünü  qəbul  etmədi.  Canıma  and  olsun,  əgər  sən  haqq 
olsaydın, onlar sənin sözünü qəbul edərdilər. Lakin sənin etdiyin iddia batil idi. Bilmədən dilinə 
bir söz gətirdin. Bacarmadığın və yetişə bilməyəcəyin bir şeyə (xilafətə) əl atdın. Səni xilafəti ələ 
keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin sözü sən yaddan çıxarsan da, mən unutmamışam. 
Dedin  ki,  əgər  qırx  nəfər  möhkəm  döyüşçüm  olsa  (tərəfdarım  olsa),  hökmən  mən  bunlarla 
döyüşərdim. Demək, müsəlmanların Allahı sənin tərəfində deyildir.»  
Malik ibn Nüveyrənin etirazı. 
«İltihabu-niranil-ihzan»  kitabının  xülasəsində  mühəqqiqlərdən  bəzisi  (Mühəqqiqi-Feyz)  belə  bir 
mətləbi qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:  
«Əbu  Bəkrin  beyəti  sona  yetən  zaman  Malik  ibn  Nüveyrə  (Mədinədən  bir  qədər  aralı  öz 
tayfasından  ayrı  yaşayan  Peyğəmbər(s)-in  vəfalı  səhabələrindəndir)  həzrəti-Mühəmməd(s)-dən 
sonra kimin xəlifə olacağını yaxından öyrənmək məqsədi ilə Mədinəyə gəldi. 
O gün cümə günü idi. Malik məscidə daxil olduqda Əbu Bəkrin Peyğəmbər(s) minbərində oturub 
xütbə oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman dedi:  
__ Bu, Təym tayfasındandır? 
Dedilər: 
__ Bəli.   
Malik soruşdu:  
__Rəsuli-əkrəm(s)-in  bizə  ona  itaət  və  dostluq  etməyi  tapşırdığı  şəxs  __    Vəsiyyi-Rəsulullah 
hanı? (yəni Əli(ə.s)) 
Müğeyrə ibn Şöbə dedi: 


64 
 
__ Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra başqa bir hadisə baş verir (əvvəl Əli(ə.s)-
nin xilafəti məsələsi var idi, indi başqasının.) 
Malik dedi:  
«Allaha  and  olsun,  heç  bir  hadisə  baş  verməmişdir.  Ancaq  siz  Allaha  və  Rəsuluna  xəyanət 
edibsiniz». 
Sonra O, Əbu Bəkrin yanına gəlib soruşdu:  
          __Ey Əbu Bəkr niyə Vəsiyyi-Rəsulullah (Əli(ə.s)) otura-otura minbərə sən çıxmısan? 
Əbu Bəkr sərt cavab verdi:  
__ Öz dabanına idrar edən (sidikləyən) bu ərəbi məsciddən qovun. 
Ömər, Xalid və Qunfuz hər üçü qalxıb onu döyüb təhqir edərək məsciddən zorla çölə çıxartdılar. 
Malik miniyinə minib bu şeri oxuya-oxuya Mədinədən öz yaşadığı yerə yola düşdü:  
«Biz Peyğəmbər(s) aramızda olana qədər ona itaət edirdik. Bəs ey müsəlmanlar, müsəlmanlarla 
Əbu Bəkr arasındakı bu münasibət hansı qanuna əsasəndir?! (mən hansı dəlilə əsasən ona beyət 
etməliyəm?) Əbu Bəkr öləndən sonra  Ömər onun  yerinə keçəcəkdir. Bu, çox sarsıdıcıdır. Ömər 
Əbu Bəkri müdafiə edir, onun eyiblərini örtür. Elə bil böyük bir cəmiyyətlə cihad edir və ya bir 
qəbrin  kənarında  əzadarlıq  edir.  Lakin  əgər  vəsiyyi-Peyğəmbər  qiyam  etsə,  biz  ona  dəstək 
verəcəyik». 
(Bəzi  kitablarda  şerin  axırıncı  misrası  belə  verilir:  «Əgər  qüreyşlilərdən  bizim  aramızda  coşqun 
xalq kütləsi hərəkətə gəlib haqqı tələb etsə, biz onlara arxa olarıq».) 
Malikin Xalid ibn Vəlidin əli ilə öldürülməsi. 
Elə  ki  Əbu  Bəkrin  beyəti  rəsmiləşib  sona  yetdi,  o,  xalqın  rəhbəri  təyin  olundu.  Bu  zaman  Əbu 
Bəkr Xalid ibn Vəlidi çağırıb ona dedi: «Sən şahidsən ki, Malik ibn Nüveyrə nə dedi?! Camaatın 
qarşısında necə mənə etiraz edib bizim əleyhimizə şerlər oxudu?! İndi diqqətli ol, biz onun məkr 
və  hiyləsindən  kənarda  qalmalıyıq.  Çox  guman  ki,  hakimiyyətə  zərər  yetirəcək.  Sən  onu  da, 
tərəfdarlarını da öldürüb, ailələrini əsir etməlisən. Çünki mürtəd olub zəkat vermirlər. Sənə qoşun 
verib onların üzərinə göndərirəm». 
Xalid  öz  qoşunu  ilə  Malik  ibn  Nüveyrənin  yaşadığı  Bitah  şəhərinə  hərəkət  etdi.  Malik  onun 
üstünə  qoşun  gəldiyini  eşitdikdə  qılıncını  götürüb  atın  yəhərini  bağlayaraq  müdafiə  olunmağa 
hazırlaşdı.  Malik  ərəb  cəngavərlərindən  sayılırdı.  Onu  yüz  döyüşçüyə  bərabər  bilirdilər.  Xalid 
Malikin  nəyə  qadir  olduğunu  bilirdi,  ona  görə  də açıq  döyüşdən  çəkinib  hiyləyə  əl atdı. Malikə 
söz  verdi  ki,  sən  amanda  olacaqsan.  Malik  onun  sözünə  inanmadı. Xalid  xeyli  and  içib  dedi  ki, 
heç  bir  hiylə  yoxdur.  Malik  onun  andlarına  inandı.  Hətta  Xalidi  qoşunla  birgə  qonaq  saxladı. 
Gecə  yarıdan  keçəndə  Xalid  silahdaşlarından  bir  neçə  nəfərlə  namərdcəsinə  Malikin  evinə 
soxulub onu öldürdü. Elə həmin gecə Xalid Malikin zövcəsi Ümmü Təmimi zorladı. Daha sonra 


65 
 
Malikin başını kəsib qazana qoydu. Həmin qazanda da o gecə qurbanlıq dəvə ətindən toy şənliyi 
üçün xörək bişirirdilər. 
Təəccüblü burasıdır ki, Xalid Malikin kəsilmiş başı içində bişmiş xörəkdən yeməyi öz qoşununa 
əmr etmiş, sonra Malikin tərfdarlarının qadınlarını dindən çıxmış, mürtəd kimi ittiham edərək əsir 
aparmışdı. 
Malikin müsibəti haqda Əli(ə.s)-nin mərsiyəsi. 
Malikin  faciəli  surətdə  qətlə  yetirilməsi  və  onun  qadınlarının  əsir  alınması  xəbəri  Əli(ə.s)-yə 
yetişəndə  çox  narahat  olub  buyurdu:  «Hamımız  Allah  tərəfindən  gəlmişik  və  Allaha  tərəf  də 
qayıdacağıq». 
Sonra isə onun üçün bu şeri oxudu:  
«Bir az səbir elə ki, hər bir çətinlikdən sonra asanlıq gəlir. Hər bir iş üçün vaxt və ölçü var. Qadir 
Allah bizim əhvalımızdan xəbərdardır. Allahın təqdiri bizim tədbirimizdən üstündür». 
Müəllif  yazır:  «Malikin  Xalid  tərəfindən  öldürülməsi  macərası  sünni  və  şiə  raviləri  tərəfindən 
qeyd olunmuşdur».  
Əbu Bəkr və Ömərin Malikin Xalid tərəfindən öldürülməsinə münasibəti. 
Əbu  Qutadə  Xalidin  qoşunundan  idi.  Xaliddən    bu  hiylə  və  cinayəti  görəndə  çox  narahat 
olmuşdu. Ata minib özünü tez Mədinəyə yetirdi. Əbu Bəkrin yanına gəlib bütün hadisəni olduğu 
kimi  onun  üçün  danışdı.  Bundan  sonra  Xalidin  sərkərdə  olduğu  orduda  xidmət etmədiyinə  and 
içdi. Əbu Bəkr dedi: «Xalid hiyləgərliklə ərəbin mal və sərvətini qarət etmiş və mənim qanunumu 
pozmuşdur». 
Ömər  ibn  Xəttab  məsələdən  xəbərdar  olanda  Əbu  Bəkrlə  çox  söz-söhbətdən  sonra  dedi: 
«Xaliddən qisas alınmalıdır». 
Xalid əynində üzünə dəmir çəkilmiş pambıq  köynək, kamanında  iki ox Mədinəyə qayıdaraq elə 
bu  görkəmdə  (qalibiyyət  və  sərkərdəlik  rəmzi  idi)  Mədinə  məscidinə  daxil  oldu.  Ömər  onu 
görəndə oxları onun başı üstündən götürüb sındırdı və dedi:  
__  Ey  öz  canının  düşməni,  müsəlmana  təcavüz  edib  onu  öldürürsən,  sonra  da  həyat  yoldaşını 
zorlayırsan?! Allaha and olsun, səni daşqalaq edərik. 
Xalid heç bir şey deməyib sakit dayanmışdı. Belə güman edirdi ki, Əbu Bəkrin də fikri belədir. 
Əbu Bəkrin evinə gedib xüsusi bir hiyləgərliklə ondan üzrxahlıq istədi. Əbu Bəkr onun hiylə dolu 
üzrünü qəbul edib, qisasına göz yumdu. 
Xalid  Əbu  Bəkrin  evindən  çölə  çıxdı.  Ömər  onu  məscidin  qapısında  gözləyirdi.  Xalid  Ömərə 
dedi:  
__Yanıma gəl, ey Ümmü-Tülmənin oğlu. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə