Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

72 
 
köynəyini  başıma  tutaram  və  Allah  dərgahına  nalə  çəkərəm.  Saleh  peyğəmbərin  dəvəsi    Allah 
dərgahında mənim övladlarımdan əziz deyildir». 
Salman  deyir  ki,  Fatimə(s.ə)-nin  yaxınlığında  dayanmışdım.  Allaha  and  olsun,  Peyğəmbər(s) 
məscidinin  divarlarının  yerdən  necə  aralandığını  gördüm,  belə  ki    o aralıqdan bir  şəxs  asanlıqla 
sivişib keçə bilərdi. Yaxına gəlib dedim:  
__ Ey alicənab xanım, ey mənim sərvərim! Allah Atanı bəşərin mərhəmət qayəsi qərar verdi. Siz 
camaatın əzaba düçar olmasına səbəb olmayın. 
Fatimə(s.ə)  evə  qayıtdı.  Məscidin  yarığı  birləşdi,  divarların  dibindən  toz  qalxıb  burnumuza 
doldu». 
Böyük ravi və alim Şeyx  Kuleyni İmam Baqir(ə.s) və İmam Sadiq(ə.s)-dən  nəql  edir ki, işin bu 
dərəcəyə yetişdiyini görən həzrəti-Fatimə(s.ə) Ömərin libasından çəkib buyurdu:  
__ Allaha and olsun, ey Xəttabın oğlu, əgər arada günahsız bəndələr də bəlaya düçar olmasaydı, 
yaxşı bilirsən ki, and içib Allaha pənah aparardım və tezliklə də Allah istədiyimi müstəcab edərdi. 
Həmçinin  rəvayət  olunur  ki,  Əli(ə.s)-ni  evdən  aparanda  Fatimə(s.ə)  Peyğəmbər(s)-in  köynəyini 
başına  tutmuşdu.  O,  Həsən(ə.s)  və  Hüsey(ə.s)-nin  əlindən  tutub  Əbu  Bəkrin  yanına  gəlib 
buyurdu:  
__  Mən  sənə  neyləmişəm?  İstəyirsən,  əmim  oğlunu  öldürüb  uşaqlarını  başsız  qoyasan?  Allaha 
and olsun, əgər pis olmasaydı, saçımı açıb, Allah dərgahında şivən edərdim. 
Əbu Bəkrin tərəfdarlarından bir nəfər ondan soruşdu:  
__ Nə qərara gəlirsən? Camaatın məhv olmağınımı istəyirsən? 
Onlar Əli(ə.s)-ni buraxdılar. Əli(ə.s) həzrəti-Zəhra(s.ə)-nın əlindən tutub evə apardı. 
Başqa bir rəvayətdə İmam Baqir(ə.s)-dən nəql olunur: «Allaha and olsun, əgər Fatimə(s.ə) saçını 
yolsaydı, hamı məhv olardı». 
İbn Əbil Hədidin qeydlərində Əli(ə.s)-dən beyətin alınması.  
Məşhur sünni alimi İbn Əbil Hədid Cövhərinin «Əssəqifə» kitabında belə yazılır:  
«Əbu Bəkr Ömərdən soruşdu:  
__ Xalid ibn Valid hanı?  
Ömər Xalidi çağırtdırdı. Əbu Bəkr Ömərlə Xalidə dedi:  
__ Gedin Əli(ə.s) ilə Zübeyri buraya gətirin. 
Ömərlə  Xalid  həzrəti-Zəhra(s.ə)-nın  evinə  gəldilər.  Xalid  qapıda  dayandı.  Ömər  evə  keçib 
Zübeyrdən soruşdu:  


73 
 
__ Əlindəki qılınc nədir? 
Zübeyr:  
__ Bu qılıncı əlimdə tutmuşam ki, Əli(ə.s)-yə beyət edim. 
Səhabədən  bir  neçəsi,  o  cümlədən  Miqdad  və  Bəni-  Haşimin  hamısı  evdə  idi.  Ömər  qılıncı 
Zübeyrin əlindən qapıb evdə olan daşın üstünə zərb ilə vuraraq sındırdı. Sonra Zübeyrin əlindən 
tutub çölə çıxartdı. O, Xalidə dedi:  
        __ Zübeyrdə gözün olsun. 
Xalid Zübeyri saxladı. 
Sonra Ömər Əli(ə.s)-nin evinə daxil olub ona dedi:  
 __ Qalx, beyət et!   
Əli(ə.s) beyətdən imtina etdi. Ömər Əli(ə.s)-nin əlini tutub dedi: 
 __ Ayağa qalx!  
O  Cənab(ə.s)  itaət  etmədi.  Nəhayət,  Ömər  O(ə.s)-nu  güc  tətbiq  edərək  çölə  çıxarıb  Xalidə 
tapşırdı. Xalidin  yanında  çox  adam  var  idi. Ömər  öz  yoldaşları ilə  birlikdə Əli(ə.s)  ilə  Zübeyri 
zorla  məscidə  apardı.  Camaat  hər  tərəfdən  axışıb  tamaşa  edirdi,  belə  ki  Mədinənin  küçələri 
adamlarla dolmuşdu. 
Fatimə(s.ə) Ömərin bu hərəkətini görəndə fəryad edib camaatın arasına gəldi. Bəni-Haşimdən və 
başqa qəbilələrdən qadınlar onu əhatəyə aldılar. Fatimə(s.ə) ucadan dedi:  
  __  Əbu  Bəkr,  nə  tez  Peyğəmbər(s)-in  Əhli-beytinə  hücum  etməyə  cəsarət  etdin!?  Allaha  and 
olsun, mən daha ölənə kimi Ömərlə kəlmə də kəsməyəcəm». 
Ravi yazır: «Elə ki Əli(ə.s) və Zübeyr beyət etdi, fitnələr yatdı. Əbu Bəkr Fatimə(s.ə)-nin yanına 
gedib Ömərin bağışlanmasını xahiş etdi». 
İbn Əbil Hədid (yuxarıdakı rəvayəti nəql edib öz fikrini bildirərək) qeyd edir: «Mənim fikrimcə, 
Fatimə(s.ə)-nin  son  nəfəsinə  qədər  Əbu  Bəkr  və  Öməri  dindirmədiyi  bir  həqiqətdir.  Xanım(s.ə) 
onlardan incik getdi. Vəsiyyət etdi ki, onlar onun cənazəsinə namaz qılmaqda iştirak etməsinlər. 
Bu  hadisə  bizim  səhabələrin  nəzərincə,  kiçik  günahlardan  sayılıb  bağışlanılması  mümkün  olan 
şeylərdir. Əlbəttə, yaxşı olardı ki, Əbu Bəkr və Ömər Fatimə(s.ə)-yə ehtiram edib onun yüksək 
məqamına hörmət edəydilər. Lakin onlar ixtilaf və təfriqədən qorxub məsləhət bildikləri işi yerinə 
yetirmişlər. Onlar dində möhkəm yəqinliklə böyük məqam sahibləridirlər. Əgər belə hadisələr də 
sübuta  yetirilmiş  olsa,  bu  böyük  günahlardan  sayılmır.  Əksinə,  kiçik  günahlardan  sayılaraq 
təvəlla və təbərra (dostluq və düşmənçilik) meyarı olmamışdır». (İbn Əbil Hədid. «Şərhi Nəhcül-
bəlağə»  VI  c,  səh.50)  İbn  Əbil  Hədidin  bu  mühakiməsi  düzgündürmü?  Belə  əməlləri  kiçik 
günahlardan hesab etmək olarmı? Özünüz mühakimə edin. 


74 
 
Peyğəmbər(s)-in  gözünün  nuru,  hər  iki  dünya  qadınlarının  xanımı  həzrəti-Fatimə(s.ə)-yə  qarşı 
güc tətbiq edilməsi. 
Əllamə  Məclisi  «Biharül-ənvar»  kitabında  Süleym  ibn  Qeys  Hilali  Kufiyə,  Əban  ibn  Əyyam 
Süleymə əsaslanaraq belə bir faktı qeyd edirlər: «Peyğəmbər(s) vəfat edəndə hələ cənazəsini dəfn 
etməmiş  müsəlmanlar  Rəsuli-əkrəm(s)  ilə  bağladıqları  əhd-peymanı  pozub  mürtəd  oldular  və 
Rəsulillah(s) tərəfindən təyin olunmuş yolun əksinə getdilər. 
Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə tutub, namaz qılıb, dəfn etdikdən sonra evə 
qayıdıb  Peyğəmbər(s)-in  vəsiyyətinə  əməl  edərək  «Quran»ı  tərtib  edib  tənzimləməklə  məşğul 
oııldu.  Bu  kimi  işlər  onu  baş  vermiş  hadisələrdən  kənarda  saxladı.  O  zaman  Ömər  Əbu  Bəkrə 
demişdi:  
__ Hamı sənə beyət edibdir. Təkcə bu kişi __ Əli(ə.s) və Əhli-beytindən başqa. Bir nəfər göndər 
ki, gəlib beyət etsin. 
Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:  
__ Get Əli(ə.s)-yə de ki, Peyğəmbər(s)-in canişininin dəvətini qəbul elə. 
Qunfuz  bir  neçə  dəfə  Əli(ə.s)-nin  yanına  gəlib  Əbu  Bəkrin  sözünü  ona  yetirdi.  Lakin  Əli(ə.s) 
beyətdən imtina etdi. 
Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, 
odun yığsınlar. Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-nin evinə yollandılar. 
Fatimə(s.ə)  qapının  arxasında  dayanmışdı.  Hələ  Peyğəmbər(s)-in  matəm  şalını  başından 
açmamışdı. O, Rəsulillah(s)-ın ayrılığından zəifləyib taqətdən düşmüşdü. Ömər qapıya yaxınlaşıb 
qapını döyərək ucadan qışqırdı:  
__ Ey Əbu Talibin oğlu, qapını aç. 
Fatimə(s.ə):  
 __ Ömər! Niyə biz matəmdə ola-ola bizdən əl çəkmirsən? 
Ömər:  
__ Qapını aç. Yoxsa evə od vurub yandıraram. 
Fatimə(s.ə):  
__ Ömər, Allahdan qorxmursanmı? İcazəsiz mənim evimə daxil olub hücum çəkirsən? 
Ömər  öz  fikrindən  dönməyib  qapıya  od  vurdu.  Yarı  yanmış  qapını  itələyib  içəri  daxil  olanda 
Fatimə(s.ə) onunla qarşı-qarşıya gəlib fəryad etdi:  
__ Ata can, ey Allahın Rəsulu! 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə