Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

75 
 
Ömər  qılıncı  qınındaca  qaldırıb  həzrəti-Zəhra(s.ə)-nın  qabırğa  nahiyəsinə  endirdi.  O  Xanımın 
naləsi göyə ucaldı. Ömər qırmancını havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə 
(s.ə) fəryad etdi:  
__ Ey atacan! 
Bu zaman Əli(ə.s) cəld gəlib Ömərin yaxasından tutub yerə vurdu. Ömərin burnundan qan açıldı. 
Həzrəti- Əli(ə.s) xəncəri çəkib onu öldürmək istəyəndə Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. 
Peyğəmbər(s) ona hər şeyə dözüb səbirli olmağı vəsiyyət etmişdi. Əli(ə.s) dedi: 
__Yaxşı  bilirsən  ki,  əgər  həzrəti-Mühəmməd(s)-in  vəsiyyəti  olmasaydı,    sən  mənim  evimə 
icazəsiz daxil ola bilməzdin. 
Ömər  fəryad  edib  köməyə  çağırırdı.  Bir  neçə  nəfər  onun  köməyinə  gəlib  Əli(ə.s)-nin  evinə 
doluşdu.  O  Həzrəti  çəkə-çəkə  məscidə  tərəf  beyət  etməyə  apardılar.  Fatimə(s.ə)  də  qapının 
kənarında  dayanıb  baxırdı.  Qunfuz  qırmancı  ilə  fatimə(s.ə)-ni  vurdu.  Həzrəti-Fatimə(s.ə)  vəfat 
edəndə  qırmancın  izləri  onun  qolunda  hələ  də  qalmışdı.  Sonra  Qunfuz  qapını  itələyib  açanda 
qapını Fatimə(s.ə)-nin böyrünə elə vurmuşdu ki, o Xanımın qabırğasının biri sınmışdı və bətnində 
olan  uşağı  məhv  olmuşdu.  Bu  hadisədən  sonra  həzrəti-Zəhra(s.ə)    yatağa  düşüb  aldığı  həmin 
zədələrdən də şəhadətə yetişdi. 
Qunfuza təşəkkür. 
Müəllif  yazırr:  «Süleym  ibn  Qeysdən  nəql  olunmuşdur  ki,  Ömər  ibn  Xəttab  bütün  işçilərin 
maaşının  yarısını  (büdcənin  azaldığına  görə)  cərimə  olaraq  onlardan  tutdu.  Lakin  Qunfuzun 
maaşını bütövlükdə ödədi. Süleym deyir ki, Peyğəmbər(s) məscidinə gedib gördüm ki, bir dəstə 
adam  məscidin  bir  küncündə  oturub  söhbət  edir.  Onların  hamısı  Bəni-Haşimdən  idi.  Təkcə 
Salman, Əbuzər, Miqdad, Məhəmməd ibn Əbu Bəkr, Ömər ibn Əbi Səimə və Qeys ibn Səd ibn 
Übadədən başqa. Bu yığıncaqda Abbas (Peyğəmbərin əmisi) Əli(ə.s)-dən soruşdu:  
__ Niyə Ömər başqa işçilər kimi Qunfuzun pulundan tutmadı? 
Həzrəti-Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş axıdaraq buyurdu: 
 __ Qunfuzun pulunu kəsmədi ki, ona bu yolla öz təşəkkürünü bildirsin. Çünki onun Fatimə(s.ə)-
yə  vurduğu  qamçının  izləri  həzrəti-Zəhra(s.ə)  vəfat  edənə  qədər  onun  qolunda  qolbaq  kimi 
qaralmışdı». 
İmam Həsə(ə.s)-nin Müğeyrə ibn Şöbəyə söylədikləri. 
Süleym ibn Qeys qeyd edir ki, İmam Həsən Müctəba(ə.s) öz ehticacında Müaviyə və tərəfdarları 
ilə  geniş  söhbət  edərkən  həzrəti-Əli(ə.s)-yə  nalayiq  töhmətlər  vuran  Müğeyrə  ibn  Şöbəyə 
buyurmuşdu: 
«Sən Allahın düşməni, «Quran»ın ziddinə gedən və Peyğəmbər(s)-i təkzib edən bir şəxssən. Sən 
Peyğəmbər(s) qızına əl qaldırdın. Onu yaralayıb bətnindəki uşağının məhv olmasına səbəb oldun. 
Cəsarətlə  Peyğəmbər(s)-in  ziddinə  gedib  o  Həzrətin  Fatimə(s.ə)-nin  şəninə  buyurduğu  kəlamı 
alçaq tutdun: «Sən behişt qadınlarının xanımısan». 


76 
 
Ey Müğeyrə, Allah sənin cəzanı versin, yalan sözlərinin günahının ağırlığını boynuna qoysun ». 
Feyz Kaşaninin yazılarında Əli(ə.s)-nin beyət etməsi. 
İslam  dünyasının  məşhur  filosoflarından  sayılan  Feyz  Kaşani  «Elmül-yəqin»  kitabında  həzrəti-
Əli(ə.s)-nin  evinə  hücum  olunması  barədə  «İntibahi  Niranül-əhzan»  kitabına  əsaslanaraq  belə 
qeyd edir:  
«Ömər azad olunmuş qullardan və münafiqlərdən bir neçəsini yığaraq Əli(ə.s)-nin evinə yollandı. 
Onlar qapını bağlı görüb ucadan səsləndilər:  
__ Əli, çölə çıx! Peyğəmbər(s)-in canişini səni öz hüzuruna tələb edir. 
Həzrəti-Əli(ə.s)  qapını  açmadı.  Onlar  evi  yandırmaq  üçün  qapının  ağzına  odun  qaladılar.  Ömər 
yenə qışqırıb dedi:  
__ Allaha and olsun, əgər qapını açmasa, evə od vuracağam. 
Fatimə(s.ə) onların evi yandıracağını başa düşüb qapını açdı. Onlar Fatimə(s.ə)-yə örtünmək üçün 
imkan vermədən qapını  itələdilər. O Xanım(s.ə) naməhrəmlərin gözü qarşısında qalmamaq üçün 
qapının arxasına keçdi. Ömər qapını itələdi. Fatimə(s.ə) qapı ilə divar arasında qalıb bərk sıxıldı. 
Bu zaman Ömər və yoldaşları evə soxuldudar. Həzrəti-Əli(ə.s) yerdə oturmuşdu. Onlar Əli(ə.s)-ni 
dövrəyə alıb yaxasından və qollarından tutaraq zorla məscidə tərəf apardılar. 
Fatimə(s.ə) özünü yetirib onlarla Əli(ə.s)-nin arasında dayanaraq buyurdu:  
__ Allaha and olsun, qoymaram, əmim oğlunu zülmlə məscidə tərəf aparasanız. Vay olsun sizə, 
nə  tez  Allaha  və  Rəsuluna  xəyanət  edib  Əhli-beytinə  zülm  etdiniz.  Halbuki  Peyğəmbər(s)  bizə 
itaət  etməyi  və  bizimlə  dost  olmağı  sizə  tapşıraraq  tövsiyə  etmişdi  ki,  bütün  işlərinizdə  bizdən 
yapışasınız. Allah da Müqəddəs kitablarda buyurdu:  
«Ey  Peyğəmbər,  xalqa  de  ki,  Əhli-Beytimə  məhəbbət  göstərməkdən  başqa  sizdən 
Peyğəmbərliyimə görə heç nə istəmirəm.»  
(«Şura» surəsi, 23) 
Ravi yazır: «Fatimə(s.ə)-nin bu sözü insanların çoxunun dağılışmasına səbəb olmuşdu.  
Ömər  bir  nəfərlə  orada  qalıb  əmisi  oğluna    belə  göstəriş  verdi:  «Əgər  Fatimə(s.ə)  müqavimət 
göstərsə, ona öz gücünü göstərməkdən çəkinmə». 
Qunfuz  qırmancla  Fatimə(s.ə)-nin  böyrünə  və  kürəyinə  elə  vurmuşdu  ki,  qırmancın  izləri 
bədənində qalmışdı. Həmin bu zərbələr də Peyğəmbər(s)-in  «Möhsün» adlandırdığı Fatimə(s.ə)-
nin bətnindəki uşağın siqt olmasına səbəb olmuşdu. Onlar əmirəl-möminin Əli(ə.s)-ni çəkə-çəkə 
məscidə  tərəf  Əbu  Bəkrin  qarşısına  gətirdilər.  Həmin  anda  Fatimə(s.ə)  hövlank  məscidə,  daxil 
olaraq  Əli(ə.s)-ni  onların  əlindən  almaq  istədi.  Lakin  bacarmadı.  Oradan  atasının  qəbri  üstünə 
gedib  ürək  yanğısı,  ah-nalə  ilə  ağlayaraq  belə  buyurdu:  «Atacan,  canım  kədər  və  qüssə  içində 
bədənimdə məhbus olubdur. Kaş bu qüssə və kədərlə birgə bədənimdən çıxaydı. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə