Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

100 
 
Tovhid__qəlblərinizi  şirk  və  bütpərəstlikdən  təmizləyərək  ürəklərimizi  iman  nuru  ilə 
işıqlandırmaq;  zəkat__insanpərvərlik,  məhəbbət,  mehribanlıq,  xeyirxahlığın  qəlblərinizdə 
yerləşməsi və sərvətlərinizin artması üçündür. 
Oruc  qəlblərinizin  hər  cür  çirkinlik  və  küdurətdən  təmizlənməsi,  pak  və  səfalı  olması,  eləcə  də 
insan  ruhunun  ali  və  ləyaqətli  məqamlara  yetişməyə  hazırlanması  üçün  əməli  bir  nümayiş  və 
imtahandır. 
Ədalət  cəmiyyətdə bərabərlik və  nizam-intizamın tənzimləyicisidir. Biz Əhli-beyt(ə.s)-in Allah-
təala tərəfindən bəşəriyyətə hakim və örnək seçilməyimiz, eləcə də Peyğəmbər(s) və Ailəsi(ə.s)-
nin  ardıcılı  olmağın  zəruriliyi  cəmiyyətdə  ixtilaf  və  çəkişmənin  aradan  qaldırılması 
səbəbindəndir. 
Cihad dini əzəmət və şövkəti qoruyan güclü bir qalxandır.  
Səbir müvəffəqiyyət şəfəqi, xoşbəxtlik bünövrəsi və məqsədə yetişmək yolunda bir vasitədir. 
Xeyir işlərə sövq etmə və pis işlərdən çəkindirmə cəmiyyəti fəsaddan qoruyur. 
Valideynə yaxşılıq Allahın mərhəmətini nazil, əzabını isə dəf edir. 
Qohum-əqrəbaya  kömək  etmək  uzun  ömrə,  işlərin  asanlaşmasına  və  dostların  çoxalmasına 
səbəbdir. 
Yalnız yaxşılıq etməklə çoxlu dost, arxa qazanmaq olar.  
Qisas xalqın asayişi, mal və qanını qorumaq üçündür. 
Yaxşılıq və nəzirlər Allah rəhmətini cəlb etmək üçündür. 
Alverdə ölçüyə düzgün riayət etmək ticarət və iqtisadiyyatın sürətlənməsinə, inkişafına səbəbdir. 
Allah-təala bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün şərab içməyi haram buyurmuşdur. 
Kobudluq  və  söyüş  söyməkdən  çəkinmək  onun  üçündür  ki,  nifaq,  özbaşınalıq  və  zorakılıq 
cəmiyyətdən silinsin. 
Oğurluqdan  çəkinməklə  insanlar  arasında  əmanət  və  iffətin  qorunması,  əl,  göz  və  qəlbin  pak 
qalmasına zəmanət vermək olar. 
Şirkdən  uzaq  olmaq  hamının  saf  niyyətlə  Allaha  itaət  etməsi  və  ondan  qeyrisinə  ürək 
bağlamaması üçündür. 
 «Kamil surətdə təqva və pəhrizkarlığa riayət edin. Müsəlman olmamış dünyadan getməyin. («Ali 
İmran», 107) 
 Bəndəliyin həqiqətinə riayət edin. Allahın əmr vənəhyini (halal və haramlarını), İlahi fərmanının 
əzəmətini unutmayın. Özünüzü cahillərin cərgəsində qərar verməyin.» 
 «Allahdan bəndələri içərisində ancaq alimlər qorxar.» («Fatir»,28) 


101 
 
(Allah dərgahında təqvalı və xoflu təkcə alimlər və xəbərdarlardır, nəinki bixəbər və qafillər).» 
Hidayət yolunun inkişafında həzrəti-Mühəmməd(s)-in qətiyyəti. 
«Ey  müsəlmanlar  !  Bilin  ki,  mən  Fatimə(s.ə)-yəm,  atam  Mühəmməd(s)-dir.  Hər  cür  səhv  və 
pislikdən uzağam. Məndən əsla yersiz söz, səbəbsiz əməl baş verməz: 
«(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz 
ona  agır  gəlir,  o  sizi  (sizin  iman  gətirməyinizi)  çox  istəyir,  möminlərə  qarşı  şəfqətli, 
mərhəmətlidir!» 
Bu  Peyğəmbər  sizin  qadınlarınızdan  birinin  yox,  mənim  atamdır.  Bu  Peyğəmbər  Əli  ibn 
Əbutalib(ə.s)-in  qardaşı  və  əmisi  oğludur,  nəinki  sizin  kişilərinizdən  birinin.  Mənim  atm  sizi 
pislik, batil əqidə və əməllərdən döndərən şəxsdir. Mənim atam sizləri gözəl moizə, nəsihət, dəlil 
və hikmətlərlə Allaha tərəf dəvət etdi. O, var qüvvəsi ilə müşriklərə qarşı çıxıb, onlarla mübarizə 
apardı.  Onların  başlarının  üstə  qılınc  saxlayıb  boğazlarını    elə  sıxdı  ki,  çarəsiz  qalıb  təslim 
oldular.  Atam  bütləri  sındırıb  Haqq  düşmənlərinin,  inadkarların  başını  əzdi,  kafir  başçılarının 
kürəyini yerə vurdu. Küfr və nifaq düyünlərini açıb, şeytanların dilini, münafiqlərin sözünü kəsdi. 
Beləliklə,  həqiqət  aşkar  oldu.  Onun  vücudunun  parlaq  nuru  mühitin  qaranlığını  yox  edib 
həqiqətləri izhar etdi. 
Atamın hidayət nurunda tovhid kəlməsi dillərdə əzbər oldu. Əvvəllər başqalarının pəncəsi altında 
əzilən heç bir qüdrət və ixtiyar sahibi olmayan bir parça ətdən başqa heç nə deyildiniz. Düşmənin 
hakimiyyəti  altında  çirkli  su  və  iyrənc  yeməklər  yeyərək,  xar  və  zəlil  olmuşdunuz.  Allah-təala 
Peyğəmbər(s)-in vasitəsilə sizi  bu alçaqlıqlardan  xilas etdi. Daha sonra qaraqəlbli, kindən ürəyi 
od tutub yanan bəzi adamlar dinc oturmayıb müsəlmanlarla döyüş tonqalını alovlandırdılar, lakin 
hər dəfə də Allah-təala bu alovları söndürdü». 
İslamın müdafiəsində Əli(ə.s)-nin rolu. 
«Nə zamandan şeytandan pis bir  əməl baş verirdisə, ya müşriklərdən hansınınsa düşmənçilik və 
ədavəti baş qaldırırdısa, o zaman Rəsuli-əkrəm(s) qardaşı Əli ibn Əbutalib(ə.s)-i həmin düşmənin 
qarşısına çıxıb onu məğlub etməyə göndərirdi. Onda Əli(ə.s) döyüşə girib öz vəzifəsini layiqincə 
yerinə  yetirirdi.  O  Həzrət  heç  vaxt  nəticəsiz  meydandan  geri  dönməzdi.  Əli(s)  düşmənin  qol-
qanadını ayağı altında əzərək müxaliflərin alov şölələrini öz qılıncı ilə yatırırdı. 
O,  ixlasla  üzərində  bütün  əziyyətlərə  Allaha  xatir  dözərək  İlahi  fərmanı  yerinə  yetirmək  üçün 
hədsiz dərəcədə səy  göstərirdi.  Əli(ə.s)  Peyğəmbər(s)-ə ən  yaxın insan idi. Onun Tanrı dostları 
arasında  xüsusi  əzəməti  vardı,  ancaq  siz  öz  eyş-işrət  fikrinizdə  idiniz.  Elə  həmişə  bunu 
gözləyirdiniz  ki,  bizim  ailəmizdə  bədbəxt  hadisələr  baş  versin.  Siz  düşmən  səfləri  ilə  üz-üzə 
gələndə geriyə çəkilərək döyüş meydanından qaçırdınız». 
İnsanların vəfasızlığı barədə. 
«Ey müsəlmanlar! Allah-təala öz Peyğəmbər(s)-ini bu fani dünyadan ənbiya və seçilmişlərin son 
məskəni olan əbədi dünyaya apardı. Ürəklərinizdə olan kin aşkar oldu. Üzünüzə çəkdiyiniz şəriət 
və din libasını cırıb yırtdınız. Künc-bucaqda gizlənən müxaliflər qol-qanad açdılar. Batil cəbhənin 


102 
 
havadarlarının  səsi  qalxdı.  Şeytanın  avazı  ucaldı.  Nəticədə,  münafiqlər  də  onun  səsinə  səs 
verdilər. Dünyapərəst və azğın adamlar zəlalət, fitnəkarlıq yolunu tutub şeytanın ardınca getdilər. 
Şeytan  sizi  aldanmış  tapdı.  Siz  onun  axarına  düşdünüz.  Onun  azca  işarəsi  ilə  acıqlanıb 
əsəbləşərək özünüzü itirdiniz. Öz əməllərinizin düzgünlük və ədalətini əldən verərək başqalarının 
hüququna    təcavüz  etdiniz.  Sahibi  olmadığınız  dəvənin  yüyənindən  yapışaraq  içməyə  haqqınız 
olmayan bulaqdan su içdiniz. 
Doğrusu,  nə  tez  öz  vəfanızı  itirdiniz,  nə  tez  sizin  hərislik  və  tamahınız  baş  qaldırdı.  Hələ 
ürəklərimizin yarası sağalmamışdı. Hələ Rəsuli-əkrəm(s)-in cənazəsi yerdə qalmışdı. O müqəddəs 
Vücud  bizim  gözlərimizin  qarşısından  yox  olmamış  öz  çirkin  işlərinizə  başladınız.  Tələsərək 
layiq olmadığınız yerləri tutdunuz.. Təəccüblü budur ki, elə zənn etdiniz ki, guya bu tələskənlik 
fitnənin qarşısını almaqdan ötrüdür. 
 Bilin ki, bu adamlar fitnə və qarışıqlıqda süqut etdilər. Cəhənnəm kafirləri udandır.  
Belə  hərəkətlər  sizdən  uzaqdır.  Necə  də  yalan  danışırsınız?!  Məgər  «Quran»  sizin  aranızda 
deyilmi?  Bütün  əmrləri  aydın,  həqiqətləri  aşkar,  halal  və  haramı  açıq-aydın  söyləyən  Allah 
kəlamını  kənaramı  qoydunuz? Tanrı hökmünün  əksinəmi  fitva  verirsiniz? Allah  kəlamına etiraz 
edirsiniz? Zülmkarlar necə də pis uçuruma yuvarlanıblar?!!! 
 «Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs 
axirətdə zərə çəkənlərdən olar». («Ali-İmran»,85) 
Siz  bu  müsibətli  böhranının  yatmasına,  qarmaqarışıqlıgın  aradan    getməsinə  dözmədiniz. 
Tələsərək  yel  vurub  fitnə  közünü  daha  da  alovlandırmağa  başladınız.  İnsanlar  arasında  fəsadı 
daha  da  gücləndirdiniz.  Şeytanın  dəvətini  qəbul  edib  yolunuzu  azdınız.  Haqq  dininin  nurunu 
söndürdünüz.  Peyğəmbər(s)-in  hökm  və  sünnətini  tərk  etdiniz.  Əsassız  bəhanələrlə  öz  çirkin 
məqsədlərinizi  icra  etdiniz.  Həqiqətdə  isə,  həzrəti-  Mühəmməd(s)-in  Əhli-beytinə  xəyanət  və 
zülmü rəva gördünüz. 
Biz sizin iti bıçaqlarınızın qarşısında səbir edib böhtan və tənələrinizə dözürük». 
Fatimə(s.ə)-nin Fədək haqqındakı dəlilləri. 
«Siz belə düşünürsünüz ki, biz Rəsuli-əkrəm(s)-in heç bir irsinə sahib deyilik? Məgər cahiliyyət 
dövrünün qanunlarına tabesiz? 
«Onlar  cahiliyyət  dövrünün  hökmünümü  istəyirlər?  Tam  qənaət  sahibi  olan  bir  camaat  üçün 
Allahdan daha yaxşı hökm verə bilən kimdir?» («Maidə», 50) 
Siz  mənim  Peyğəmbər  qızı  olmağıma  şübhəmi  edirsiniz?  Halbuki  gün  kimi  aydındır  ki,  mən 
Peyğəmbər qızıyam. 
Ey müsəlmanlar! Heç rəvadırmı, mən öz irsimdən məhrum olam? 
Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr)! «Quran»da yazılıbmı ki, sən öz atandan irs aparasan, lakin 
sənin əqidənə görə, mən atamdan irs aparmayım? 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə