Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc


«Allah  sizə  övladlarınız  barədə  tövsiyə  edir»



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə45/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

 
179 
«Allah  sizə  övladlarınız  barədə  tövsiyə  edir». 
(«Nisa»,  11)  mənası  bütün  insanların  yaxınlarına  şamil 
olan bir əmrdir». 
Bu  söhbəti  insanlar  o  alicənab  Xanımdan  eşitdikdə 
ürəkləri  yumşaldı.  Az  qaldı  ki,  qəlblərində  olan  kin  və 
ədavət əriyib getsin. 
Onlara  buyurdu:  «Ey  camaat!  Bizim  barəmizdə 
düşündükcə  Allahı  nəzərinizdən  qaçırmayın.  Bizimlə 
dostluq  edin.  Çünki  biz  Allah  bağının  yetişmiş 
meyvələriyik. 
Bilin və agah olun ki, biz sizin aranızda Allah dininin 
şüarıyıq. Bizim ehtiramımızı qoruyub saxlayın. 
Biz qeyb aləminin xəzinəsindən olan feyz və kəramət 
sahibiyik.  Hidayət  olanlar  haqq  yolunu  bu  məxəzdən 
öyrənirlər. 
Necə olur ki,  azad edilmiş qul  mənə  çatan  irsi  saxta 
hədislər əsasında əlimdən alır? 
Necə  ola  bilər  ki,  bizim  Mövlamız  (Atamız)  bizim 
üçün  heç  bir  şey  qoymayıb,  lakin  bizdən  olmayan  Təym 
tayfasına vəsiyyət edibdir? 
Sizcə,  bəlkə  biz  hidayətə  layiq  deyilik,  ancaq  Bəni-
Təym  hidayət  olunubdur?  Və  yaxud  sizin  fikrinizcə, 
Peyğəmbər(s)  bizi  başlı-başına  və  sərgərdan  buraxmışdır 
ki,  siz  də  elmli  və  xəbərdar  olandan  sonra  onun  səhvini 
düzəldəsiniz. 
Ey  camaat!  Bizə  insaf  gözü  ilə  baxıb  Rəsuli-
əkrəm(s)-in  hörmətini  qanmayıb  haqqına  riayət  etməyən 
bu iki nəfərin zülmündən dadımıza yetişin». 
Faıtimə(s.ə)  sözünü  qurtaranda  Əbu  Bəkr  cavab 
vermək  üçün  ayağa  qalxaraq  həmd  və  sənadan  sonra  belə 
dedi: 
 
180 
__ 
Ey Peyğəmbər qızı!  Atan Rəsulillah(s)  möminlərə 
qarşı  mehriban,  kafirlərə  qarşı  isə  qəzəbli  və  acıqlı  idi. 
Rəsuli-əkrəm(s) əsil-nəsəb cəhətindən sənin atan idi, başqa 
qadınların  yox.  O,  sənin  ərinin  qardaşı  idi,  başqalarının 
yox.  Peyğəmbər(s)  yalnız  onu  (Əlini)  hər  bir  mühüm  və 
böyük  iş  üçün  seçərdi.  O,  həzrəti-Mühəmməd(s)-in  ən 
yaxşı  yavəridir.  Sizi  xoşbəxt  adamlardan  başqa  heç  kim 
sevmir.  Bədbəxtlərdən  başqa  heç  kim  sizinlə  düşmənçilik 
etmir. Siz Peyğəmbər(s)-in pak itrəti olub, Allahın seçilmiş 
bəndələrisiniz.  Siz  bizi  səadətə aparan bələdçimiz,  behiştə 
sarı  yönəldən  rəhbərimizsiniz.  Sən,  ey  xanımlar  xanımı, 
Peyğəmbərin  ən  yaxşı  qızı!  Öz  sözlərində  doğru,  əql  və 
mərifətdə  isə  hamıdan  üstünsən.  Heç  kim  sənin  haqqını 
əlindən  almayıb,  sənin  sədaqətinə  heç  bir  söz  ola  bilməz. 
Allaha  and  olsun,  Rəsuli-əkrəm(s)-in  buyuruğundan 
çıxmamış,  o  Həzrətdən  iznsiz  bir  hərəkət  etməmişəm. 
Əlbəttə,  bir  tayfa  tərəfindən  seçilən  şəxs  camaata  yalan 
söyləməz.  Allah  şahiddir  ki,  mən  Rəsuli-əkrəm(s)-dən 
eşitmişəm:  «Biz  Peyğəmbərlər  özümüzdən  sonra  qızıl, 
gümüş,  malikanə  və  var-dövlət  irs  qoymuruq.  Bizim 
mirasımız elm, hikmət, kitab və nübüvvətdir. Bizdən miras 
qalan  dünya  malı  isə  bizim  vəfatımızdan  sonra  ümmətin 
rəhbəri  olan  şəxsin  ixtiyarındadır.  O  necə  məsləhət  bilsə, 
eləcə də ondan istifadə edə bilər». 
Mən  isə  sən  (Ey  Fatimə!)  tələb  etdiyinin  gəlirini 
(Fədəyin)  hərbi  sursatlar,  silahların  hazırlanması  üçün 
xərcləyirəm.  Müsəlmanların  fikri  belədir.  Biz  heç  vaxt 
istəmirik  ki,  hansısa  bir  mətləbi  səndən  gizlədək  və  ya 
sənin  haqqını əlindən alaq.  Mənim  ixtiyarımda olan sənin 
ixtiyarındadır.  Öz  var-dövlətimi  heç  vaxt  səndən 
əsirgəmərəm.  Sən alicənab  atanın ümmətinin  seyyidəsi  və 
Peyğəmbər(s)-in 
övladlarının 
(həzrəti-Zəhra(s.ə)-nın 


 
181 
övladları)  əziz  anasısan.  Biz  istəmirik  ki,  sənin  malını 
əlindən  alıb  Atan  və  Övladların  sarıdan  olan  böyük 
məqamını  inkar edək.  Sənin  hökmün  mənim əlimdə olana 
nüfuz  edə  bilər,  lakin  mən  atan  Rəsulullah(s)-ın 
qanunlarına müxalif çıxa bilmərəm. 
Həzrəti-Fatimə(s.ə) buyurdu: 
__ 
Sübhanəllah,  heç  vaxt  Rəsuli-Əkrəm(s)  müqəddəs 
Kitabın
__ 
  «Quran»ın əleyhinə olaraq bir söz buyurmayıb. 
Əksinə,  bütün  işlərində  «Quran»a  istinad  etmişdir.  Siz 
hiyləgərliklə  rəy  verməkdə  müttəfiq  olub  onun  üçün 
bəhanələr  gətirirsiniz.  Yalan  sözdən  qaçmırsınızmı?  Sizin 
bu  tədbirləriniz  münafiqlərin  Peyğəmbər(s)-in  zamanında 
tökdüyü 
tədbirlərə 
oxşayır. 
«Quran»da 
açıq-aydın 
buyurulur: 
«(Zəkəriyya  Allaha  dua  etdi  ki,  öz  dərgahından 
mənə  bir  oğul(vəli)  bəxş  et  ki,)  O  həm  mənə,  həm  də 
Yəqub  nəslinə  (onlara  lütf  edilmiş  Peyğəmbərliyə)  varis 
olsun.» (Məryəm, 6) 
«Süleyman  Davuda  (Peyğəmbərlikdə,  elmdə  və 
mülkdə) vərəsə çıxdı». (Nəhl, 16) 
Allah-təala  öz  qanun  Kitabında  aydın  və  geniş 
surətdə 
bütün 
irs, 
qanun, 
vərəsələrin 
növ 
və 
xüsusiyyətlərini  tamamilə  bəyan  etmiş,  qadın,  kişi 
varislərindən  hər  birinin  payı  barədə  açıq-aşkar  söz 
açmışdır. Belə ki bu  haqqda bir kimsədə heç bir şübhə və 
tərəddüd  yaranmır.  Deməli,  «Quran»  və  İslam  qanunları 
sizi bu işə vadar etməmişdir. 
«Xeyr  (Heç  də  dediyiniz  kimi  deyildir),  sizin  öz 
nəfsiniz  sizi  bu  işə  sövq  etmişdir  (çirkin  əməlinizi  sizə 
gözəl  göstərmişdir).  Mənə  yalnız  (tükənməz,  dözümlü) 
səbir 
gərəkdir. 
Dediklərinizdən 
(Yusif 
barəsində 
 
182 
dediklərinizin  yalan  olduğunu  sübut  etməkdən)  ötrü 
ancaq Allahdan kömək diləmək lazımdır!» («Yusif»,18) 
Xanım  Fatimə(s.ə)-nin  çıxışından  sonra  Əbu  Bəkr 
belə dedi: 
__ 
Şübhəsiz,  Allah  və  Rəsulunun  sözü  doğru, 
həqiqətdir.  Sən,  ey  Peyğəmbər  qızı,  düz  deyirsən.  Sən 
rəhmət,  hidayət  və  hikmət  mənbəyisən.  Sən  dinin 
ehkamlarından  və  haqqın  dəlillərindənsən.  Mən  sənin 
fikrini,  söylədiklərini  əsla  rədd  etmirəm,  lakin  hüzurunda 
oturan bu camaat,  hamımız  yekdilliklə  belə  fikirdəyik (ki, 
Fədəyin  ixtiyarı  əlimizdə  olub  ümumi  yolda  istifadə 
olunsun).  Mən  zülmkar  və  düşmən  deyiləm.  Əksinə, 
müsəlmanların rəyi ilə həmfikirəm. 
Fatimə(s.ə) üzünü insanlara çevirib buyurdu: 
__ 
Ey  çirkin  əməldən  qorxusu  olmayıb  sürətlə  batil 
sözə tərəf meyl edib yüyürənlər! 
«Onlar  «Quran»  barəsində  düşünməzlərmi?  Yoxsa 
ürəkləri  qıfıllanmışdır?  (yoxsa  ürəklərinin  öz  kilidləri 
vardır?)» («Mühəmməd», 24). 
«Xeyr,  zülmlərinin  və  pis  işlərinin  qaranlığı 
qəlblərinə qələbə çalmışdır». («Mutəffifin», 14)  
Nə pis xəyallara daldınız.  
«Qiyamət  günü  Allahdan  güman  etmədiyiniz 
(Əzab) görünəcəkdir».
75
 
«Yalan  danışanlar  (batil  söyləyənlər)  elə  oradaca 
ziyana uğrayarlar». («Qafir», 78)
76
 
 Fatimə(s.ə)-nin Peyğəmbər(s)-ə xitabən söylədiyi 
şerlər. 
                                                
75
 Bu mətləb «Zümər» surəsinin 47-ci ayəsindən əxz edilmişdir. 
76
 «Rəyahinüş şəriə» Ic, səh. 311. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə