Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

 
167 
__ 
Gəl, bu boş-boş danışıqlarını kənra qoy. Allaha and 
olsun, Əli(ə.s) əgər istəsə, sağ əlinə ehtiyac duymadan sol 
əli  ilə  bizi  məhv  edər.  Bizim  müvəffəqiyyətimizə  səbəb 
bunlardır:  birincisi,  O  təkdir  və  köməyi  yoxdur;  ikincisi, 
Əli(ə)  istəyir  ki,  həzrəti-Mühəmməd(s)-in  vəsiyyətinə 
uyğun əməl etsin. O, bizimlə Peyğəmbər(s)-in vəsiyyətinin 
xilafına  rəftar  etmir;  üçüncüsü,  ərəb  qəbilələrindən  hər 
birinin yaxınlarının onun əli ilə öldürülməsinə görə Əli ilə 
düşmənçilikləri  vardır.  Əgər  bu  amillər  olmasaydı,  xilafət 
qəti  surətdə  onun  əlinə    keçəcək  və  bizim  səyimizin    heç 
bir nəticəsi olmayacaqdır. 
 Xəttabın  oğlu!  Yaxşı  fikir  ver,  Əbutalib  oğlu  Əli 
məktubda  yazdığı  kimi  dünyapərəst  deyildir.  Bizim 
ölümdən  qorxub  qaçdığımız  kimi,  o  da  dünya  həyatından 
qaçır.  Belə  bir  adamın  ölümdən  nə  qorxusu?  (Axıra 
kimi.
72

Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça. 
Təbərsi  «Ehticac»  kitabında  Abdulla  ibn  Həsənə 
əsaslanaraq yazır: 
 «Əbu  Bəkr  Fədəyi  qəsb  edəndə  həzrəti-Zəhra(s.ə) 
bundan  xəbər  tutub  başına  çadra  örtərək  xidmətçiləri, 
Bəni-Haşim  qadınlarından  bir  neçə  nəfərlə  məscidə  gəlib 
Əbu Bəkrin və müsəlmanların qarşısında xütbə oxudu. (Bu 
xütbə  məzmun  cəhətdən  çox  ətraflı,  sağlam  məntiqə 
əsaslanmış və kəsərlidir.).
73
 
Həzrəti-Zəhra(s.ə) uzun paltar geymişdi. Yerişi sanki 
atası  Peyğəmbər(s)-in  yerişini  xatırladırdı.  Məscidə  daxil 
                                                
72
 Təbərsinin «Ehticac» kitabının tərcüməsi. Ic,səh.272-277 
 
73
 Bu xütbə İbn  Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» IVc, 
«Bəğatunnisa» səh.12, Təbərsi «Ehticac» Ic, səh.131-dən 149-a qeyd 
olunmuşdur. Onun tərcüməsi burada qısa şəkildə verilmişdir. 
 
168 
olanda  Əbu  Bəkr  mühacir  və  ənsarlardan  bir  dəstəsi  ilə 
oturmuşdu.  Pərdə  çəkdilər,  o  Xanım  keçib  pərdənin 
arasında əyləşdi. 
Həzrəti-Zəhra(s.ə)  bu  vaxt  yanıqlı  bir  ah  çəkdi,  belə 
ki  məsciddəkilər  təsirlənib  ağladılar.  Məclis  əzadarlıq  və 
matəm  məclisinə  çevrildi.  Hamı  bərk  kədərləndi.  Fatimə 
(s.ə)  bir  az  sükut  edib  camaat  sakitləşəndən  sonra  öz 
sözünə başladı. 
Həzrəti-Zəhra sözünə belə başladı:  
__ 
Allaha  sitayiş  edib  onun  maddi  və  mənəvi 
nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün dünyanı 
əhatə etmişdir, belə ki biz onları saymaq və təsəvvür etmək 
iqtidarında  deyilik.  Onun  sonsuz  nemətlərinə  şükr 
etməliyik.   Yalnız  bunun sayəsində uca  Allahın  bizə  bəxş 
etdiyi  nemətlər  bol  və  davamlı  ola  bilər.  Allahın  bol-bol 
nemətləri isə onun həmd və sitayəşinə səbəb olur. 
Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə, 
bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və ixlas isə insanın 
daxilində  olan  fitri  məsələlərdir.  Tovhidin  mərtəbələrinin 
əlamətləri  təfəkkür  və  iman  nuru  altında  zahirə  çıxır. 
Bizim  düşüncəmiz  Allahın  pak  zatını  dərk  etməkdə  aciz, 
nitqimiz isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk 
edə bilməz. 
O,  bütün  mövcudatı  əvvəli  və  maddəsi  olmadan 
yaradandır.  Mövcudatı  əvvəlkinə  bənzəmədən  xəlq 
etmişdir.  Öz  iradə  və  qüdrəti  ilə  özü  üçün  fayda  və 
mənfəət  nəzərdə  tutmadan  varlıq  mərhələlərini  təsvir  və 
tənzimləyən  Allahın  məqsədi  öz  qüdrət,  hikmət,  lütf  və 
məhəbbətini  bizlərə  anladıb  bildirməkdən  başqa  bir  şey 
deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və gözəl 
mükafata dəvət etdi. Onları üsyankarlıqdan,  itaətsizlikdən, 
əzab və qəzəbindən çəkindirdi. 


 
169 
Şəhadət verirəm ki, atam Mühəmməd ibn Abdulla(s) 
Allahın  qulu  və  rəsuludur.  Allah-təala  besətdən  qabaq 
qeyb  aləmində  onu  seçmişdir,  çünki  adamların  məqamı 
əzəl gündən qeyb aləmində məlum və müəyyən olmuşdur. 
Böyük  Allah  bütün  işlərin  aqibət  və  gedişatından 
xəbərdardır.  Onun  elmi  zamanın  asayiş  və  fəsadını,  eləcə 
də baş verən hadisələri əhatə edir. 
Böyük  Allah  öz  Rəsulunu  seçdi  ki,  Onun  əmr  və 
hökmləri  insanlar  arasında  aydınlaşıb,  cəhalət  və 
azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar. 
O Həzrət(s) peyğəmbərliyə seçiləndə bütün insanlar hələ o 
zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük 
Allahdan  qafil  və  azğın  idilər.  Allah-təala  o  Cənab(s)-ın 
vasitəsilə  insanları  cəhalət  və  qəflətdən  ayıltdı.  Allahın 
Rəsulu(s)  səbir  və  yenilməzliklə  insanların  hidayət  və 
nicatı  üçün  çalışmışdır.  Onları  düz  yola,  haqq  dinə  dəvət 
edərək  nur  və  feyz  dərgahına  hidayət  etmişdir.  Sonra  isə 
ilahi 
dini, 
haqq 
yolu 
və 
bəşərin 
vəzifələrini 
aydınlaşdırmışdır.  Nəhayət,  Böyük  Yaradan  həzrəti-
Mühəmməd(s)-i  öz dərgahına apardı. O, dünya zəhmətləri 
və  əziyyətlərindən  qurtulub  Allahın  rəhmət  dəryasına 
yaxın  mələkləri  ilə  həmsöhbət  və  mənus
74
  oldu.  Allahın 
salam və salavatı olsun ona! 
   Böyük ilahi əmanət sayılan «Quran»ın 
qorunması barədə. 
«Ey ənsar və mühacirlər! 
Siz  Allahın  bəndələrisiniz.  Siz  onun  hökmlərini, 
haram  və  halal  buyurduqlarını  icra  edənlərsiniz.  Siz 
Peyğəmbər(s)-in  hədis  və gətirdiyi göstərişlərin daşıyıcısı, 
eyni zamanda qoruyucusu sayılırsınız. Siz ilahi həqiqət və 
                                                
74
 Mənus, yəni alışmış, isinişilmiş. 
 
170 
İslam 
ayinlərinin 
qorunmasında 
var 
gücünüzlə 
çalışmalısınız. 
Diqqətli  olun  ki,  həzrəti-Mühəmməd(s)-in  çox 
qiymətli  və  əzəmətli  bir  əmanəti  olan,  habelə  səadət  və 
təkamülün kamil nüsxəsi sayılan səmavi kitab
__   
«Quran»ı 
olduğu  kimi  qoruyasınız.  Bu  kitab  Allahın  nur  və  kəsərli 
dəlilidir.  İlahi  qanunların  höccət  və  həqiqətlərinin  toplusu 
bu  kitabda  aydınlaşdırılmışdır,  belə  ki  əgər  onun 
qaydalarına  əməl  etsəniz,  səadət  və  təkamülün  ən  uca 
zirvəsinə  yetişər,  cəhalət  və  zəlalət  kimi  bədbəxtliklərdən 
nicat taparsınız. Elə bir kamilliyə yetişərsiniz ki,  başqaları 
sizin bu uca məqamınızın həsrətini çəkər». 
İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə. 
«Ey  müsəlmanlar!  Bilin  və  agah  olun  ki,  sizin  fərdi 
və  ictimai  vəzifələriniz  bu  səmavi  kitabda  gəlmiş,  haqqın 
dəlil  və  sübutları,  ilahi  hökmlər  «Quran»da  yazılmışdır. 
Həmin  bu  səmavi  qanunlar  sizin  səadətə  yetişməyiniz  və 
kamilləşməyiniz üçün təyin edilmişdir. 
Tovhid
__
qəlblərinizi 
şirk 
və 
bütpərəstlikdən 
təmizləyərək  ürəklərimizi  iman  nuru  ilə  işıqlandırmaq; 
zəkat
__
insanpərvərlik, 
məhəbbət, 
mehribanlıq, 
xeyirxahlığın  qəlblərinizdə  yerləşməsi  və  sərvətlərinizin 
artması üçündür. 
Oruc  qəlblərinizin  hər  cür  çirkinlik  və  küdurətdən 
təmizlənməsi, pak və səfalı olması, eləcə də insan ruhunun 
ali  və  ləyaqətli  məqamlara  yetişməyə  hazırlanması  üçün 
əməli bir nümayiş və imtahandır. 
Ədalət  cəmiyyətdə  bərabərlik  və  nizam-intizamın 
tənzimləyicisidir. 
Biz 
Əhli-beyt(ə.s)-in 
Allah-təala 
tərəfindən bəşəriyyətə hakim və örnək seçilməyimiz, eləcə 
də  Peyğəmbər(s)  və  Ailəsi(ə.s)-nin  ardıcılı  olmağın 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə