Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

 
151 
O  beyət  etmədi.  Dedilər:  «Əgər  beyət  etməsən,  səni 
öldürərik».  Buyurdu:  «Mən  Allahın  bəndəsi  və  Rəsuli-
əkrəm(s)-in  qardaşıyam,  əgər  məni  öldürsəniz,  günah 
işlətmiş olarsınız». 
Onlar  həzrəti-Əli(ə.s)-nin  bükülmüş    yumruğunu 
açmaq  istədilər.  O  isə  əlini  yumdu.  Bu  mənfurlar  o 
Cənabın  yumruğunu  aça  bilməyib  eləcə  əli  yumulu  halda 
Əbu Bəkrin əlini onun əlinə sürtdülər. 
İki təkanverici möcüzə. 
Məsudi sözünün ardını belə davam etdirir: «Bir neçə 
gündən  sonra  Əli(ə.s)  həmin  iki  nəfərdən  biri  (Əbu  Bəkr) 
ilə  görüşərək  ona  Allahı  xatırlatdı.  Bir  az  moizə  edəndən 
sonra buyurdu:  
__ 
İstəyirsənmi,  səni  Rəsulullahla  görüşdürüm,  sənə 
əmr və nəhy etsin? (yəni yaxşı işlərə sövq edib pis işlərdən 
çəkindirsin.) 
Dedi:  
__ 
Bəli 
Həzrəti-Əli  Əbu  Bəkr  ilə  birlikdə  Quba  məscidinə 
getdi.  Peyğəmbər(s)  ona  buyurdu:  «Ey  şəxs  (Əbu  Bəkr), 
mənimlə  bağladığın  əhdə  görə,  xilafət  Əli(ə.s)-nin 
öhdəsində olmalıdır. Xəlifə əmirəl-möminin Əli (ə.s)-dir». 
O, Əli(ə.s) ilə birlikdə məsciddən qayıdıb belə qərara 
gəldi  ki,  xilafəti  Əli(ə.s)-yə  təhvil  versin.  Lakin  dostu 
Ömər Əbu Bəkri bu işdən çəkindirib dedi:  
__ 
Bu, açıq-aşkar bir sehr olub, Bəni-Haşimin məşhur 
cadularındandır.  Məgər  unutmusanmı,  biz  səninlə  birgə 
İbn  Əbi  Kəbəşinin  yanında  olanda  iki  ağaca  əmr  etmişdi 
ki, birləşsinlər. O ağacların arxasında ehtiyacını ödəyəndən 
sonra  o  ağaclara  bir-birindən  ayrılmalarını  əmr  etdi. 
Həmən  onlar  bir-birindən  ayrılaraq  əvvəlki  vəziyyətinə 
qayıtdılar? 
 
152 
Əbu Bəkr cavab verdi:  
__ 
Sən  mənə  bu əhvalatı  xatırladanda  mənim  yadıma 
başqa  bir  əhvalat  düşdü.  Mən  və  o  (Peyğəmbər)  Sur 
mağarasında gizlənəndə əlini üzümə çəkdi. Sonra ayağı ilə 
işarə edib mənə dənizi göstərdi. Dənizdə Cəfəri–Təyyar və 
yoldaşlarını gəmi ilə üzən gördüm. 
Əbu  Bəkr  dostu  Ömərin  sözündən  təsirlənib  xilafəti 
Əli(ə.s)-yə  təhvil  vermək  fikrindən  döndü.  Onlar  Əli(ə.s)-
ni    öldürmək  qərarına  gəldilər.  Bir-birilə  məsləhətləşib 
Xalid ibn Vəlidi bu işi icra etmək üçün təyin etdilər. Əsma 
binti  Ümeys  məsələdən  agah  olub  əmirəl-möminin 
Əli(ə.s)-yə  xəbər  göndərdi.  Əsmanın  kənizi  Əli(ə.s)-nin 
evinə gəlib qapıda dayanaraq bu ayəni ucadan oxudu: 
 «Bunlar  səni  öldürmək  üçün  məşvərət  edirlər. 
Tezliklə 
şəhərdən 
çıx. 
Mən 
sənin 
xeyrini 
istəyənlərdənəm».
66
 
Bu 
zaman 
Xalid 
qılıncı 
paltrınının 
altında 
gizlətmişdi.  Belə  sözləşdilər  ki,  məsciddə  imam  camaat 
(namazda)  axırıncı  salamı  verəndən  sonra  Xalid  qalxıb 
Əli(ə.s)-ni öldürsün. 
Xalidin  namazda  qurcalanmasından  camaat  elə  başa 
düşdü  ki,  guya  o,  namazını  səhv  qılmışdır.  Bu  zaman 
imam camaat (Əbu Bəkr) axırıncı salamdan qabaq dedi:  
__ 
Ey Xalid,  sənə  verdiyim tapşırığı   geri götürürəm. 
Heç nə eləmə! 
Fədəyin qəsb olunması. 
                                                
66
 Yuxarıdakı ayə («Qəsəs», 20) məxfi surətdə Musa(ə.s)-ya iman 
gətirmiş Ali – Firon sarayında olan bir şəxsə aiddir. O gizlin olaraq 
Musa(ə.s)-ya Firon tərəfdarlarının onu bldürmək istədiklərini bildirdi. 
Əsma binti Ümeysin (Əbu Bəkrin zövcəsi) kənizi də bu ayəni 
oxumaqla Əsmanın pərdə arxasından eşitdiyi sui-qəsddən Əli(ə.s)-ni 
xəbərdar etdi. 


 
153 
Əllamə Əbu Mənsur Təbərsi (vəfatı h.q. 588, Miladi 
təxminən  1184-cü  il)  «Ehticac»  adlı  kitabında  və  Əli  ibn 
İbrahim  isə İmam Sadiq(ə.s)-in söylədiklərinə əsaslanaraq 
həzrəti-Əli(ə.s)-nin belə buyurduğunu qeyd edirlər: 
 «Elə  ki  Əbu  Bəkrin  beyəti  sona  yetdi  və  onun 
xilafəti  ənsar  və  mühacirlər  üçün  müəyyənləşdirildi,  Əbu 
Bəkr  öz  məmurlarını  Fədəyə
67
  sarı  göndərdi  ki, 
Fatimə(ə.s)-nin  nümayəndəsini  oradan  qovsunlar.  Bu  əmr 
icra  olundu».  İndi  Fədək  barəsindəki  aşağıdakı  yazılara 
diqqət yetirin. 
    Fatimə(s.ə)-nin etirazı və şahidlərin şəhadəti. 
Fatimə(s.ə)  Əbu  Bəkrin  əmrindən  xəbərdar  olduqda 
onun yanına gəlib buyurdu:  
__ 
Niyə  atam  Rəsulullah(s)-ın  mənə  bağışladığı  irsi 
əlimdən  alıb  nümayəndəmi  Fədəkdən  qovmusan?  Axı 
Peyğəmbər(s) onu mənə Allahın hökmü ilə bağışlamışdı. 
Əbu Bəkr dedi:  
__ 
Söylədiklərin  üçün  şahid  gətir  ki,  həqiqətən  də, 
Peyğəmbər(s) Fədəyi sənə bağışlamışdır. 
                                                
67
 Fədək Mədinənin 140 kilometrliyində yerləşən bol məhsullu, 
çeşməli-sulu və başdan-başa xurma ağacları ilə zəngin olan, Xeybər 
yaxınlığındakı bir kənddir. Hicrətin yeddinci ilində (təxminən 587-ci il 
miladi) müsəlmanlar Xeybər qalasını fəth etdikdən sonra Fədək 
yəhudilərin hicazda yeganə dayaq nöqtəsi idi. Yəhudilər ürəklərinə 
düşən qorxunun təsirindən Fədəyi döyüşsüz Peyğəmbərə təslim 
etdilər. Bundan sonra Fədək həzrəti-Mühəmməd(s)-in şəxsi mülkü 
hesab olunurdu, belə ki, «İsra» surəsinin 26-cı ayəsi nazil oldu:  
«Yaxınlarının haqqını ödə.» - mötəbər şiə və sünni mənbələrinə  
əsasən Peyğəmbər(s) Fədəyi Fatimə(s.ə)-yə bağışladı. («Mizanül-
etimal» IIc,səh.288, «Kənzül-ümmal» IIc, səh.158, «Məcməül-bəyan» 
və dürrül-mənsur kitabı «İsra» surəsinin 26-cı ayəsinin ardı.) 
 
154 
Fatimə(s.ə)  gedib  Ümmü
__
Əyməni  (Peyğəmbər(s)-in 
hörmət  bəslədiyi  xanımlardan  biridir)  şahid  kimi  Əbu 
Bəkrin yanına gətirdi. 
Ümmü
__ 
Əymən Əbu Bəkrə dedi:  
__ 
Peyğəmbər(s)-in mənim şənimə söylədiklərini sənə 
sübut  etməsəm,    şahidlik  etmərəm.  Səni  Allaha  and 
verirəm,  məgər  bilmirsənmi  həzrəti-Mühəmməd  (s) 
buyurubdur: 
 «Ümmü Əymən behişt xanımlarındandır». 
Əbu Bəkr:  
__ 
Bəli bilirəm ki, Peyğəmbər(s) belə buyurmuşdur. 
Ümmü Əymən:  
__ 
Şəhadət  verirəm  ki,  Allah  Peyğəmbər(s)-ə  bu 
ayəni-  «Yaxınlarının  haqqını  ödə»    nazil  edəndən    sonra 
Fədəyi Fatimə(s.ə)-yə bağışlamışdı». 
Sonra  Əli(ə.s)  də  gəlib  eynilə  onun  dediklərini 
təsdiqləyərək  şəhadət  verdi.  Beləliklə,  Əbu  Bəkrə  sübut 
olundu  ki,  Fədək  Fatimə(s.ə)-nin  şəxsi  mülküdür.  Buna 
görə  də  Fədəyin  Fatimə(s.ə)-yə  qaytarılması  barədə  bir 
məktub (sənəd) yazıb Fatimə(s.ə)-yə verdi. 
Ömər ibn Xəttab bu məsələdən xəbərdar olan zaman 
Əbu Bəkrin yanına gəlib soruşdu:  
__ 
Bu məktub nə üçündür? 
Əbu Bəkr dedi:  
__ 
Fatimə(s.ə)  iddia  etdi  ki,  Fədək  mənim  şəxsi 
mülkümdür, bu sözün doğruluğu üçün Ümmü
__ 
Əymən və 
Əli(ə.s)-ni  şahid  kimi  bura  gətirdi.  Mən  də  buna  görə 
Fədəyin  Fatimə(s.ə)-yə  qaytarılması  barədə  sənəd  yazıb 
imzaladım. 
Ömər  Fatimə(s.ə)-nin  yanına  gəlib  məktubu  əlindən 
alaraq cırıq-cırıq edib dedi:  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə