Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

 
159 
__ 
Hər  nə  istəyirsinizsə,  tapşırın,  Əli(ə.s)-ni  qətlə 
yetirmək olmuş olsa belə, yenə də hazıram. 
Əbu Bəkrlə Ömərə dedi:  
__ 
Elə bizim də təklifimiz budur. 
Xalid:  
__  ıı
Necə  desəniz,  elə  də  yerinə  yetirərəm.  Onu  necə 
öldürüm?» 
Əbu Bəkr:  
__ 
Məscidə  gedib,  camaat  namazında  Əli(ə.s)-nin 
yanında  əyləş.  Mən  (imam  camaat  olduğundan)  axırıncı 
salamı deyən kimi qalxıb qılıncla boynunu vurarsan. 
Xalid:  
__ 
Çox gözəl. Siz deyən kimi edəcəyəm. 
Əbu Bəkrin həyat yoldaşı Ümeysin qızı Əsma (Əhli-
beyt(ə.s)-in  tərəfdarlarından  idi)  bu  sözləri  eşitcək  öz 
kənizinə dedi:  
__ 
Əli  (ə.s)  və  Fatimə(ə.s)-nin  yanına  gedib  mənim 
salamımı onlara  yetirərsən.  Əliyə(ə.s)  de ki,  «Bunlar səni 
öldürmək üçün bir-birilə məşvərət edirlər. Tezliklə şəhəri 
tərk  et.  Mən  sənin  xeyrini  istəyənlərdənəm».  («Qəsəs» 
20) 
Cavabında  isə  Əmirəl-möminin(ə.s)  kənizə  belə 
buyurdu:  
«Allah-təala  onların  özləri  və  məqsədləri  arasında 
maneəçilik  törədər».  (Yəni  onlar  planlarını  yerinə  yetirə 
bilməyəcəklər.) 
Sonra Əli (ə.s) evdən çıxıb camaat namazında iştirak 
etmək üçün məscidə gələrək səfdə əyləşdi. Xalid ibn Vəlid 
də belində qılınc gəlib Əli(ə.s)-nin yanında oturdu. Namaz 
başlandı. Əbu Bəkr namazın təşəhhüdünü deyəndə peşman 
olub qərarından döndü. Əli(ə.s)-nin şücaət və dilavərliyinə 
bələd  oldüğündan  qorxdu  ki,  qarmaqarışıqlıq  düşər.  Odur 
 
160 
ki,  həyəcanlı  halda  çaşbaş  qalıb  bilmədi  ki,  namazın 
salamını  versin,  ya  yox?  (Camaat  da  elə  başa  düşdü  ki, 
yəqin  namazda  nəsə  səhvə  yol  vermişdir.)  Birdən  Xalidi 
fikrinə  gətirib  dedi:  «Sənə  verdiyim  tapşırığı  geri 
götürürəm».  Sonra  isə  ardınca  dedi:  «Əssəlamu  ələykum 
və rəhmətullahi və bərəkətuhu». 
Bu zaman Əmirəl-möminin(ə.s) Xaliddən soruşdu:  
__ 
O sənə nə tapşırmışdı ki? 
Xalid dedi:  
__ 
O, mənə səni öldürməyi tapşırmışdı? 
Əli(ə.s)soruşdu:  
__ 
Sən bu əmri yerinə yetirərdinmi? 
Xalid:  
__ 
Allaha and olsun,  əgər namazın salamından qabaq 
məni bu işdən çəkindirməsəydi, səni öldürərdim. 
Əli(ə.s)  Xalidi  möhkəm  itələyib  yerə  yıxdı.  Camaat 
tökülüşüb  Xalidi  Əli(ə.s)-nin  əlindən  almaq  istədikdə 
Ömər dedi:  
  __ 
And  olsun  Kəbənin  sahibinə,  Əli  Xalidi 
öldürəcək. 
Məsciddəkilər Əli(ə.s)-yə yalvarıb dedi:  
 __ 
Səni 
and 
veririk 
bu 
qəbrin 
sahibinə 
(Peyğəmbər(s)-ə), Xalidi burax. 
 Həzrəti- Əli(ə.s)  bu sözdən sonra onu buraxdı. 
Əbuzər  Qəffarinin  söylədiyinə  görə,  həzrəti-Əli(ə.s) 
Xalidin  boğazını  iki  barmağı  ilə  tutub  elə  sıxmışdı  ki, 
Xalid boğuq səslə bağırmışdı. Camaat qorxusundan yaxına 
gələ  bilmirdi.  Hərə  öz  fikrində  idi.  Xalid  libasını 
bulaşdırmışdı. Ayaqlarını bir-birinə vurub heç bir söz deyə 
bilmirdi. 
Əbu Bəkr Ömərə dedi:  


 
161 
__ 
Budur,  səninlə  etdiyim  məşvərətin  nəticəsi  alt-üst 
oldu.  Elə  bil,  bugünkü  hadisəni  mən  görürdüm,  Allaha 
şükr edirəm ki, bizə toxunmadı. 
Hər  kim  Xalidi  Əli(ə.s)-nin  qüvvətli  əllərindən 
qurtarmaq  üçün  yaxın  gəlirdisə,  Onun  (ə.s)  qəzəbli 
baxışlarından dəhşətə gəlib geri çəkilirdi. Əbu Bəkr Öməri 
Abbası  (Peyğəmbər(s)-in  əmisi)  çağırmağa  göndərdi. 
Abbas gəlib Əli(ə.s)-yə and verib dedi:  
__ 
Səni  and  verirəm  bu  qəbrin  sahibinin  haqqına 
(həzrəti-Mühəmməd(s)-in  qəbrinə  işarə  edərək),  öz 
övladlarına və onların anasının haqqına, Xalidi burax. 
Məhz bu andan sonra Əli(ə.s) Xalidi buraxdı. 
Abbas Əli(ə.s)-nin alnından öpdü. 
Başqa bir rəvayətdə deyilir ki, Əli(ə.s) sonra Ömərin 
yaxasından tutub dedi:  
__ 
Ey Həbəşiyyə Səhhakın oğlu,  əgər Allahın  hökmü 
və  Peyğəmbər(s)-in  əhdi  olmasaydı,  hansımızın  zəif  və 
güclü olduğunu sənə göstərərdim. 
Camaat  araya  girib  Öməri  Əli(ə.s)-nin  əlindən  aldı. 
Bu vaxt Abbas Əbu Bəkrin yanına gəlib dedi:  
__   
Allaha  and  olsun,  əgər  Əli(ə.s)-ni  öldürsəydiniz, 
Bəni-Təym  (yəni  tayfanızdan)  tayfasından  bir  nəfər  belə 
sağ qalmayacaqdı. 
                       İbn 
Əbil 
Hədidin 
ustadının 
onun 
suallarına cavabı. 
Əllamə  Məclisi  «Biharül-Ənvar»  adlı  kitabında 
məşhur sünni alimi İbn Əbil Hədidə əsaslanaraq belə qeyd 
edir: 
 «Ustadım Əbu Cəfər Nəqibdən soruşdum:  
__ 
Mən  Əli(ə.s)-nin  bu  işinə  təəccüb  edirəm  ki, 
Rəsuli-əkrəm(s)-dən    sonra  (təxminən  23  il)  bu  uzun 
 
162 
müddətdə  düşmənin  hiyləsindən  necə  yayınıb  sağ  qaldı? 
Necə oldu ki, düşmənləri Əli(ə.s)-ni öldürə bilmədilər? 
Ustadım buyurdu:  
__ 
Əgər 
Əli(ə.s) 
səbirli 
və 
təmkinli 
olub 
təvazökarlıqla  kənara  çəkilməsəydi,  onu  öldürərdilər, 
ancaq  O,  başını  ibadətə,  namaza  və  «Quran»  oxumağa 
qatıb  özünü  əvvəlki  qaydaları  icra  etməkdən  saxlamışdı. 
Qılıncı  unudub  fürsət  gözləyirdi,  səbir  edirdi.  Həzrəti-
Əli(ə.s)  səhralara səyahətə çıxır,  dağları gəzib  seyr edirdi. 
O  da  başqaları  kimi  xəlifələrə  itaət  etmək  yolunu 
tutmuşdu. Buna görə də düşmənlər ondan əl çəkib Əli(s.ə)-
ni unutmuşdular. 
Xəlifələrdən  iznsiz  heç  kimin  onu  öldürməyə  cürəti 
çatmadı.  Əmr  sahibləri  də  Əli(ə.s)-nin  qətli  üçün  bəhanə 
tapmayıb çarəsiz qalaraq ondan əl çəkmişdilər,  yoxsa onu 
öldürərdilər.  Başqa  bir  tərəfdən  də  əcəl  özü  möhkəm 
zəncir  və  yenilməz  bir  qaladır.  Əcəli  çatmamış  heç  kəs 
ölməz. 
Xalidin  tapşırığı  barədə  ustadımdan  sual  edib 
soruşdum ki, Əbu Bəkrin Əli(ə.s)-ni öldürmək üçün Xalidi 
təyin etməsi doğrudurmu? 
Əbu Cəfər Nəqib belə cavab verdi:  
__ 
Əhli-beyt  tərəfdarlarından  bir  neçəsi  bunu  təsdiq 
etmişlər. Hətta belə söyləyirlər ki, bir nəfər Əbu Hənifənin 
şagirdi Zəfər ibn Hezezlin yanına gəlib soruşmuşdu:  
__ 
Necə  ola  bilər  ki,  Əbu  Hənifə  namaz  qılan  şəxsin 
salamdan  qabaq  namazdan  ayrıla  bilməsi,  məsələn, 
namazın  salamından  qabaq  bir  söz  deyə  və  ya  bir  iş  görə 
bilməsi barədə hökm verir? Bu mümkündürmü?
70
 
Zəfər dedi:  
                                                
70
 Burada «Hədəsin ondan hadis olmağı dəstəmazı pozan hallardan biri 
nəzərdə tutulmuşdur». 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə