Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə39/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

 
155 
__ 
Fədək (Döyüşsüz kafirlərin əlindən alınmış sərvət) 
bütün  müsəlmanların  malı  hesab  olunur.  Ovs  ibn  Hədsan, 
Ayişə  və  Həfsə  şəhadət  verirlər  ki,  Rəsuli-  əkrəm(s) 
buyurmuşdur:  
«Biz 
Peyğəmbərlər 
(özümüzdən 
sonra) 
irs 
qoymuruq  (övladlarımız  bizdən  irs  aparmır),  bizdən 
sonra nə (mal) qalsa, (ümumi) sədəqədir». 
Şahidlərə gəldikdə isə Əli(ə.s)  Fatimə(s.ə)-nin əridir, 
öz  mənafeyinə  görə  şəhadət  vermişdir,  yəni  onun  sözü 
qəbul  deyildir.  Amma  Ümmü-  Əymən  əməli–saleh 
xanımdır, əgər başqa bir şəxs onunla birgə şahid dursa, bu 
işə bir də  diqqət yetirərik. 
Fatimə(s.ə)  kədərli  halda  Əbu  Bəkr  və  Ömərin 
yanından uzaqlaşdı. 
   Əli(ə.s)-nin Əbu Bəkrlə söhbəti. 
Səhəri  gün  həzrəti-Əli(ə.s)  məscidə  Əbu  Bəkrin 
yanına  gəldi.  Ənsar  və  mühacirlər  Əbu  Bəkrin  ətrafında 
dövrə vurub oturmuşdular. Əli(ə.s) ona buyurdu:  
__ 
Niyə  Fatimə(s.ə)-yə  atasından  qalan  irsi  əlindən 
almısan?    Halbuki  Peyğəmbər(s)  sağlığında  ikən  onu 
Fatimə(s.ə)-yə bağışlamışdı. 
Əbu Bəkr dedi:  
__ 
Xeyr, belə deyildir. 
Əli(ə.s):  
__ 
Əgər  bir  müsəlman  ixtiyarında  olub  onun  hesab 
olunan  mülkü  mən  iddia  edib  desəm  ki,  bu  mülk 
mənimdir, kimdən iki adil şahid tələb edilməlidir? 
Əbu Bəkr:  
__ 
Əlbəttə,  səndən  (iddiaçıdan)  iki  adil  şahid  tələb 
edilməlidir. 
Əli(ə.s) buyurdu:  
 
156 
__ 
Bəs  niyə  sən  Fatimədən  sahibi  ola-ola  ixtiyarında 
olan  mülk  üçün  iki  adil  şahid  istəyirsən?    Halbuki  Fədək 
Peyğəmbər(s)-in 
zamanında 
və 
ondan 
sonra 
da 
Fatimə(s.ə)-nin  şəxsi  mülkü  hesab  olunurdu.  Sən 
müsəlmanlardan 
ixtiyarlarında 
olan 
mülk 
barədə 
başqasının  mülkünün  mənim  mülküm  olduğunu  iddia 
etdiyimə görə məndən iki adil şahid tələb etdiyin məhkəmə 
qanunlarına əsasən iki adil şahid tələb etmirsən. 
Əbu Bəkr:  
__ 
Bu  dəlilin  qarşısında  bizim  danışmağa  qüdrətimiz 
yoxdur.  Əgər  ədalətli  şahidlər  gətirsəniz,  qəbul  edərik, 
yoxsa  Fədək  müsəlmanlrın  ümumi  malıdır.  Sənin  və 
Fatimə(s.ə)-nin  onu  mənimsəməyə  heç  bir  hüququnuz 
yoxdur. 
Əli(ə.s) Əbu Bəkrə xitab edib buyurdu:  
__ 
 «Quran»ı oxumusanmı? 
Əbu Bəkr dedi:  
__ 
Bəli. 
Əli(ə.s) buyurdu:  
__ 
De  görüm,  bu  ayə  («Əhzab»,  33)  kimin  şəninə 
nazil olubdur? 
«Allah  istəyir  ki,  günah  və  çirkinliyi  siz  Əhli-
beytdən uzaqlaşdıraraq sizi pak etsin». 
Bu  ayə  bizim  haqqımızda  nazil  olub,  yoxsa 
başqasının? 
 Əbu Bəkr:  
__ 
Bəli, sizin şəninizə nazil olub. 
Əli(ə.s) buyurdu:  
 
__ 
Əgər  bir  neçə  nəfər  gəlib  şəhadət  versə  ki, 
Fatimə(s.ə) (ələyzu billah) nalayiq iş görübdür, sən onunla 
necə rəftar edərsən? 
Əbu Bəkr dedi:  


 
157 
__ 
Başqa qadınları cəzalandırdığım kimi, ilahi hədləri 
onun üçün də icra edərəm. 
Əli(ə.s) buyurdu:  
__ 
Bu zaman kafir sayılarsan. 
Əbu Bəkr soruşdu: 
__ 
Niyə? 
Əli(ə.s) ona buyurdu:  
__ 
Çünki  Fatimə(s.ə)-nin  paklığı  barədə  Allah-
təalanın  şəhadətiniı  (yuxarıdakı  ayəyə  əsasən)    rədd  edib 
camaatın  şəhadətini qəbul edirsən,  beləliklə də  Allahın  və 
Rəsuli  Əkrəm(s)-in  hökmünü  rədd  etmiş  olursan.  Sən 
Rəsuli-Əkrəm(s)-in  Allahın  əmrilə  Fədəyi  Fatimə(s.ə)-yə 
bağışladığını  və  Fatimə(s.ə)-nin  hələ  Rəsuli-Əkrəm(s)-in 
sağlığında  ikən onu öz  ixtiyarına keçirdiyini rədd edirsən, 
amma  (Peyğəmbər(s)-in  irs  qoymadığına  şəhadət  verən 
Ovs  ibn  Hədsan  kimi)  ayaq  üstündə  idrar  edən  bir  ərəbin 
şəhadətini  qəbul  edib,  buna  əsasən  Fədəyi  bütün 
müsəlmanların  malı  adlandırıb  onu  Fatimə(s.ə)-dən  aldın. 
Halbuki  Rəsuli-Əkrəm(s)  buyurmuşdur:  «İddia  edən 
(müddəi)  şahid  gətirməli,  iddianı  inkar  edən  isə  and 
içməlidir».  Sən  isə  həzrəti-Mühəmməd(s)-in    qayda-
qanununu  dəyişdirin.  Şahidi  inkar  edəndən  istədin,  iddia 
edəndən(müddəidən) yox. 
Bu  zaman  camaat  acıqlı  nəzərlərlə  bir-birinə  baxıb 
səs-küy qaldırdı. Bəziləri isə belə dedi:  
__ 
Allaha and olsun, Əli(ə.s) düz deyir. 
Əli(ə.s)  dönüb  öz  evinə  getdi.  Fatimə(s.ə)  məscidə 
gəlib  Peyğəmbər(s)-in  qəbrinə  dövrə  vuraraq  bu  şeri 
oxudu:  «Ey  ata,  səndən  sonra  elə  fitnələr  qalxdı  ki,  əgər 
sən sağ olsaydın, bu qədər çox ixtilaf düşməzdi».
68
 
                            Əli(ə.s)-nin qətli planı. 
                                                
68
 Təbərsi «Ehticac» Ic, səh.120-123. 
 
158 
Əllamə  Təbərsi  «Ehticac»  kitabında  yuxarıdakı 
əhvalatı  qeyd  etdikdən  sonra  sözünə  davam  edib  İmam 
Sadiq(ə.s)-dən eşitdiyi bu rəvayəti belə təsvir edir: 
«Əbu Bəkr Əli(ə.s)-nin sübutundan sonra məsciddən 
evə qayıtdı.  Ömər  ibn Xəttaba  xəbər göndərib onu  yanına 
çağırtdırdı.  Ömər  Əbu  Bəkrin  yanına  gəldi.  Onların  
arasında belə bir söhbət baş verdi:  
Əbu Bəkr:  
__ 
Əli(ə.s)  ilə  bu  günkü  söhbətimizin  necə  sona 
yetdiyini  gördünmü?  Əgər  səhərisi  günü  onunla  belə 
davransaq, 
şübhəsiz, 
bütün 
işlərimiz 
laxlayıb 
hakimiyyətimizin  əsası  süstləşəcəkdir.  Bu  barədə  fikrin 
nədir? 
Ömər:  
__
Mənim  təklifim  belədir  ki,  onun  qətlə  yetirilməsi 
üçün hökm verək. 
Əbu Bəkr:  
__ 
Necə, kimin vasitəsilə? 
Ömər:  
__ 
Xalid  ibn  Vəlid
69
 bu  işi  yerinə  yetirməyə  münasib 
bir adamdır. 
Onlar Xalidi çağırtdırıb ona dedilər:  
__ 
İstəyirik, sənə böyük bir iş tapşıraq. 
Xalid:  
                                                
69
  Xalid  ibn  Vəlid  ibn  Müceyrə  Məxzumi  hicrətin  5,  ya  7-ci  (miladi 
təxminən)  illərində    Əmr  Asla  birlikdə  Mədinəyə  gəlib  İslamı  qəbul 
etmişdi.  O,  ağzı  yava  və  qorxmaz  bir  adam  idi.  Məkkənin  fəthində 
İslam  ordusunun  sərkərdələrindən  sayılırdı.  Törətdiyi  cinayətlərdən 
qabaqda  xatırlatdığımız  kimi,  Malik  ibn  Nüveyrəni        Peyğəmbər(s)-
dən  sonra qətlə  yetirməsini  misal  çəkmək  olar.  Əbu  Bəkr  onu  Şamın 
hakimi  təyin  etmişdi.  Ömərin  xilafəti  dövründə  o  vəzifədən  azad 
edildi.  Nəhayət,  elə  o  zamanda  da  «Himməs»  adlanan  məntəqədə 
dünyadan köçdü. («Üsdül-qayə» IVc.) mütərcim. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə