Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

 
139 
altıncı  ilində)  Peyğəmbər  Hübar  ibn  Əsvədin  qanını  halal 
bildi (yəni öldürülməsinə hökm vermişdi.)» 
İbn  Əbil  Hədid  sözünün  davamında  yazır:  «Mən  bu 
hadisəni  ustadım  Əbu  Cəfər  Nəqibə  söylədim.  O,  belə 
dedi: 
__ 
Əgər  Peyğəmbər(s)  Zeynəbi  qorxudub  bətnindəki 
«uşağın siqt olmasına səbəb olan Hübar  ibn Əsvədə ölüm 
hökmü veribsə, yəqin ki, sağ olsaydı, Fatimə(s.ə)-ni vurub, 
bətnindəki  uşağının  siqt  olmasına  bais  olan  şəxs  üçün  də 
ölüm hökmü fərmanını verərdi». 
Mən soruşdum:  
__ 
İcazə verirsənmi, bu faktı sənə istinad edib yazım? 
Yazım  ki,  Fatimə(s.ə)  qorxudulub  və  bətnindəki  Möhsini 
siqt olub. 
Əbu Cəfər Nəqib dedi:  
__ 
Nə bu rəvayətin səhihliyini və nə də batil olmağını 
mən tərəfdən bir kəsə söyləmə. Əlimdə olan bəzi hədislərə 
görə mənim bu barədə heç bir nəzərim yoxdur. 
Müəllif  yazır:  Seyyid  Cüzun  öz  şerində  çox  gözəl 
demişdir:  (Şerin  məzmunu)  «O  iki  nəfər  qəzəb 
qurtumlarını  Peyğəmbər(s)-in  vəfatından  sonra  ardıcıl 
olaraq  Fatimə(s.ə)-yə  içirtdilər.  Bu  qurtumlar  nə  qədər 
bulanıq  və  əzablı  idi.  Onlar  Fatimə(s.ə)-ni  hiddətə 
gətirdilər.  Lakin  həqiqətdə  Allahı
__ 
yerin,  göyün  Allahını 
qəzəbləndirdilər.  Fatimə(s.ə)  kimin  qızı  idi?  Kimin 
zövcəsi, kimin anası idi? (bütün bunlara baxmayaraq yenə 
də onun ehtiramına, məqamına riayət etmədilər.) 
Vay olsun o şəxsə ki, ona zulm etməyi özünə həqiqət 
və ya bir təriqət (sünnət) bildi». 
Həzrəti Fatimə(s.ə)-nin müsibətindən 
İmamların(ə.s) təsirlənməsi və kədərlənməsi. 
1.İmam Cavad(ə.s)-ın kədəri. 
 
140 
Təbərinin «Dəlailül-imamə» kitabında Zəkəriyya ibn 
Adəmin  söylədiyi  hadisə  təsvir  edilmişdir:  «Mən  İmam 
Riza(ə.s)-nın  hüzurunda  idim.  Bu  zaman  oğlu  həzrəti-
Cavad(ə.s)-ı  Onun  hüzuruna  gətirdilər.  O  vaxt  hələ  onun 
dörd yaşı yox idi. İçəri daxil olanda əlini yerə vurub başını 
göyə qaldıraraq uzun müddət fikrə getdi. 
İmam Riza(ə.s) oğluna buyurdu:  
__ 
Qurbanın olum, niyə fikrə getdin? 
İmam Cavad(ə.s) cavab verdi:  
__
Anam  Fatimə(s.ə)-yə  edilən  müsibətlərə  görə 
xəyala  daldım.  Allaha  and  olsun,  o  iki  şəxsi  qəbirdən 
çıxarıb yandırar, sonra isə küllərini dənizlərə səpərdim. 
Həzrəti-Riza(ə.s) oğlunu yanına çağırıb   iki gözünün 
ortasından öpərək buyurdu:  
__ 
Atam-anam  sənə  fəda  olsun,  sən  bu  məqama 
(imamətə) layiqsən. 
2.İmam Baqir və İmam Sadiq(ə.s)-in kədəri. 
Belə  söyləyirlər  ki,  İmam  Baqir(ə.s)  qızdırma 
xəstəliyinə  tutulanda  bədəninə  soyuq  su  çiləyər,  sonra  isə 
uca  səslə  buyurarmış:  «Fatimətu  bintu  Mühəmmədin!» 
«Ay Mühəmməd(s)-in qızı Fatimə(s.ə)!» 
Əllamə  Məclisi  bu  ibarəni  belə  şərh  edir:  «İmam 
Baqir(ə.s)  Fatimə(s.ə)-nin  müqəddəs  adını  çəkməklə  şəfa 
tapmaq istəmişdir». 
Müəllif yazır: «Mən belə ehtimal edirəm ki, qızdırma 
onun  lətif  bədəninə  təsir  etdiyi  kimi,  məzlum  anasının 
müsibətlərinə  kədərlənməyini  gizlətməsi  də  onun  kövrək 
qəlbinə  təsir  göstərmişdir.  Qızdırmanın  hərarətini  su 
vasitəsilə  azaltdığı  kimi,  anası  Fatimə(s.ə)-ni  xatırlamaqla 
öz kədərinin şiddətini azaldırdı.  İnsan ürəkağrıdıcı ahı  ilə, 
dərindən  köks  ötürməklə  öz  kədərini  azaldır.  Çünki, 
həzrəti-Zəhra(s.ə)-nın   müsibətlərinin təsiri övladları
__ 
pak 


 
141 
İmam(ə.s)-ların  ürəyində  qılınc  və  bıçaq  yarasından  daha 
ağır, yanıqdan daha dəhşətlidir. Onlar elə bir şəraitdə idilər 
ki,  həmişə  təqiyyə
60
  edir,  anaları  həzrəti-Zəhra(s.ə)-nın 
müsibətlərini  aşkar  etməyə  ixtiyar  və  qüdrətləri  çatmırdı. 
Buna  görə  də  nə  vaxt  həzrəti-Zəhra(s.ə)-nın  adı  onların 
yanında  çəkilirdisə,  qəlbləri  hüznlə  dolurdu.  Hər  bir 
diqqətli  şəxs  bu  kədər  və  qüssəni  onların  mübarək 
çöhrələrindən sezib hiss edə bilərdi. 
Digər  bir  hədisdə  belə  nəql  olunmuşdur:  İmam 
Sadiq(ə.s)  Sukinidən  (səhabədən  biri)  təzə  anadan  olmuş 
qızının adını nə qoyacağını soruşanda Sukuni: «Fatimə»,
 __ 
deyə  söyləmişdi.  Bu  zaman  İmam  Sadiq(ə.s)  dərindən  ah 
çəkib əlini alnına qoyaraq qəmli-qəmli oturmuşdu. 
Ötən  səhifələrdə  xatırlatdıq  ki,  Abbas  Ömərin 
başqalarının pulunu kəsdiyi kimi, Qunfuzun pulundan niyə 
görə  kəsməməsini  Əli(ə.s)-dən  soruşanda  Əli(ə.s)  ətrafına 
baxıb  gözlərindən  yaş  axıdaraq  buyurmuşdu:  «Bu, 
Qunfuzun 
Fatimə(s.ə)-yə 
vurduğu 
qamçıya 
görə 
mükafatıdır.  Fatimə(s.ə)  vəfat  edənə  qədər  o  qamçının 
izləri onun qollarında qolbaq kimi qaralmışdı». 
3.Bəşşar Mükarinin əhvalatı. 
Bir çox mötəbər mənbələr, həmçinin Əllamə Məclisi 
Mikarinin söylədiklərini belə təsvir edirlər: 
 Bir  gün  Kufədə  İmam  Sadiq(ə.s)-in  hüzuruna 
getmişdim.  Gördüm  ki,  İmam  onun  üçün  gətirilmiş 
Təbərzad xurmasından yeyir. Məni görüb buyurdu:  
__ 
Yaxın gəl, qonaq ol. 
Söylədim: 
__ 
Nuş olsun. Yolda gələndə bir hadisə ilə rastlaşdım. 
Mənə yaman təsir etdi. Qəhərdən boğazım tutuldu. 
                                                
60
 Öz dinini və məsləkini, etiqadını başqalarından gizlətmə. 
 
142 
__   
Boynumda olan  haqqıma and  verirəm  səni,  yaxın 
otur, sən də ye. 
Yaxına  gəlib  mən  də  xurmadan  yedim.  Sonra 
İmam(ə.s) mənə buyurdu:  
__ 
İndi de görüm, nə hadisə baş veribdir? 
__ 
Yolda gələndə gördüm ki, hökumət məmurlarından 
biri bir qadını döyə-döyə zindana aparır. Həmin qadın uca 
səslə  deyirdi:  «Allaha  və  Rəsuluna  pənah  aparıram. 
Allahdan  və  Rəsulundan  başqa  heç  kimə  pənah 
aparmıram». 
İmam Sadiq(ə.s) soruşdu:  
__  
O qadını niyə döyürdülər? 
__ 
Camaatdan  eşitdim  ki,  deyirdilər,  guya  o  qadının 
ayağı  büdrəyib  yerə  yıxılanda  belə  deyib:  «Ya  Fatimə, 
Allah  sənə  zülm  edənləri  öz  rəhmətindən  uzaqlaşdırsın». 
Hökumət  adamları  bu  sözü  eşidən  kimi  onu  tutub  döyə-
döyə zindana apardılar. 
İmam  Sadiq(ə.s)  bu  sözü  eşitcək  əlini  xurmadan 
çəkib  ağladı.  Göz  yaşları  dəsmal  və  mübarək  saqqalını 
islatdı. Sonra buyurdu:  
__ 
Ay Bəşşar, qalx birlikdə Səhle məscidinə gedək. O 
xanımın  azad  olması  üçün  Allaha  dua  edib  onun 
salamatlığını istəyək. 
Doğrusu,  əgər İmam  Sadiq(ə.s)  Fatimə(s.ə)-ni  sevən 
bir  xanım  barədə  belə  xoşagəlməz  hadisə  eşidib  narahat 
olursa,  görəsən,  bəs  anası  Fatimə(s.ə)-nin  müsibətlərini 
ona danışsan, nə edər? Zalımın o Xanımın mübarək üzünə 
şillə vurmasına necə baxar? 
Kərbəla hadisəsi ilə müqayisə. 
Ötən bəhslərdən aydın olduğu kimi,  əmirəl-möminin 
Əli(ə.s)-nin  müsibəti,  günahsızlığı,  səbir  və  dözümü  ilə 
müqayisədə demək olar ki,  İmam Hüseyn(ə.s)-nin çəkdiyi 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə