Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə32/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

 
127 
Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya 
qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc 
tətbiq edilməsi. 
Əllamə  Məclisi  «Biharül-ənvar»  kitabında  Süleym 
ibn  Qeys  Hilali  Kufiyə,  Əban  ibn  Əyyam  Süleymə 
əsaslanaraq  belə  bir  faktı  qeyd  edirlər:  «Peyğəmbər(s) 
vəfat  edəndə  hələ  cənazəsini  dəfn  etməmiş  müsəlmanlar 
Rəsuli-əkrəm(s)  ilə  bağladıqları  əhd-peymanı  pozub 
mürtəd  oldular  və  Rəsulillah(s)  tərəfindən  təyin  olunmuş 
yolun əksinə getdilər. 
Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə 
tutub,  namaz  qılıb,  dəfn  etdikdən  sonra  evə  qayıdıb 
Peyğəmbər(s)-in  vəsiyyətinə  əməl  edərək  «Quran»ı  tərtib 
edib  tənzimləməklə  məşğul  oııldu.  Bu  kimi  işlər  onu  baş 
vermiş  hadisələrdən kənarda  saxladı.  O zaman Ömər Əbu 
Bəkrə demişdi:  
__ 
Hamı sənə  beyət edibdir.  Təkcə  bu kişi 
__
 Əli(ə.s) 
və  Əhli-beytindən  başqa.  Bir  nəfər  göndər  ki,  gəlib  beyət 
etsin. 
Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-
Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:  
__ 
Get  Əli(ə.s)-yə  de  ki,  Peyğəmbər(s)-in  canişininin 
dəvətini qəbul elə. 
Qunfuz  bir  neçə  dəfə  Əli(ə.s)-nin  yanına  gəlib  Əbu 
Bəkrin sözünü ona  yetirdi.  Lakin Əli(ə.s)  beyətdən  imtina 
etdi. 
Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi 
və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, odun yığsınlar. 
Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-
nin evinə yollandılar. 
Fatimə(s.ə)  qapının  arxasında  dayanmışdı.  Hələ 
Peyğəmbər(s)-in  matəm  şalını  başından  açmamışdı.  O, 
 
128 
Rəsulillah(s)-ın  ayrılığından  zəifləyib  taqətdən  düşmüşdü. 
Ömər qapıya yaxınlaşıb qapını döyərək ucadan qışqırdı:  
__ 
Ey Əbu Talibin oğlu, qapını aç. 
Fatimə(s.ə):  
 
__ 
Ömər!  Niyə  biz  matəmdə  ola-ola  bizdən  əl 
çəkmirsən? 
Ömər:  
__ 
Qapını aç. Yoxsa evə od vurub yandıraram. 
Fatimə(s.ə):  
__ 
Ömər,  Allahdan  qorxmursanmı?  İcazəsiz  mənim 
evimə daxil olub hücum çəkirsən? 
Ömər  öz  fikrindən  dönməyib  qapıya  od  vurdu.  Yarı 
yanmış  qapını  itələyib  içəri  daxil  olanda  Fatimə(s.ə) 
onunla qarşı-qarşıya gəlib fəryad etdi:  
__ 
Ata can, ey Allahın Rəsulu! 
Ömər  qılıncı  qınındaca  qaldırıb  həzrəti-Zəhra(s.ə)-
nın  qabırğa  nahiyəsinə  endirdi.  O  Xanımın  naləsi  göyə 
ucaldı.  Ömər  qırmancını  havada  yellədib  həzrəti-
Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə (s.ə) fəryad etdi:  
__ 
Ey atacan! 
Bu  zaman  Əli(ə.s)  cəld  gəlib  Ömərin  yaxasından 
tutub  yerə  vurdu.  Ömərin  burnundan  qan  açıldı.  Həzrəti- 
Əli(ə.s) 
xəncəri 
çəkib 
onu 
öldürmək 
istəyəndə 
Peyğəmbər(s)-in  vəsiyyəti  yadına  düşdü.  Peyğəmbər(s) 
ona  hər  şeyə  dözüb  səbirli  olmağı  vəsiyyət  etmişdi. 
Əli(ə.s) dedi: 
__
Yaxşı  bilirsən  ki,  əgər  həzrəti-Mühəmməd(s)-in 
vəsiyyəti  olmasaydı,    sən  mənim  evimə  icazəsiz  daxil  ola 
bilməzdin. 
Ömər  fəryad  edib  köməyə  çağırırdı.  Bir  neçə  nəfər 
onun köməyinə gəlib Əli(ə.s)-nin evinə doluşdu. O Həzrəti 
çəkə-çəkə 
məscidə 
tərəf 
beyət 
etməyə 
apardılar. 


 
129 
Fatimə(s.ə)  də qapının  kənarında dayanıb  baxırdı.  Qunfuz 
qırmancı ilə fatimə(s.ə)-ni vurdu. Həzrəti-Fatimə(s.ə) vəfat 
edəndə  qırmancın  izləri  onun  qolunda  hələ  də  qalmışdı. 
Sonra Qunfuz qapını itələyib açanda qapını Fatimə(s.ə)-nin 
böyrünə  elə  vurmuşdu  ki,  o  Xanımın  qabırğasının  biri 
sınmışdı  və  bətnində  olan  uşağı  məhv  olmuşdu.  Bu 
hadisədən  sonra  həzrəti-Zəhra(s.ə)    yatağa  düşüb  aldığı 
həmin zədələrdən də şəhadətə yetişdi. 
Qunfuza təşəkkür. 
Müəllif 
yazırr: 
«Süleym 
ibn 
Qeysdən 
nəql 
olunmuşdur  ki,  Ömər  ibn  Xəttab  bütün  işçilərin  maaşının 
yarısını (büdcənin azaldığına görə) cərimə olaraq onlardan 
tutdu.  Lakin Qunfuzun  maaşını  bütövlükdə ödədi.  Süleym 
deyir  ki,  Peyğəmbər(s)  məscidinə  gedib  gördüm  ki,  bir 
dəstə  adam  məscidin  bir  küncündə  oturub  söhbət  edir. 
Onların hamısı Bəni-Haşimdən idi. Təkcə Salman, Əbuzər, 
Miqdad,  Məhəmməd  ibn  Əbu  Bəkr,  Ömər  ibn  Əbi  Səimə 
və  Qeys  ibn  Səd  ibn  Übadədən  başqa.  Bu  yığıncaqda 
Abbas (Peyğəmbərin əmisi) Əli(ə.s)-dən soruşdu:  
__ 
Niyə Ömər  başqa  işçilər kimi Qunfuzun pulundan 
tutmadı? 
Həzrəti-Əli(ə.s)  ətrafına  baxıb  gözlərindən  yaş 
axıdaraq buyurdu: 
 
__ 
Qunfuzun  pulunu  kəsmədi  ki,  ona  bu  yolla  öz 
təşəkkürünü bildirsin.  Çünki onun  Fatimə(s.ə)-yə  vurduğu 
qamçının  izləri  həzrəti-Zəhra(s.ə)  vəfat  edənə  qədər  onun 
qolunda qolbaq kimi qaralmışdı». 
İmam Həsə(ə.s)-nin Müğeyrə ibn Şöbəyə 
söylədikləri. 
Süleym  ibn  Qeys  qeyd  edir  ki,  İmam  Həsən 
Müctəba(ə.s)  öz  ehticacında  Müaviyə  və  tərəfdarları  ilə 
 
130 
geniş söhbət edərkən  həzrəti-Əli(ə.s)-yə  nalayiq töhmətlər 
vuran Müğeyrə ibn Şöbəyə buyurmuşdu: 
«Sən  Allahın  düşməni,  «Quran»ın  ziddinə  gedən  və 
Peyğəmbər(s)-i təkzib edən bir şəxssən. Sən Peyğəmbər(s) 
qızına  əl  qaldırdın.  Onu  yaralayıb  bətnindəki  uşağının 
məhv  olmasına  səbəb  oldun.  Cəsarətlə  Peyğəmbər(s)-in 
ziddinə gedib o Həzrətin Fatimə(s.ə)-nin şəninə buyurduğu 
kəlamı alçaq tutdun: «Sən behişt qadınlarının xanımısan». 
Ey  Müğeyrə,  Allah  sənin  cəzanı  versin,  yalan 
sözlərinin günahının ağırlığını boynuna qoysun
53
». 
Feyz Kaşaninin yazılarında Əli(ə.s)-nin beyət 
etməsi. 
İslam dünyasının məşhur filosoflarından sayılan Feyz 
Kaşani  «Elmül-yəqin»  kitabında  həzrəti-Əli(ə.s)-nin  evinə 
hücum olunması  barədə «İntibahi Niranül-əhzan» kitabına 
əsaslanaraq belə qeyd edir:  
«Ömər azad olunmuş qullardan və münafiqlərdən bir 
neçəsini  yığaraq  Əli(ə.s)-nin  evinə  yollandı.  Onlar  qapını 
bağlı görüb ucadan səsləndilər:  
__ 
Əli,  çölə  çıx!  Peyğəmbər(s)-in  canişini  səni  öz 
hüzuruna tələb edir. 
Həzrəti-Əli(ə.s)  qapını  açmadı.  Onlar  evi  yandırmaq 
üçün  qapının  ağzına  odun  qaladılar.  Ömər  yenə  qışqırıb 
dedi:  
__ 
Allaha  and  olsun,  əgər  qapını  açmasa,  evə  od 
vuracağam. 
Fatimə(s.ə)  onların  evi  yandıracağını  başa  düşüb 
qapını  açdı.  Onlar  Fatimə(s.ə)-yə  örtünmək  üçün  imkan 
                                                
53
 Tarixi sənədlərdə Müğeyrə ibn Şöbənin şəxsən özünün həzrəti-
Zəhra(s.ə)-ya əl qaldırması barədə heç bir fakt yoxdur. Lakin o,  
Peyğəmbər(s) ailəsinin əleyhinə camaatı təhrik edən bir şeytan kimi 
xatırlanmışdır. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə