Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

 
123 
Salman tələsik  Fatimə(s.ə)-nin  yanına gəlib  ərz  etdi: 
«Ey  Mühəmmədin(s)  qızı,  Allah  atanı  bəşərin  rəhmət 
qayəsi tək göndərmişdi. Evə qayıt və nifrin (qarğış) etmə». 
Fatimə(s.ə) buyurdu:  
-Salman,  onlar  istəyirlər  ki,  Əli(ə.s)-ni  aradan 
götürsünlər. Daha səbrim tükənib. Qoy gedim atamın qəbri 
üstə saçımı dağıdım, Allahımın dərgahına nalə çəkim. 
Salman:  
__ 
Mən  qorxuram  ki,  bu  zaman  yer  lərzəyə  gəlib 
Mədinə  əhlini udar. Əli(ə.s)  məni sizin yanınıza göndərdi 
ki, nifrin etməkdən əl çəkib evə qayıdasınız. 
Həzrəti-Zəhra:  
__ 
O  zaman  mən  o  Cənaba  itaət  edib  evə  qayıdaram 
və səbir edərəm». 
Əllamə  Təbərsi  «Ehticac»  adlı  kitabında  İmam 
Sadiq(ə.s)-dən belə nəql edir:  
«Əli(ə.s)-ni  evdən  aparanda  bütün  Bəni-Haşim 
xanımları  evdən  çıxıb  həzrəti-Mühəmməd(s)-in  qəbri 
üstünə  gəldilər.  Həzrəti-Zəhra(s.ə)  ucadan  səsləndi: 
«Əmim  oğlunu  buraxın!  And  olsun  Mühəmməd(s)-i  haqq 
göndərən  Allaha!  Əgər  onu  buraxmasanız,  saçımı  dağıdıb 
Peyğəmbər(s)-in  köynəyini  başıma  tutaram  və  Allah 
dərgahına nalə çəkərəm. Saleh peyğəmbərin dəvəsi
51
 Allah 
dərgahında mənim övladlarımdan əziz deyildir». 
Salman  deyir  ki,  Fatimə(s.ə)-nin  yaxınlığında 
dayanmışdım.  Allaha and olsun,  Peyğəmbər(s)  məscidinin 
divarlarının  yerdən  necə  aralandığını  gördüm,  belə  ki    o 
                                                
51
 Yəni Saleh(ə.s) -in günahkar qəbiləsi Salehin dəvəsini tutub 
öldürmüşdülər. Allah da onları cəzalandıraraq məhv etdi. Mənim də 
övladlarım Salehin dəvəsindən əskik deyillər. (Səmud tayfası, Salehin 
dəvəsi və onların cəzalandırılması macərası «Quran»da müxtəlif 
yerlərdə, o cümlədən «Şəms» surəsi 11-15-ci ayələrdə gəlmişdir.) 
 
124 
aralıqdan  bir  şəxs  asanlıqla  sivişib  keçə  bilərdi.  Yaxına 
gəlib dedim:  
__ 
Ey  alicənab  xanım,  ey  mənim  sərvərim!  Allah 
Atanı  bəşərin  mərhəmət  qayəsi  qərar  verdi.  Siz  camaatın 
əzaba düçar olmasına səbəb olmayın. 
Fatimə(s.ə)  evə  qayıtdı.  Məscidin  yarığı  birləşdi, 
divarların dibindən toz qalxıb burnumuza doldu». 
Böyük ravi və alim Şeyx Kuleyni İmam Baqir(ə.s) və 
İmam  Sadiq(ə.s)-dən  nəql  edir  ki,  işin  bu  dərəcəyə 
yetişdiyini  görən  həzrəti-Fatimə(s.ə)  Ömərin  libasından 
çəkib buyurdu:  
__ 
Allaha  and  olsun,  ey  Xəttabın  oğlu,  əgər  arada 
günahsız  bəndələr  də  bəlaya  düçar  olmasaydı,  yaxşı 
bilirsən ki, and içib Allaha pənah aparardım və tezliklə də 
Allah istədiyimi müstəcab edərdi. 
Həmçinin  rəvayət  olunur  ki,  Əli(ə.s)-ni  evdən 
aparanda  Fatimə(s.ə)  Peyğəmbər(s)-in  köynəyini  başına 
tutmuşdu.  O,  Həsən(ə.s)  və  Hüsey(ə.s)-nin  əlindən  tutub 
Əbu Bəkrin yanına gəlib buyurdu:  
__ 
Mən  sənə  neyləmişəm?  İstəyirsən,  əmim  oğlunu 
öldürüb uşaqlarını başsız qoyasan? Allaha and olsun, əgər 
pis  olmasaydı,  saçımı  açıb,  Allah  dərgahında  şivən 
edərdim. 
Əbu Bəkrin tərəfdarlarından bir nəfər ondan soruşdu:  
__ 
Nə  qərara  gəlirsən?  Camaatın  məhv  olmağınımı 
istəyirsən? 
Onlar 
Əli(ə.s)-ni 
buraxdılar. 
Əli(ə.s) 
həzrəti-
Zəhra(s.ə)-nın əlindən tutub evə apardı. 
Başqa  bir  rəvayətdə  İmam  Baqir(ə.s)-dən  nəql 
olunur:  «Allaha  and  olsun,  əgər  Fatimə(s.ə)  saçını 
yolsaydı, hamı məhv olardı». 


 
125 
İbn Əbil Hədidin qeydlərində Əli(ə.s)-dən beyətin 
alınması.  
Məşhur  sünni  alimi  İbn  Əbil  Hədid  Cövhərinin 
«Əssəqifə» kitabında belə yazılır:  
«Əbu Bəkr Ömərdən soruşdu:  
__ 
Xalid ibn Valid hanı?  
Ömər  Xalidi  çağırtdırdı.  Əbu  Bəkr  Ömərlə  Xalidə 
dedi:  
__ 
Gedin Əli(ə.s) ilə Zübeyri buraya gətirin. 
Ömərlə  Xalid
 
həzrəti-Zəhra(s.ə)-nın  evinə  gəldilər. 
Xalid qapıda dayandı. Ömər evə keçib Zübeyrdən soruşdu:  
__ 
Əlindəki qılınc nədir? 
Zübeyr:  
__ 
Bu  qılıncı  əlimdə  tutmuşam  ki,  Əli(ə.s)-yə  beyət 
edim. 
Səhabədən  bir  neçəsi,  o  cümlədən  Miqdad  və  Bəni- 
Haşimin  hamısı  evdə  idi.  Ömər  qılıncı  Zübeyrin  əlindən 
qapıb  evdə  olan  daşın  üstünə  zərb  ilə  vuraraq  sındırdı. 
Sonra Zübeyrin əlindən tutub çölə çıxartdı. O, Xalidə dedi:  
        
__ 
Zübeyrdə gözün olsun. 
Xalid Zübeyri saxladı. 
Sonra Ömər Əli(ə.s)-nin evinə daxil olub ona dedi:  
 
__ 
Qalx, beyət et!
52
  
Əli(ə.s) beyətdən imtina etdi. Ömər Əli(ə.s)-nin əlini 
tutub dedi: 
 
__ 
Ayağa qalx!  
O  Cənab(ə.s)  itaət  etmədi.  Nəhayət,  Ömər  O(ə.s)-nu 
güc  tətbiq  edərək  çölə  çıxarıb  Xalidə  tapşırdı.  Xalidin 
yanında çox adam  var  idi.  Ömər öz  yoldaşları  ilə birlikdə 
Əli(ə.s)  ilə  Zübeyri  zorla  məscidə  apardı.  Camaat  hər 
                                                
52
 «Şərhi Nəhcül-bəlağə» İbn Əbil Hədid VI c, səh.48 
 
126 
tərəfdən  axışıb  tamaşa  edirdi,  belə  ki  Mədinənin  küçələri 
adamlarla dolmuşdu. 
Fatimə(s.ə)  Ömərin  bu  hərəkətini  görəndə  fəryad 
edib  camaatın  arasına  gəldi.  Bəni-Haşimdən  və  başqa 
qəbilələrdən  qadınlar  onu  əhatəyə  aldılar.  Fatimə(s.ə) 
ucadan dedi:  
  
__ 
Əbu  Bəkr,  nə  tez  Peyğəmbər(s)-in  Əhli-beytinə 
hücum etməyə cəsarət etdin!? Allaha and olsun, mən daha 
ölənə kimi Ömərlə kəlmə də kəsməyəcəm». 
Ravi  yazır:  «Elə  ki  Əli(ə.s)  və  Zübeyr  beyət  etdi, 
fitnələr  yatdı.  Əbu  Bəkr  Fatimə(s.ə)-nin  yanına  gedib 
Ömərin bağışlanmasını xahiş etdi». 
İbn  Əbil  Hədid  (yuxarıdakı  rəvayəti  nəql  edib  öz 
fikrini 
bildirərək) 
qeyd 
edir: 
«Mənim 
fikrimcə, 
Fatimə(s.ə)-nin  son  nəfəsinə  qədər  Əbu  Bəkr  və  Öməri 
dindirmədiyi  bir  həqiqətdir.  Xanım(s.ə)  onlardan  incik 
getdi.  Vəsiyyət  etdi  ki,  onlar  onun  cənazəsinə  namaz 
qılmaqda  iştirak  etməsinlər.  Bu  hadisə  bizim  səhabələrin 
nəzərincə,  kiçik  günahlardan  sayılıb  bağışlanılması 
mümkün olan şeylərdir. Əlbəttə, yaxşı olardı ki, Əbu Bəkr 
və  Ömər  Fatimə(s.ə)-yə  ehtiram  edib  onun  yüksək 
məqamına  hörmət  edəydilər.  Lakin  onlar  ixtilaf  və 
təfriqədən qorxub məsləhət bildikləri işi yerinə yetirmişlər. 
Onlar 
dində 
möhkəm 
yəqinliklə 
böyük 
məqam 
sahibləridirlər.  Əgər  belə  hadisələr  də  sübuta  yetirilmiş 
olsa,  bu  böyük  günahlardan  sayılmır.  Əksinə,  kiçik 
günahlardan  sayılaraq  təvəlla  və  təbərra  (dostluq  və 
düşmənçilik) meyarı olmamışdır». (İbn Əbil Hədid. «Şərhi 
Nəhcül-bəlağə»  VI  c,  səh.50)  İbn  Əbil  Hədidin  bu 
mühakiməsi 
düzgündürmü? 
Belə 
əməlləri 
kiçik 
günahlardan hesab etmək olarmı? Özünüz mühakimə edin. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə