Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə33/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

 
131 
vermədən  qapını    itələdilər.  O  Xanım(s.ə)  naməhrəmlərin 
gözü  qarşısında  qalmamaq  üçün  qapının  arxasına  keçdi. 
Ömər  qapını  itələdi.  Fatimə(s.ə)  qapı  ilə  divar  arasında 
qalıb  bərk  sıxıldı.  Bu  zaman  Ömər  və  yoldaşları  evə 
soxuldudar.  Həzrəti-Əli(ə.s)  yerdə  oturmuşdu.  Onlar 
Əli(ə.s)-ni  dövrəyə  alıb  yaxasından  və  qollarından  tutaraq 
zorla məscidə tərəf apardılar. 
Fatimə(s.ə)  özünü  yetirib  onlarla  Əli(ə.s)-nin 
arasında dayanaraq buyurdu:  
__ 
Allaha and olsun, qoymaram, əmim oğlunu zülmlə 
məscidə tərəf aparasanız. Vay olsun sizə, nə tez Allaha və 
Rəsuluna xəyanət edib Əhli-beytinə zülm etdiniz. Halbuki 
Peyğəmbər(s) bizə itaət etməyi və bizimlə dost olmağı sizə 
tapşıraraq  tövsiyə  etmişdi  ki,  bütün  işlərinizdə  bizdən 
yapışasınız. Allah da Müqəddəs kitablarda buyurdu:  
«Ey  Peyğəmbər,  xalqa  de  ki,  Əhli-Beytimə 
məhəbbət  göstərməkdən  başqa  sizdən  Peyğəmbərliyimə 
görə heç nə istəmirəm.»  
(«Şura» surəsi, 23) 
Ravi  yazır:  «Fatimə(s.ə)-nin  bu  sözü  insanların 
çoxunun dağılışmasına səbəb olmuşdu.  
Ömər  bir  nəfərlə  orada  qalıb  əmisi  oğluna    belə 
göstəriş verdi: «Əgər Fatimə(s.ə) müqavimət göstərsə, ona 
öz gücünü göstərməkdən çəkinmə». 
Qunfuz  qırmancla  Fatimə(s.ə)-nin  böyrünə  və 
kürəyinə  elə  vurmuşdu  ki,  qırmancın  izləri  bədənində 
qalmışdı.  Həmin  bu  zərbələr  də  Peyğəmbər(s)-in 
«Möhsün»  adlandırdığı  Fatimə(s.ə)-nin  bətnindəki  uşağın 
siqt  olmasına  səbəb  olmuşdu.  Onlar  əmirəl-möminin 
Əli(ə.s)-ni  çəkə-çəkə  məscidə  tərəf  Əbu  Bəkrin  qarşısına 
gətirdilər. Həmin anda Fatimə(s.ə)  hövlank məscidə, daxil 
olaraq  Əli(ə.s)-ni  onların  əlindən  almaq  istədi.  Lakin 
 
132 
bacarmadı.  Oradan  atasının  qəbri  üstünə  gedib  ürək 
yanğısı,  ah-nalə  ilə  ağlayaraq  belə  buyurdu:  «Atacan, 
canım  kədər  və  qüssə  içində  bədənimdə  məhbus  olubdur. 
Kaş bu qüssə və kədərlə birgə bədənimdən çıxaydı. 
Atacan, əfsuslar olsun sənin ayrılığına, əfsuslar olsun 
nəvələrin  Həsən  və  Hüseyn(ə.s)-in  atası,  sənin  Həbibin, 
əmirəl-möminin  Əli(ə.s)-  nin  ayrılığına  ki,  onu  uşaqlıqda 
tərbiyə  etdin.  Böyüyəndə  onu  qardaşın  kimi  çağırdın.  O, 
sənin  ən  yaxın  dostun  və  ən  sevimli  səhabən  idi.  O, 
hamıdan  əvvəl  islamı  qəbul  edib  sənə  tərəf  gəldi,  ey 
məxluqatın Əşrəfi! 
 İndi onu dəvəni aparan təki əsir aparırlar». 
Sonra  ürəkyandırıcı  nalə  çəkib  dedi:  «Mühəmməd, 
ey  dost,  ey  Əbəlqasim,  ey  Əhməd.  Əfsuslar  olsun, 
dostların  azlığına.  Əfsuslar  olsun  bu  müsibətli,  qəmli,  acı 
ruzigara.» 
Fatimə(s.ə)  bu  sözləri  deyib  huşunu  itirərək  yerə 
yıxıldı.  Camaat  onun  bu  vəziyyətindən  təsirlənib  ucadan 
nalə çəkərək ağladı. Peyğəmbər (s)  məscidini başdan-başa 
matəm bürümüşdü. 
Sonra Əli(ə.s)-ni Əbu Bəkrin qarşısında dayandıraraq 
ona  dedilər:  «Əlini  uzadıb  beyət  et!»  Həzrəti-Əli(ə.s) 
byurdu:  «Allaha  and  olsun,  beyət  etmərəm,  çünki  mənim 
beyətim  sizin  boynunuzdadır. (Siz  mənimlə Qədir-Xumda 
beyət etdiniz. Ona vəfadarlıq edin.)» 
Əbu Bəkrin Əli(ə.s)-nin əlinə əıııl verməsi. 
Ədiyy  ibn  Hatəm  (Peyğəmbər(s)  və  Əli(ə.s)-nin 
dostlarındandır) deyir: «Əli(ə.s) üçün ürəyim elə yandı ki, 
heç kim üçün elə yanmamışdı və yanmayacaq. Əli(ə.s)-nin 
yaxasından  və  qollarından  tutub  məscidə  tərəf  çəkə-çəkə 
apararaq deyirdilər: 
 
__ 
Əbu Bəkrə beyət et! 


 
133 
O buyurdu:  
__  
Əgər beyət etməsəm, nə olar? 
Cavab  verdilər  ki,  boynunu  vurarıq.  Əli(ə.s)  üzünü 
göyə tutub dedi: «İlahi, şahid ol ki, bunlar məni öldürməyə 
gəliblər,  halbuki  mən  Allahın  bəndəsi  və Peyğəmbər(s)-in 
qardaşıyam». 
Onlar yenə Əli(ə.s)-yə dedilər:  
__ 
Beyət etmək üçün əlini uzat. 
O  Cənab  itaət  etmədi.  Onlar  güclə  onun  əlini  tutub 
çəkdilər. 
Həzrəti-Əli(ə.s) 
barmaqlarını 
 
yumdu. 
Yanındakılar  nə  qədər  etdilərsə,  onun  yumruğunu  aça 
bilmədilər.  Nəhayət,  Əbu  Bəkrin  əlini  qabağa  çəkib 
Əli(ə.s)-nin  yumulmuş  əlinə  (yumruğuna)  sürtdülər.  O 
halda  isə  həzrəti-Əli(ə.s)  üzünü  Peyğəmbər(s)-in  qəbrinə 
tutaraq deyirdi:  
«Ey  anam  oğlu,  camaat məni  zəiflədib,  az  qaldı  ki, 
öldürsün.»
54
(«Əraf» surəsi, 150.) 
Ravi yazır:  
Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:  
«Əgər sən şura yolu ilə xalqın rəhbəri olmusansa, bu 
necə  şuradır  ki,  onun  (mənim  kimi)  məşvərətçiləri  orada 
olmamışlar.  Yox,  əgər  qohumluğu  dəlil  gətirirsənsə, 
başqaları Peyğəmbər(s)-ə səndən daha yaxındır».
55
 
O  Həzrət  təkrar-təkrar  buyururdu:  «Əcəba,  xilafət 
səhabəlik və qohumluqlamı sabit olur?»
56
 
Evin yandırılması hadisəsi Ömərin öz dilindən. 
                                                
54
 Bu mənbəyə əsasən Əli(ə.s) beyət etməmişdir. 
55
 Bu şer «Nəhcül-bəlağə»də 190-cı hikmətdə qeyd olunmuşdur. 
56
 Bu, eynilə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə»sində XVIII c, 
səh.416, Xoyinin «Şərhi Nəhcül-bəlağə»sində 190-cı hikmətdə 
işlənmişdir. 
 
134 
Ömər ibn Xəttab Müaviyəyə
57
 məktubunda (beyət və 
qapının  yandırılması  barədə)  belə  yazmışdı:  «Qabaqcadan 
öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-
Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:  
__ 
Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin. 
Çünki bütün müsəlmanlar ona beyət etmişlər. 
Fizzə:  
__   
Əmirəl-möminin  Əli(ə.s)  «Quran»ı  tərtib  etməklə 
məşğuldur. 
Dedim ki,  bu  sözləri  bir  yana qoy,  Əli(ə.s)-yə de  ki, 
çölə  çıxsın,  yoxsa  evə  daxil  olub  onu  zorla  apararıq.  Bu 
zaman  Fatimə(s.ə)  çölə  çıxıb  qapının  qarşısında  dayanıb 
dedi:  
__   
Ey  yolunu azmış  yalançılar,  nə deyirsiniz,  bizdən 
nə istəyirsiniz? 
Dedim:  
__ 
Niyə  əmin  oğlu  cavab  verməyə  səni  göndərib, 
amma özü pərdə arxasında oturub gizlənib?! 
Fatimə(s.ə):  
__ 
Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın 
məni  evdən  çıxararaq  höccəti  sənə  və  sənin  kimi  hər  bir 
yolunu azmışa tamam etdi. 
Dedim:  
__ 
Boş-boş  sözləri  bir  kənara  qoy.  Əli(ə.s)-yə  de  ki, 
çölə çıxsın. 
Dedi:  
                                                
57
 Müaviyə Əbu Bəkrin xilafəti zamanı qardaşı Yəzid ibn Əbi 
Süfyandan sonra Şamın hakimi olmuşdu. Ömər və Osmanın xilafəti 
zamanında da Şam hakimi olaraq qaldı. («Təhtiməttül-müntəha» s.-30) 
Ömərin Müaviyəyə yazdığı məktub elə onun öz xilafəti dövrünə 
təsadüf edir. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə