Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

 
135 
__ 
Yəni  dostluq  və  kəramət  sənə  layiq  deyil.  Məni 
şeytan qoşunu  iləmi qorxudursan,  ey Ömər?  Bil  ki,  hizbi-
şeytan zəif və qüvvətsizdir. 
Dedim:  
__
Ya  Əli(ə.s)  evdən  çölə  çıxmalı,  ya  da  məscidə 
gedib  beyət  etməlidir,  yoxsa  evə  adamları  qarışıq  od 
vuracağam. 
Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. 
Xalid  ibn  Vəlidə  tapşırdım:  «Adamlarına  de,  odun 
yığsınlar». 
Daha sonra Fatimə(s.ə)-ni hədələdim:  
__ 
Evi yandıraram. 
Fatimə(s.ə): «Ey Allahın düşməni, ey Peyğəmbər(s)-
in  düşməni,  ey  Ə|mirəl-mömininin  düşməni!»
  __ 
deyib 
əllərini  irəli  uzatdı  ki,  mən  içəri  keçməyim.  Mən  onu 
vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq 
üçün  əllərinə  o  ki  var  çəkdim.  Ağrının  şiddətindən  nalə 
çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim 
yumşalıb  oradan  qayıdacaqdım,  lakin  yadıma  Əli(ə.s)-nin 
Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü. 
Ürəyimdə  ona  qarşı  bəslədiyim  kin,  düşmənçilik  yenidən 
baş  qaldırdı.  Qapını  təpiklə  möhkəm  vurdum.  Fatimə(s.ə) 
qapını  açılmasın  deyə  möhkəm  sıxmışdı.  Lakin  mən 
qapıya  təpiklə  vuranda  Fatimə(s.ə)-nin  naləsini  eşitdim. 
Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o 
halda  ikən  deyirdi:  «Ay  atacan,  ya  Rəsululah,  sənin 
sevimli  qızınla  belə  rəftar  edirlər.  Ah,  ey  Fizzə  gəl  məni 
götür.  Allaha  and  olsun,  bətnimdə  olan  körpəm 
öldürüldü!» 
Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli 
ağrısından  divara(qapının  arxasına)  söykənmişdir.  Qapını 
möhkəm  itələdim.  Qapı  açıldı.  Evə  daxil  olanda 
 
136 
Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk 
qəzəbləndiyimdən  elə  bil,  gözümün  qarşısına  pərdə 
çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə 
yıxıldı.
58
 
                                    Fatimə(s.ə)-nin dilindən... 
«İrşadül-qülub» kitabında belə qeyd edilmişdir:  
Fatimə(s.ə)-nin dilindən: «Bizim evi yandırmaq üçün 
qapımıza  xeyli  odun  yığdılar.  Mən  qapının  arxasında 
dayanıb  o  zalım  tayfanı  Allaha  və  Peyğəmbər(s)-ə  and 
verirdim ki, bizdən əl çəksinlər. Ömər və Əbu Bəkrin azad 
olmuş qulu Qunfuzun vurduğu qırmancın izləri qollarımda 
qolbaq  kimi  qaraldı.  Bu  zaman  qapıya  təpik  vurub  qapını 
mənə  tərəf  itələdi.  Hamilə  halında  üzü  üstə  yerə  düşdüm. 
Alovun  dilləri  şölələnib  üzümü  yandırdı.  O,  əli  ilə  məni 
vururdu. Bu zaman qulağımdakı sırğam qırılıb yerə düşdü. 
Günahsız Möhsinim siqt olub öldürüldü». 
Merac gecəsində Zəhra(s.ə)-nın məzlumiyyəti 
barədə    Peyğəmbər(s)-ə verilən xəbər. 
Allah-təalanın  Peyğəmbər(s)-ə  merac  gecəsində 
verdiyi  xəbərlərdən  biri  də  budur:  «Ya  Əhməd,  qızın 
Fatiməyə  zülm  edərlər.  Onu  hüququndan  məhrum  edib, 
onun üçün təyin etdiyin haqqı qəsb edərlər. İcazəsiz evinə 
daxil  olub  onu  narahat  edərlər.  Heç  kim  onu  müdafiə 
etməz.  Ona  vurulan  zərbələr  nəticəsində  bətnindəki  körpə 
siqt olunub öldürülər». 
                                                
58
 Bu məktubu Əllamə Məclisi «Biharül-ənvar» kitabının VIII cildində 
222-ci səhifədə öz geniş təfsilatı ilə qeyd edib yazır ki, həmin məktub 
«Dəlailül-imamə» kitabının II cildindən götürülmüşdür.  İmam 
Hüseyn(ə.s)-in şəhadətindən sonra Abdulla ibn Ömər Mədinə 
camaatından bir neçə nəfərlə Şama gəlib Ye-zidə etiraz edərək Kərbəla 
faciəsi barədə onun bu alçaq hərəkətini pislədilər. Yəzid Abdullaya 
dedi: «İstəyirsən, atanın məktubunu sənə göstərim... Sonra çıxarıb 
Abdullaya verdi.»(Yuxarıdakı məktub onun xülasəsidir). 


 
137 
Peyğəmbər(s) buyurdu:  
 «Biz  Allah  tərəfindən  gəlmişik  və  Allaha  tərəf  də 
qayıdacağıq.  İlahi,  mən  bunu  (sənin  yolunda  olduğundan) 
qəbul  edərək  sənin  fərmanına  təslim  oluram  və  sənin 
dərgahından səbir və dözüm istəyirəm». 
Fatimə(s.ə)-ni incidən şəxslərin əzabı. 
Qiyamət  günü  mühakimə  edilib  haqqında  hökm 
veriləcək  ilk  şəxs  Əli(ə.s)-nin  övladı  Möhsin(ə.s)-in 
qatilləri olacaqdır.  Onun qatilləri  və Qunfuz  barədə  hökm 
olunacaq. Onları məhşər ayağına çəkib yanar qırmanclarla 
vuracaqlar.  Əgər  o  qırmanclardan  biri  bütün  dəryalara 
düşsə, dəryalar qaynayar. Əgər o qırmancı dünyanın bütün 
dağlarına vursalar, dağlar yanıb kül olar.  
Müfəzzəl  ibn  Ömər  İmam  Sadiq(ə.s)-dən  belə  nəql 
edir  ki,  qiyamət  günü  həzrəti-Xədicə(s.ə)  və  Əli(ə.s)-nin 
anası Fatimə binti Əsəd(s.ə) Möhsini götürüb nalə çəkərək 
ağlayarlar.  Anası  Fatimə(s.ə)  («Quran»ın  bu  ayələrini) 
oxuyar:  
«Bu, sizə vədə verilən gündür». («Ənbiya», 104) 
«Həmin  gündür  ki,  hər  bir  şəxs  xeyr  əməlinin 
bəhrəsini  görər  və  pis  əməllərindən  uzaq  düşməyi 
istəyər.» («Ali=İmran», 30) 
Bu  vaxt  İmam  Sadiq(ə.s)  elə  ağladı  ki,  göz  yaşları 
mübarək saqqalını islatdı. Sonra byurdu: «Aydın olmasın o 
göz ki, bu müsibəti eşidəndə ağlamaya». 
Qiyamətdə Əli(ə.s)-nin xəzinəsi 
Peyğəmbər(s) Əli(ə.s)-yə buyurmuşdu:  
«Sən  behiştdə  xəzinə  sahibisən,  sən  behiştin  iki 
budağının  sahibisən.»  («behiştin  iki  budağı»  deməkdə 
məqsədi behiştin bəzəyi olan Həsən və Hüseyn(ə.s)-dir)  
Şeyx  Səduq  yazır:  «Bəzi  tarixçilərdən  eşitmişəm  ki, 
«xəzinə»  dedikdə    burada  Fatimə(s.ə)-nin  qapı  və  divar 
 
138 
arasında qalıb əzilməsi nəticəsində siqt olan övladı Möhsin 
nəzərdə  tutulmuşdur.  Həmin  ustad  dəlil  olaraq  bu  faktı 
qeyd  etmişdi  ki,  insanın  siqt  olunmuş  uşağı  ciddi  və 
qəzəbli  halda  behişt  qapısında  dayanıb  içəri  keçməz.  Ona 
deyirlər:  «Behiştə  daxil  ol!»  O  cavab  verər  ki,  atam  və 
anam  məndən  qabaq  behiştə  daxil  olmamış  mən  behiştə 
daxil olmaram». 
Sünni alimi Nəzzamın yazdıqları. 
Seyyid Mövlana Mirhamid Hüseyn Hindi «Əbəqatül-
ənvar»  kitabında  sünni  alimlərindən  olan  Sənahəddin 
Səfədinin  yazdığı  «Ənvari  bil-vəfiyyat»  kitabında  Əbu 
Ömər  və  Cahizin  ustadı  olan  Nəzzamın
59
həyatından  bəhs 
edən  belə  bir  hadisəni  qeyd  edir:  «Peyğəmbər(s)  açıq-
aydın  buyurmuşdu  ki,  imamət  məqamı  Əli(ə.s)-yə 
məxsusdur.  O,  Əli(ə.s)-ni  bu  məqama  təyin  etmişdi. 
Səhabənin  hamısı  bundan  xəbərdar  idi,  lakin  Ömər  bunu 
Əbu  Bəkrin  xatirinə  hamıdan  gizli  saxlamışdı».  Nəzzam 
sözünü  davam  edərək  yazır:  «Ömər  Əbu  Bəkrin  beyət 
mərasimi  günü  Fatimə(s.ə)-nin  böyrünə  zərbə  ilə  vurdu. 
Onun  təsirindən  də  Fatimə(s.ə)-nin  bətnində  olan 
(Peyğəmbər(s)-in  qabaqcadan  adını  qoyduğu)  körpəsi  siqt 
oldu». 
Hübarın öldürülməsi barədə Peyğəmbər(s)-in 
hökmü. 
Məşhur  sünni  alimi  İbn  Əbil  Hədid  «Şərhi  Nəhcül-
bəlağə»  kitabında  yazır:  «Hübar  ibn  Əsvəd  adlı  bir  şəxs 
dəvəyə  minmiş  Peyğəmbər(s)-in  qızı  Zeynəbi  nizə  ilə 
qorxutmuşdu.  Bu  da  Zeynəbin  bətnində  olan  uşağın  siqt 
olmasına  bais  olmuşdu.  Məkkəni  fəth  edəndə  (hicrətin 
                                                
59
 Mötəzimlərin tanınmış natiqi, islamın böyük alimi Nəzzam adı ilə 
məşhurlaşmış İbrahim ibn Səyyar Bəsri (vəfatı 835-845 h.ç., təxm. 
1443-cü il miladi.) 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə