Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

 
115 
nasix və mənsux ayələrini müəyyən etdi. Həmin vaxtda da 
Əbu  Bəkr  o  Həzrətə  xəbər  göndərdi  ki,  gəlib  ona  beyət 
etsin. 
İmam  Əli(ə.s)  cavab  verdi  ki,  mən  «Quran»ı 
toplamaqla  məşğulam.  And  içmişəm  ki,  namaz  vaxtından 
başqa  «Quran»ı  yığıb  tənzimləməmiş  evdən  çölə 
çıxmayacağam». 
Əbu 
Bəkr 
və 
tərəfdarları 
bir 
neçə 
gün 
Əmirəlmömininə  möhlət  verdilər.  Əli(ə.s)  «Quran»ı  yığıb 
tənzimlədikdən  sonra  onu  bir  parçaya  qoyub  üstünü 
möhürlədi. 
Başqa  bir  mənbəyə  əsasən  o  Həzrət  topladığı 
«Quran»ı  götürüb  Rəsuli-əkrəm(s)-in  qəbrinin  üstünə 
gəldi.  Onu  yerə  qoyub  iki  rükət  namaz  qılaraq  Rəsuli-
əkrəm(s)-ə  salam  göndərdi.  Camaat  Əbu  Bəkrlə  birgə 
məscidə  yığışmışdı.  İmam  Əli(ə.s)  də  orada  idi.  O,  uca 
səslə xalqa xitab edib buyurdu:  
__ 
Ey  müsəlmanlar,  Rəsulullah(s)  vəfat  edəndən 
mənim  başım  əvvəl  Peyğəmbər(s)-in  dəfninə,  sonra  isə 
«Quran»ın  yığılmasına  qarışmışdır.  Bütün  «Quran»ı  cəm 
edib  bu  parçaya  bükmüşəm.  Rəsuli-əkrəm(s)-ə  nazil  olan 
hər  bir  ayəni  burada  yığmışam.  Peyğəmbər(s)-in  mənə 
qiraət  edib  yazdırdığı  və  təvilini  (ayələrin  batini  mənası) 
mənə  öyrətdiyi  ayələrdən  başqa  orada  heç  bir  şey 
yazılmamışdır.  Daha  qiyamət  günü  deməyəsiz  ki,  bizim 
bundan  xəbərimiz  yox  idi,  mən  sizi  köməyə  çağırmadım, 
haqqı  sizə  xatırlatmadım,  «Quran»ı  sizə  əvvəldən  axıra 
kimi tanıtdırmadım. 
Ömər dedi:  
__ 
Bizi  cəmlədiyin  «Quran»a dəvət etməklə əlimizdə 
olan  «Quran»a  laqeyd  etmə.  (Bizim  öz  «Quran»ımız  var. 
 
116 
O  olduğuna  görə  sizin  «Quran»a  daha  ehtiyacımız 
yoxdur.)  
Başqa bir rəvayətdə isə Ömər deyir:  
__
 «Quran»ı qoy qalsın. Özün isə get işinlə məşğul ol. 
Peyğəmbər(s)-in vəsiyyətinin xatırlanması. 
İmam Əli(ə.s)-nin məsciddəki xütbəsinin davamı: 
__
Peyğəmbər(s)  sizə  vəsiyyət  etmişdi  ki,  mən  sizin 
aranızda  iki  böyük  qiymətli  şeyi  əmanət  qoyub  gedirəm. 
Onlardan birincisi «Quran», ikincisi isə Əhli-beytimdir. Bu 
iki  şey  behiştdə  Kövsər  hovuzunda  mənə  yetişənə  qədər 
bir-birindən ayrılmazlar.  Əgər «Quran»ı qəbul  edirsinizsə, 
məni  də  «Quran»la  yanaşı  qəbul  edin  ki,  sizin  aranızda 
Allahın «Quran»da nazil etdiyi hökmləri icra edim. Çünki 
mən  «Quran»ın  bütün  ayələrinin  nasix-mənsuxuna, 
təvilinə,  möhkəm  və  mütəşabihinə,  halal  və  haramına 
sizdən daha yaxşı bələdəm.
49
 
Ömər dedi:  
__ 
Bu «Quran»ı özünlə götür ki, nə o səndən ayrılsın, 
nə  də  sən  ondan.  Bizim  nə  sənin  topladığın  «Quran»a,  nə 
də sənə ehtiyacımız yoxdur. 
Həzrəti-Əli(ə.s)  «Quran»ı  götürüb  evinə  qayıtdı. 
Namaz  qıldığı  yerdə  oturub  «Quran»ı  qarşısına  qoydu. 
Gözündən  yaş  axıda-axıda  onun  ayələrini  oxumağa 
başladı. 
Əmirəlmöminin Əli(ə.s)-nin qardaşı ilə görüşü. 
Bu  zaman  qardaşı  Əqil  Əli(ə.s)-nin  hüzuruna  gəlib 
onu ağlar gördükdə Həzrətdən soruşdu:  
__ 
Niyə  ağlayırsan?  Allah  sənin  gözlərini  heç  vaxt 
yaşlı etməsin. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
                                                
49
 Nasix, mənsux, təvil, möhkəm və mütəşabih-müxtəlif «Quran» və 
ayə formullarıdır. 


 
117 
__ 
Qardaşım,  Allaha  and  olsun!  Qüreyş  və  onların 
tərəfdarları üçün ağlayıram ki, haqdan üz çevirib əyri yola 
düşdülər.  Öz  fəsad  və  cəhalətlərinə  qayıdıb  ixtilaf,  nifaq 
vadisinə,  sərgərdanlıq  səhrasına  yuvarlandılar.  Əvvəllər 
Peyğəmbər(s)  ilə vuruşmaq üçün əlbir olduqları kimi,  indi 
də  mənimlə  döyüşməkdən  ötrü  birləşiblər.  Allah  onların 
cəzalarını  versin  ki,  mənimlə  olan  yaxınlıq  ipini  qırıb, 
əmim  oğlu  Peyğəmbər(s)-in  hakimiyyətini  əlimizdən 
aldılar.  
Bu zaman hönkürüb buyurdu:  
__
Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf də 
qayıdacağıq. 
Daha sonra isə aşağıdakı şeri oxudu. Şerin məzmunu 
ilə tanış olun: 
        «Əgər  mənim  halımın  pisliyini  soruşsan,  deyərəm, 
ruzigarın  çətinliklərinə  də  səbir  edib  çətinliklə  yaşayıram. 
Mənim  üçün  üzümdəki  kədərimi  düşmənimin  görüb 
sevinməsi,  dostumun  isə  bundan  narahat  olması  çox 
ağırdır». 
Əbu Bəkrin Əli(ə.s)-yə xəbər göndərməsi və o 
Həzrətin cavabı. 
İndi  yenə    Süleym  ibn  Qeysin  yazdıqlarına  qayıdaq. 
Sonra Əli(ə.s) öz evinə gəldi.  
Ömər Əbu Bəkrə dedi:  
__ 
Əli(ə.s)-nin  dalınca  bir  nəfər  göndər  ki,  qoy  gəlib 
sənə  beyət  etsin,  çünki  Əli(ə.s)  beyət  etməsə,  xilafət 
səhmana  düşməz.  Əgər  o  bizə  beyət  edərsə,  o  zaman  ona 
da aman verərik. 
Əbu  Bəkr  Əli(ə.s)-nin  yanına  bir  nəfərlə  xəbər 
göndərdi  ki,  Rəsulullah(s)-ın  xəlifəsinin  dəvətini  yerinə 
yetir. 
 
118 
Əbu  Bəkrin  qasidi  Əli(ə.s)-nin  yanına  gəlib  onun 
sözünü  o  Cənab(ə.s)-a  çatdırdıqda  Əli(ə.s)  buyurdu: 
«Qəribədir, nə tez Peyğəmbər(s)-i təkzib (yalançı) etdiniz? 
Əbu  Bəkr  və  ətrafındakılar  yaxşı  bilirlər  ki,  Allah  və 
Rəsulu məndən başqasını öz xəlifəsi təyin etməmişdir». 
Qasid  Əli(ə.s)-nin  sözlərini  Əbu  Bəkrə  çatdırdıqda 
Əbu  Bəkr  dedi  ki,  get,  bu  dəfə  Əli(ə.s)-yə  belə  de: 
«Əmirəl-mömininin (Əbu Bəkr) dəvətini yerinə yetir». 
Qasid  Əli(ə.s)-nin  yanına  gəlib  Əbu  Bəkrin  sözünü 
ona  çatdırdı.  Əli(ə.s) 
buyurdu: 
«Qəribədir,  onlar 
Peyğəmbər(s)-imizə  verdikləri  vədi  nə  tez  unutdular?! 
Allaha  and  olsun,  o  (Əbu  Bəkr)  yaxşı  bilir  ki,  bu  ad 
məndən  başqa  bir  kəsə  layiq  deyildir.  Peyğəmbər(s)  ona 
əmr etdi ki,  mənə əmirəl-möminin deyib salam  versin.  O, 
həzrəti-Mühəmməd(s)  tərəfindən  bu  işə  sövq  etdirilmiş 
yeddi  nəfərdən  biridir.  O  və  onun  rəfiqi  (Ömər)  həmin 
yeddi nəfərin arasında Peyğəmbər(s)-dən soruşmuşdu:  
__ 
Bu əmr Allah və Rəsulu tərəfindəndirmi? 
O zaman Peyğəmbər(s) buyurmuşdu:  
-Bəli, Allah və Rəsulu tərəfindən haqdır ki, Əli(ə.s) 
möminlərin əmiri, müsəlmanların ağası, nurani və yaxşı 
insanların  bayraqdırıdır.  Allah  qiyamət  günü  onu  sirat 
körpüsündə 
əyləşdirib 
onun 
dostlarını 
cənnətə, 
düşmənlərini isə cəhənnəmə göndərər. 
Əbu  Bəkrin  qasidi  Əli(ə.s)-nin  bu  sözlərini    Əbu 
Bəkrə yetirdi. Onlar elə həmin gün O(ə.s)-nu beyətə dəvət 
etməkdən əl çəkdilər. 
Süleym  ibn  Qeys  Salmanın  dediklərinə  əsaslanaraq 
belə qeyd edir:  
«Qaranlıq düşəndə həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-ni  ata 
mindirdi.  Onlar  Həsən  ilə  Huseynin  əlindən  tutub  Rəsuli-
əkrəm(s)-in  səhabələrinin  evinə  getdilər.  Əli(ə.s)-nin 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə