Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

 
83 
Ömər o Həzrətə dedi:  
__ 
Səni Əbu Bəkrə beyət etməmiş buraxmarıq. 
Həzrəti-Əli(ə.s) ona buyurdu:  
__ 
Bu  gün  işləri  Əbu  Bəkr  üçün  möhkəm  düzəlt  ki, 
sabah  xilafəti  sənə  qaytarsın.  Ömər,  Allaha  and  olsun  ki, 
ona heç vaxt beyət etməyəcəyəm. 
Əbu Bəkr dedi:  
__ 
Əgər  beyət  etməsən,  mən  səni  güclə  məcbur  edə 
bilmərəm. 
Bu zaman Əbu Übeydə Cərrah da belə söylədi:  
__ 
Ey  əmioğlu,  sən  cavansan,  bunlar  (Əbu  Bəkr, 
Ömər) isə sənin qəbilənin ağsaqqallarıdır. Sən bunlar kimi 
təcrübəli  deyilsən.  Mənim  nəzərimcə,  Əbu  Bəkir  xilafətə 
daha  çox  layiqdir,  çünki  onun  hakimiyyət  işlərində  olan 
bilik  və  bacarığı  səninkindən  daha  çoxdur.  Buna  görə  də 
xilafəti  Əbu  Bəkrə  ver.  Əgər  ömür  vəfa  etsə,  sonra  sən 
xəlifə olarsan.  Elm,  fəzilət,  təcrübə,  böyük təqva  və əxlaq 
sahibi,  Peyğəmbər(s)-ə  yaxın  olduğuna  görə  xəlifəlik 
məqamına hamıdan çox sən layiqsən! 
 Həzrəti-Əli(ə.s) belə buyurdu:  
__ 
Allahı,  Allahı  nəzərinizə  gətirin,  ey  mühacirlər! 
Mühəmməd(s)-in  hakimiyyətini  ərəblər  arasında  onun 
evindən  öz  evlərinizə  aparmayın.  Peyğəmbər  (s) 
xanədanının məqamını əlindən almayın. Onların hüququnu 
tapdalamayın.
35
 
Ey  mühacirlər,  Allaha and olsun! Rəsuli-əkrəm(s)-in 
Əhli-beyti  olduğumuz  üçün  xilafətə  hamıdan  çox  bizim 
haqqımız çatır. 
2.Mədinəlilərdən yardım 
İbn  Qüteybə  sözünü  bu  məqama  yetirib  yazır  ki, 
həzrəti-Əli(ə.s) axşamlar Fatimə(s.ə)-ni dəvəyə mindirərək 
                                                
35
 İbn Əbil Hədid: «Şərhi Nəhcül-bəlağə» VI c, səh.12 
 
84 
Mədinə  müsəlmanlarının  evinə  gedir,  müraciət  edirdi. 
Fatimə(s.ə)  ənsardan  yardım  istədikdə  onlar  belə  cavab 
verirdilər:  «Ey  Peyğəmbər(s)-in  qızı,  biz  daha  bu  kişiyə 
beyət  etmişik.  Artıq    iş-işdən  keçmişdir.  Əgər  əmin  oğlu 
(Əli(ə.s))  Əbu  Bəkrdən  qabaq  bizə  desəydi,  onun 
hakimiyyətini qəbul edərdik». 
Həzrəti-Əli(ə.s)  onların  cavabında  belə  söylədi: 
«Mən  Rəsuli-əkrəm(s)-in  cənazəsini  hələ  dəfn  etməmiş 
gəlib sizin  aranızda hakimiyyət davası etməliydim?» 
Fatimə(s.ə)  də  Mədinə  əhlinin  vəfasızlığından 
şikayətlənib demişdi:  
 __ 
O  gecə  Əbül-Həsən  (Əli(ə.s))  atamın  dəfn 
mərasimində qalmalıydı, amma siz ənsar və mühacirlər elə 
bir  iş  tutdunuz  ki,  Allah  qarşısında  cavab  verməli 
olacaqsınız.
36
 
İbn Qüteybə Əli(ə.s)-nin beyət etməsi barəsində yazır 
ki,  Əbu  Bəkr  ona  beyət  etməyənləri  axtardıqda  onları 
Əli(ə.s)-nin  yanında  tapdı.  Öməri  ora    göndərdi.  Ömər 
Əli(ə.s)-nin  evinə  gəlib  qapıdan:  «Hamı  Əbu  Bəkrə  beyət 
etmək  üçün  çölə  çıxsın!»
  __ 
deyə  qışqırdıqda,  onlar 
Əli(ə.s)-nin  evindən  çölə  çıxmaqdan  imtina  etdilər.  Bu 
vaxt Ömər dedi: 
__ 
Ömərin canı əlində olan Allaha and olsun ki, gərək 
evdən  çölə  çıxasınız.  Əgər  çıxmasanız,  evi  içindəki 
adamlarla birgə yandıracağam. 
Yanındakılardan bəzisi etiraz etdi:  
__ 
Axı həzrəti-Fatimə(s.ə) evdədir. 
Ömər dedi:  
__ 
Hətta Fatimə(s.ə) evdə olsa da, yandırıcağam. 
İçəridəkilər  çarəsiz  evdən  çıxıb  Əbu  Bəkrə  beyət 
etdilər.  Təkcə  Əli  (ə.s)  evdən  çölə  çıxmadı,  çünki  and 
                                                
36
 İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.13, XI c, səh.14 


 
85 
içmişdi  ki,  «Quran»ı  toplamamış  çiynimə  əba  atıb  çölə 
çıxmayacağam.  Fatimə(s.ə)  qapıda  dayanaraq  mühacirlərə 
belə  xitab  etdi:  «Mən  sizin  kimi  etibarsız,  nankor  tayfa 
görməmişəm.  Siz  Peyğəmbər(s)-in  cənazəsinin  yanında 
bizi  tək  qoyub  öz  işlərinizin  dalınca  getdiniz.  Bizə  xəbər 
vermədən aranızda xilafət məsələlərini həll etdiniz». 
Ömər  Falimə(s.ə)-nin  bu  sözlərini  eşitdikdə  Əbu 
Bəkrin yanına gəlib dedi:  
__ 
Beyətdən  boyun  qaçıran  bu  kişini  (Əli(ə.s)) 
cəzalandırmaq istəmirsənmi? 
Əbu Bəkr özünün azad etmiş olduğu qulamı Qunfuzu 
Əmirəlmöminin  Əli(ə.s)-nin  arxasınca  göndərdi.  Qunfuz 
Əli(ə.s)-nin yanına gələndə Əli(ə.s) ondan soruşdu:  
__ 
Nə istəyirsən? 
Qunfuz dedi:  
__ 
Rəsuli-əkrəm(s)-in xəlifəsi sizi görmək istəyir. 
Əli(ə.s) buyurdu:  
__ 
Nə tez Peyğəmbər(s)-ə yalan qoşdunuz? (Özünüzü 
onun canişini bildirdiniz) 
Qunfuz  geriyə  qayıdıb  bu  sözləri  Əbu  Bəkrə 
söylədikdə Əbu Bəkr hönkürtü ilə ağladı. 
Ömər ikinci dəfə Əbu Bəkrə dedi:  
__ 
Beyətdən  boyun  qaçıran  bu  kişiyə(Əli(ə.s))  aman 
vermə. 
Əbu  Bəkr  Qunfuza  tapşırdı  ki,  Əli(ə.s)-nin  yanına 
gedib  ona  de  ki,  əmirəl-möminin  (Əbu  Bəkr)  səni  beyət 
etməyə dəvət edir. 
Qunfuz  Əli(ə.s)-nin  yanına  gəlib  Əbu  Bəkrin 
sözlərini ona çatdırdı. Əli(ə.s) səsini ucaldıb dedi: «Əcəba, 
o özünün olmayan bir şeyi (rütbəni) necə iddia edir?!» 
Qunfuz  geriyə  qayıdıb  Əli(ə.s)-nin  sözünü  Əbu 
Bəkrə söylədikdə Əbu Bəkr yenə də hönkürtü ilə ağladı. 
 
86 
Bu  zaman  Ömər  özü  ayağa  qalxıb  bir  neçə  nəfərlə 
Fatimə(s.ə)-nin  evinə  gəldi.  Onlar  qapını  döydülər. 
Fatimə(s.ə)  gələnlərin  səsini  eşidəndə  uca  səslə  Atası 
Mühəmməd(s)-in qəbrinə sarı belə xitab etdi: «Ey Ata, ey 
Allahın  Rəsulu!  Xəttabın  və  Əbuquhayənin  oğulları 
səndən sonra gör bizə nə cür zülmü rəva gördülər?!» 
Ömərin  yoldaşları  Fatimə(s.ə)-nin  bu  sözlərini  və 
hönkürtüsünü  eşitdikdə  çox  kədərləndilər,  lakin  Ömər 
qapıdan  kənara  çəkilmədi.  Əli(ə.s)-ni  evdən  çölə  çıxarıb 
Əbu  Bəkrin  yanına  gətirdilər  və  ona  Əbu  Bəkrə  beyət 
etməsini əmr etdikdə Əli(ə.s) imtina etdi. 
Dedilər:  
__ 
Allaha  and  olsun,  əgər  beyət  etməsən,  boynunu 
vurarıq. 
Əli(ə.s) buyurdu:  
__ 
Belə  olan  surətdə  siz  Allah  bəndəsini  və 
Peyğəmbər(s)-in qardaşını öldürmüş olursunuz. 
Ömər dedi:  
__ 
Allahın  bəndəsi  bəli,  amma  Peyğəmbərin(s)-in 
qardaşı yox.  
Əbu Bəkr bu arada sakit dayanmışdı, heç nə demirdi. 
Ömər ondan soruşdu:  
__ 
Əli(ə.s)-ni beyət etməyə məcbur etmirsənmi?  
Əbu Bəkr cavab verdi:  
__ 
Nə qədər ki Fatimə(s.ə) onun yanındadır,  mən onu 
heç bir şeyə məcbur edə bilmərəm. 
Sonra  həzrəti-Əli(ə.s)  Rəsuli-əkrəm(s)-in  qəbrinin 
üstünə gəlib hüznlü səslə belə fəryad etdi:  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə