1
BEYTÜL- ƏHZAN
(Həzrəti-Fatimeyi-Zəhranın (s)
həyatı)
Müəllif: Şeyx Abbas Qumi
Tərcümə edən: Ceyhun Cəfərov
2
Ön söz
Ulu Tanrıya şükr edib həmd söyləmək, eləcə də
həzrəti- Mühəmməd(s) və onun pak Ailəsinə salavat və
salam
göndərmək
insanların
doğru
yola
hidayət
olunmasında ən başlıca amillərdən biridir.
Dünya xanımlarının xanımı, məsum İmamlarımızın
anası həzrəti- Fatimeyi-Zəhranın (səlamullahi əleyha)
həyatından bəhs edən bu kitabı biz dörd hissəyə və hər
hissəni də bir neçə bölməyə ayırmışıq.
Birinci hissə həzrəti-Fatimə(s.ə)-nin təvəllüd tarixi,
adı və o xanımın müxtəlif ləqəblərlə adlandırılması
səbəblərindən bəhs edir.
İkinci hissədə o Xanımın əxlaqi dəyərləri, eləcə də
həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır.
Kitabın
üçüncü
hissəsində
Peyğəmbər(s)-in
vəfatından sonra baş vermiş hadisələrdən, xanım
Fatimə(s.ə)-nin alovlu nitqləri, özünü müdafiə etməsi və
bu barədə qeyd olunmuş bir sıra mətləblərdən bəhs edilir.
Nəhayət, dördüncü hissə həzrəti-Fatimə(s.ə)-nin atası
Peyğəmbər(s)-in vəfatından sonra çəkdiyi iztirab və
müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o
böyük qadının ömrünün son günlərində baş vermiş
hadisələrlə zəngindir.
3
Birinci hissə
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü.
Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili,
cəmadius-sani ayının iyirmisində, Peyğəmbər(s) qırx beş
yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam
Sadiq(ə.s) və İmam Baqir(ə.s)-dən müasir dövrümüzədək
gəlib çatmış hədislərə əsasən, həzrəti-Zəhra(s.ə)-nın anası
xanım Xədicə(s) olmuşdur. Öz merac gecələrinin birində
Rəsuli-əkrəm(s)-ə təklif edilən behişt meyvələrindən
Peyğəmbər(s)-imiz təzə xurma və üzümdən meyl etmişdi.
Allah-təala həmin behişt meyvələrini Peyğəmbər(s)-in
sülbündə
suya
(nütfəyə)
çevirmişdir.
Nəticədə,
Rəsulullah(s)
meracdan
qayıtdıqdan
sonra
xanımı
Xədicə(s.ə) ilə bir yatmışdı. Beləliklə, Fatimə(s.ə)-nin nuru
Xədicə(s.ə.)-nin bətnində cilvələndi. Buna görə də xanım
Fatimə(s.ə)-ni «Hövrau-Unsiyyə» də adlandırmışlar ki,
bunun da mənası xanım Zəhra(s.ə)-nın insan ola-ola eyni
zamanda behişt hurilərindən sayılması deməkdir, belə ki
Peyğəmbər(s) nə zaman behişt ətrini duymaq istəsəydi,
onun və tuba ağacının ətrini Fatimə(s.ə)-dən alar, sevimli
qızını əzizlərdi, lakin Peyğəmbər(s)-in zövcələrindən
bəzisi o Xanımın bu böyük məqamını dərk etmədiyinə
görə belə hərəkəti Peyğəmbər(s) üçün nalayiq hesab
edirdi.
Sual oluna bilər ki, Rəsuli-əkrəm(s)-in meracı altı
ay hicrətdən qabaq, yaxud digər mənbəyə əsasən, besətin
ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə besətin
beşinci ilində dünyaya göz açmışdır ki, bu da yuxarıdakı
hadisə ilə (Peyğəmbər(s)-in meracdan sonra bilavasitə
Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür.
4
Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə ilə
məhdudlaşmadığı üçün yuxarıdakı iradı ona aid edə
bilmərik. İmam Sadiq(ə.s)-in buyurduğuna görə, Rəsuli-
əkrəm (s) iyirmi dəfə meraca getmişdir. Bu səfərlərinin
hamısında da Allah-təala Peyğəmbər(s)-ə bütün vacib
əməllərdən daha çox Əli(ə.s)-nin və ondan sonrakı
imamların vilayət və imaməti haqqında göstəriş vermişdir.
Əllamə
Məclisi
həzrəti-Zəhra(s.ə)-nın
təvəllüd
tarixini öz məşhur «Biharül-ənvar» kitabında belə təsvir
edir:
Bir gün Peyğəmbər (s) Əbtəh (Məkkə və Mina
arasında) deyilən yerdə əyləşmiş, həzrəti-Əli (ə.s), Abbas,
Həmzə, Əmmar Yasir, Müfzər ibn Zəhzah, Əbu Bəkr və
Ömər də o Cənabın yanında oturmuşdular. Bu zaman
Cəbrayıl öz əsl surətində– çox böyük, qanadları şərq və
qərbi əhatə etmiş halda Peyğəmbər(s)-in hüzuruna gəlib
belə səsləndi: «Ey Peyğəmbər! Böyük Allah sənə salam
göndərir və buyurur ki, qırx gün Xədicə (s.ə) ilə yaxınlıq
etməyəsən».
Bu məhrumiyyət Xədicə(s.ə)-yə dərin məhəbbət
bəslədiyinə görə Peyğəmbər(s)-ə çox ağır gəldi, lakin
Allahın əmri hər bir şeydən daha üstün olduğu üçün onu
mütləq yerinə yetirmək lazım idi. Bu hadisədən sonra
Peyğəmbər(s) qırx gün Xədicə(s.ə)-yə yaxın düşmədi.
Gündüzləri oruc tutub, gecələri isə ibadətlə məşğul olan
Rəsulullah(s) vaxt tamama yetişəndə Əmmar Yasiri
Xədicə(s.ə)-nin yanına göndərib bu xəbəri ona çatdırmağı
tapşırdı: «Ey Xədicə! Elə güman etmə ki, bir müddət
səndən uzaqlaşmağım sənə olan sevgimin azalması, ya
laqeydlik üzündəndir. Allahım bunu öz işini yer üzündə
həyata keçirməkdən ötrü əmr etmişdir. Bu əmrin nəticəsi
üçün səadət və xeyirdən savayı bir şey fikirləşmə. Allah-
5
təala gündə neçə dəfə ən böyük mələklərini sənin nazını
çəkməyə məmur edir. Axşam düşən kimi qapını bağla və
öz yatağında istirahət et. Bil ki, mən Fatimə binti Əsədin
evindəyəm».
Xədicə(s.ə) öz günlərini qəm-kədərlə ötürürdü. Qırx
gün sona yetdikdə həzrəti-Cəbrayıl Peyğəmbər(s)-in
yanına gələrək belə ərz etdi: «Allah-təala sənə salam
göndərib buyurur ki, sənə veriləcək hədiyyəni almağa
hazırlaşasan».
Peygəmbər(s)
Cəbrayıldan
soruşdu:
«Allahın mənə edəcəyi töhfə nədir?» Cəbrayıl bu barədə
bir şey bilmədiyini bildirdi. Bu zaman Mikayıl– Allahın
dörd yaxın mələklərindən (Cəbrayıl, Mikayıl, İsrafil,
Əzrayıl) biri göylərdən yerə enərkən behişt parçalarına
bükülmüş cənnət meyvələri ilə dolu sinini Rəsuli-
əkrəm(s)-in qarşısına qoydu.
Bu vaxt Cəbrayıl Peyğəmbər(s)-ə dedi: «Allah-təala
buyurur ki, axşam iftarını bu meyvələrlə açasan».
Həzrəti-Əli(ə) söyləyir ki, Peyğəmbər(s) bizdə idi.
Adətən axşamlar iftar vaxtı mənə evin qapısını açıq
qoymağımı tapşıran
və
«Qoy kim
istəsə, gəlib
Peyğəmbərlə
birlikdə
yemək
yesin»-söyləyən
Mühəmməd(s) o gecə məni də qapının ağzında oturdub:
«Ey Əbu Talibin oğlu, bu, məndən başqasına haram
olunmuş bir təamdır», - deyə buyurdu.
Mən qapının ağzında əyləşdim. Rəsuli-əkrəm(s) evə
daxil olub sininin üstünə çəkilmiş örtüyü qaldırdı, içində
bir salxım üzüm, bir budaq da xurma gördüm. Allahın
Rəsulu(s) onları bir az yeyib doyandan sonra su içdi. Sonra
yumaq üçün əllərini uzatdı. Cənab Cəbrayıl o Həzrətin
mübarək əlinə su tökür, Mikayıl yuyur, İsrafil isə dəsmalla
Peyğəmbər(s)-in əllərini qurulayırdı. Artıq qalmış
meyvələr, sini ilə birgə asimana aparıldı. Bu zaman
6
Peyğəmbər(s) nafilə namazını qılmaq üçün artıq ayaq üstə
durmuşdu ki, Cəbrayıl Onun yanına gəlib dedi: «Ya
Mühəmməd, indi sənə namaz haramdır. Gərək evə gedib
Xədicə(s.ə) ilə yaxınlıq edəsən, çünki Allah istəyir ki, bu
gecə sənin sülbundən pak övladlar yaratsın».
Nəhayət, Peyğəmbər(s) qırx gün ayrılıqdan sonra
Xədicə(s.ə)-nin görüşünə getdi.
Xədicə(s.ə) deyir: «Mən həmin 40 gün müddəti tək
qalırdım. Axşam düşən kimi qapını bağlayıb, pərdələri
çəkir,
başımı
bağlayıb
namaz
qılırdım.
Namazı
qurtarandan sonra çırağı söndürüb yatağıma istiharət
etməyə gedirdim. Lakin o gecə hələ yatmamışdım ki,
qapının halqasının döyüldüyünü eşitdim. Mən: «Qapını
döyən kimdir ki, Peyğəmbər(s)-dən başqa heç kim onu
döymür?»-dedim. Bu vaxt Peyğəmbər(s)-in məlahətli
səsini eşitdim: «Ey Xədicə, qapını aç! Mənəm,
Mühəmmədəm.» Sevinclə qapını açdım. O cənab evə daxil
oldu. O, hər dəfə evə gələndə bir qabda su istəyər,
dəstəmaz alıb iki rükət namaz qılar, sonra yatağına
girərdi. Lakin həzrəti-Mühəmməd(s) o gecə su istəmədi,
heç namaza da hazırlaşmadı. Mənim qolumdan tutub
yatağına apardı.
Allaha and olsun ki, Peyğəmbər(s) məndən hələ
uzaqlaşmamışdı ki, Fatimə(s.ə)-nin nurunu öz bətnimdə
hiss edib hamilə olduğumu başa düşdüm».
Müəllif yazır: «Peyğəmbər(s)-in Xədicə(s.ə.)-dən
qırx gün müddətində kənarlaşdırılması Fatimə(s.ə)-nin
müqəddəs vücudunu, Allahın bu böyük töhfə və
hədiyyəsini almaq üçün görülən hazırlıq idi, belə ki
həzrəti-Zəhra(s.ə)-nın ziyarətnaməsində bu mətləbə işarə
olunmuşdur: «İlahi! Salam göndər o pak qadına! Fatimə
sənin Rəsulunun qızı, ciyərparası, qəlbinin məlhəmidir. O,
Dostları ilə paylaş: |