219
oxudu. Orda belə yazılmışdı: «Bağışlayan və Mehriban
Allahın adı ilə. Bu Rəsulullah(s)-ın qızı Fatimə(s.ə)-nin
etdiyi vəsiyyətlərdir:
1.Fatimə(s.ə) şəhadət verir ki, vahid Allahdan başqa
heç bir məbud yoxdur.
2.Mühəmməd(s) onun bəndəsi və elçisidir.
3.Behişt və cəhənnəm haqdır, qiyamətin olacağına
şəkk-şübhə yoxdur və Allah (o gündə) ölənləri qəbirlərdən
dirildib qaldıracaq.
4.Ey Əli! Mən Peyğəmbərin qızı Fatiməyəm. Allah-
təala məni sənə ərə verdi ki, dünya və axirətdə sənin olam.
Sən mənə qarşı (ixtiyar sahibi olmaqda) başqalarından
daha üstünsən. Gecə ikən mənə qüsl verib, kəfənə bürü,
hənut vurub gecə ikən mənə namaz qıl, dəfn et. Heç kəsə
bildirmə. Səni Allaha tapşırıram, övladlarıma qiyamətə
kimi salam göndərirəm.
Zəhra(s.ə)-nın matəmində.
Rəvayət olunmuşdur ki, bu xəbərdən sonra Mədinə
əhli şivən qopardı. Bəni-Haşim qadınları Fatimə(s.ə)-nin
evinə axışaraq elə nalə, şivən qopardıar ki, sanki Mədinə
lərzəyə gəldi. Onlar deyirdilər: «Ey seyyidə Xanım, ey
Rəsülüllahın Qızı!» Camaat həyəcanlı halda Əli(ə.s)-nin
hüzuruna gəldi. Həzrət(ə.s) oturmuşdu. Həsən və
Hüseyn(ə.s) onun qarşısında ağlaşırdılar. Camaat da onlara
baxıb ağlamağa başladı. Həzrəti-Zəhra(s.ə)-nın qızlarından
biri olan Ümmü Gülsüm üzündə niqab, başında çadra olan
bir halda ağlaya-ağlaya evdən çıxıb fəryad etdi: «Ey Ata!
Ey Allahın Rəsulu! Doğrudan da, biz bu gün səni elə əldən
vermişik ki, əbədi olaraq bir daha səni görməyə nail ola
bilməyəcəyik». Camaat bir yerə yığışıb fəğan edir,
cənazənin evdən çıxmağını gözldəyirdilər. Əbuzər evdən
çıxıb onlara dedi: «Evlərinizə gedin, çünki cənazənin
220
dəfnə aparılması bu gecəyə qədər təxirə salınır». Camaat
bunu eşidib dağılışdı.
Cənazənin qüsl, kəfən və namazı
Axşam düşdü. Əli(ə.s) cənazəyə qüsl verdi. Bu
zaman Həsən(ə.s), Hüseyn(ə.s), Zeynəb, Ümmü Gülsüm,
Fizzə və Əsma binti Ümeys də onun yanında idi. Əsma
deyir: «Fatimə(s.ə) mənə vəsiyyət etmişdi ki, mən və
Əli(ə.s)-dən başqa heç kəs ona qüsl verməsin. Mən
Fatimə(s.ə)-yə qüsl verəndə Əli(ə.s)-yə kömək etdim.»
Rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-
yə qüsl verəndə deyirdi: «Pərvərdigara! Fatimə(s.ə) Sənin
kənizin və Sənin Rəsulunun qızıdır. Pərvərdigara, Onun
höccətini ona özün təlqin et. Onun haqq dəlillərini böyük
et, dərəcəsini ali et, Onu atası Mühəmmədlə həmneşin et!»
Həmçinin rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s)
Peyğəmbər(s)-in mübarək bədənini quruladığı parça ilə
Zəhra(s.ə)-nın da bədənini quruladı. Qüsl işi qurtardıqda
cənazəni tabuta oxşayan taxtın üstünə qoyub Həsən(ə.s)-ə
buyurdu: «Əbuzərə xəbər göndər, gəlsin.» Əbuzər gəldi,
cənazəni namaz qılınacaq yerə apardılar. Həsən(ə.s) və
Hüseyn(ə.s) də onlarla birlikdə getdi. Sonra həzrəti-
Əli(ə.s) meyit namazını qıldı.
Həsən(ə.s) və Hüseyn(ə.s) Zəhra(s.ə)-nın ağuşunda
Vərəqə rəvayət edir:
Əli(ə.s)
buyurdu:
«Fatimə(s.ə)
qüsl
verməyə
başladım. Əynindəki köynəyi çıxarmadan ona qüsl verdim.
Kəfənə bürüdüm. Kəfənin bəndlərini bağlamaq istədikdə
səslədim: «Ey Ümmü Gülsüm, Səkinə, Zeynəb, Fizzə,
Həsən, Hüseyn! Gəlin ananızın görüşündən azuqə götürün,
çünki behiştlə görüşüb ayrılmaq vaxtıdır.» Həsən(ə.s) və
Hüseyn(ə.s) gəlib şivən qopardılar: «Ah! Babamız
Mühəmməd(s) və anamız Fatimə(s.ə)-nin vəfatından
221
yaranan neçə qəm-qüssə, sönməyən həsrət şöləsi! Ey
Həsə(ə.s)-nin anası, ey Hüseyn(ə.s)-in anası! Babamla
görüşəndə bizim salamımızı ona çatdır və ona de ki, biz
səndən sonra dünyada yetim qaldıq. Allahı şahid tuturam
ki, (bu vaxt) Fatimə(s.ə) yanıqlı bir nalə çəkdi, əllərini
uzatdı və bir müddət balasını nəvazişlə sinəsinə sıxdı.
Sonra qeybdən səs eşitdim: «Ey Əli, Həsən və Hüseyni
analarının sinəsindən götür. Allaha and olsun ki, onlar
səma mələklərini ağlatdılar. Dostlar öz dostunu görməyi
arzulayır.»
Fatimə(s.ə)-nin kəfənə bükülməsi
Rəvayət olunub ki, Kəsir ibn Abbas Fatimə(s.ə)-nin
kəfəninin üstünə belə yazdı: «Zəhra(s.ə) şəhadət verir ki,
Allahdan başqa heç bir məbud yoxdur və Mühəmməd(s)
Allahın Rəsuludur.»
«Misbahül-ənvar»da nəql olunan rəvayətdən məlum
olur ki, həzrəti-Zəhra(s.ə)-nın büküldüyü kəfənin parçası
çox qalın idi. Kitabda qeyd olunub ki, Fatimə(s.ə) ehtizar
halında olanda bir qab su istədi və onunla qüsl etdi. Sonra
ətir istədi, onun üçün xəşin və qalın parça gətirdilər, onları
bədəninə bürüdü.
Həmçinin rəvayət olunub ki, o Xanım(s.ə)-ı yeddi
parça ilə kəfənə bükdülər.
Meyit namazı və dəfn mərasimi
«Rovzətül-vaizin» kitabında yazılıb ki, gecə vaxtı
camaat
yuxuda
ikən
həzrəti-Əli(ə.s)
Həsən(ə.s),
Hüseyn(ə.s), Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbuzər,
Səlman, büreyd və Bəni Haşimdən olan bir neçə yaxın
dostları ilə birlikdə cənazəni evdən çıxarıb ona namaz
qıldılar və onu gecə yarısı torpağa tapşırdılar. Həzrəti-
Əli(ə.s) Zəhra(s.ə)-nın qəbrinin ətrafında əlavə yerdə qəbir
də düzəltdi ki, onun qəbri tanınmaz olsun.
222
«Misbahül-ənvar» kitabında qeyd olunur ki, bir nəfər
İmam Sadiq(ə.s)-dən soruşdu ki, Əmirəl-möminin(ə.s)
Fatimə(s.ə)-nin cənazə namazını neçə təkbirlə qıldı?
Həzrət buyurdu:
-Əli(ə.s) bir təkbir deyirdi. Cəbrail bir təkbir deyirdi.
Sonra isə ilahi dərgahın müqərrəb mələkləri təkbir
deyirdilər.
Beləliklə, həzrəti-Əli(ə.s) 5 təkbirlə namaz qıldı.
Başqa bir şəxs soruşdu:
-Ona harda namaz qıldı?
İmam Sadiq(ə.s) buyurdu:
-Öz evində namaz qıldı. Sonra cənazə (tabutda)
hərəkət etdirilərək evdən çıxarıldı.
Dəfndən sonra həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-ə
salam göndərir.
Şeyx Tusi(r.ə) belə yazır ki, həzrəti-Əli(ə.s)
Fatimə(s.ə)-nin cənazəsini dəfn etdikdən sonra onun
qəbrini yerlə bir səviyyədə bərabərləşdirdi, sonra əlinin
toz-torpağını təmizlədi, qəm-qüssədən həyəcanlandı, göz
yaşı axıtdı. Sonra üzünü Peyğəmbər(s)-in qəbrinə tutub
dedi: «Ya Rəsulullah salam olsun Sənə mənim və hal-
hazırda sənin görüşünə gələn qızın tərəfindən. Ey Allahın
Rəsulu, sənin sevimli qızınıın ayrılığından yaranan
hicrandan səbrim azalmış, taqətim üzülmüşdür. Amma
sənin rəhmətin kimi kədərli bir hadisədən sonra mənə
çatan hər bir müsibət kiçikdir. Heç vaxt unutmaram onları
ki, sənin mübarək cəsədini qəbrə qoydum. Sən rəhmət
edəndə mübarək başın sinəmdə idi. Ruhun pərvaz etdi. Ey
Peyğəmbər! Mənə tapşırdığın əmanəti sənə qaytardım.
Ancaq mənim qəm-qüssəm, kədərim həmişəlikdir.
Gecələri oyaq qalaraq başa vururam, ta ki öz qızın səni
ümmətin əlbir olub ona qarşı etdiyi zülmdən agah edəcək.
223
Vəziyyəti ondan (olduğu kimi) soruş. İş belədir: Sənin
vəfatından çox keçməmiş, adın xatirələrdən getmişdir.
Mənim-vidalaşan bir kəsin salamı siz ikinizə olsun. Bu
salam narazı və ya qəlbi yorğun kəsdən deyil. Əgər sənin
hüzurundan geri qayıdıramsa, onda bu, yorğunluq üzündən
deyil və əgər qəbrinin kənarında qalsam, onda bu heç də
Allahın
səbirli
olanlara
verdiyi
vədə
barəsində
bədgümanlıqdan deyil.
89
Bəli, səbir etmək daha fəzilətli və
daha gözəldir. Əgər bizə (zahirdə) qələbə çalanlardan
ehtiyat etməsəydim, onda sənin qəbrinin kənarında qalar,
etikaf bağlayar, bu müsibətdə balası ölmüş analar kimi
ahu-fəğan, nalə edərdim. Allah şahiddir ki, mən
düşmənlərin qorxusundan sənin qızını gizli torpağa
tapşırdım. Elə bir qız ki, haqqını qəsb etdilər, mirasını
ondan aldılar, halbuki sənin vəfatından çox da
keçməmişdir, adın hələ köhnəlməmişdir. Ey Allahın
Rəsulu, sənin hüzuruna şikayət edirəm. Sənə itaət etmək
xatirinə təmkinli olacağam. Allahın salam, rəhmət,
bərəkəti Sənə və sənin Qızına olsun.»
90
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir
hissə.
«Misbahül-ənvar» kitabında İmam Sadiq(ə.s)-dən
belə nəql olunmuşdur ki, Əmirəl-möminin Əli(ə.s)
Fatimə(s.ə)-nin cənazəsini qəbrin içinə qoyanda dedi: «Ey
Fatimə! Səni məndən də yaxşı olan bir kəsə təhvil verdim.
Sənin üçün Allahın bəyəndiyi şeyləri bəyəndim.» Sonra isə
bu ayəni tilavət etdi:
«Biz sizi o torpaqdan xəlq etdik, ona qaytaracağıq
və bir daha oradan çölə çıxarmayacağıq.» («Taha», 55)
89
«Nəhcül-bəlağə», 202-ci xütbə.
90
«Üsuli Kafi», I c, səh. 459.
224
Qəbrin üstünü örtüb düzəldəndən sonra üstünə azacıq
su səpdi. Qəbrin kənarında ağlar və qəmli oturdu. Əmisi
Abbas onun qolundan tutub evə sarı apardı.
Həzrəti-Əli(ə.s) qəbrin açılmasının qarşısını
şiddətlə alır.
Bir mənbəyə əsasən, Fatimə(s.ə)-nin dəfn olunduğu
gecə Bəqidə qırx təzə qəbir düzəldildi. Müsəlmanlar o
Xanım(s.ə)-ın
vəfatından
xəbərdar
olduqda
Bəqi
qəbristanlığına getdilər, lakin orada qırx təzə qəbir
gördülər. Fatimə(s.ə)-nin qəbrini tapa bilmədilər. Onların
şivən və ah-nalə səsləri ucaldı. Bir-birini məzəmmət edib
deyirdilər: «Peyğəmbər(s)-in sizin içinizdə bir qızı var idi,
o da dünyadan getdi və torpağa tapşırıldı, amma siz onun
namaz və dəfnində iştirak etmədiniz, qəbrini də
tapmadınız.» Tayfa başçıları dedilər: «Gedin, imanlı
qadınlardan bir neçəsini gətirin, bu qəbirləri açsınlar,
Fatimə(s.ə)-nin qəbrini tapıb ona namaz qılaq, qəbrini
ziyarət edək.»
Əli(ə.s) bu məsələdən agah olanda qəzəbli halda
evdən çıxdı. O qədər qəzəbli idi ki, gözləri qızarmış,
boynundakı damarlar şişmişdi. O Cənab(ə.s) acı
hadisələrlə əlaqədar geydiyi sarı əbanı çiyninə salmışdı. O,
Bəqiyə gəldi və camaatı bu işdən çəkindirib qorxutdu.
Camaat deyirdi: «Bu gələn Əliyyibn Əbi Talibdir. O and
içmişdir ki, əgər bu qəbirlərdən bir daş yerindən
tərpənərsə, hamınızı qılıncdan keçirəcək.» Bu zaman Ömər
özünün bir dəstə səhabəsi ilə birlikdə Əli(ə.s)-nin yanına
gəldi. Ömər dedi:
-Ey Əbul Həsən! Bu, nə işdir görmüsən? Allaha and
olsun ki, hökmən Zəhranın qəbrini açacağıq ki, ona namaz
qılaq.
225
Əli(ə.s) əlini onun arxalığına atıb onu öz paltarına
bürüdü və yerlə sürüdü. Ömər yerə sərildi. Həzrəti-Əli(ə.s)
ona buyurdu:
-Ey Həbəşiyyəli Sevdanın oğlu! Mən camaatın
dindən çıxacağından qorxduğum üçün öz haqqımdan
keçdim. Amma Fatimə(s.ə)-nin qəbrini açmaq kimi
istəyinizdən əl çəkməsəniz, Allaha and olsun ki, yeri sizin
qanınızla sirab edərəm. Bu işdən əl çəkin, təki canınız
salamat qalsın.
Əbu Bəkr Əli(ə.s)-yə:
-Səni and verirəm, Rəsulullahın haqqına, Öməri
burax. Biz sənin xoşlamadığın işi görmərik.
Bu zaman həzrəti-Əli(ə.s) Öməri buraxdı. Camaat
dağılışdı və onlar qəbri açmaq fikrindən döndülər.
Əli(ə.s)-nin Ömər və Əbu Bəkr üçün verdiyi
izahat.
Şeyx Səduqun «İləlüş-şəraye» kitabında qeyd olunur
ki, bir kişi İmam Sadiq(ə.s)-dən Fatimə(s.ə)-nin qəbrinin
açılması barədə çıxarılan qərar barəsində soruşdu.
İmam(ə.s) buyurdu ki, Əli(ə.s) gecə ikən cənazəni evdən
çıxartdı, bir neçə xurma budağı ilə od qaladı, onların
işığında yola düşdü. Ona namaz qılıb elə gecə vaxtı dəfn
etdi. Sübh tezdən Əbu Bəkr və Ömər Qureyşdən olan bir
kişini görüb ondan soruşdular:
-Haradan gəlirsən?
Kişi dedi:
-Əli(ə.s)-nin evindən gəlirəm. Fatimə(s.ə) barəsində
ona baş sağlığı verməyə getmişdim.
Soruşdular:
-Məgər Fatimə(s.ə) dünyadan köçübmü?
-Bəli, dünən gecə yarısı onu dəfn ediblər.
226
Əbu Bəkr və Ömər bərk pərişan oldular. Camaatın
danlağından çox qorxdular. Buna görə də Əli(ə.s)-nin
hüzuruna gəlib dedilər:
-Allaha and olsun ki, bizə qarşı hiylə və
düşmənçilikdən əl çəkmədin. Bunlar hamısı kindəndir. Elə
Peyğəmbər(s)-ə də təklikdə qüsl verdin və bizə xəbər
vermədin. Oğlun Həsən(ə.s)-ə öyrətdin ki, məscidə gəlib
Əbu Bəkr minbərdə olanda: «Babamın minbərindən aşağı
en!»- deyə fəryad etsin.
Həzrəti-Əli(ə.s) onlara buyurdu:
-Əgər
and
içsəm,
mənim
sözlərimi
təsdiq
edəcəksinizmi?
Əbu Bəkr: «Bəli»,- deyə cavab verdi.
İmam Əli(ə.s) buyurdu:
-Peyğəmbər(s) mənə vəsiyyət etmişdi ki, ona
təklikdə qüsl verim və bu barədə heç kəs mənə şərik
olmasın. O Həzrət: «Əmioğlum Əlidən başqa heç kəs
mənim bədənimə baxmasın», - deyə buyurmuşdu. Mən
Ona qüsl verdim. Mələklər Onun bədənini o yan-buyana
döndərirdilər. Fəzl ibn Abbas mənə iz verirdi, özü də
gözlərini bağlamışdı. Mən o Cənabın köynəyini çıxarmaq
istəyəndə qeybdən bir səs eşitdim, amma özünü görmədim.
O deyirdi: «O Həzrətin köynəyini çıxartma!»
Mən bu sözləri təkrar-təkrar eşitdim, amma onu
deyənin kim olduğunu görmədim. Buna görə də
Peyğəmbər(s)-ə köynəyi çıxarmadan qüsl verdim, sonra
kəfən gətirildi. Mən onu kəfənə bükəndən sonra köynəyi
bədənindən çıxartdım.
Amma oğlum Həsən(ə.s)-in məscidə gəlib Əbu
Bəkrə etiraz etməsi məsələsinə gəldikdə isə, siz Mədinə
əhli bilirsiniz ki, Həsən(ə.s) camaat namazı əsnasında
camaatın sıraları arasında keçərək özünü Rəsulullah(s)-a
227
çatdırıb o Həzrət səcdədə olarkən onun kürəyinə minirdi.
Peyğəmbər(s) başını səcdədən qaldıranda bir Əli ilə
Həsən(ə.s)-in kürəyindən, o biri əli ilə ayaqlarından tutub
namazı qurtarana qədər onu öz çiynində saxlayardı.
Dedilər:
-Bəli, biz bu məsələni bilirik.
Həzrət buyurdu:
-Siz Mədinə əhli bunu da bilirsiniz ki, bəzi vaxtlar
Peyğəmbər(s) minbərdə olarkən Həsən(ə.s) məscidə varid
olurdu. Peyğəmbər(s) xütbəni yarıda saxlayıb Həsən(ə.s)-i
öz boynuna alaraq ayaqlarını isə sinəsinə sıxır, xütbəni bu
halda sona çatdırırdı. Camaat Həsən(ə.s)-in ayaqlarındakı
xəlxal bərqini (zinət növüdür) məscidin axırında görürdü.
Həsən(ə.s) Peyğəmbər(s)-dən bu qədər məhəbbət və
nəvaziş görmüşdü. Ona görə də bir dəfə məscidə gələndə
başqasını həmin minbərdə gördükdə ona çox ağır gəldi.
Buna görə həmin sözləri dedi. Allaha and olsun ki, mən
oğluma bu göstərişi verməmişəm. Həzrəti-Fatimə(s.ə)
barəsində isə deməliyəm ki, o həmin qadındır ki, mən sizin
üçün onun hüzuruna gəlməyiniz barədə ondan icazə
istədim. Siz də gəldiniz, onun sözlərini eşitdiniz, onun sizə
qarşı necə qəzəbli olduğunu anladınız. Allaha and olsun, o
mənə vəsiyyət etdi ki, sizi onun cənazəsinin yanına
buraxmayam, siz onun namazında iştirak etməyəsəniz.
Mən də onun vəsiyyətinin əleyhinə bir iş etmək istəmədim.
Ömər dedi:
-Bu, nə sözlərdir?! Özüm gedib Fatimə(s.ə)-nin
qəbrini
açacağam,
cənazəni
çıxardıb
ona
namaz
qılacağam!
Əli(ə.s) buyurdu:
228
-Allaha and olsun, əgər belə bir iş görsən, bu
qərarından dönməsən, başını bədənindən ayıraram! Bu
halda mən sizinlə yalnız qılıncla rəftar edəcəyəm!
Həzrəti-Əli(ə.s) ilə Ömər arasında kəskin mübahisə
başladı. Bir-birinə həmlə etmək dərəcəsinə yaxınlaşanda
mühacir və ənsardan bir qrupu irəli gəlib onları ayırıb
dedi: «Allaha and olsun, biz razı olmarıq ki,
Peyğəmbər(s)-in əmisi oğluna, onun canişininə belə sözlər
deyilsin.»
Bununla da camaat dağılışıb getdi.
Qazi Əbu Bəkrin şerləri.
Dahi mühəddis Əliyyibn İsa İrbil «Kəşfül-qimmə»
kitabında (II c, səh.69) yazır ki, dostlarından biri Qazi Əbu
Bəkr ibn Əbu Bri’ənin (sünni alimlərindəndir) yazdığı şeri
mənim üçün oxudu, mən də onu burada qeyd edirəm: «Ey
bu dünyanın qəribəlikləri ilə maraqlanan insan! Sirləri
aşkar etməyə çalışma. Bəlkə sənin aşkarlamağa çalışdığın
iyrənc bir şeydir?
Nə çox üstü açılmamış sirlər var ki, aşkar olanda
pərdənin altında olan əsl siması aşkar olar. Ey sual edən,
sənin cavabın hazırdır, amma mən onu bəyan etməyə
qorxuram. Əgər camaatın mənə qarşı düşmənçiliyi,
xəlifənin əzab-əziyyəti və hiylələri olmasaydı, düşmən
qılıncları başımızın üstündə başımızı parçalamaq üçün
hazır olmasaydı, onda Ali-Mühəmmədin sirlərindən təzə-
təzə xəbərlər bəyan edərdim, ta ki sizi Malik və Əbu
Hənifənin
fitvalarından
ehtiyacsız
edəm
və
sizə
göstərərdim ki, İmam Hüseyn(ə.s)-in qətlə yetirilməsinin
səbəbi və mənşəyi elə «səmarə» günüdür. (Əbu Bəkrin
zorla xilafətə keçdiyi gün.)
Həmçinin sizə izah edərdim ki, Fatimə(s.ə)-ni hansı
halda və necə vəziyyətdə gecə ikən qəbrə qoydular. Həm
229
də sizə bəyan edərdim ki, o iki nəfərin Fatimə(s.ə)-nin
evinə daxil olmaları nə üçün qadağan olunmuşdu! Heyhat,
təəssüf. Peyğəmbər(s)-in qızı son dərəcə qəm-qüssə ilə
vəfat etdi.»
İmam Sadiq(ə.s)-in göstərdiyi vəsiyyətnamə.
Dahi mühəddis Şeyx Kuleyn Əbu Bəkrdən nəql edir:
İmam Sadiq(ə.s) mənə buyurdu:
-İstəyirsənmi, Fatimə(s.ə)-nin vəsiyyətnaməsini sənə
oxuyum?
Dedim:
-Bəli! İstəyirəm.
İmam Sadiq(ə.s) sandığı açıb bir namə çıxartdı və
belə oxudu:
«Bismillahir rəhmanir rəhim. Bu, Peyğəmbər(s)-in
qızı Fatimə(s.ə)-nin etdiyi vəsiyyətdir ki, bu vəsiyyətdə
«həvaiti səbə» (yeddi bağ): 1-əvaf, 2-dəlal, 3-burqə, 4-
mübit, 5-husna, 6-safiyə, 7-məşrəbətu Ümmü İbrahim
bağlarını vəsiyyət edirəm ki, vəqf olaraq qalsın. Bunların
idarə olunmasını Əmirəl-möminin(ə.s)-ə həvalə etdim.
Onun vəfatından sonra oğlum Həsən(ə.s)-in, ondan sonra
övladlarımın ən böyüyünün (yəni bu işlər tarix boyu böyük
nəvələrimin) ixtiyarında olsun. Allah bu vəsiyyətə
şahiddir. Həmçinin Miqdad və Əbuzər də şahiddir. Bu
vəsiyyəti Əliyyibn Əbu talib yazdı.»
Böyük alim Seyyid ibn Tavus (664-cü h-q ilində
vəfat etmişdir) «Kəşfül-məhəccə» kitabında yazır ki,
Peyğəmbər(s) və əmirəl-mömin Əli(ə.s) fəqir deyildilər.
Zöhdün (zahidlik) fəqirlik ilə yanaşı olması şərt deyildir.
(Sonra
oğluna
xitabən
deyir:
«Cəddin
Həzrət
Mühəmməd(s) Fədək və Əvalini anam Fatimə(s.ə)-yə
hədiyyə etdi. Abdulla ibn Həmad Ənsarinin söylədiyinə
görə, onların illik gəliri hər il 24 min dinar (qızıl pul) idi.
230
Başqa bir rəvayətdə isə yetmiş min dinar olduğu qeyd
olunur.»)
Fatimə(s.ə) Peyğəmbər(s)-dən sonra nə qədər
yaşadı?
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-dən sonra nə qədər
yaşaması barədə tarixçilər arasında fikir ayrılığı vardır.
Onların əksəriyyəti bu müddətin altı ay olması fikri
üzərində dayanırlar. Bir qism tarixçi isə bu müddətin qırx
günə bərabər olmasını iddia edir. Bizim nəzərimizcə,
həzrəti- Fatimə(s.ə) Atası(s)-nın vəfatından 95 gün sonra,
cəmadiyul-axir ayının 3-də (hicrətin 11-ci ili) dünyadan
getmişdir.
Məhəmməd ibn Cərir Təbəri mötəbər mənbəyə
əsaslanaraq İmam Sadiq(ə.s)-in belə buyurduğunu qeyd
edir: «Fatimə(s.ə) çərşənbə axşamı cəmadiyul ayının 3-də
vəfat etmişdir. Şəhid olmasının səbəbi isə budur ki, Ömər
ibn Xəttabın qulamı Qunfuz Ömərin əmrinə əsasən
qılıncın qundağı (qılaf) ilə ona elə zərbə vurmuşdu ki, oğlu
Möhsin dünyaya gəlməmiş anasının bətnindəcə məhv
olmuşdu.
Bu
hadisədən
sonra
həzrəti-Zəhra(s.ə)
sağlamlığını itirmiş, ağır xəstəliyə tutulmuşdu. O, xəstəlik
yatağında yatarkən ona zülm edən kəslərin heç birinə
onunla görüşə icazə vermədi.»
Vəssalamu
ələykum
və
rəhmətullahi
və
bərəkatuhu!
Dostları ilə paylaş: |