215
titrəyir. Elə bilirəm, bizim aramızdan birinci O,
Peyğəmbər(s)-ə qovuşacaq. O Həzrət də onu behiştin ən
uca məqamları üçün seçərək Allah dərgahına aparacaq.
Əgər bilirsənsə ki, Fatimə(s.ə) çarəsiz olaraq dünyadan
gedəcək, icazə ver, sabah mühacir və ənsardan (müsəlman)
toplayım, onlar da onun dəfnində iştirak edib savaba
çatsınlar. Bu iş İslam dininin əzəməti üçün yaxşıdır».
Həzrəti-Əli(ə.s) Abbasın qasidinə (deyilənə görə, bu,
Əmmar Yasir imiş) belə buyurdu: «Mənim salamımı
əmim Abbasa çatdır və de ki, Allah sizin məhəbbətinizi
əskik etməsin, sənin təklifin mənə çatdı və sizin rəyiniz
gözəldir. Amma bilirsən ki, onlar eyni zamanda
Fatimə(s.ə)-yə zülm etdilər, Onu haqqından məhrum
etdilər və atasından qalmış mirası ona vermədilər. Öunlar
Peyğəmbər(s)-in onun haqqında olan göstərişinə əməl
etmədilər. İlahi haqqı tapdaladılar. Allah mühakimə üçün
kifayət edir və zülmkarlardan intiqam alacaq. Ey əmim,
səndən məni bağışlamağını istəyirəm və məni sənin
təklifinə əməl etməyəcəyimə görə üzrlü hesab etməyini
diləyirəm. Çünki Fatimə(s.ə) vəsiyyət edib, onun işini
(dəfn olunması, qüsl edilməsi və s.) gizli saxlayaq (Hədisin
axırına qədər)».
Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları.
Şiə və sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya
əsaslanarq belə qeyd etmişlər:
O deyir: «Mən Fatimə(s.ə)-nin ömrünün axırlarında
ondan bəzi şeylər soruşdum.
Bir gün onun halı yaxşılaşdı. Xəstəliyi aramladı.
Həzrəti-Əli(ə.s) bəzi işləri görmək üçün evdən çölə
çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:
__
Bir az su gətir, qüsl edib yuyunum.
216
Mən su gətirdim. Kömək etdim, Fatimə(s.ə) ayağa
qalxıb yaxşı-yaxşı yuyundu, paltarlarını dəyişdi. Sonra
mənə buyurdu:
__
Mənim yatağımı evin ortasında sal.
Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:
__
Mən bu gün dünyadan gedəcəyəm. Mən
yuyunmuşam, heç kəs üstümü açmaçın.
Sonra əlini başının altına qoyub dünyadan getdi.
Rəvayət olunub ki, Fatimə(s.ə) məğrib və işa
namazları arasında can vermişdir. Can verdiyi bir anda
ciddi bir baxışdan sonra deyib: «Salam olsun Cəbrailə.
Səlam olsun Allahın Rəsuluna. Pərvərdigara, mən sənin
Rəsulun ilə birgəyəm. Əbədi məskən sayılan Sənin
evindəyəm».
Sonra öz yanındakılara xitab edərək buyurdu:
__
Mənim gördüklərimi siz də görürsünüzmü?
Oradakılardan bəziləri dedi:
__
Ey Allah Rəsulunun qızı, sən nə görürsən?
Xanım buyurdu ki, indi asiman (səma) əhlinə
baxıram. Cəbraili görürəm. Rəsulullaha baxıram, o
buyurur: «Ey qızım! Gəl bizim yanımıza, sənin üçün
hazırlanmış (nemətlər və ilahi rizvan) sənin üçün daha
yaxşıdır». Zeyd ibn Əli(ə.s) belə nəql edir ki, Fatimə(s.ə)
Cəbrailə, Peyğəmbərə(s), Əzrailə salam verdi, orada
olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri
iylədilər».
Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu
anlar barəsində söylədikləri.
Əsma binti Ümeys deyir ki, Fatimə(s.ə) canüstə
olanda mənə söylədi: «Peyğəmbər(s)-in rəhmət anlarında
Cəbrail onun yanına gəldi, behişt kafuru gətirdi.
Peyğəmbər(s) onu üç yerə böldü. Bir hissəsini özü üçün
217
götürdü, bir hissəsini Əli(ə.s)-yə, bir hissəsini də mənə
verdi ki, ağırlığı qırx dirhəm qədər idi. Sonra (kafurun
yerini göstərib) mənə xitabən buyurdu: «Ey Əsma, o
kafuru gətir, başımın yanına qoy». Bunu deyib üzünü
örtdü.
Sonra buyurdu: «Bir az mənim yanımda qal. Sonra
məni səslə, əgər cavab verməsəm, bil ki, atama
qovuşmuşam».
Əsma bir az gözləyib Xanım(s.ə)-ı çağırdı, amma
cavab eşitmədikdə səsləndi: «Ey Mühəmməd Mustafanın
qızı! Ey qadınların bətnində olanların ən kəramətlisinin
qızı! Ey yer üzərində gəzənlərin ən yaxşısının qızı! Ey öz
rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı!» Yenə
də cavab eşitmədiyini gördükdə, Zəhra(s.ə)-nın üzündəki
örtüyü kənara çəkdi, onun Liqahullaha qovuşduğunu,
ruhunun Allah dərgahına pərvaz etdiyini gördükdə, özünü
onun üzərinə atdı. Əsma o Xanım(s.ə)-ın üzündən öpərək
deyirdi: «Ey Fatimə(s.ə)! Atan Rəsulullahın hüzuruna
çatdıqda mənim salamımı ona çatdır».
Həsən və Hüseyn Analarının cənazəsi yanında.
Sonra Əsma yaxasını cırıb həyəcanlı halda çölə
çıxdı, Həsən və Hüseyn(ə.s)-i evin yanında gördü. Onlar
otağa girib anasının üzü qibləyə uzandığını gördülər.
Hüseyn(ə.s) anasını əli ilə silkələdi, birdən başa düşdü ki,
artıq anası dünyadan gedib. Üzünü qardaşı Həsənə tutub
dedi: «Qardaş! Anama görə Allah sənə əcr versin (yəni
başın sağ olsun). Həsən(ə.s) özünü anasının üstünə atıb
onu öpür, deyirdi: «Anacan! Mənimlə danış, yoxsa ruhum
bədənimdən ayrılar». Hüseyn(ə.s) irəli gəlib anasının
ayaqlarından öpür, deyirdi: «Anacan! Mən sənin oğlun
Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar,
ölərəm!»
218
Əli(ə.s)-yə xəbər
Əsma Həsənlə Hüseynə dedi:
__
Atanız Əli(ə.s)-nin yanına gedib ananızın vəfatı
xəbərini ona yetirin.
Həsən və Hüseyn(ə.s) evdən çıxdılar. Fəryad edərək
deyirdilər: «Ya Mühəmməd, ya Əhməd! Bu gün sənin
aramızdan getməyinin müsibəti yenidən canlandı, çünki
anamız dünyadan gedib». Sonra məscidə daxil oldular.
Həzrəti-Əli(ə.s) məsciddə idi. Onlar Fatimə(s.ə)-nin
şəhadət
xəbərini
atalarına
çatdırdılar.
Bu
xəbər
Əmirəlmöminin(ə.s)-ə o qədər təsir etdi ki, huşdan getdi,
taqəti üzüldü. Dərhal üzünə su səpdilər. Huşa gələndə
ürəkyandıran bir səslə buyurdu: «Ey Peyğəmbərin qızı!
Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!»
Əli(ə.s) Zəhra(s.ə)-nın cənazəsi yanında.
Məşhur tarixçi Məsudi belə yazır:
Fatimə(s.ə) dünyadan getdiyi vaxt İmam Əli(ə.s) çox
üzülmüş, demək olar ki, dünyadan əl götürmüşdü. O, belə
mərsiyə oxuyurdu: «Hər iki dostun birliyi axırda fəraq,
ayrılıq ilə nəticələnir. Ölüm və ayrılıqdan başqa hər
müsibət əhəmiyyətsizdir. Peyğəmbər(s)-in vəfatından
sonra Fatimə(s.ə)-nin getməsi bir daha onu göstərir ki,
artıq heç bir dost qalmayacaq».
Ravi qeyd edir: «Həzrəti-Əli(ə.s) Həsən və Huseynin
əlindən tutub Fatimə(s.ə)-nin cənazəsi olan otağa varid
oldular. Əsma Fatimə(s.ə)-nin başı üstündə oturub ağlayır,
belə deyirdi: «Ey Peyğəmbər(s)-in yetim qalmış balaları,
biz Peyğəmbər(s)-in vəfatından sonra Fatimə(s.ə)-yə
başsağlığı verirdik. Amma indi kimə başsağlığı verək?
Fatimə(s.ə)-nin vəsiyyəti.
Həzrəti-Əli(ə.s) parçanı Fatimə(s.ə)-nin üzündən
götürdü, başının üstündə bir məktub gördü. Onu götürüb
Dostları ilə paylaş: |