207
__
Səni and verirəm Allaha, elə et ki, bu iki nəfər
mənim cənazəmə namaz qılmasın, qəbrimin kənarında
durmasın.
2.Örtülü tabutun düzəldilməsi.
Bir mənbədə isə belə deyilir:
«Fatimə(s.ə) Əsma binti Ümeysə buyurdu:
__
Mən qadınların cənazəsi aparılan taxtanı özümə
layiq bilmirəm.
86
Çünki cənazənin üstünə parça atırlar və
bədən tamamilə parçanın üstündən görünür. Cənazəni
görən isə meyitin kişi və ya qadın olduğunu duyur. Mən
zəifləmişəm və bədənimdə ət qalmayıb. Mənim bədənimin
örtülməsi üçün bir şey düzəltməzsənmi?
Əsma dedi:
__
Həbəşistanda olduğum vaxt
87
həbəşlər cənazəni
aparmaq üçün bədəni tamamilə örtən şeylər düzəltmişdilər.
Əgər istəyirsənsə, ona oxşar bir şey düzəldim.
Fatimə(s.ə):
__
Düzəlt.
Əsma taxtadan döşəmə, sonra isə xurma ağacının
budaqlarından istədi. Onları taxtın pəyələrinə bağladı,
sonra onun üstünə bir parça çəkib Fatimə(s.ə)-yə dedi:
__
Həbəşistanda camaatın istifadə etdiyi tabut belə idi.
Fatimə(s.ə) bunu çox bəyəndi və buyurdu:
__
Allah səni Cəhənnəm odundan qorusun, bu
tabutdan birini də mənimçün düzəlt və məni onunla ört.
Rəvayət olunubdur ki, Peyğəmbərin vəfatından sonra
həzrəti-Zəhra(s.ə)-nın dodaqlarından təbəssüm silinmişdi,
86
Deyilənlərə əsasən, o zamanlar cənazələri nərdivana oxşar divarsız
taxta üzərində aparırdılar və cənazə (görsəndiyi üçün) tanınırdı.
87
Əsma Cəfər ibn Əbu Talibin arvadı idi və 15 il Cəfərlə birlikdə
Həbəşistanda qalmışdır. Cəfər şəhid olduqdan sonra isə Əbu Bəkrə ərə
getmişdirı. Mühəmməd ibn Əbu Bəkrin anasıdır.
208
ancaq bu tabutu görəndə xəfifcə gülümsəmiş və
buyurmuşdu:
__
Bu tabut nə qədər gözəl və yaxşıdır. Bundan
cənazənin qadına, ya kişiyə aid olması bilinmir».
88
3.Mühacir və ənsar qadınlarından həzrəti-
Zəhra(s.ə)-nın görüşünə gələnlər və o Xanım(s.ə)-ın
xütbəsi.
Təbərsi «Ehticac» kitabında (Ic,səh.147.) Süveyd ibn
Qüflənin söylədiklərini belə təsvir edir:
Həzrəti-Fatimə(s.ə) ölüm yatağında olarkən mühacir
və ənsar qadınlarından bir qrupu onun yanına gəlib belə
ərz etdi:
__
Ey Peyğəmbər(s) qızı, bu xəstəliklə səhəri necə
açdınız?
Fatimə(s.ə) Allaha həmd və səna dedikdən, eləcə də
atası Peyğəmbər(s)-ə salam göndərdikdən sonra buyurdu:
__
And olsun Allaha! Səhəri sizin dünyanı, sizin
kişiləri bəyənmədiyim halda açdım. Sizin kişiləri düşmən
bilirəm, çünki onları öz dilimin altında yoxlayıb, ağzımdan
tulladım və onları sınaqdan sonra tanıdım.
İti qılıncların kütləşməsi, (yəni sizin kişilərin əvvəllər
İslamın inkişafı yolundakı fəallığı, sonradan isə bu
məsələdə süsüt olmaları), iman gətirdikdən sonra dindən
çıxıb dünyəvi həvəslərə aludə olaraq azğınlaşmaq çox
çirkindir.
Nə qədər çirkindir bu dəstə (bizim hüququmuzu
müdafiə etməyənlər) və onlar üçün İlahi əzab. Onlar
özlərini əbədi axirət əzabına düçar etdilər. Görərsiniz,
əzabın ağır daşını onların boynuna saldım və onların çirkin
88
« Kəşfül-ğimmə» IIc, səh.67. İbn Abbasdan söylənilən rəvayətə
əsasən.
209
əməllərinin cavabını onlara qaytardım. Onları boşladım,
əməlləri paltar kimi onların əyinlərini bürüdü.
Bizə zülm edənlərdən Allahın geniş rəhməti kəsilsin
və onlar o rəhmətdən uzaq düşsünlər. Vay olsun onlara ki,
rəhbərlik
və
imamlıq
məqamını
möhkəm
risalət
dağlarından aldılar, nübüvvət və hidayət köklərini və
Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum
etdilər.
Bilin ki, sizin kişilərin əməlləri, aşkar bir ziyandır
(İslama). Çünki onlar Əli(ə.s)-dən üz çevirdilər. And olsun
Allaha! Əli(ə.s)-nin qılıncı meydanda iti və kəsərli olub.
O, ölümdən qorxmurdu, öz qüdrətli əlləri ilə düşmən
cəngavərlərini fəlakət torpağına atıb məhv edirdi. Allaha
and olsun! Əgər onlar ümmətin idarəsini Əli(ə.s)-yə
tapşırsaydılar, O(ə.s), hər yolundan azanı yola gətirərdi.
Əli(ə.s) aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı
haqqa tərəf elə sövqləndirərdi ki, haqqa üz tutanların nə
ağzı yaralanar, nə də yorulardı. Əli(ə.s) onları çoxlu, həm
də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı
saf, pak olardı.
Bəli, Əmirəlmöminin(ə.s) onları məhz bu cür sularla
sirab edərdi. Həzrəti-Əli(ə.s) özü onların dünyasından
bəhrələnmədiyi bir halda nəsihət edərdi. Məqamını
öhdəsinə götürsəydi, doğru və yalançı, təqvalı və həris
insanlar bir-birindən fərqlənərdilər.
«Və əgər şəhərlərdə və kəndlərdə yaşayan camaat
iman gətirib təqvalı olsalar yerin və göyün bərəkətləri
onlar üçün açılar (onlara verilər). Amma onlar
(həqiqətləri) inkar etdilər, biz də onları öz əməllərinin
cəzasıyla cəzalandırdıq». (Əraf, 96)
210
«Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis
əməllərinin cəzasına çatacaqlar və heç vaxt İlahi əzabın
cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51)
Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa)
camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir və zülm
edib pis yol seçdilər?!
Onlar bizə zülm etdilər və bizə kömək etmədilər.
And olsun Allaha, möhkəm qanadları buraxıb toyuq
qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, sahibləri
yaxşı iş gördüklərini güman edirdilər, amma cahil
tamahkardırlar.
«İtaət etmək üçün haqqa hidayət edən şəxs
layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər ki
(başqası tərəfindən) hidayət oluna? Sizə nə olub? Necə
də (batil) hökm verirsiniz?» (Yunis, 35)
Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu
hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. Cəza
vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar.
Gələcək nəsillər isə özlərindən qabaq yaşayanların
aqibətinə baxar, ibrət götürər.
Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar
səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. Zalımlar sizi
çalıb-çaparlar, sizin üçün çox az bir şey qoyarlar. Sizin
cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik
xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin
qəlbləriniz kor olubdur.
4.Fatimə(s.ə)-nin nitqinin mühacir və ənsar qadınlrı
vasitəsilə təbliğ olunması.
Süveyl ibn Qüflə deyir ki, Fatimə(s.ə)-nin görüşünə
gələnlər (qadınlar) həzrəti-Zəhra(s.ə)-nın sözlərini öz
ərlərinə çatdırdılar. Mühacir və ənsar böyüklərindən bəzisi
Dostları ilə paylaş: |