187
Ustadım gülüb dedi:
__
Nəzərində tutduğu şəxs Əli ibn Əbu Talibdir.
Mən:
__
Bütün bu sözlər Əli(ə.s)-nin barəsindədirmi?
Ustadım:
__
Bəli, ey oğul! Bu padşahlıq da gəldi-gedərdir,
yaxın-uzaq tanımır.
__
Mədinəlilər bu barədə nə dedilər?
O dedi:
__
Əli(ə.s)-ni xatırladılar (Əlini haqq bildilər), Əbu
Bəkr onların bu sözündən dəhşətə gəlib mədinəliləri belə
sözlər danışmaqdan çəkindirdi.
Ümmü Sələmənin Fatimə(s.ə)-ni müdafiə etməsi.
Şamlı fəqih Cəmaləddin Yusif ibn Hatəmin yazdığı
«Durrun- nəzim» adlı kitabda belə qeyd olunur:
«Ümmü Sələmə (Peyğəmbər(s)-in zövcələrindən
biri) Əbu Bəkrin Fatimə(s.ə)-yə dediyi sözlərdən xəbər
tutduqda demişdi: «Heç rəvadırmı, Fatimə(s.ə) kimi bir
xanıma belə sözlər deyilsin?! Allaha and olsun,
Fatimə(s.ə) Ünsiyyeyi-Hövra və Allahın Elçisi(s)-nin
qızıdır. Mələklər onu qucaqlarına almışlar. Zəhra pak
qadınların qucağında böyümüş, gözəl və mükəmməl
tərbiyə altında boya-başa çatmışdır. Siz belə güman edirsiz
ki, həzrəti-Mühəmməd (s) onu öz irsindən məhrum edib və
ona bu barədə heç bir şey deməmişdir? Halbuki Allah-
təala öz Peyğəmbərinə belə buyurur:
«Və ən yaxın qohumlarını qorxut!»
Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-nin məsum olmasını
inakrmı edib? Halbuki Fatimə(s.ə) dünya qadınlarının ən
yaxşısı, cənnət gənclərinin Ağasının anası və İmran qızı
Məryəmlə bir səviyyədədir. Allahın risaləti onun Atasının
vasitəsilə xətm olundu. Allaha and olsun, Peyğəmbər(s)
188
Fatimə(s.ə)-ni həmişə isti-soyuqdan qoruyardı, sağ əlini
onun başı altına mütəkkə kimi qoyub sol əli ilə üstünü
örtərdi. Ey müsəlmanlar! Sakit olun. Siz Peyğəmbərin
gözü qarşısındasınız. O, sizə baxır. Siz böyük Allahın
hüzuruna daxil olacaqsınız. Vay olsun sizə, tezliklə öz
əməllərinizin bəhrəsini görəcəksiniz».
Söyləyirlər ki, həmin il Ümmü Sələmənin aylıq
hüququ bu etiraza görə kəsildi.
Əbu Bəkrlə Fatimə(s.ə)-nin söhbəti.
İbn Əbil Hədid həmçinin «Əssətfeyi-Cövhəri»
kitabında yazır: «Fatimə(s.ə) Əbu Bəkrə buyurdu:
__
Ümmü Əymən (İslamın əvvəllərindən hidayət
olmuş hörmətli xanımlardan) şəhadət verir ki, Allahın
Rəsulu(s) Fədəyi mənə bağışlamışdır.
Əbu Bəkr:
__
Ey Allah Rəsulunun qızı! Allaha and olsun, onun
yaratdıqları içində mənim üçün Mühəmməddən sevimlisi
yoxdur. Mən istəyirdim ki, o Həzrətin vəfatı günü yerlə
göy birləşsin, dünya dağılsın. Allaha and olsun, Ayişənin
kasıb olmağı mənim yanımda sənin kasıb olmağından daha
yaxşıdır. Sən mənim barəmdə belə düşünürsən ki, mən
hamının haqqını ödəyirəm, lakin haqqını ödəməkdə sənə
zülm edirəm? Hərçənd ki, sən Peyğəmbər(s)-in qızısan,
lakin bil və agah ol ki, bu mülk (Fədək) hzrəti-
Mühəmməd(s)-in şəxsi mülkü deyildi, əksinə, bütün
müsəlmanların idi. Peyğəmbər(s) bunun gəliri ilə
müsəlmanları cihada göndərir və yaxud Allah yolunda,
ümumi mənfəətə görə ondan paylayırdı. Peyğəmbər(s)-dən
sonra rəhbəriyyət mənim əlimə keçmişdir. Bu mülkün də
sahibi mənəm.
Fatimə(s.ə):
189
__
Allaha and olsun, bundan sonra səninlə heç vaxt
danışmayacağam.
Əbu Bəkr :
__
Vallah! Mən səndən heç vaxt uzaqlaşmaram.
Fatimə(s.ə):
__
Allaha and içirəm ki, sənə nifrin (qarğış)
edəcəyəm.
Fatimə(s.ə) ölüm yatağında olanda vəsiyyət etdi ki,
Əbu Bəkr onun cənazəsinə namaz qılmasın. Buna görə də
onu gecə ikən dəfn etdilər. Fatimə(s.ə) Peyğəmbər(s)-in
vəfatından 72 gün sonra dünyadan köçdü. Abbas
(Peyğəmbər(s)-in əmisi) onun cənazəsinə namaz qıldı.
79
Əbu Osman Cahiz Bəsrinin irs barədə yazdıqları.
Əbu Osman Cahiz Bəsri görkəmli ustad və
mütəfəkkirlərindən biri (vəfatı 768-775 h. q.) Seyyid
Mürtəza
Ələmülhüdaya
əsaslanaraq
belə
yazır:
«Müsəlmanlar elə başa düşür ki, həmin iki nəfərin, yəni
Əbu Bəkrlə Ömərin söylədikləri rəvayətin doğruluğuna
dəlil Peyğəmbər(s): «Biz özümüzdən sonra irs qoymuruq»
buyuruğudur. Odur ki, onlar bu rəvayəti həzrəti-
Mühəmməd(s)-dən nəql edəndə səhabələr bunu ağlabatan
bilib qəbul etdilər.
Belə düşünən şəxslərə deyirik: həqiqət insanların onu
qəbul edib-etməməsi ilə ölçülə bilməz. Şəxsiyyət həqiqətin
deyil, həqiqət şəxsiyyətin meyarıdır. Əbu Bəkrin təsirinə
düşən
də,
həzrəti-Fatimə(ə.s)-nin
sağlam
məntiqə
söykənən, alovlu nitqinin qarşısında susub onu qəbul edən
də həmin camaat idi
Fatimə(s.ə) vəsiyyət etmişdi ki, vəfatından sonra
Əbu Bəkr onun cənazəsinə belə namaz qılmasın.
79
İbn Əbil Hədid «Şəhri Nəhcül-bəlağə» XVIc,səh.214.
190
Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib öz haqqını tələb
etmək üçün sübut gətirəndə Əbu Bəkrə belə buyurmuşdu:
__
Əgər sən ölsən, səndən kim irs aparacaq?
Əbu Bəkr cavab verdi:
__
Ailəm və övladlarım.
Fatimə(s.ə) soruşdu:
__
Necə olur ki, biz Peyğəmbər(s)-dən irs aparmırıq,
lakin sənin övladların səndən irs aparırlar?! Mən səndən
Allaha şikayət edəcəyəm. Bundan sonra heç vaxt səninlə
danışmayacağam.
Əbu Bəkr:
__
Mən də səndən heç vaxt uzaqlaşmayacağam.
Onu da unutmamalıyıq ki, səhabələr də Əbu Bəkrə
etiraz edib, onun bu hərəkətinə mane olmaq istəyirdilər.
Bu özü də xanım Fatimə(s.ə)-nin haqlı olmasına bir
sübutdur. Maraqlı burasıdır ki, Əbu Bəkr və Ömərdən
başqa heç kəs o Xanımın öz ata mülkü Fədəyi geri
qaytarmaq cəhdinə qarşı çıxmrdı. Əgər həzrəti-Fatimə(s.ə)
öz tələbi ilə haqsızlıq etmiş olsa idi, onda hamı buna etiraz
edib həqiqəti ona anladardı».
Cahiz (kitabın müəllifi) sözünün davamında belə
yazır: «Biz Fatimə(s.ə) ilə Əbu Bəkrin yuxarıda qeyd
etdiyimiz mükaliməsinə nəzər salanda ilk növbədə belə bir
məqam diqqətimizm cəlb edir:
Həzrəti-Fatimə(s.ə) Əbu Bəkr ilə həmişə qəzəblə
rəftar edir, Əbu Bəkr isə bunun müqabilində onunla
mülayim davranırdı. Məsələn, həzrəti-Zəhra(s.ə): «Sənə
həmişə
nifrin
edəcəyəm,
heç
vaxt
səninlə
danışmayacağam!»
__
dedikdə, Əbu Bəkr isə əksinə: «Mən
isə
sənin
üçün
dua
edib,
səndən
heç
zaman
uzaqlaşmayacağam»,
__
deyə mehriban və mülayim
davranırdı. Əbu Bəkr xanım Zəhra(s.ə)-ya: «Mənim üçün
Dostları ilə paylaş: |