179
«Allah sizə övladlarınız barədə tövsiyə edir».
(«Nisa», 11) mənası bütün insanların yaxınlarına şamil
olan bir əmrdir».
Bu söhbəti insanlar o alicənab Xanımdan eşitdikdə
ürəkləri yumşaldı. Az qaldı ki, qəlblərində olan kin və
ədavət əriyib getsin.
Onlara buyurdu: «Ey camaat! Bizim barəmizdə
düşündükcə Allahı nəzərinizdən qaçırmayın. Bizimlə
dostluq edin. Çünki biz Allah bağının yetişmiş
meyvələriyik.
Bilin və agah olun ki, biz sizin aranızda Allah dininin
şüarıyıq. Bizim ehtiramımızı qoruyub saxlayın.
Biz qeyb aləminin xəzinəsindən olan feyz və kəramət
sahibiyik. Hidayət olanlar haqq yolunu bu məxəzdən
öyrənirlər.
Necə olur ki, azad edilmiş qul mənə çatan irsi saxta
hədislər əsasında əlimdən alır?
Necə ola bilər ki, bizim Mövlamız (Atamız) bizim
üçün heç bir şey qoymayıb, lakin bizdən olmayan Təym
tayfasına vəsiyyət edibdir?
Sizcə, bəlkə biz hidayətə layiq deyilik, ancaq Bəni-
Təym hidayət olunubdur? Və yaxud sizin fikrinizcə,
Peyğəmbər(s) bizi başlı-başına və sərgərdan buraxmışdır
ki, siz də elmli və xəbərdar olandan sonra onun səhvini
düzəldəsiniz.
Ey camaat! Bizə insaf gözü ilə baxıb Rəsuli-
əkrəm(s)-in hörmətini qanmayıb haqqına riayət etməyən
bu iki nəfərin zülmündən dadımıza yetişin».
Faıtimə(s.ə) sözünü qurtaranda Əbu Bəkr cavab
vermək üçün ayağa qalxaraq həmd və sənadan sonra belə
dedi:
180
__
Ey Peyğəmbər qızı! Atan Rəsulillah(s) möminlərə
qarşı mehriban, kafirlərə qarşı isə qəzəbli və acıqlı idi.
Rəsuli-əkrəm(s) əsil-nəsəb cəhətindən sənin atan idi, başqa
qadınların yox. O, sənin ərinin qardaşı idi, başqalarının
yox. Peyğəmbər(s) yalnız onu (Əlini) hər bir mühüm və
böyük iş üçün seçərdi. O, həzrəti-Mühəmməd(s)-in ən
yaxşı yavəridir. Sizi xoşbəxt adamlardan başqa heç kim
sevmir. Bədbəxtlərdən başqa heç kim sizinlə düşmənçilik
etmir. Siz Peyğəmbər(s)-in pak itrəti olub, Allahın seçilmiş
bəndələrisiniz. Siz bizi səadətə aparan bələdçimiz, behiştə
sarı yönəldən rəhbərimizsiniz. Sən, ey xanımlar xanımı,
Peyğəmbərin ən yaxşı qızı! Öz sözlərində doğru, əql və
mərifətdə isə hamıdan üstünsən. Heç kim sənin haqqını
əlindən almayıb, sənin sədaqətinə heç bir söz ola bilməz.
Allaha and olsun, Rəsuli-əkrəm(s)-in buyuruğundan
çıxmamış, o Həzrətdən iznsiz bir hərəkət etməmişəm.
Əlbəttə, bir tayfa tərəfindən seçilən şəxs camaata yalan
söyləməz. Allah şahiddir ki, mən Rəsuli-əkrəm(s)-dən
eşitmişəm: «Biz Peyğəmbərlər özümüzdən sonra qızıl,
gümüş, malikanə və var-dövlət irs qoymuruq. Bizim
mirasımız elm, hikmət, kitab və nübüvvətdir. Bizdən miras
qalan dünya malı isə bizim vəfatımızdan sonra ümmətin
rəhbəri olan şəxsin ixtiyarındadır. O necə məsləhət bilsə,
eləcə də ondan istifadə edə bilər».
Mən isə sən (Ey Fatimə!) tələb etdiyinin gəlirini
(Fədəyin) hərbi sursatlar, silahların hazırlanması üçün
xərcləyirəm. Müsəlmanların fikri belədir. Biz heç vaxt
istəmirik ki, hansısa bir mətləbi səndən gizlədək və ya
sənin haqqını əlindən alaq. Mənim ixtiyarımda olan sənin
ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən
əsirgəmərəm. Sən alicənab atanın ümmətinin seyyidəsi və
Peyğəmbər(s)-in
övladlarının
(həzrəti-Zəhra(s.ə)-nın
181
övladları) əziz anasısan. Biz istəmirik ki, sənin malını
əlindən alıb Atan və Övladların sarıdan olan böyük
məqamını inkar edək. Sənin hökmün mənim əlimdə olana
nüfuz edə bilər, lakin mən atan Rəsulullah(s)-ın
qanunlarına müxalif çıxa bilmərəm.
Həzrəti-Fatimə(s.ə) buyurdu:
__
Sübhanəllah, heç vaxt Rəsuli-Əkrəm(s) müqəddəs
Kitabın
__
«Quran»ın əleyhinə olaraq bir söz buyurmayıb.
Əksinə, bütün işlərində «Quran»a istinad etmişdir. Siz
hiyləgərliklə rəy verməkdə müttəfiq olub onun üçün
bəhanələr gətirirsiniz. Yalan sözdən qaçmırsınızmı? Sizin
bu tədbirləriniz münafiqlərin Peyğəmbər(s)-in zamanında
tökdüyü
tədbirlərə
oxşayır.
«Quran»da
açıq-aydın
buyurulur:
«(Zəkəriyya Allaha dua etdi ki, öz dərgahından
mənə bir oğul(vəli) bəxş et ki,) O həm mənə, həm də
Yəqub nəslinə (onlara lütf edilmiş Peyğəmbərliyə) varis
olsun.» (Məryəm, 6)
«Süleyman Davuda (Peyğəmbərlikdə, elmdə və
mülkdə) vərəsə çıxdı». (Nəhl, 16)
Allah-təala öz qanun Kitabında aydın və geniş
surətdə
bütün
irs,
qanun,
vərəsələrin
növ
və
xüsusiyyətlərini tamamilə bəyan etmiş, qadın, kişi
varislərindən hər birinin payı barədə açıq-aşkar söz
açmışdır. Belə ki bu haqqda bir kimsədə heç bir şübhə və
tərəddüd yaranmır. Deməli, «Quran» və İslam qanunları
sizi bu işə vadar etməmişdir.
«Xeyr (Heç də dediyiniz kimi deyildir), sizin öz
nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə
gözəl göstərmişdir). Mənə yalnız (tükənməz, dözümlü)
səbir
gərəkdir.
Dediklərinizdən
(Yusif
barəsində
182
dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü
ancaq Allahdan kömək diləmək lazımdır!» («Yusif»,18)
Xanım Fatimə(s.ə)-nin çıxışından sonra Əbu Bəkr
belə dedi:
__
Şübhəsiz, Allah və Rəsulunun sözü doğru,
həqiqətdir. Sən, ey Peyğəmbər qızı, düz deyirsən. Sən
rəhmət, hidayət və hikmət mənbəyisən. Sən dinin
ehkamlarından və haqqın dəlillərindənsən. Mən sənin
fikrini, söylədiklərini əsla rədd etmirəm, lakin hüzurunda
oturan bu camaat, hamımız yekdilliklə belə fikirdəyik (ki,
Fədəyin ixtiyarı əlimizdə olub ümumi yolda istifadə
olunsun). Mən zülmkar və düşmən deyiləm. Əksinə,
müsəlmanların rəyi ilə həmfikirəm.
Fatimə(s.ə) üzünü insanlara çevirib buyurdu:
__
Ey çirkin əməldən qorxusu olmayıb sürətlə batil
sözə tərəf meyl edib yüyürənlər!
«Onlar «Quran» barəsində düşünməzlərmi? Yoxsa
ürəkləri qıfıllanmışdır? (yoxsa ürəklərinin öz kilidləri
vardır?)» («Mühəmməd», 24).
«Xeyr, zülmlərinin və pis işlərinin qaranlığı
qəlblərinə qələbə çalmışdır». («Mutəffifin», 14)
Nə pis xəyallara daldınız.
«Qiyamət günü Allahdan güman etmədiyiniz
(Əzab) görünəcəkdir».
75
«Yalan danışanlar (batil söyləyənlər) elə oradaca
ziyana uğrayarlar». («Qafir», 78)
76
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-ə xitabən söylədiyi
şerlər.
75
Bu mətləb «Zümər» surəsinin 47-ci ayəsindən əxz edilmişdir.
76
«Rəyahinüş şəriə» Ic, səh. 311.
Dostları ilə paylaş: |