167
__
Gəl, bu boş-boş danışıqlarını kənra qoy. Allaha and
olsun, Əli(ə.s) əgər istəsə, sağ əlinə ehtiyac duymadan sol
əli ilə bizi məhv edər. Bizim müvəffəqiyyətimizə səbəb
bunlardır: birincisi, O təkdir və köməyi yoxdur; ikincisi,
Əli(ə) istəyir ki, həzrəti-Mühəmməd(s)-in vəsiyyətinə
uyğun əməl etsin. O, bizimlə Peyğəmbər(s)-in vəsiyyətinin
xilafına rəftar etmir; üçüncüsü, ərəb qəbilələrindən hər
birinin yaxınlarının onun əli ilə öldürülməsinə görə Əli ilə
düşmənçilikləri vardır. Əgər bu amillər olmasaydı, xilafət
qəti surətdə onun əlinə keçəcək və bizim səyimizin heç
bir nəticəsi olmayacaqdır.
Xəttabın oğlu! Yaxşı fikir ver, Əbutalib oğlu Əli
məktubda yazdığı kimi dünyapərəst deyildir. Bizim
ölümdən qorxub qaçdığımız kimi, o da dünya həyatından
qaçır. Belə bir adamın ölümdən nə qorxusu? (Axıra
kimi.
72
)
Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça.
Təbərsi «Ehticac» kitabında Abdulla ibn Həsənə
əsaslanaraq yazır:
«Əbu Bəkr Fədəyi qəsb edəndə həzrəti-Zəhra(s.ə)
bundan xəbər tutub başına çadra örtərək xidmətçiləri,
Bəni-Haşim qadınlarından bir neçə nəfərlə məscidə gəlib
Əbu Bəkrin və müsəlmanların qarşısında xütbə oxudu. (Bu
xütbə məzmun cəhətdən çox ətraflı, sağlam məntiqə
əsaslanmış və kəsərlidir.).
73
Həzrəti-Zəhra(s.ə) uzun paltar geymişdi. Yerişi sanki
atası Peyğəmbər(s)-in yerişini xatırladırdı. Məscidə daxil
72
Təbərsinin «Ehticac» kitabının tərcüməsi. Ic,səh.272-277
73
Bu xütbə İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» IVc,
«Bəğatunnisa» səh.12, Təbərsi «Ehticac» Ic, səh.131-dən 149-a qeyd
olunmuşdur. Onun tərcüməsi burada qısa şəkildə verilmişdir.
168
olanda Əbu Bəkr mühacir və ənsarlardan bir dəstəsi ilə
oturmuşdu. Pərdə çəkdilər, o Xanım keçib pərdənin
arasında əyləşdi.
Həzrəti-Zəhra(s.ə) bu vaxt yanıqlı bir ah çəkdi, belə
ki məsciddəkilər təsirlənib ağladılar. Məclis əzadarlıq və
matəm məclisinə çevrildi. Hamı bərk kədərləndi. Fatimə
(s.ə) bir az sükut edib camaat sakitləşəndən sonra öz
sözünə başladı.
Həzrəti-Zəhra sözünə belə başladı:
__
Allaha sitayiş edib onun maddi və mənəvi
nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün dünyanı
əhatə etmişdir, belə ki biz onları saymaq və təsəvvür etmək
iqtidarında deyilik. Onun sonsuz nemətlərinə şükr
etməliyik. Yalnız bunun sayəsində uca Allahın bizə bəxş
etdiyi nemətlər bol və davamlı ola bilər. Allahın bol-bol
nemətləri isə onun həmd və sitayəşinə səbəb olur.
Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə,
bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və ixlas isə insanın
daxilində olan fitri məsələlərdir. Tovhidin mərtəbələrinin
əlamətləri təfəkkür və iman nuru altında zahirə çıxır.
Bizim düşüncəmiz Allahın pak zatını dərk etməkdə aciz,
nitqimiz isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk
edə bilməz.
O, bütün mövcudatı əvvəli və maddəsi olmadan
yaradandır. Mövcudatı əvvəlkinə bənzəmədən xəlq
etmişdir. Öz iradə və qüdrəti ilə özü üçün fayda və
mənfəət nəzərdə tutmadan varlıq mərhələlərini təsvir və
tənzimləyən Allahın məqsədi öz qüdrət, hikmət, lütf və
məhəbbətini bizlərə anladıb bildirməkdən başqa bir şey
deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və gözəl
mükafata dəvət etdi. Onları üsyankarlıqdan, itaətsizlikdən,
əzab və qəzəbindən çəkindirdi.
169
Şəhadət verirəm ki, atam Mühəmməd ibn Abdulla(s)
Allahın qulu və rəsuludur. Allah-təala besətdən qabaq
qeyb aləmində onu seçmişdir, çünki adamların məqamı
əzəl gündən qeyb aləmində məlum və müəyyən olmuşdur.
Böyük Allah bütün işlərin aqibət və gedişatından
xəbərdardır. Onun elmi zamanın asayiş və fəsadını, eləcə
də baş verən hadisələri əhatə edir.
Böyük Allah öz Rəsulunu seçdi ki, Onun əmr və
hökmləri insanlar arasında aydınlaşıb, cəhalət və
azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar.
O Həzrət(s) peyğəmbərliyə seçiləndə bütün insanlar hələ o
zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük
Allahdan qafil və azğın idilər. Allah-təala o Cənab(s)-ın
vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın
Rəsulu(s) səbir və yenilməzliklə insanların hidayət və
nicatı üçün çalışmışdır. Onları düz yola, haqq dinə dəvət
edərək nur və feyz dərgahına hidayət etmişdir. Sonra isə
ilahi
dini,
haqq
yolu
və
bəşərin
vəzifələrini
aydınlaşdırmışdır. Nəhayət, Böyük Yaradan həzrəti-
Mühəmməd(s)-i öz dərgahına apardı. O, dünya zəhmətləri
və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasına
yaxın mələkləri ilə həmsöhbət və mənus
74
oldu. Allahın
salam və salavatı olsun ona!
Böyük ilahi əmanət sayılan «Quran»ın
qorunması barədə.
«Ey ənsar və mühacirlər!
Siz Allahın bəndələrisiniz. Siz onun hökmlərini,
haram və halal buyurduqlarını icra edənlərsiniz. Siz
Peyğəmbər(s)-in hədis və gətirdiyi göstərişlərin daşıyıcısı,
eyni zamanda qoruyucusu sayılırsınız. Siz ilahi həqiqət və
74
Mənus, yəni alışmış, isinişilmiş.
170
İslam
ayinlərinin
qorunmasında
var
gücünüzlə
çalışmalısınız.
Diqqətli olun ki, həzrəti-Mühəmməd(s)-in çox
qiymətli və əzəmətli bir əmanəti olan, habelə səadət və
təkamülün kamil nüsxəsi sayılan səmavi kitab
__
«Quran»ı
olduğu kimi qoruyasınız. Bu kitab Allahın nur və kəsərli
dəlilidir. İlahi qanunların höccət və həqiqətlərinin toplusu
bu kitabda aydınlaşdırılmışdır, belə ki əgər onun
qaydalarına əməl etsəniz, səadət və təkamülün ən uca
zirvəsinə yetişər, cəhalət və zəlalət kimi bədbəxtliklərdən
nicat taparsınız. Elə bir kamilliyə yetişərsiniz ki, başqaları
sizin bu uca məqamınızın həsrətini çəkər».
İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə.
«Ey müsəlmanlar! Bilin və agah olun ki, sizin fərdi
və ictimai vəzifələriniz bu səmavi kitabda gəlmiş, haqqın
dəlil və sübutları, ilahi hökmlər «Quran»da yazılmışdır.
Həmin bu səmavi qanunlar sizin səadətə yetişməyiniz və
kamilləşməyiniz üçün təyin edilmişdir.
Tovhid
__
qəlblərinizi
şirk
və
bütpərəstlikdən
təmizləyərək ürəklərimizi iman nuru ilə işıqlandırmaq;
zəkat
__
insanpərvərlik,
məhəbbət,
mehribanlıq,
xeyirxahlığın qəlblərinizdə yerləşməsi və sərvətlərinizin
artması üçündür.
Oruc qəlblərinizin hər cür çirkinlik və küdurətdən
təmizlənməsi, pak və səfalı olması, eləcə də insan ruhunun
ali və ləyaqətli məqamlara yetişməyə hazırlanması üçün
əməli bir nümayiş və imtahandır.
Ədalət cəmiyyətdə bərabərlik və nizam-intizamın
tənzimləyicisidir.
Biz
Əhli-beyt(ə.s)-in
Allah-təala
tərəfindən bəşəriyyətə hakim və örnək seçilməyimiz, eləcə
də Peyğəmbər(s) və Ailəsi(ə.s)-nin ardıcılı olmağın
Dostları ilə paylaş: |