175
Siz
bu
müsibətli
böhranının
yatmasına,
qarmaqarışıqlıgın
aradan
getməsinə
dözmədiniz.
Tələsərək yel vurub fitnə közünü daha da alovlandırmağa
başladınız. İnsanlar arasında fəsadı daha da gücləndirdiniz.
Şeytanın dəvətini qəbul edib yolunuzu azdınız. Haqq
dininin nurunu söndürdünüz. Peyğəmbər(s)-in hökm və
sünnətini tərk etdiniz. Əsassız bəhanələrlə öz çirkin
məqsədlərinizi icra etdiniz. Həqiqətdə isə, həzrəti-
Mühəmməd(s)-in Əhli-beytinə xəyanət və zülmü rəva
gördünüz.
Biz sizin iti bıçaqlarınızın qarşısında səbir edib
böhtan və tənələrinizə dözürük».
Fatimə(s.ə)-nin Fədək haqqındakı dəlilləri.
«Siz belə düşünürsünüz ki, biz Rəsuli-əkrəm(s)-in
heç bir irsinə sahib deyilik? Məgər cahiliyyət dövrünün
qanunlarına tabesiz?
«Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər?
Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha
yaxşı hökm verə bilən kimdir?» («Maidə», 50)
Siz mənim Peyğəmbər qızı olmağıma şübhəmi
edirsiniz? Halbuki gün kimi aydındır ki, mən Peyğəmbər
qızıyam.
Ey müsəlmanlar! Heç rəvadırmı, mən öz irsimdən
məhrum olam?
Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr)! «Quran»da
yazılıbmı ki, sən öz atandan irs aparasan, lakin sənin
əqidənə görə, mən atamdan irs aparmayım?
«Çox qəribə və pis iş gördün». («Məryəm», 27)
Qəsdən Allahın kitabını tərk edib səmavi hökmləri
kənaramı atırsan? Halbuki Allah-təala buyurur:
«Süleyman Davuddan irs apardı». («Nəhl», 16)
176
Həzrəti-Yəhya
«İbn
Zəkəriyyanın
dastanı»nda
Zəkəriyyanın dilindən buyurur:
«Sən öz qüdrətinlə mənə bir canişin bəxş et ki,
mənim və Ali- Yəqubun varisi olsun».
Yenə də buyurur:
«Qohumlar Allahın kitabında (lövhi-məhfuzda və
ya «Quran»da irs, varislik baxımından) bir-birinə daha
yaxındırlar». («Ənfal», 75)
Həzrəti-Yəhya yenə də belə buyurur:
«Allah övladlarınız haqqında sizə tövsiyə edərək
buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür».
(«Nisa», 11)
Başqa bir ayədə buyurıur:
«(Sizin hər birinizi ölüm haqlayan zaman) Qoyub
gedəcəyiniz
maldan
valideynlərinizə,
yaxın
qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə
birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz
zəruridir. Müttəqilərə (bu) vacibdir». («Bəqərə», 180)
Siz belə güman edirsiniz ki, ata malından mənim
nəsibim yoxdur və gərək atamdan irs aparmayam. Allah
şərif ayələrdə bütün insanları nəzərdə tutumuşdur. Məgər
bu ayələr bütün təbəqələrə şamil deyillərmi? Atam bu
ayələrin əhatəsindən xaricdirmi? Məgər Mən və Atam bir
dinin və ümmətin fərdlərindən sayılmırıqmı? Siz məgər
«Quran» ayələrindən Atam və əmim Oğlundan daha çox
xəbərdarsınız?
Bu gün necə istəyirsiniz, elə də edin. Lakin sabah
qiyamət günü böyük Allah sizinlə bizim aramızda
hakimlik edəcək. O gün bizim rəhbərimiz Peyğəmbər(s)
olacaqdır. O zaman yolunu azmışlar böyük zəlalətə düçar
olacaqdır. Lakin sonrakı peşmançılığın onların hallarına
heç bir faydası yoxdur.
177
«Hər bir xəbərin («Quran»da sizə xəbər verdiyim
əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir
vaxtı vardır». («Ənam», 67)
«Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin
əbədi əzaba düçar olacağını biləcəksiniz!» («Hud», 39)
Mədinə müsəlmanlarının tənqidi.
Sonra
Fatimə(s.ə)
üzünü
ənsarlara
__
Mədinə
müsəlmanlarına çevirib buyurdu:
«Ey qəhrəmanlar dəstəsi! Dinin dayaqı və İslamın
yavərləri. Mənim barəmdə niyə belə süstlük edib harayıma
hay
vermirsiniz?
Məgər
atam
Rəsululllah(s)
buyurmamışdır ki, övladları haqqında ataların hüququna
riayət edin? Nə tez dəyişildiniz? İmkanınız ola-ola, haqqı
əda etməkdən boyun qaçırırsınız. Sizin üçün mənim
hüququmu müdafiə etmək asandır. Həzrəti-Mühəmməd(s)-
in vəfatından çox keçməmiş siz onun dinini bu tezliklə
aradan götürmək istəyirsiniz. Allaha and olsun, onun vəfatı
elə böyük müsibətdir ki, təsiri hər yeri bürümüş, elə bir
çaxnaşma salmışdır ki, bu çaxnaşmanı sakitləşdirəcək bir
kəs yoxdur.
Bilin ki, deyilməli hər nə var idisə, dedim,
baxmayaraq ki sizi alçaqlıq və zəlalət bürüdüyü üçün
onların faydası olmadığına yəqinim var. Lakin nə edim ki,
ürəyimin qəmi tüğyan edib qəlbimi sıxdı. Ürəyimdəkiləri
höccəti tamam etməkdən ötrü, bəhanələrinizi kəsmək üçün
sizə dedim. Bəli, siz istədiyinizi cənginizə keçirib öz
murad atınıza minərək onu ram etdiniz. Amma haqqı
tapdadığınıza görə ar və alçaqlıq sizin üçün əbədi olaraq
qaldı. Onun damğa və nişanəsi sizin alnınıza elə vuruldu
ki, dünyanın axırına qədər silinməyəcəkdir. Həmçinin
axirətdə də qəlblərə təsir edib onları əridən cəhənnəm atəşi
178
yaxanızdan yapışacaqdır. Mənim üçün isə sizin bu
zülmünüz ötəri və asandır. Çünki Allah mənim halımı və
sizin rəftarınızı yaxşı görür.
«Zülm edənlər isə (ölümdən sonra) hansı dönüşə
dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə
olacağını) mütləq biləcəklər!» («Şura», 227)
Mən sizi Allah hökmündən boyun qaçırmağın
dəhşətli əzabından çəkindirən Peyğəmbər qızıyam».
Şeyx Əzərinin münasibəti.
Müəllif yazır:
Bu barədə Şeyx Kazim Əzəri Bağdadi gözəl bir şer
yazmışdır:
«Qardaşı barədə Peyğəmbər(s) ilə bağladıqları əhdi
pozdular. Müsibət qurtumlarını Peyğəmbər(s)-in qızına o
qədər içirtdilər ki, o Xanmın boğazında sümük tək ilişib
qalmışdır.
Bu gün O, Ədiyy və Təym tayfasının üzvlərindən
olan iki nəfərin
__
Əbu Bəkr və Ömər yanına gəldi. Bərk
qəhərlənərək uzun-uzadı ağladı. Sonra yaxına gələrək
Allaha şikayətləndi. Onun bu dərdli şikayətindən möhkəm
qayalar belə lərzəyə gəlib mum oldu.
Zəhranı qorxudanda bilmirəm, nə hala düşdü.
Halbuki onsuz da Rəsuli-əkrəm(s)-in vəfatından çox
kədərlənmişdi. Bu iki tayfa- Ədiyy və Təym onun Atası və
Əri ilə yaman düşmənçilik aparırdı.
Fatimə (s.ə) gözəl moizə ilə onlara nəsihət verdi.
Onun xütbəsi adama Peyğəmbər(s)-in sağlığındakı
xütbəsini xatırladır.
O, xütbədə buyururdu: «Bu səmavi kitablara nəzər
salın, burada irs aparmaq barədə açıq-aşkar, eləcə də
əsaslı dəlillər görərsiniz.
Dostları ilə paylaş: |