183
Xütbənin
sonunda
Fatimə(s.ə)
üzünü
atası
Rəsulullah(s)-ın qəbrinə tərəf çevirib ona xitabən bu şeri
oxudu:
«Ey Ata! Səndən sonra elə fitnələr qalxıb qəribə
səslər ucaldı ki, əgər sağ olsaydın, bu ixtilaflar düşməzdi.
Sən bizim aramızdan getdin. Bizim əhvalımız bərəkətli
yağışları kəsilmiş quraq bir torpağın halına çevrildi. Sənin
ümmətin nizam-intizamı bir-birinə vurdu. Buna görə şahid
ol, onların əməllərini nəzərindən qaçırma.
Allah dərgahında məqam və dərəcəsi olan hər bir
peyğəmbər və övliya ailəsinə hamı ehtiram edibdir. (Lakin
təkcə bizə ehtiram edilməyibdir.)
Sən bizim aramızdan gedəndən və torpaqlar altında
pünhan olandan sonra bir çoxları öz qəlblərinin kinini
aşkar etdilər.
Bəziləri tutqun sifətlə bizə baxıb məqamımızı yüngül
sandılar. Sən aramızdan gedəndən sonra əlimiz bu gün hər
şeydən üzülübdür.
Sən parlaq bir nur idin ki, sənin nurundan istifadə
edirdilər. Sən Allah tərəfindən səmavi kitab nazil olan
şəxssən.
Ayələri nazil edən Cəbrayıl həmişə bizim munisimiz
idi. Sən getdin və getməyinlə xeyir qapıları bizim
üzümüzə bağlandı.
Kaş səndən qabaq ölüm bizi haqlayaydı. Sənin
getməyinlə kimlərsə öz batil məqsədlərinə nail oldu.
Vəfatınla bizə elə bir müsibət üz verdi ki, dünyadakı
ərəb və əcəm məzlumlarının müsibəti bizə üz vermiş
müsibətdən yüngüldür».
77
77
Bu şer bəzi rəvayətlərdə azacıq dəyişikşiklə yazılmışdır.
184
«Dürrün-nəzim» adlı kitabda qeyd olunmuşdur ki,
həzrəti-Zəhra(s.ə) aşağıdakı üç beyt şeri yuxarıdakı şerə
qoşub buyurdu:
«Ey alicənab Ata! Nə qədər ki sən vardın, mənim
himayədarım və yavərim var idi. İzzətlə camaat arasında
yol gedirdim. Sən mənim qol-qanadım idin.
Lakin bu gün gərək o alçağın qarşısında təvazö edib
ondan çəkinim. Mənə zülm edənləri gərək öz əlimlə dəfn
edim. Qumru quşu gecənin yanğısından budaqda oturub
nalə vuran vaxtı, mən də sübh çağı sənin ayrılığından göz
yaşı tökürəm».
Şeyx Müfid «Əmali» adlı kitabında çox mötəbər
mənbəyə əsaslanaraq əmirəl-möminin Əli(ə.s)-nin qızı
həzrəti-Zeynəb(s.ə)-dən belə nəql edir: «Elə ki Əbu Bəkr
Fatimə(s.ə)-dən Fədəyin alınması barədə qəti qərara gəldi,
Fatimə(s.ə) Əbu Bəkrin cavabından sarsılıb Peyğəmbər(s)-
in qəbrinin kənarına gələrək ümmətin ona etdiyi zülmdən
şikayətlənib o qədər ağladı ki, həzrəti-Mühəmməd(s)-in
qəbrinin torpağı o Xanımın göz yaşlarından sulandı. Sonra
ürəkağrıdıcı naləsinin sonunda yuxarıdakı şeri oxudu».
Fatimə(s.ə)-nin Əli(ə.s) ilə söhbəti.
Təbərsi «Ehticac» kitabında belə yazır:
«Əmirəl-möminin(ə.s)
evdə
Fatimə(s.ə)-ni
gözləyirdi. Fatimə(s.ə) xütbədən və atası Rəsulullah(s)-ın
qəbri kənarında ağladıqdan sonra həyəcanlı bir vəziyyətdə
evə yollandı, içəri girəndə gözü Əli(ə.s)-yə sataşdı, kömək
istəmək və şikayət məqsədilə o Həzrətə dedi:
__
Ey Əbu Talibin oğlu! Ana bətnində olan uşaq kimi
büzüşüb küncdə oturmusan. (Əllərini qoltuğuna vurubsan.)
Müttəhim kimi evin küncünə qısılıbsan. Sən həmin
pəhləvansan ki, qartalların qanadlarını sındırardın. İndi isə
qorxaq toyuqların lələkləri əlində aciz qalıbsan. Əbu
185
Quhafənin oğlu zülmkarlıqla atamın bəxşişini əlimdən
alaraq mənimlə kobud davrandı. Heç Ovs və Xəzrəc
qəbilələrinin övladları da mənə kömək etmədilər,
mühacirlər dadıma yetişmədilər. Hamı başını aşağı əyib
gözlərini yerə dikmişdi. Heç bir kəs məni müdafiə edib
zalımların zülmünün qarşısını almadı. Qəzəblənib evdən
çıxdım. İndi isə pərişan və başıaşağı evə qayıdıram. Sən
həmin adamsan ki, ərəb canavarları sənin şikarın idi, ancaq
indi milçəklər səni əldən salıblar. Nə danışanlara mane
oldun, nə də batil yola yönələnləri yerinə oturtdun. Daha
səbrim tükənib. Kaş bu acı hadisələrdən qabaq öləydim.
İndi isə sənə qarşı kobudluq edib hörmətsizlik göstərdim.
Allah mənim üzrümü qəbul edəndir. İstər mənə kömək
etmiş olasan və istərsə də olmayasan. İlahi! Sənin qüdrətin
hamıdan əzəmətli, əzabın isə hər şeydən şiddətlidir.
Əmirəl-möminin Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:
__
Vay sənə yox, əksinə, sənin düşmənlərinə olsun.
Ey Allah Elçisinin qızı və nübüvvət yadigarı, mənə acığın
tutmasın. Mən din yolunda süstlük etməmiş, qüdrətimdə
olanı əlimdən əsirgəməmişəm. Allah-təalanın axirətdə sənə
qərar verəcəyi hər şey sənin əlindən alınanlardan daha
qiymətlidir. Allahın köməyinə ümidvar ol. Müsibət və
əziyyətləri Allah yolunda hesab et.
Fatimə(s.ə) Əli(ə.s)-nin nəsihəti ilə sakitləşib dedi:
__
Tək Allah mənə kifayət edər.
Fatimə(s.ə)-nin xütbəsindən sonra Əbu Bəkrin
cəsarəti.
Məşhur sünni alimi İbn Əbil Hədid Fədək barədə
Əhməd ibn Əbdül Əziz Cövhərinin yazdığı «Əssəqifə»
kitabına əsaslanaraq yazır:
186
«Əbu Bəkr Fatimə(s.ə)-nin Fədək barədə söylədiyi
xütbəsini eşitdikdə həzrəti-Zəhra(s.ə)-nın sözləri ona çox
ağır gəldi. Camaatın qarşısındaca minbərə çıxıb dedi:
__
Ey camaat! Bu nə vəziyyətdir? Siz niyə hər sözə
qulaq asırsınız? Bu arzular Peyğəmbər(s)-in zamanında
harada idi? Kim bu barədə həzrəti-Mühəmməd(s)-dən bir
şey eşidibsə, desin. Hər kim orada olubsa, cavab versin.
(Aşağıdakı naqis cümlələrin tərcüməsinə görə üzr
istəyirik.) O, fitnəkarlıq edir. O deyir ki, əvvəlki halətə
__
hərc-mərcliyə qayıdaq. Qocaldığından zəiflərdən kömək
istəyir, qadınları köməyə çağırır. O, əxlaqsız adamların
sevimlisi olan Ümmü Təhhal kimidir. Bilin, əgər istəsəm,
deyərəm və əgər desəm, aydınlaşdıraram. Lakin indi
sükutu seçmişəm.
Sonra Əbu Bəkr üzünü ənsarlara tutub dedi:
__
Ey Mədinə camaatı! Peyğəmbər(s)-ə qovuşmağa
layiq olduğunuza baxmayaraq, ağılsızlıq edirsiniz. Çünki
Peyğəmbər(s) sizin aranıza gəldi. Siz ona öz aranızda yer
verib kömək etdiniz. Bilin! Mən dilimi və əlimi bu
məqamı bizimki bilməyənlərə sarı uzatmaram.
Sonra o, minbərdən aşağı düşdü. Fatimə(s.ə) də evə
qayıtdı».
78
İbn Əbil Hədid
yazır:
«Mən Əbu Bəkrin
söylədiklərini ustadım Yəhya ibn Əbi Zeyd Bəsri üçün
oxuyub soruşdum:
__
Əbu Bəkr bu söhbətində kimə işarə edir?
Nəzərində tutduğu şəxs kimdir?
Dedi:
__
O ki açıq-aşkar söyləyir.
Soruşdum:
__
Əgər açıq-aşkar söyləsəydi, səndən soruşmazdım.
78
İbn Əbil Hədid«Şərhi Nəhcül-bəlağə.» XVIc,səh.215.
Dostları ilə paylaş: |