195
__
İlahi, bunlar
__
Əbu Bəkr və Ömər sənin
Peyğəmbərin qızına zülm edib, haqqını əlindən aldılar. Sən
özün onların cəzasını ver.
Həzrəti-Əli(ə.s) və Fatimə(ə.s) 40 gün mədinəlilər və
mühacirlərin evlərinə gedib onlardan dəstək istədilər.
Fədək sənədlərinin cırılması.
Kitabda belə bir fakt da qeyd edilir:
Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:
__
Əbu Bəkr tək olan zaman onun yanına get, çünki o,
başqalarına nisbətən mülayimdir. Ona belə deyərsən: «Sən
atamın yerində oturmusan. Əgər Fədək sənin mülkündürsə
və mən bu mülkü səndən istəyirəmsə, gərək bu mülkü
mənə qaytarasan!»
Fatimə(s.ə) Əbu Bəkrin yanına gedib bu sözləri
eynilə ona çatdırdı.
Əbu Bəkr dedi:
__
Düz deyirsən.
Beləliklə,
Əbu
Bəkr
Fədəyin
Fatimə(s.ə)-yə
qaytarılması haqqındakı sənədi imzaladıqdan sonra onu
Fatimə(s.ə)-yə verdi.
Fatimə evə qayıdarkən yolda Ömərlə rastlaşdı.
Fatimə buyurdu: «Fədəyin mənə qaytarılması haqqında
sənədi Əbu Bəkrdən aldım». Ömər Fatimədə olan sənədi
tələb etdikdə Fatimə sənədi Ömərə vermədi.
Ömər Fatimə ilə kobud davranaraq sənədi ondan alıb
iki yerə böldü. Ömərin bu qəzəbli rəftarı Fatimənin
yorğan-döşəyə düşməsinə səbəb oldu. Həzrəti-Fatimə(s.ə)
75 gündən sonra dünyasını dəyişdi. O Xanım(s.ə) vəfat
etməmiş Əli(ə.s)-yə də vəsiyyət etdi ki, məni gecə vaxtı
dəfn et ki, həmin iki nəfərin (Əbu Bəkr və Ömər) bundan
xəbəri olmasın. Əli(ə.s) də onun vəsiyyətinə əməl edərək
gecə ikən Fatimə(s.ə)-ni dəfn etdi.
196
Fidyənin Zeynəbə bağışlanması.
Bədr döyüşündə (hicrətin ikinci ili) Əbul As ibn Rəbi
(Xədicənin bacısı oğlu və Peyğəmbər(s)-in qızı Zeynəbin
həyat yoldaşı) kafirlərin qoşununda müsəlmanlara qarşı
vuruşmuşdu. Müsəlmanlar Əbul As ibn Rəbini əsir tutub
Mədinə şəhərinə gətirdilər.
83
Məkkə əhli öz əsirlərini fidyə verməklə (pul və
yaxud qiymətli əşya) azad edirdi. Peyğəmbər(s)-in qızı
Zeynəb də Məkkədə idi. O da ərinin azad olunması üçün
müəyyən miqdar mal və bir boyunbağı Mədinəyə
göndərdi. Bu boyunbağını anası Xədicə toy gecəsi öz qızı
Zeynəbə toy hədiyyəsi etmişdi. Peyğəmbər boyunbağını
görən kimi tanıdı və çox mütəəssir oldu. Müsəlmanlara
buyurdu:
__
Əgər icazə verirsinizsə, Əbul Ası azad edib bu
boyunbağını da geri qaytaraq.
Müsəlmanlar dedilər:
__
Ey Peyğəmbər! Bizim canımız və malımız sənə
qurbandır. Əlbəttə, icazə veririk.
Peyğəmbər(s) Əbul Ası fidyəsiz azad etdi və
boyunbağını ona verib Məkkəyə Zeynəb üçün göndərdi.
Əhli – təsənni alimlərindən biri olan İbn Əbil Hədid
bu barədə belə yazır:
«Mən bu hədisi müəllimim Əbu Cəfər Yəhya ibn Əbl
Zeyd Nəqibə oxudum. O (Əbu Cəfər) dedi:
83
Əbul As besətdən qabaq Peyğəmbərin qızı Zeynəb ilə evlənmişdi.
Məkkə alınmamışdan qabaq Mədinəyə qaçdı və orada İslamı qəbul
etdi. Bu zaman Peyğəmbər yenidən Zeynəblə Əbul Asın əqdini kəsdi.
Əmamə Əbul Asla və Zeynəbin qızı sayılır. Həzrəti-Əli(ə.s),
Fatimə(s.ə) vəfat etdikdən sonra onun vəsiyyətinə görə Əmamə ilə
evləndi. Əbul-As 12-ci hicri ilində vəfat elədi. («Üsdül-Qabə»
Vc,səh.236.)
197
__
Məgər bu hadisəni Əbu Bəkr və Ömər
görməyiblər? Heç olmasa, belə mülayim rəftarı Rəsuli-
əkrəm(s)-dən öyrənib, Fədəyi Fatimə(s.ə)-yə bağışlaya
bilərdilər. Məgər Fatimə(s.ə)-nin məqamı bacısı Zeynəbin
məqamından
üstün
sayılmırmı?
Fatimə(s.ə)
behişt
qadınlarının xanımıdır. Əlbəttə, bu hadisə o vaxt mümkün
olardı ki, Fədək Fatimənin mülkü olmasın.
Əbil Hədid müəllimi Əbu Cəfərə dedi:
__
Əbu Bəkrdən belə rəvayət olunub ki, Fədək bütün
müsəlmanların malıdır və elə buna görə guya onun Fədəyi
Fatiməyə verməyə haqqı yox idi.
Əbu Cəfər cavabında söylədi:
__
Əbul Asın fidyəsi də (boyunbağı) müsəlmanların
idi, lakin Allahın Rəsulu(s) boyunbağının icazəsini
müsəlmanlardan alıb Zeynəbə qaytardı. Əgər Əbu Bəkr
müsəlmanlardan
Fədəyin
icazəsini
alıb
Fatiməyə
qaytarsaydı, müsəlmanlar buna etiraz edəcəkdilər? Sözsüz
ki, razılıq verərdilər. Çünki Fatimə(s.ə) Peyğəmbər(s)-in
qızıdır.
İbn Əbil Hədid:
__
Qaziyül qüzat Əbul Həsən Əbdül Cəbbar ibn
Əhməd də belə fikirdədir.
Əbu Cəfər:
__
Həqiqət budur ki, Əbu Bəkrlə Ömər Fatimə ilə çox
insafsız rəftar ediblər».
Seyyid Cəzuinin nəzmə çəkdiyi şerin məzmunu.
(Şer ərəbcə olduğuna görə kitabda ancaq onun
məzmunu verilib).
«Fatimə Peyğəmbər(s)-dən ona qalan irsi tələb etmək
üçün iki nəfərin (Əbu Bəkr və Ömər) yanına gəldi, lakin
irsi ona qaytarmadılar.
198
Ey kaş, biləydim ki, niyə görə «Quran»ın
göstərişlərinə əməl etmirlər, bir halda ki «Quran»da irs
haqqında ayə var. Məgər «Quran»ın irs haqqında ayələri
qüvvədən düşmüşdür? Yoxsa bunlar «Quran» ayələrini
təhrif etdilər?
Məgər «Məvəddət» ayəsi («Şura» surəsi, 23-cü ayə)
həzrəti- Fatimə(s.ə) və onun qohumları haqqında nazil
olmayıbdır?
Sonra özlərindən:
«Atan özündən sonra irs
qoymayıb»,
__
deyə yalandan iqrar etdilər. Dedilər:
«Qədimdən adətdir ki, peyğəmbərlər özlərindən sonra irs
qoymazlar» və bu sözlə də Fatimə(s.ə)-nin irs aparmasına
mane oldular.
Əgər həzrəti-Mühəmməd(s) belə bir söz deyibsə, bəs
niyə Fatimə(s.ə)-nin budan xəbəri yoxdur?
Fatimə(s.ə) Peyğəmbər(s)-in tən yarısıdır. Məgər O,
Atasının sözünə əməl etməzdimi? Sözsüz ki, Fatimə
atasının sözündən heç vaxt çıxmamışdı. Çünki Fatimə
Allah yanında ən təqvalı və pak adamdır. Onların haqsız
olduğunu müəyyən etmək üçün «Nəhl», «Məryəm»
surələrinə nəzər sal.
Hər iki surədə Yəhyanın və Süleymanın irs
aparmasından bəhs olunur. Hər kim Fatimə(s.ə)-nin haqlı
olmasını öyrənmək istəyirsə, bu iki surəyə diqqət yetirə
bilər. Sonra Fatimə(s.ə) göz yaşı tökərək Allaha
şikayətləndi».
Dördüncü hissə
Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı
vəziyyəti.
Allahın Rəsulu(s) vəfat edən zaman böyük–kiçik,
kişi–qadın, qoca–cavan, ümumiyyətlə bütün Mədinə
əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki,
Dostları ilə paylaş: |