199
Peyğəmbər(s)-in vəfatına görə qəmgin olmasın. Bir sözlə,
Mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. Bu ayrılıq ən
çox həzrəti-Mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi
oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. Hətta bəziləri
həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz
tutsaydı, dağların belə buna dözümü çatmazdı.
Lakin heç kim həzrəti-Fatimə(s.ə) kimi qəmgin ola
bilməzdi. Yalnız Allah özü buna şahid idi.
Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı.
Fatimə Atası(s)-nın qəbri kənarında
(VIII gün).
Ravi yazır: «Peyğəmbər(s)-in vəfatından 7 gün sonra
səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət etmək niyyəti ilə
evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. Xanım(s.ə)-ın
ağlamaqdan gözləri qaralmışdı. Narahatlığın təsirindən
çadrası yerlə sürünürdü. Atasının qəbrinə gözü sataşan
kimi özündən gedib məzarın üzərinə yıxıldı. Mədinə
qadınları onun köməyinə çatıb, həzrəti-Zəhra(s.ə)-nın
üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə
ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu:
«Atacan,
qüvvətim
tükənib,
səbrim
qurtarıb,
düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey əziz
Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib,
belim bükülüb, həyatım bir-birinə dəyib. Səndən sonra
dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də
yoxdur. Qəm- qüssəm gündən- günə artır. Atacan, səndən
sonra kim bu ümmətin fəryadına yetişəcək? Ey Ata,
səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt
yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir,
çünki dünya və həyat mənim üçün artıq daralıb».
Fatimə(s.ə)-nin kədəri və Mədinə camaatının
təklifi.
200
Ağlayıb qəlbini boşaltdıqdan sonra Fatimə(s.ə) evə
qayıtdı. O, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə
böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib
belə dedi:
__
Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-
naləsindən yata, gündüzlər isə dincələ bilmirik. Səndən
xahiş edirik, Fatiməyə deyəsən, heç olmasa, ya gecə
ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın,
gecələr biz dincələk.
Həzrəti-Əli(ə.s) buyurdu:
__
Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram.
Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib onu
ağlar gördü. Fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi.
Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:
__
Mədinə böyükləri məndən xahiş ediblər ki, ya
gecə, ya da ancaq gündüz ağlayasan.
Fatimə(s):
__
Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az
yaşayacağam və tezliklə bunlardan ayrılacağam.
Əli(ə.s):
__
İxtiyar sahibisən.
Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi
qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) kiçik bir
ev düzəltdi. Bu evi «Beytül-əhzan», yəni «Qəm evi»
adlandırdı.
Fatimə
hər gün sübh vaxtı Həsən(ə.s) və
Hüseynlə(ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib
Xanım(s.ə)-ını evə aparardı.
Bilal Həbəşinin azan verməsi.
Ravi yazır: «Bir gün Fatimə(s.ə) buyurdu:
201
__
Ürəyim çox istəyir ki, Atamın müəzzini azan
versin və mən də onun səsini eşidim.
84
Bu xəbər Bilala çatdıqda Bilal azan verməyə başladı:
«Allahu Əkbər. Allahu Əkbər».
Fatimə bu səsi eşidən kimi Atasının zamanı yadına
düşdü. Özünü saxlaya bilməyib, ağlamağa başladı.
Fatimə «Əşhədu ənnə Mühəmmədən Rəsulullah»
səsini eşidən kimi bihuş olub yerə yıxıldı. Camaat Bilala
dedi: «Azanı saxla. Fatimə(s.ə) dünyadan getdi». Onlar
belə güman etdilər ki, Fatimə(s.ə) vəfat edib.
Bilal azanı saxladı. Fatimə huşa gəlib ayıldıqdan
sonra Bilala buyurdu: «Azanı axıra kimi oxu».
Bilal azanı davam etməyib dedi: «Ey xanımlır
Xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə bir xətər
yetişə».
Fatimə Ühüd şəhidlərinin qəbri kənarında.
İmam Sadiq(ə.s) bu barədə belə söyləyir:
«Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra cəmi
yetmiş beş gün yaşadı. Bu yetmiş beş gündə heç kim onu
gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd
şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və
dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam
etdirirdi».
Mahmud ibn Lübeyddən rəvayət olunub ki, həzrəti-
Mühəmməd(s) vəfat etdikdən sonra Fatimə(s.ə) Atası(s)-
nın qəbri kənarına gəlib ağlayardı. Gördüm ki, Fatimə(s.ə)
orada ağlayır. Sakitləşəndən sonra Fatiməyə yaxınlaşıb
dedim: «Ey xanımlar xanımı! Sizin bu halınıza dözə
bilmirəm».
84
Peyğəmbər(s)-in vəfatından sonra Bilal azan demirdi. Bununla da
başqalarının hakimiyyətini təsdiq etmək istəmirdi.
202
Fatimə(s.ə) buyurdu: «Ey Əbu Ömər! Ağlamağın
yeri var. Çünki mən ataların ən yaxşısını itirmişəm.
Ürəyim çox istəyir, atamı görəm».
Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti.
İmam
Baqir(ə.s)
söyləyir:
«Fatimə(s.ə)
atası
Peyğəmbər(s.ə)-in vəfatından altmış gün keçdikdən sonra
xəstələndi. Həzrəti-Zəhra(s.ə) xəstə olarkən belə dua
edərdi: «Ey Qadir və Diri olan Allah! Sənin rəhmətinə
pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni
behişt əhlindən qərar ver».
Bu zaman həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:
__
Allahdan arzum budur ki, səni tezliklə sağaldıb
şəfa versin.
Fatimə(s.ə):
__
Ey Əbul Həsən, Allahımla görüşməyimə çox az
qalıb.
Daha sonra Xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki,
məndən sonra bacım qızı Əmamə(Əbul Asın qızı) ilə
evlənərsən.
Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma
mehribanlıq göstərər».
Başqa bir rəvayətdə belə söylənilir:
«Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:
__
Mənim səndən bir xahişim var.
Əli(ə.s) buyurdu:
__
Ey Peyğəmbərin qızı, sözünü buyur, onu mütləq
yerinə yetirərəm.
Fatimə:
__
Səni and verirəm Allaha və Atamın haqqına, Əbu
Bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. Allahın
Rəsulu(s) mənə buyurmuşdur: «Sən mənim Əhli-
Dostları ilə paylaş: |