203
beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». Bu
xəbəri sənə vermək mənə çox ağır gəlir».
İmam Baqir(ə.s) buyurur: «Peyğəmbərin vəfatından
50 gün keçmişdi. Həzrəti-Fatimə(s.ə)-nin
xəstəliyi
güclənirdi. O xanım bilirdi ki, elə bu xəstəliklə də
dünyadan gedəcək. Fatimə(s.ə) buyurdu: «Ya Əli, Allahın
işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn
edərsən». Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin vəsiyyətinə
əməl etdi.
Fatimə(s.ə) söyləyir: «Atam Rəsulullah(s)-ı yuxuda
gördüm. O Həzrətdən sonra bizim başımıza gələnlərin
hamısını
Peyğəmbər(s)-ə
danışdım.
Rəsuli-əkrəm(s)
buyurdu: «Sizin üçün axirətdə əbədi ev var. Bu ev
təqvalılar
üçündür.
Sən
tezliklə
bizim
yanımıza
gələcəksən».
Zəhra(s.ə)-nın ömrünün son günləri.
1.Fatimə(s.ə)-nin
Əbu
Bəkr
və
Ömərə
söylədikləri.
Fatimə(s.ə) şəhadət çarpayısında son günlərini
yaşayarkən Əli(ə.s)-yə vəsiyyət etdi ki, onun(Fatimə(s.ə)-
nin) həyatında olan hadisələri (başına gələnləri) gizli
saxlasın və ağır xəstəliyi haqqında heç kəsə xəbər
verməsin. İmam Əli(ə.s) onun vəsiyyətini yerinə yetirdi.
Əli(ə.s) özü Fatimə(s.ə)-yə qulluq edirdi. Əsma Binti
Ümeys də (o vaxtlar Əbu Bəkrin arvadı idi) Zəhra(s.ə)-nın
«xəstəliyinin gizli saxlanılması» vəsiyyətini yerinə
yetirmiş olsun deyə, gizlin-gizlin Zəhra(s.ə)-ya xidmət
edirdi. Peyğəmbər(s) (özündən sonra) Zəhra(s.ə)-nın
başına gələcək zülmlər barədə ona xəbər verdiyi kimi, bu
xəstəliyini də qabaqcadan xəbər vermişdi. Sonra
Fatimə(s.ə)-nin ağrıları daha da gücləndi. Allah-təala
204
(məna aləmində) həzrəti-Məryəmi Fatimə(s.ə)-yə qulluq
etmək və onunla ünsiyyətdə olmaq üçün göndərdi.
Əbu Bəkrlə Ömər Fatimə(s.ə)-nin ağır xəstəliyindən
və bərk ağrılar keçirdiyindən xəbərdar olduqda ona baş
çəkmək üçün qapısına gəlib evə girməyə icazə istədilər.
Amma Fatimə(s.ə) icazə vermədi. Ömər Əli(ə.s) ilə
görüşüb ona dedi:
__
Əbu Bəkr incə qəlbli bir qocadır, Peyğəmbərin
dostu və səhabələrindəndir. Neçə dəfə onunla bura gəlib
icazə istəmişik, ancaq Fatimə icazə verməyib. Əgər
məsləhət bilirsənsə, Fatimədən icazə al ki, bizi qəbul
eləsin.
Əli(ə.s) buyurdu:
__
Çox yaxşı, görüm, bəlkə icazə ala bildim.
Həzrəti-Əli(ə.s)
Fatimə(s.ə)-nin
yanına
gəlib
buyurdu:
__
Ey Peyğəmbərin qızı! Bilirsən ki, bunlar səninlə
görüşməkdən ötrü neçə dəfə gəlib icazə istəyiblər, amma
sən onlara icazə verməmisən. Onlar səndən icazə almağım
üçün xahiş ediblər. Mən də səndən xahiş edirəm ki, Əbu
Bəkrlə Ömərə icazə verəsən.
Fatimə buyurdu:
__
Allaha and olsun, onlarla bir kəlmə belə
kəsməyəcəyəm. Peyğəmbərlə görüşüb, onların mənə
etdiklərindən Peyğəmbərə şikayət edəcəyəm.
Əli(ə.s) buyurdu:
__
Mən səndən onlar üçün icazə almağı onlara
zəmanət vermişəm.
Xanım Zəhra(s.ə):
__
Əgər zəmanət vermisənsə, ev sənin evindir,
qadınlar da kişilərə itaət etməlidirlər. Mən heç vaxt sənin
istəyinə qarşı çıxmamışam, istədiyinə icazə ver.
205
Əli(ə.s) evdən çıxıb Əbu Bəkr və Ömərə buyurdu:
__
İcazə verdi.
Onlar evə daxil oldular. Fatimə(s.ə)-ni gördükdə
salam verdilər. Amma Fatimə(s.ə) onların salamınının
cavabını vermədi, üzünü onlardan yan çevirdi. Onlar
Fatimə(s.ə) ilə üzbəüz oturmaqdan ötrü fırlandılar.
Fatimə(s.ə) yenə də üzünü onlardan yan çevirdi. Bu iş neçə
dəfə təkrar olundu. Bu vaxt O, Əli(ə.s)-yə ərz etdi:
__
Mənim üzümü ört.
Həzrəti-Zəhra(s.ə)
xidmətində
olan
qadınlara
buyurdu:
__
Mənim üzümü çevirin.
Zəhra(s.ə)-nın üzünü çevirdikdən sonra həmin iki
nəfər yenə də Zəhra(s.ə) ilə üzbəüz oturdu. Xahiş etdilər
ki, Zəhra(s.ə) onlardan razı qalsın və keçmişləri yaddan
çıxartsın. Fatimə(s.ə) buyurdu:
__
Sizi Allaha and verirəm! Yadınızdadırmı,
Peyğəmbər(s) Əli(ə.s)-yə aid bir hadisə ilə bağlı bizi gecə
yarısı öz hüzuruna çağırtdırdı?
Onlar dedilər:
__
O gecə yadımızdadır.
Fatimə buyurdu:
__
Sizi and verirəm Allaha! Peyğəmbər(s)-dən
eşitdinizmi: «Fatimə mənim bədənimin yarısıdır və mən
ondanam, ona əziyyət edən mənə əziyyət etmişdir. Mənə
əziyyət edən isə Allaha əziyyət etmişdir. Mənə
ölümümdən sonra ona əziyyət edən şəxs elə bil, mənim
sağlığımda ona əziyyət edib. Mənim sağlığımda ona
əziyyət edən isə elə bil, mənim ölümümdən sonra ona
əziyyət etmişdir».
Dedilər:
__
Bəli, eşitmişik.
206
Buyurdu:
__
Allaha şükr olsun. Allahım, sən özün şahidsən,
həmçinin burada olanlar, siz də şahidsiniz ki, bunlar (Əbu
Bəkr və Ömər) mənə əziyyət vermişlər. Alaha and olsun,
nə qədər ki Allahımla görüşüb, onların mənə etdikləri
zülmdən şikayət etməmişəm, bir kəlmə də onlarla söz
danışmaram.
Başqa bir mənbəyə əsasən, Fatimə(s.ə) əllərini göyə
açıb buyurdu:
__
İlahi, bu iki nəfər mənə əziyyət etdi, onlardan
şikayətimi
Sənin
və
Peyğəmbəri(s)-nin
hüzurunda
deyəcəyəm. Atam Rəsulullah(s)-la görüşüb sizin mənə
etdiyiniz zülm və haqsızlıqları ona çatdırmayınca, sizə
halal etməyəcəyəm. Qoy O özü mənimlə sizin aranızda
olanları mühakimə etsin.
Bu vaxt Əbu Bəkr çığırdı:
__
Vay olsun mənim halıma, ah o ilahi əzab...!!! Ey
kaş! Anam məni doğmayaydı.
Ömər Əbu Bəkrə dedi:
__
Səni özlərinə rəhbər seçən camaata təəccüb
edirəm. Sən süst qoca bir kişisən. Bir qadınıın qəzəbindən
belə qorxursan, bir qadının xoş rəftarından isə xoşhal
olursan.
Sonra onlar ayağa qalxıb getdilər.
85
Fatimə(s.ə) bu
vaxt Əli(ə.s)-yə dedi:
__
İstədiyini yerinə yetirdimmi? (Onlara evə daxil
olmağa icazə verdim.)
Əli(ə.s) buyurdu:
__
Bəli.
Fatimə(s.ə):
85
İbn Quteybə Dinvəri «Əl imamhətu vəssiyasət». (270-ci hicri ilində
vəfat edib.) Ic,səh.24. Misir çapı.
Dostları ilə paylaş: |