151
O beyət etmədi. Dedilər: «Əgər beyət etməsən, səni
öldürərik». Buyurdu: «Mən Allahın bəndəsi və Rəsuli-
əkrəm(s)-in qardaşıyam, əgər məni öldürsəniz, günah
işlətmiş olarsınız».
Onlar həzrəti-Əli(ə.s)-nin bükülmüş yumruğunu
açmaq istədilər. O isə əlini yumdu. Bu mənfurlar o
Cənabın yumruğunu aça bilməyib eləcə əli yumulu halda
Əbu Bəkrin əlini onun əlinə sürtdülər.
İki təkanverici möcüzə.
Məsudi sözünün ardını belə davam etdirir: «Bir neçə
gündən sonra Əli(ə.s) həmin iki nəfərdən biri (Əbu Bəkr)
ilə görüşərək ona Allahı xatırlatdı. Bir az moizə edəndən
sonra buyurdu:
__
İstəyirsənmi, səni Rəsulullahla görüşdürüm, sənə
əmr və nəhy etsin? (yəni yaxşı işlərə sövq edib pis işlərdən
çəkindirsin.)
Dedi:
__
Bəli
Həzrəti-Əli Əbu Bəkr ilə birlikdə Quba məscidinə
getdi. Peyğəmbər(s) ona buyurdu: «Ey şəxs (Əbu Bəkr),
mənimlə bağladığın əhdə görə, xilafət Əli(ə.s)-nin
öhdəsində olmalıdır. Xəlifə əmirəl-möminin Əli (ə.s)-dir».
O, Əli(ə.s) ilə birlikdə məsciddən qayıdıb belə qərara
gəldi ki, xilafəti Əli(ə.s)-yə təhvil versin. Lakin dostu
Ömər Əbu Bəkri bu işdən çəkindirib dedi:
__
Bu, açıq-aşkar bir sehr olub, Bəni-Haşimin məşhur
cadularındandır. Məgər unutmusanmı, biz səninlə birgə
İbn Əbi Kəbəşinin yanında olanda iki ağaca əmr etmişdi
ki, birləşsinlər. O ağacların arxasında ehtiyacını ödəyəndən
sonra o ağaclara bir-birindən ayrılmalarını əmr etdi.
Həmən onlar bir-birindən ayrılaraq əvvəlki vəziyyətinə
qayıtdılar?
152
Əbu Bəkr cavab verdi:
__
Sən mənə bu əhvalatı xatırladanda mənim yadıma
başqa bir əhvalat düşdü. Mən və o (Peyğəmbər) Sur
mağarasında gizlənəndə əlini üzümə çəkdi. Sonra ayağı ilə
işarə edib mənə dənizi göstərdi. Dənizdə Cəfəri–Təyyar və
yoldaşlarını gəmi ilə üzən gördüm.
Əbu Bəkr dostu Ömərin sözündən təsirlənib xilafəti
Əli(ə.s)-yə təhvil vermək fikrindən döndü. Onlar Əli(ə.s)-
ni öldürmək qərarına gəldilər. Bir-birilə məsləhətləşib
Xalid ibn Vəlidi bu işi icra etmək üçün təyin etdilər. Əsma
binti Ümeys məsələdən agah olub əmirəl-möminin
Əli(ə.s)-yə xəbər göndərdi. Əsmanın kənizi Əli(ə.s)-nin
evinə gəlib qapıda dayanaraq bu ayəni ucadan oxudu:
«Bunlar səni öldürmək üçün məşvərət edirlər.
Tezliklə
şəhərdən
çıx.
Mən
sənin
xeyrini
istəyənlərdənəm».
66
Bu
zaman
Xalid
qılıncı
paltrınının
altında
gizlətmişdi. Belə sözləşdilər ki, məsciddə imam camaat
(namazda) axırıncı salamı verəndən sonra Xalid qalxıb
Əli(ə.s)-ni öldürsün.
Xalidin namazda qurcalanmasından camaat elə başa
düşdü ki, guya o, namazını səhv qılmışdır. Bu zaman
imam camaat (Əbu Bəkr) axırıncı salamdan qabaq dedi:
__
Ey Xalid, sənə verdiyim tapşırığı geri götürürəm.
Heç nə eləmə!
Fədəyin qəsb olunması.
66
Yuxarıdakı ayə («Qəsəs», 20) məxfi surətdə Musa(ə.s)-ya iman
gətirmiş Ali – Firon sarayında olan bir şəxsə aiddir. O gizlin olaraq
Musa(ə.s)-ya Firon tərəfdarlarının onu bldürmək istədiklərini bildirdi.
Əsma binti Ümeysin (Əbu Bəkrin zövcəsi) kənizi də bu ayəni
oxumaqla Əsmanın pərdə arxasından eşitdiyi sui-qəsddən Əli(ə.s)-ni
xəbərdar etdi.
153
Əllamə Əbu Mənsur Təbərsi (vəfatı h.q. 588, Miladi
təxminən 1184-cü il) «Ehticac» adlı kitabında və Əli ibn
İbrahim isə İmam Sadiq(ə.s)-in söylədiklərinə əsaslanaraq
həzrəti-Əli(ə.s)-nin belə buyurduğunu qeyd edirlər:
«Elə ki Əbu Bəkrin beyəti sona yetdi və onun
xilafəti ənsar və mühacirlər üçün müəyyənləşdirildi, Əbu
Bəkr öz məmurlarını Fədəyə
67
sarı göndərdi ki,
Fatimə(ə.s)-nin nümayəndəsini oradan qovsunlar. Bu əmr
icra olundu». İndi Fədək barəsindəki aşağıdakı yazılara
diqqət yetirin.
Fatimə(s.ə)-nin etirazı və şahidlərin şəhadəti.
Fatimə(s.ə) Əbu Bəkrin əmrindən xəbərdar olduqda
onun yanına gəlib buyurdu:
__
Niyə atam Rəsulullah(s)-ın mənə bağışladığı irsi
əlimdən alıb nümayəndəmi Fədəkdən qovmusan? Axı
Peyğəmbər(s) onu mənə Allahın hökmü ilə bağışlamışdı.
Əbu Bəkr dedi:
__
Söylədiklərin üçün şahid gətir ki, həqiqətən də,
Peyğəmbər(s) Fədəyi sənə bağışlamışdır.
67
Fədək Mədinənin 140 kilometrliyində yerləşən bol məhsullu,
çeşməli-sulu və başdan-başa xurma ağacları ilə zəngin olan, Xeybər
yaxınlığındakı bir kənddir. Hicrətin yeddinci ilində (təxminən 587-ci il
miladi) müsəlmanlar Xeybər qalasını fəth etdikdən sonra Fədək
yəhudilərin hicazda yeganə dayaq nöqtəsi idi. Yəhudilər ürəklərinə
düşən qorxunun təsirindən Fədəyi döyüşsüz Peyğəmbərə təslim
etdilər. Bundan sonra Fədək həzrəti-Mühəmməd(s)-in şəxsi mülkü
hesab olunurdu, belə ki, «İsra» surəsinin 26-cı ayəsi nazil oldu:
«Yaxınlarının haqqını ödə.» - mötəbər şiə və sünni mənbələrinə
əsasən Peyğəmbər(s) Fədəyi Fatimə(s.ə)-yə bağışladı. («Mizanül-
etimal» IIc,səh.288, «Kənzül-ümmal» IIc, səh.158, «Məcməül-bəyan»
və dürrül-mənsur kitabı «İsra» surəsinin 26-cı ayəsinin ardı.)
154
Fatimə(s.ə) gedib Ümmü
__
Əyməni (Peyğəmbər(s)-in
hörmət bəslədiyi xanımlardan biridir) şahid kimi Əbu
Bəkrin yanına gətirdi.
Ümmü
__
Əymən Əbu Bəkrə dedi:
__
Peyğəmbər(s)-in mənim şənimə söylədiklərini sənə
sübut etməsəm, şahidlik etmərəm. Səni Allaha and
verirəm, məgər bilmirsənmi həzrəti-Mühəmməd (s)
buyurubdur:
«Ümmü Əymən behişt xanımlarındandır».
Əbu Bəkr:
__
Bəli bilirəm ki, Peyğəmbər(s) belə buyurmuşdur.
Ümmü Əymən:
__
Şəhadət verirəm ki, Allah Peyğəmbər(s)-ə bu
ayəni- «Yaxınlarının haqqını ödə» nazil edəndən sonra
Fədəyi Fatimə(s.ə)-yə bağışlamışdı».
Sonra Əli(ə.s) də gəlib eynilə onun dediklərini
təsdiqləyərək şəhadət verdi. Beləliklə, Əbu Bəkrə sübut
olundu ki, Fədək Fatimə(s.ə)-nin şəxsi mülküdür. Buna
görə də Fədəyin Fatimə(s.ə)-yə qaytarılması barədə bir
məktub (sənəd) yazıb Fatimə(s.ə)-yə verdi.
Ömər ibn Xəttab bu məsələdən xəbərdar olan zaman
Əbu Bəkrin yanına gəlib soruşdu:
__
Bu məktub nə üçündür?
Əbu Bəkr dedi:
__
Fatimə(s.ə) iddia etdi ki, Fədək mənim şəxsi
mülkümdür, bu sözün doğruluğu üçün Ümmü
__
Əymən və
Əli(ə.s)-ni şahid kimi bura gətirdi. Mən də buna görə
Fədəyin Fatimə(s.ə)-yə qaytarılması barədə sənəd yazıb
imzaladım.
Ömər Fatimə(s.ə)-nin yanına gəlib məktubu əlindən
alaraq cırıq-cırıq edib dedi:
Dostları ilə paylaş: |