Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

 
183 
Xütbənin 
sonunda 
Fatimə(s.ə) 
üzünü 
atası 
Rəsulullah(s)-ın  qəbrinə  tərəf  çevirib  ona  xitabən  bu  şeri 
oxudu: 
«Ey  Ata!  Səndən  sonra  elə  fitnələr  qalxıb  qəribə 
səslər ucaldı  ki,  əgər sağ olsaydın,  bu  ixtilaflar düşməzdi. 
Sən  bizim  aramızdan  getdin.  Bizim  əhvalımız  bərəkətli 
yağışları kəsilmiş quraq bir torpağın halına çevrildi. Sənin 
ümmətin nizam-intizamı bir-birinə vurdu. Buna görə şahid 
ol, onların əməllərini nəzərindən qaçırma. 
Allah  dərgahında  məqam  və  dərəcəsi  olan  hər  bir 
peyğəmbər və övliya ailəsinə hamı ehtiram edibdir. (Lakin 
təkcə bizə ehtiram edilməyibdir.) 
Sən  bizim  aramızdan  gedəndən  və  torpaqlar  altında 
pünhan  olandan  sonra  bir  çoxları  öz  qəlblərinin  kinini 
aşkar etdilər. 
Bəziləri tutqun sifətlə bizə baxıb məqamımızı yüngül 
sandılar. Sən aramızdan gedəndən sonra əlimiz bu gün hər 
şeydən üzülübdür. 
Sən  parlaq  bir  nur  idin  ki,  sənin  nurundan  istifadə 
edirdilər.  Sən  Allah  tərəfindən  səmavi  kitab  nazil  olan 
şəxssən. 
Ayələri nazil edən Cəbrayıl həmişə bizim munisimiz 
idi.  Sən  getdin  və    getməyinlə  xeyir  qapıları  bizim 
üzümüzə bağlandı. 
Kaş  səndən  qabaq  ölüm  bizi    haqlayaydı.  Sənin 
getməyinlə kimlərsə öz batil məqsədlərinə nail oldu. 
Vəfatınla bizə elə bir müsibət üz verdi ki, dünyadakı 
ərəb  və  əcəm  məzlumlarının  müsibəti  bizə  üz  vermiş 
müsibətdən yüngüldür».
77
 
                                                
77
 Bu şer bəzi rəvayətlərdə azacıq dəyişikşiklə yazılmışdır. 
 
184 
«Dürrün-nəzim»  adlı  kitabda  qeyd  olunmuşdur  ki, 
həzrəti-Zəhra(s.ə)  aşağıdakı  üç  beyt  şeri  yuxarıdakı  şerə 
qoşub buyurdu: 
«Ey  alicənab  Ata!  Nə  qədər  ki  sən  vardın,  mənim 
himayədarım  və  yavərim  var  idi.  İzzətlə  camaat  arasında 
yol gedirdim. Sən mənim qol-qanadım idin. 
Lakin  bu gün gərək o alçağın qarşısında təvazö edib 
ondan  çəkinim.  Mənə  zülm  edənləri  gərək  öz  əlimlə  dəfn 
edim.  Qumru  quşu  gecənin  yanğısından  budaqda  oturub 
nalə vuran vaxtı,  mən də sübh çağı sənin ayrılığından göz 
yaşı tökürəm». 
Şeyx  Müfid  «Əmali»    adlı  kitabında  çox  mötəbər 
mənbəyə  əsaslanaraq  əmirəl-möminin  Əli(ə.s)-nin  qızı 
həzrəti-Zeynəb(s.ə)-dən  belə  nəql  edir:  «Elə  ki  Əbu  Bəkr 
Fatimə(s.ə)-dən Fədəyin alınması barədə qəti qərara gəldi, 
Fatimə(s.ə) Əbu Bəkrin cavabından sarsılıb Peyğəmbər(s)-
in qəbrinin  kənarına gələrək ümmətin ona etdiyi zülmdən 
şikayətlənib  o  qədər  ağladı  ki,  həzrəti-Mühəmməd(s)-in  
qəbrinin torpağı o Xanımın göz yaşlarından sulandı. Sonra 
ürəkağrıdıcı naləsinin sonunda yuxarıdakı şeri oxudu». 
Fatimə(s.ə)-nin Əli(ə.s) ilə söhbəti. 
Təbərsi «Ehticac» kitabında belə yazır: 
«Əmirəl-möminin(ə.s) 
evdə 
Fatimə(s.ə)-ni 
gözləyirdi.  Fatimə(s.ə)  xütbədən  və  atası  Rəsulullah(s)-ın 
qəbri kənarında ağladıqdan sonra həyəcanlı bir vəziyyətdə 
evə yollandı, içəri girəndə gözü Əli(ə.s)-yə sataşdı, kömək 
istəmək və şikayət məqsədilə o Həzrətə dedi:  
__ 
Ey Əbu Talibin oğlu! Ana bətnində olan uşaq kimi 
büzüşüb küncdə oturmusan. (Əllərini qoltuğuna vurubsan.) 
Müttəhim  kimi  evin  küncünə  qısılıbsan.  Sən  həmin 
pəhləvansan ki, qartalların qanadlarını sındırardın. İndi isə 
qorxaq  toyuqların  lələkləri  əlində  aciz  qalıbsan.  Əbu 


 
185 
Quhafənin  oğlu  zülmkarlıqla  atamın  bəxşişini  əlimdən 
alaraq  mənimlə  kobud  davrandı.  Heç  Ovs  və  Xəzrəc 
qəbilələrinin  övladları  da  mənə  kömək  etmədilər, 
mühacirlər  dadıma  yetişmədilər.  Hamı  başını  aşağı  əyib 
gözlərini  yerə  dikmişdi.  Heç  bir  kəs  məni  müdafiə  edib 
zalımların  zülmünün  qarşısını  almadı.  Qəzəblənib  evdən 
çıxdım.  İndi  isə  pərişan  və  başıaşağı  evə  qayıdıram.  Sən 
həmin adamsan ki, ərəb canavarları sənin şikarın idi, ancaq 
indi  milçəklər  səni  əldən  salıblar.  Nə  danışanlara  mane 
oldun,  nə  də  batil  yola  yönələnləri  yerinə  oturtdun.  Daha 
səbrim  tükənib.  Kaş  bu  acı  hadisələrdən  qabaq  öləydim. 
İndi  isə  sənə  qarşı  kobudluq  edib  hörmətsizlik  göstərdim. 
Allah  mənim  üzrümü  qəbul  edəndir.  İstər  mənə  kömək 
etmiş olasan və istərsə də olmayasan. İlahi! Sənin qüdrətin 
hamıdan əzəmətli, əzabın isə hər şeydən şiddətlidir. 
Əmirəl-möminin Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:  
__ 
Vay  sənə  yox,  əksinə,  sənin  düşmənlərinə  olsun. 
Ey Allah Elçisinin qızı və nübüvvət yadigarı,  mənə acığın 
tutmasın.  Mən  din  yolunda  süstlük  etməmiş,  qüdrətimdə 
olanı əlimdən əsirgəməmişəm. Allah-təalanın axirətdə sənə 
qərar  verəcəyi  hər  şey  sənin  əlindən  alınanlardan  daha 
qiymətlidir.  Allahın  köməyinə  ümidvar  ol.  Müsibət  və 
əziyyətləri Allah yolunda hesab et. 
Fatimə(s.ə) Əli(ə.s)-nin nəsihəti ilə sakitləşib dedi:  
__ 
Tək Allah mənə kifayət edər. 
Fatimə(s.ə)-nin xütbəsindən sonra Əbu Bəkrin 
cəsarəti. 
Məşhur  sünni  alimi  İbn  Əbil  Hədid  Fədək  barədə 
Əhməd  ibn  Əbdül  Əziz  Cövhərinin  yazdığı  «Əssəqifə» 
kitabına əsaslanaraq yazır:  
 
186 
«Əbu  Bəkr  Fatimə(s.ə)-nin  Fədək  barədə  söylədiyi 
xütbəsini  eşitdikdə  həzrəti-Zəhra(s.ə)-nın  sözləri  ona  çox 
ağır gəldi. Camaatın qarşısındaca minbərə çıxıb dedi:  
__ 
Ey  camaat!  Bu  nə  vəziyyətdir?  Siz  niyə  hər  sözə 
qulaq  asırsınız?  Bu  arzular  Peyğəmbər(s)-in  zamanında 
harada  idi?  Kim  bu  barədə  həzrəti-Mühəmməd(s)-dən  bir 
şey  eşidibsə,  desin.  Hər  kim  orada  olubsa,  cavab  versin. 
(Aşağıdakı  naqis  cümlələrin  tərcüməsinə  görə  üzr 
istəyirik.)  O,  fitnəkarlıq  edir.  O  deyir  ki,  əvvəlki  halətə
__ 
 
hərc-mərcliyə  qayıdaq.  Qocaldığından  zəiflərdən  kömək 
istəyir,  qadınları  köməyə  çağırır.  O,  əxlaqsız  adamların 
sevimlisi olan Ümmü Təhhal kimidir.  Bilin,  əgər  istəsəm, 
deyərəm  və  əgər  desəm,  aydınlaşdıraram.  Lakin  indi 
sükutu seçmişəm. 
Sonra Əbu Bəkr üzünü ənsarlara tutub dedi:  
__ 
Ey  Mədinə  camaatı!  Peyğəmbər(s)-ə  qovuşmağa 
layiq  olduğunuza  baxmayaraq,  ağılsızlıq  edirsiniz.  Çünki 
Peyğəmbər(s)  sizin  aranıza  gəldi.  Siz  ona  öz  aranızda  yer 
verib  kömək  etdiniz.  Bilin!  Mən  dilimi  və  əlimi  bu 
məqamı bizimki bilməyənlərə sarı uzatmaram.  
Sonra  o,  minbərdən  aşağı  düşdü.  Fatimə(s.ə)  də  evə 
qayıtdı».
78
 
İbn  Əbil  Hədid 
yazır: 
«Mən  Əbu  Bəkrin 
söylədiklərini  ustadım  Yəhya  ibn  Əbi  Zeyd  Bəsri  üçün 
oxuyub soruşdum:  
__ 
Əbu  Bəkr  bu  söhbətində  kimə  işarə  edir? 
Nəzərində tutduğu şəxs kimdir?  
Dedi:  
__ 
O ki açıq-aşkar söyləyir.  
Soruşdum:  
__ 
Əgər açıq-aşkar söyləsəydi, səndən soruşmazdım.  
                                                
78
 İbn Əbil Hədid«Şərhi Nəhcül-bəlağə.»  XVIc,səh.215. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə