171
zəruriliyi cəmiyyətdə ixtilaf və çəkişmənin aradan
qaldırılması səbəbindəndir.
Cihad dini əzəmət və şövkəti qoruyan güclü bir
qalxandır.
Səbir müvəffəqiyyət şəfəqi, xoşbəxtlik bünövrəsi və
məqsədə yetişmək yolunda bir vasitədir.
Xeyir işlərə sövq etmə və pis işlərdən çəkindirmə
cəmiyyəti fəsaddan qoruyur.
Valideynə yaxşılıq Allahın mərhəmətini nazil,
əzabını isə dəf edir.
Qohum-əqrəbaya kömək etmək uzun ömrə, işlərin
asanlaşmasına və dostların çoxalmasına səbəbdir.
Yalnız yaxşılıq etməklə çoxlu dost, arxa qazanmaq
olar.
Qisas xalqın asayişi, mal və qanını qorumaq üçündür.
Yaxşılıq və nəzirlər Allah rəhmətini cəlb etmək
üçündür.
Alverdə ölçüyə düzgün riayət etmək ticarət və
iqtisadiyyatın sürətlənməsinə, inkişafına səbəbdir.
Allah-təala bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün
şərab içməyi haram buyurmuşdur.
Kobudluq və söyüş söyməkdən çəkinmək onun
üçündür ki, nifaq, özbaşınalıq və zorakılıq cəmiyyətdən
silinsin.
Oğurluqdan çəkinməklə insanlar arasında əmanət və
iffətin qorunması, əl, göz və qəlbin pak qalmasına zəmanət
vermək olar.
Şirkdən uzaq olmaq hamının saf niyyətlə Allaha itaət
etməsi və ondan qeyrisinə ürək bağlamaması üçündür.
«Kamil surətdə təqva və pəhrizkarlığa riayət edin.
Müsəlman olmamış dünyadan getməyin. («Ali İmran»,
107)
172
Bəndəliyin həqiqətinə riayət edin. Allahın əmr
vənəhyini (halal və haramlarını), İlahi fərmanının
əzəmətini unutmayın. Özünüzü cahillərin cərgəsində
qərar verməyin.»
«Allahdan bəndələri içərisində ancaq alimlər
qorxar.» («Fatir»,28)
(Allah dərgahında təqvalı və xoflu təkcə alimlər və
xəbərdarlardır, nəinki bixəbər və qafillər).»
Hidayət yolunun inkişafında həzrəti-
Mühəmməd(s)-in qətiyyəti.
«Ey müsəlmanlar ! Bilin ki, mən Fatimə(s.ə)-yəm,
atam Mühəmməd(s)-dir. Hər cür səhv və pislikdən
uzağam. Məndən əsla yersiz söz, səbəbsiz əməl baş
verməz:
«(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər
gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona agır
gəlir, o sizi (sizin iman gətirməyinizi) çox istəyir,
möminlərə qarşı şəfqətli, mərhəmətlidir!»
Bu Peyğəmbər sizin qadınlarınızdan birinin yox,
mənim atamdır. Bu Peyğəmbər Əli ibn Əbutalib(ə.s)-in
qardaşı və əmisi oğludur, nəinki sizin kişilərinizdən
birinin. Mənim atm sizi pislik, batil əqidə və əməllərdən
döndərən şəxsdir. Mənim atam sizləri gözəl moizə,
nəsihət, dəlil və hikmətlərlə Allaha tərəf dəvət etdi. O, var
qüvvəsi ilə müşriklərə qarşı çıxıb, onlarla mübarizə apardı.
Onların başlarının üstə qılınc saxlayıb boğazlarını elə
sıxdı ki, çarəsiz qalıb təslim oldular. Atam bütləri sındırıb
Haqq düşmənlərinin, inadkarların başını əzdi, kafir
başçılarının kürəyini yerə vurdu. Küfr və nifaq düyünlərini
açıb, şeytanların dilini, münafiqlərin sözünü kəsdi.
Beləliklə, həqiqət aşkar oldu. Onun vücudunun parlaq nuru
mühitin qaranlığını yox edib həqiqətləri izhar etdi.
173
Atamın hidayət nurunda tovhid kəlməsi dillərdə
əzbər oldu. Əvvəllər başqalarının pəncəsi altında əzilən
heç bir qüdrət və ixtiyar sahibi olmayan bir parça ətdən
başqa heç nə deyildiniz. Düşmənin hakimiyyəti altında
çirkli su və iyrənc yeməklər yeyərək, xar və zəlil
olmuşdunuz. Allah-təala Peyğəmbər(s)-in vasitəsilə sizi bu
alçaqlıqlardan xilas etdi. Daha sonra qaraqəlbli, kindən
ürəyi od tutub yanan bəzi adamlar dinc oturmayıb
müsəlmanlarla döyüş tonqalını alovlandırdılar, lakin hər
dəfə də Allah-təala bu alovları söndürdü».
İslamın müdafiəsində Əli(ə.s)-nin rolu.
«Nə zamandan şeytandan pis bir əməl baş verirdisə,
ya müşriklərdən hansınınsa düşmənçilik və ədavəti baş
qaldırırdısa, o zaman Rəsuli-əkrəm(s) qardaşı Əli ibn
Əbutalib(ə.s)-i həmin düşmənin qarşısına çıxıb onu
məğlub etməyə göndərirdi. Onda Əli(ə.s) döyüşə girib öz
vəzifəsini layiqincə yerinə yetirirdi. O Həzrət heç vaxt
nəticəsiz meydandan geri dönməzdi. Əli(s) düşmənin qol-
qanadını ayağı altında əzərək müxaliflərin alov şölələrini
öz qılıncı ilə yatırırdı.
O, ixlasla üzərində bütün əziyyətlərə Allaha xatir
dözərək İlahi fərmanı yerinə yetirmək üçün hədsiz
dərəcədə səy göstərirdi. Əli(ə.s) Peyğəmbər(s)-ə ən yaxın
insan idi. Onun Tanrı dostları arasında xüsusi əzəməti
vardı, ancaq siz öz eyş-işrət fikrinizdə idiniz. Elə həmişə
bunu gözləyirdiniz ki, bizim ailəmizdə bədbəxt hadisələr
baş versin. Siz düşmən səfləri ilə üz-üzə gələndə geriyə
çəkilərək döyüş meydanından qaçırdınız».
İnsanların vəfasızlığı barədə.
«Ey müsəlmanlar! Allah-təala öz Peyğəmbər(s)-ini
bu fani dünyadan ənbiya və seçilmişlərin son məskəni olan
əbədi dünyaya apardı. Ürəklərinizdə olan kin aşkar oldu.
174
Üzünüzə çəkdiyiniz şəriət və din libasını cırıb yırtdınız.
Künc-bucaqda gizlənən müxaliflər qol-qanad açdılar. Batil
cəbhənin havadarlarının səsi qalxdı. Şeytanın avazı ucaldı.
Nəticədə, münafiqlər də onun səsinə səs verdilər.
Dünyapərəst və azğın adamlar zəlalət, fitnəkarlıq yolunu
tutub şeytanın ardınca getdilər.
Şeytan sizi aldanmış tapdı. Siz onun axarına
düşdünüz. Onun azca işarəsi ilə acıqlanıb əsəbləşərək
özünüzü itirdiniz. Öz əməllərinizin düzgünlük və ədalətini
əldən verərək başqalarının hüququna təcavüz etdiniz.
Sahibi olmadığınız dəvənin yüyənindən yapışaraq içməyə
haqqınız olmayan bulaqdan su içdiniz.
Doğrusu, nə tez öz vəfanızı itirdiniz, nə tez sizin
hərislik və tamahınız baş qaldırdı. Hələ ürəklərimizin
yarası sağalmamışdı. Hələ Rəsuli-əkrəm(s)-in cənazəsi
yerdə qalmışdı. O müqəddəs Vücud bizim gözlərimizin
qarşısından yox olmamış öz çirkin işlərinizə başladınız.
Tələsərək layiq olmadığınız yerləri tutdunuz.. Təəccüblü
budur ki, elə zənn etdiniz ki, guya bu tələskənlik fitnənin
qarşısını almaqdan ötrüdür.
Bilin ki, bu adamlar fitnə və qarışıqlıqda süqut
etdilər. Cəhənnəm kafirləri udandır.
Belə hərəkətlər sizdən uzaqdır. Necə də yalan
danışırsınız?! Məgər «Quran» sizin aranızda deyilmi?
Bütün əmrləri aydın, həqiqətləri aşkar, halal və haramı
açıq-aydın söyləyən Allah kəlamını kənaramı qoydunuz?
Tanrı hökmünün əksinəmi fitva verirsiniz? Allah kəlamına
etiraz edirsiniz? Zülmkarlar necə də pis uçuruma
yuvarlanıblar?!!!
«Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o
din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə
zərə çəkənlərdən olar». («Ali-İmran»,85)
Dostları ilə paylaş: |