3. Birjanın təsisçiləri.
4. Birjanın üzvləri (onların hüquqları, vəzifələri və
fəaliyyətinin dayandırılması ayrı-ayrılıqda verilib).
5. Birjanın müştəriləri, onların hüquqları və vəzifələri.
6. Birjanın idarəedilməsi və fəaliyyəti üzərində
nəzarət.
7. Birjanın struktur bölmələri, birja vasitəçiləri.
8. Birjanın vəsaitləri və əmlakı.
9. Gəlirlərin formalaşdırılması və bölgüsü.
10. Birja vasitəçiləri.
11. Birjanın fəaliyyətinin dayandırılması.
Onu da qeyd edək ki, ölkəmizdə respublika əmtəə
birjasının mövqeyinin zahirən möhkəmləndirilməsini görən
bəzi nazirlik və idarələrin rəhbərləri, hətta bir çox sahibkarlıq
və kommersiya fəaliyyətinə təzəcə qoşulmuş şəxslər yüksək
mənfəət axtarışı sorağında müxtəlif səpkili birjalar yaratmaq
iddiasında olmuşlar. Lakin onların bu iddiaları birjaların əsas
təyinatı, onların mənfəət gətirən sahə yox, topdansatış
əməliyyatlarının asanlaşdırılması, tezləşdirilməsi və sivil
səviyyədə başa çatdırılması imkanlarını nəzərdən qaçırmışlar.
1997-ci ilin sonunda Azərbaycanda ona qədər birja olması və
indiyənə qədər onların əksəriyyətinin gündəlik problemlərinin
içində boğularaq sıradan çıxarılması faktdır. Bütün əmtəə
birjalarının içində yalnız Respublika əmtəə birjasında yüksək
səviyyəli ali təhsilli zəngin təcrübəyə malik mütəxəssislərin
işləməsi nəticəsində rəqabətin kəskinləşməsinə, korrupsiyanın
güclənməsi və məmur təzyiqlərinin artmasına, iqtisadiyyatın
üzləşdiyi digər problemlərin kəskinləşməsinə baxmayaraq
birjada işlər daha yaxşı təşkil edilmişdir və ciddi qənaət
reciminə keçərək öz yüksək potensialını saxlaya bilmişdir.
Əmtəə birjalarının Nizamnaməsində qeyd edilmişdir: «Bakı
şəhərindəki Respublikanın əmtəə birjası dövlət, kooperativ
təşkilatlar, sənaye müəssisələri və bilikləri, istehsal-texniki
təyinatlı məhsullar və xalq istehlakı mallarının sahibkarları və
istehlakçıları, bank idarələri, maddi-texniki təchizat təşkilatları
vasitəçi, ticarət və kommersiya təşkilatları, həmçinin öz maddi
əmək və maliyyə resursları ilə onun fəaliyyətində iştirak etmək
istəyən hüquqi şəxslərin könüllü razılaşması və birləşməsi
əsasında yaradılmışdır».
Yaxın keçmişdə (1994-1998 –ci illərdə) Bakı
Respublika əmtəə birjanın təsisçilərinin siyahısına 13 müəssisə
və təşkilatdan, birja üzvlərinin sayı 29-dan, broker yerlərinin
sayı isə 67 ədəddən ibarət idi. Hal-hazırda isə müxtəlif
obyektiv və sudyektiv səbəblərə görə bu göstəricilər 1,5-2 dəfə
azalıb.
Əmtəə birjasının əsas – aparıcı şöbələrinin
fəaliyyətini tənzimləyən öz əsasnamələri mövcuddur. Misal
üçün, birja ticarətinin təşkili və keçirilməsi qaydaları, birjanın
pul vahidi haqqında əsasnamə və başqaları vardır.
Əmtəə birjasının ümumi iclasında onun hər bir
təsisçisinin iki və birja üzvünün bir səsi vardır.
Hər bir alıcı və ya satıcı birja satışlarında iştirak edə
bilər. Lakin bunun üçün onlar qeydiyyatdan keçməli və
müvafiq olaraq alıcılar 5 min manat və satıcılar hər məhsul
çeşidi və növü üçün 100 manat birjanın hesabına
keçirməlidirlər.
Əmtəə birjasında adi ticarətin təşkili hərracların
keçirilməsindən fərqlənir. Belə ki, hərracdan kənar məhsul
satışı zamanı əmtəələr satıcıların qiymətləri əsasında birja
vasitəsilə bazara çıxarılır. Lakin həmin qiymətləri artırmağa
icazə yoxdur, ona baxmayaraq ki, tərəflər arasında sövdələşmə
zamanı bu qiymətlər yalnız aşağı salına bilər.
Bütün
hallarda
alıcı
və
satıcılar
arasında
hesablaşmalar yalnız əmtəə birjasının iştirakı ilə həyata
keçirilsə də bu əməliyyatların reallaşdırılması müddəti onların
aralarındakı
müddəti
razılaşmalardan
asılıdır.
Həmin
kommersiya əlaqələrinin təşkilatçısı olan əmtəə birjasına alıcı
tərəfi nəzərdə tutulmuş xidmət məbləğini (əmtəə dövriyyəsinin
1-3% həcmində) 10 gün müddətində mütləq ödəməlidir.
Sonralar Milli Məclis tərəfindən bazar iqtisadiyyatına
keçidi hüquqi cəhətdən əsaslandırmağa və kapitalist
təsərrüfatçılığı sisteminin infrastrukturasını, o cümlədən
birjaları, formalaşdırmağa imkan verən bir sıra qanunlar qəbul
edilmişdir. Onların içində «Azərbaycan Respublikasında
mülkiyyət haqqında» (ölkə prezidenti tərəfindən 9 noyabr
1991-ci il tarixində təsdiq edilmişdir (№256-XII)),
«Müəssisələr haqqında» (1 iyun 1994-cü il, №847),
«Antiinhisar fəaliyyəti haqqında» (4 mart 1993-cü il, №526),
«Müflisləşmə və iflas haqqında» (13 iyun 1997-ci il, №326-1q)
və başqaları birja ticarəti sisteminin yaradılması və inkişaf
etdirilməsinə ciddi təsir göstərmişdir. Lakin birjaların
fəaliyyətinə birbaşa təşkilati-hüquqi baza yaradan «Qiymətli
kağızlar və fond birjaları haqqında» (24 noyabr 1992-ci il,
№383), «Əmtəə birjası haqqında» (25 may 1994-cü il, №803)
və yenə də «Qiymətli kağızlar haqqında» (9 sentyabr 1998-ci
il, №765) Azərbaycan Respublikasının qanunları qəbul
olunmuşdur.
«Əmtəə birjaları haqqında» Qanunda qeyd edilib:
«Əmtəə birjası - müəyyən edilmiş birja qaydaları əsasında
əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi
sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarı
təşkil etmək məqsədi güdən və (və ya) fiziki şəxslərin könüllü
birliyi əsasında yaradılan hüquqi şəxs statusu təşkilatdır»
1
.
«Əmtəə
birjaları
haqqında»
Azərbaycan
Respublikasının qanunu cəmi üç fəsildən ibarətdir. «Ümumi
1
«Ямтяя бирjалары щаггында» Азярбайcан Республикасынын Гануну
(25 май 1994-ъц ил, №803). Азярбайcан Республикасынын Ганунлар
Кцллийаты, 1993-1995 ЫЫ китаб Бакы: Ганун, 1997, с.224-235. Ялавя
вя дяйишикликляр: 15 нойабр 1996-жы ил.
2
Азярбайжан Республикасынын Ганунлар кцллийаты, 1993-1995 ЫЫ
китаб, Бакы: Ганун, 1997, с.225
Dostları ilə paylaş: |