kütləsi tələb etdiyi adi bazar məvhumundan bir qədər fərqli
olan məhsul satışı formalarıdır. Müasir əmtəə birjaları məhdud
çeşiddə əmtəə satışının nisbətən məhdud alıcı və satıcıların bir
yerə gələ bildiyi spesifik təşkil edilmiş istehsal vasitələri və
fərdi istehlak məhsullarının daimi fəaliyyət göstərən
topdansatış bazarıdır.
Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, cəmi
birjaların, o cümlədən əmtəə birjalarının başlıca vəzifələri
aşağıdakılardan ibarətdir:
- alqı-satqı aktlarının sənədləşdirilməsi və bununla
əlaqədar əmtəə üzərində mülkiyyətin bir tərəfdən digər tərəfə
keçməsi ilə əlaqədar ticarət əməliyyatları iştirakçılarının
maraqlarının əlaqələndirilməsi və onlara xidmət göstərilməsi;
- birjalar vasitəsilə məhsul satışının sistemləşdirilməsi
və daima təkmilləşdirilməsi;
- iş prosesində bütün birja fəaliyyəti ilə əlaqədar
subyektlərin arasında yaranan münaqişələrin həll edilməsi;
- ətraf mühitin, o cümlədən, bazarın tutumu,
konyuktura, tələb, təklif, qiymətlər, rəqabət recimi və s. tədqiq
edilməsi;
- əmtəə birjaları haqqında əsasnaməyə və birjaların
özlərinin nizamnamələrinə uyğun olaraq, bazar tədqiqatlarının
nəticələrinə dair məlumatların dərc edilməsi və, yeri gəldikdə,
tələbnamələr əsasında dövlət orqanlarına göndərilməsi və s.
Əmtəə birjaları bir qayda olaraq, qapalı struktur kimi
ayrı-ayrı müəssisə və təşkilatların, eləcədə hüquqi və fiziki
şəxslərin vəsaitləri hesabına və birgə səyləri nəticəsində
səhmdar cəmiyyəti kimi təşkil edilir. Əmtəə birjalarının hüquqi
şəxs kimi ünvanı, binası, kifayət qədər otaqları və digər maddi
– texniki bazası ilə yanaşı konkret rekvizitləri və bankda
hesablaşma hesabı olmalıdır. Bununla yanaşı onlar dövlət
orqanları və təsisçilər tərəfindən maraqlananlara, eləcə də
maliyyə və vergi strukturlarına rüblər üzrə balansı və digər
uçot-hesabat sənədlərini təqdim etməlidirlər.
Əmtəə birjalarının qapalı olması onunla əlaqədardı ki,
həmin birjanın işində (məhsul satışında) qanuna görə yalnız
təsisçiləri, onların nümayəndələri və müəyyən məbləğdə vəsait
ödəmiş və qeydiyyata alınmış kənar hüquqi və fiziki şəxslər bir
satış prosesində, ola bilsin bir neçəsində və müəyyən müddət
ərzində iştirak edə bilərlər.
Əksər hallarda əmtəə birjası həyata keçirdiyi alqı-
satqı əməliyyatlarının reallaşdırılması müddətinin altı ay və
bəzi hallarda 14 ay müddətinə başa çatdırmağı nəzərdə tutur.
Misal üçün, ola bilsin əqdlər may ayında bağlanılsın, real
məhsul göndərişi isə noyabr ayında yekunlaşdırılsın.
Əmtəə birjasının idarəedilməsində onun üzvlərinin
ümumi iclasına ali orqan statusu verilir. Nizamnaməyə uyğun
olaraq təsisçi-üzvlərin ümumi iclasında birja komitəsi, ola
bilsin onun əvəzində diretorlar şurası, aparıcı şöbələrin
strukturu (nəzarət komissiyası, arbitrac palatası və b.)
müəyyənləşdirilsin. Bunlara uyğun olaraq əmtəə birjasının
qarşıda duran vəzifə və funksiyaları yerinə yetirməsini təmin
etmək üçün xüsusi struktur bölmələri – qeydiyyat komitəsi,
hesablaşma palatası, standartlaşdırma və məhsul keyfiyyəti
komitəsi, rəsmi brokerlər qrupu, birja ticarəti qaydası üzrə
komitə və b. zəruri şöbə və bölmələr yaradılır. Adı çəkilən
struktur bölmələrini aşağıdakı sxemdəki kimi təqdim etmək
olar (sxem 4).
Əgər həmin sxemə diqqət yetirsək görərik ki, əmtəə
birjalarına xas olan spesifik qurumlarda müvafiq formada
müəssisələrdə olduğu kimi mühasibatlıq, təsərrüfat hissəsi,
mühafizə və digər zəruri bölmələr yaradılır.
Əmtəə birjalarında çalışanların sayı, eləcədə şöbə və
komitələrin tərkibi və strukturu təcrübədə işin həcmi, o
cümlədən perspektiv vəzifə və funksiyalardan, bazarların
yerləşməsindən və digər vacib amillərdən asılıdır.
Beləliklə, əmtəə birjası ticarət əməliyyatlarının
aparılması üçün yaradılmış xüsusi yerdir; o, komitələrdə təşkil
edilmiş və öz idarə heyətini seçmiş səhmdarlar birliyidir; o,
prezidenti başda olmaqla şöbələri və komitələrdə çalışan
mütəxəssislərlə mövcud qaydalar və qərarlara uyğun olaraq
birja tacirlərini tənzimləyən, öz üzvləri və muzdlu heyətilə
müştərilərinin qulluğunda duran və onların kommersiya
işlərində yardımçı rol oynayan təşkilatdır; o, məhsulları qəbul
edib və göndərilməsini təmin etmək üçün lazımi avadanlıqlarla
təmin edilmiş məntəqədir.
Бирjанын цмуми иcласы
Гейдиййат
комитяси
Бирjа
комитяси
Арбитраj
комитяси
Рясми
брокерляр
групу
Директорлар
шурасы
(президент)
Щесаблашма
палатасы
Базар
тядгигатлары
шюбяси
Бирjанын идаря щейяти
Бирjа тиcаряти
гайдалары цзря
комитя
Тиcарят
шюбяси
Сорьу шюбяси
Мцщасибатлыг
Тясяррцфат
щиссяси
Стандартлашдырма вя
кейфиййят цзря комитя
Експертиза
шюбяси
Sxem 4. Əmtəə birjalarının təşkilat quruluşu.
Əmtəə birjalarının struktur bölmələri elə təşkil edilir
və formalaşdırılır ki, birja üzvləri ticarət əməliyyatlarını
müvəffəqiyyətlə başa çatdıra bilsinlər. Xidmətlərinə görə
əmtəə birjasının hesabına köçürülən cüzi vəsaitlər idarə
heyətinin əməkhaqqı və cari xərclər istifadə edilməklə yanaşı,
yeri gəldikdə birjanın ehtiyat fondlarının artırılması üçün də
istifadə edilir. Təcrübədə əmtəə birjası səhmdarlar birliyi,
məhdud məsuliyyətli cəmiyyət və yaxud səhmdar şirkəti kimi
yaradılır. Ayrı-ayrı ölkənin və cəmi dünya iqtisadiyyatında
birjaların rolunun artması ilə əlaqədar, onların yaradılması və
fəaliyyəti dövlətlərin hakimiyyət srukturlarının diqqət
mərkəzindən kənarda qalmır. Birjanın bünövrəsini qoyanlar
əsas fondların dəyərini ödəmək, dövriyyə vəsaitləri və
təsərrüfat və kommersiya riskini sığorta etmək üçün ehtiyat
fondlarını yaratmaq üçün ilkin kapital qoyaraq öncə
nizamnamə fondunu yaradır və sonralar öz vəsaitlərini optimal
səviyyəyə çatdırıb və onun məbləğini qoruyub saxlamağa cəhd
göstərirlər. Təsis fondu məbləğində qoyulmuş vəsaitlər üzrə
özəlləşdirmə səhmləri vəsait qoyanlara verilə bilər. Bununla
onlar paylarına uyğun dividend əldə etmək imkanı qazansınlar.
Lakin bu kimi səhmlər sahibkarlarına birjada ticarətlə məşğul
Dostları ilə paylaş: |