göstərir.
Potensial tərəfmüqavillərdən informasiya və ya
kommersiya təklifləri kimi cavablar gəldikdə sövdələşmələrin
hazırlanmasında ikinci mərhələ başlanır. Bu mərhələdə texniki
şərtlərin,
avadanlıqların
keyfiyyəti
üzrə
təminatlar,
məhsuldaşıma qaydaları və s. dəqiqləşdirilməsi üçün danışıqlar
aparılır. Ayrıca olaraq müqavilənin ümumi qiymətinin asılı
olduğu ödəniş şərtləri müzakirə edilir.
Tərəflər arasında əqdin bağlanmasına hazırlıq
mərhələsində alıcılar onlara lazım olan məhsulun iqtisadi
hesablamasını hazırlamalıdırlar: son məhsulun maya dəyəri
nəzərə alınmaqla, əmtəənin əldə edilməsi ilə əlaqədar xərclər,
onların gətirilməsi və istismarı məsrəfləri, həmçinin kreditin
bağlanılması və əqdlərin tam qiymətinin ödənilməsi üçün
məhsulların satış məsrəfləri və s.
Avadanlıqlar xaricdən valyutaya alındığı halda isə
aşağıdakı halı da nəzərə almaq gərəkdir. Əgər dövlət dotasiyası
və ya yardımı əsasında avadanlıqların qiymətləri təyin edilmiş
aşağı səviyyədə saxlanılırsa, rəsmi dövlət orqanları ilə istehsal
olunacaq məhsulun sərbəst qiymətlərlə satılması və ya alınmış
dotasiyaların ödənilməsi mənbəsi razılaşdırılmalıdır.
Sövdələşmə
əqdinin
bağlanılmasının
sonuncu
mərhələsi müqavilələrin (kontraktların) imzalanması və təsdiq
olunması ilə başa çatır. Bu proses aşağadakılardan ibarətdir:
- bağlanan əqdin maddələri üzrə mətnlərinin
razılaşdırılması və onların maddələr və ya hər vərəq üzrə qəbul
edilməsi;
- qiymətin formalaşmasına təsir edən alınan məhsulun
həcmi, hesablaşma sistemi və gətirilmə şərtləri, təminatları və
digər şərtləri nəzərə alaraq sövdələşmənin son qiymətinə dair
yekun danışıqlarının keçirilməsi.
Razılaşdırılmış əqd bir qayda olaraq təntənəli şəkildə
tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.
Məqsədəuyğundur ki, əsasən satıcıların hesabına qonaqlıq və
ya adi şirniyyat və ya kokteyl stolu təşkil olunsun.
Bağlanmış kontraktın (əqdin) qüvvəyə mindiyi
gündən – məqamdan, onun reallaşdırılması mərhələsi başlayır.
Ona isə daxildir: işgüzar yazışmalar, bank əməliyyatları,
nəqliyyat, sığorta, yeri gəldikdə isə məhsulların gətirilməsi və
ya kənara çıxarılması üçün lisenziyaların alınmasını və s. təmin
edənlərlə yeni əlavə əqdlərin bağlanılması.
8.4. Müqavilələr və onların əsas struktur bölmələri
Tərəflər arasında kommersiya sövdələşməsinin
keçirilməsini təsdiqləyən və onu rəsmiləşdirilən əsas hüququ
sənəd alqı-satqı kontraktıdır. Həmin sənəd tərəflərinin
məhsulların göndərilməsi və digər işlərin görülməsi üzrə
razılıqlarını özündə əks etdirir.
Bu əqd sənəli tərəflərin sövdələşməsinin həyata
keçirilməsi şərtləri, icrası qaydası və məsuliyyətlərini təyin
edir. Əqddə kontraktda mütləq aşağıdakı şərtlər əksini
tapmalıdır:
- məhsulgöndərmənin predmeti və həcmi;
- əmtəənin kəmiyyəti və keyfiyyətinin təyin edilməsi
üsulları;
- əqdin qiyməti;
- ödəniş şərtləri və ödəniş valyutasının adı;
- əmtəənin təhvil verilməsi və qəbul edilməsi qaydası;
- məhsulgöndərmənin təminatı, cərimə və ya
həvəsləndirici sanksiyaları;
- tərəflərin narazılıqları zaman arbitrac;
- qarşısı alına bilməyən hallar (fors-macor hadisələri);
- tərəflərin hüquqi ünvanları və digər rekvizitləri;
- səlahiyyətli nümayəndələrin imzaları.
Bütün
bunlarla
yanaşı
kontraktda
müəyyən
hadisələrlə bağlı aşağıdakılar da nəzərə alınmalıdır:
- ziyanların ödənilməsi qaydası;
- məsuliyyətdən azad edilməsi prinsipləri (mülkiyyət
hüququnun verilməsi halda);
- kontraktın ləngildilməsi və ya ləğv edilməsi qaydası.
Əqdlərin reallaşdırılması zaman baş verəcək halları
və məsələləri əvvəlcədən nəzərə almaq mümkün deyil. Ancaq
imkan daxilində onları proqnozlaşdırmaq və bir neçə
variantları göstərmək gərəkdir.
Alqı-satqı
ədlərinin-
kontraktlarının
struktur
bölmələri təxminən aşağıdakı kimi adlandırıla bilər:
1) Giriş. Burada sövdələşmə haqda ümumi
məlumatlar, tərəflərin tam ünvanları, mətndə istifadə olunan
terminlər, onların adları, əqdin (kontraktın) adı, bağlandığı
vaxt-tarix və yer göstərilməlidir.
2) Kontraktın predmeti. Burada əmtəənin adı və onun
kəmiyyət və keyfiyyət xarakteristikaları verilir. Əgər əmtəə
birneçə hissədən olarsa, onda onların adları müqavilənin
ayrılmaz hissəsi olan əlavələrdə sadalana bilər.
3) Sövdələşmə üzrə əmtəənin miqdarı. Bu bənddə
əmtəənin ölçü vahidi (ədəd, kub, metr, ton və s.) və
keyfiyyətlərinin təyin edilməsi qaydası göstərilir (nə qədər, nə
vaxt göndərmək və s.).
Yaxşı olar ki, əmtəənin kəmiyyəti tərəflərin ölçü
vahidlərində əks olunsun.
Vacib şərtlərdən biri də əmtəənin qabı haqda
məlumatın verilməsidir. Əmtəənin iki növ göndərilməsi
mövcuddur: qabda (brutto) və qabsız (netto).
4) Məhsulun keyfiyyətinin təyin edilməsi.
Bu maddə keyfiyyətin müəyyən edilməsi metodu və
qaydasını-prosedurunu (kimin, harada və necə) müəyyən
edəcəyini aydınlaşdırır.
Məhsulların keyfiyyətinin bir neçə metodla təyin
edilməsi mümkündür:
- alıcı və ya satıcı tərəfin ölkələrinin standartı üzrə;
- texniki şərtlər üzrə (əgər əmtəəyə standart yoxdursa
Dostları ilə paylaş: |