Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
93
внутренние проблемы, и повседневные проблемы общественного ашугскому
поэзии были сформированы к поэзии. Но, несмотря на все это, сущность
творчества ашугского конечно, это лирика. Ашугские стихи лирической
поэмы был основой для этого периода. Человек и природная красота,
внутренний мир человека, цена нравственных ценностей, религиозных и
дидактические темы часто были среди тем, затрагиваемых. В Ашуг Али,
Ашуг Шeнлик, Ашуг Мустафа, Ашуг Дильгам, Ашуг Алескер и в стихах
другогих ашугов были очень сильные религиозно - мистические мотивы.
В этой статье, мы будем взглянуть на творчество ашугов XIX века и
религиозно-мистических стихотворений будут проанализированы.
Ключевые слова: XIX век, ашуг, суфизм, религия, поэзия
Türkün tarixi qədər qədim olan ozanlıq sənəti uzun təkamül yolu keçərək
bugünkü vəziyyətinə gəlib çatmışdır. XVI əsrdən sonrakı tarixi inkişaf yolunu
izləyərək bu ənənənin necə bir yol keçdiyini müşahidə edə bilərik. Artıq bu
dövrdən sonra Aşıq söz və musiqi sənətini sintezləşdirərək onu tamaşaçıya təqdim
edən, eyni zamanda məqamına görə improvizə edən və bədahətən söz söyləyən
xalq sənətkarıdır. Böyük auditoriyalara xitab edən, hər yaşdan və cinsdən
tamaşacısı olan Aşıq, həm də, bəzən günlərlə davam edən dastan gecələrini, bəzən
toy və mərasim şənliklərini idarə edən bir rejissordur. Lakin aşığın vəzifəsi
bunlarla bitmir, bu xalq sənətkarı özündən əvvəlki ustadların sözlərini və dastanları
hafizəsində saxlaya biləcək qədər iti yaddaşlı, bilikli olmalı idi. Çevik, hazırcavab,
yumor hissinə malik olması isə onun zaman-zaman yaranan qəfil vəziyyətlərdə
köməyinə gəlirdi.
XIX əsr artıq aşıq sənəti və ənənəsinin tamamilə formalaşdığı, məhsuldar
olduğu zamandır. Bu dövrdə aşıq şeirinin və musiqisinin çoxcəhətli xüsusiyyətləri
sabitləşir, dastançılıq və məclis sənətkarlığı intibah dövrünü yaşayırdı. XIX əsrdə
Təbriz, Zəncan, Xorasan, Ağbaba-Çıldır, Qarabağ, Şirvan, Borçalı, Gəncəbasar,
Göyçə aşıq mühitlərində onlarla aşıq çalıb çağırmışdır. Bu əsrdə aşıq şeir-saz
ədəbiyyatı inkişaf edir, daha geniş coğrafiyaya yayılır və zəngin bir poetik irsə
çevrilirdi. Heç təsadüfi deyildir ki, XIX əsr Aşıq Alı (1801-1911), Aşıq Əhməd
(XIX əsr), Aşıq Hüseyn Şəmkirli (1811-1891), Aşıq Musa (1830-1912), Aşıq Pəri
(1811-1847), Aşıq Qasım (XIX əsr), Aşıq Qurban Ağdabanlı (1859-1925), Aşıq
Şenlik (1852-1913), Dollu Mustafa (XIX əsr), Molla Cümə (1854-1920), Padarlı
Abdulla (XIX əsr), Yəhya bəy Dilqəm (1830-1865), Aşıq Ələsgər (1821-1925) və
s. kimi böyük sənətkarlar yetişdirmişdir.
Məlumdur ki, qədim türklərin ozan sənəti öz başlanğıcını şamanizmdən
götürür. Şaman mərasim zamanı qopuz çalaraq rəqs edir, bu zaman vəch
vəziyyətinə düşür və gələcəkdən xəbər verirdi. Şamanizm milli türk sufizmi olaraq
islamdan sonrakı aşıq sənətinə də nüfuz etmiş və təsəvvüf elementləri ilə bərabər
aşığın irfan dünyasını zənginləşdirmişdir.
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
94
Folklorşünas alim H.İsmayılov XIX əsr aşıq şeirində təsəvvüfi motivlərə
toxunaraq bu barədə yazır: “Poeziyasından göründüyü kimi, Ələsgər haqq aşığıdır,
sufi mürşiddir, övliyadır, dədədir... Ələsgər şeirində biz üç dini-ruhani qaynağın
vədhətini müşahidə edirik:
1. Türk xalq sufizmi. Kökləri ilə türk tanrıçılığına bağlanır və ondan
qaynaqlanır. Bu qaynağın reallaşdığı poetik düşüncə qatı Ələsgər şeirində sufi
dünyagörüşün əsasını, arxetipini təşkil edir.
2. Türk sufizmi. Ələvilik, əhli-həqq təriqəti. Ələvi və bəktaşi şeiri.
3. İslam və onun müqəddəs kitabı Qurani-Kərim.
Türk tanrıçılığının dini-ruhani başçısı Ata və əski türk ibadət yeri ocaq bir
qədər fərqli şəkildə təkkələrdə bərpa olunur. IX-XI əsrlərdə mühitdən aldığı
zərbələrlə ciddi deformasiyaya uğrayan əski türk inamı XII-XIX əsrlər arasında
“muxtar hüquqlarını” qorumaqla mövcudluğunu saxlaya bilmişdir” (8, 32).
XIII əsrdə Anadoluda başlayan dini-təsəvvüfi cərəyanın banisi olan Yunus
Əmrə öz şeirləri ilə eldən-elə dolaşmış, ad-san qazanmışdır. O, təsəvvüf
ədəbiyyatının təməl fəlsəfəsini yaratmışdır. Bu fəlsəfənin bünövrəsini “sevək,
sevilək” çağırışı, kamilləşmiş insanın Tanrıyla qovuşması, Yaradan ilə yarananın
birləşməsi ideyaları təşkil edirdi. Haqqa varmaq, bir canda bir ruh olmaq, “vəhdəti-
vücud olmaq” üçün dörd mərhələdən söz açan Yunus Əmrə yalnız bundan sonra
məqsədə, yəni kamillik mərhələsinə çatacağını deyir:
Məni sorma mənə, məndə deyiləm,
Surətim boş gəzər dondan içəri.
...Şəriət, təriqət yoldur varana,
Həqiqət, mərifət ondan içəri (11, 201-202).
Allahı tanımaq və ona qovuşmaq üçün irfanın yolu dörd mərhələdən keçir:
şəriət, təriqət, mərifət, həqiqət. Bu ideologiyanın tərəfdarları təkkə-təriqət
ocaqlarında birləşir, ilahi eşq, təriqət və sufiliklə bağlı mahnılar, ilahilər oxuyur, bu
sözləri sazla müşayət edirdilər. Zamanla bu təkkələrdən dərviş-aşıqlar yetişir və
onların sələfləri xalq içinə qarışaraq “haqq aşiqi” olaraq öz ideyalarını yaymağa
başlayırdılar. Orta əsrlərin aşığı (aşiq) təkkələrdə irfani bilik əldə edərək
sənətkarlığa yüksəlirdilər. Bir neçə əsr sonra isə bu proses zəifləməyə başladı və
artıq aşıq XVI əsrdən başlayaraq, XVIII-XIX əsrlərdə musiqiçi-çalğıçı və şair
olaraq qarşımıza çıxmağa başladı. Lakin unutmaq olmaz ki, son dövrlərdə Aşıq hər
nə qədər, dövrünün ideologiyasına tabe olub bu haqda yazsa da, özüldəki irfani-
təsəvvüfü havaya hər zaman sadiq qaldı və zaman-zaman bunu sazında, sözündə
dilə gətirdi.
İslam dininin qəbulundan sonra türk şamanizmi ilə çuğlaşmış təsəvvüf çalarları
XVI əsrdən sonra müasir aşıq ənənəsində daha fərqli şəkildə özünü büruzə
verməyə başladı. Zaman öz tələbini diktə edərək aşığı yeni arayışlara sövq edirdi.
Zamanla yeni bir təkamül hadisəsi yaşayan bu ənənədə vergili aşıqlar-haqq aşıqları
titulu yaranmağa başladı. Yaradanla ilahi bağının mövcud olduğuna inanılan, bu
sənəti, söz söyləyib, saz çalmağı ilahinin vergisi kimi alan aşıqlar “haqq aşıqları”
Dostları ilə paylaş: |