4
haribəyə qoşularsa, Türkiyə də Rusiyaya müharibə elan etməlidir. Türkiyə ordusu-
nu bütünlüklə Almaniyanın ixtiyarına verirdi. Bununla yanaşı, ittifaq müqaviləsi
imzalanandan bir gün sonra Türkiyə özünün bitərəfliyini elan etdi. Bu onunla izah
edilirdi ki, Türkiyə hələ müharibəyə hazır deyil. Osmanlı dövlətinin 1914-cü ilin
ortalarındakı xarici siyasətinin qeyri-müəyyənliyi hökumət daxilindəki fikir ayrılığı
idi. Belə ki, Ənvər paşa başda olmaqla bir qrup Almaniya ilə ittifaq tərəfdarı oduğu
halda, maliyyə naziri Cavid bəy başda olmaqla digər bir qrup isə Antanta dövlətlə-
ri ilə ittifaq tərəfdarı idi. 1914-cü ilin avqustun 18-də Rusiya ilə ngiltərə birlikdə
irəli sürdükləri təklifdə Türkiyənin bitərəf qalması müqabilində Osmanlı dövlətinin
müstəqilliyinə və ərazi bütövlüyünə təminat verdiklərini və hər hansı bir təcavüzə
qarşı çıxacaqlarını bildirdilər. Rusiya və ngiltərənin müştərək təklifinə qarşı Tür-
kiyə aşağıdakı təklifləri irəli sürdü:
1.Kapitulyasiyaların tam ləğv edilməsi;
2.Müharibənin başlanğıcında ngiltərə hökumətinin müsadirə etdiyi iki zirehli
gəminin geri verilməsi;
3. Qərbi Frakiyanın Osmanlı dövlətinə geri verilməsi;
4. Yunanıstan tərəfindən işğal edilmiş adaların Türkiyəyə qaytarılması;
5. Misir məsələsinin həll edilməsi;
6. Rusiyanın Türkiyənin daxili işlərinə qarışmamasına təminat verilməsi;
7. Rusiyanın Türkiyə üzərinə hücum edəcəyi təqdirdə ngiltərə və Fransanın hə-
qiqətən Osmanlı dövlətini müdafiə edəcəklərinə vəd verməsi.
Camal paşa bu təklifləri stanbuldakı ingilis səfiri Malletə təqdim etmiş, o da
öz növbəsində bu təklifləri Londona çatdırmışdı. Üç gündən sonra Mallet Türkiyə-
nin irəli sürdüyü təkliflərə ətraflı cavab verdi. ndiki vaxtda ngiltərə öz müttəfiq-
lərinin razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının ləğv edilməsinə razı ola bilər.
Türkiyənin adalarla bağlı Yunanıstanla olan mübahisənin müəyyən vaxta qədər
təxirə salınması lazım bilindi. Misir məsələsi müharibədən sonra həll edilərsə daha
yaxşı olar. Mallet həm də bildirdi ki, rusların Türkiyə üzərinə hücum etmək məqsə-
di yoxdur, həm də ngiltərə və Fransa Türkiyənin ərazi bütövlüyünə təminat verən
memorandum imzalamışlar. Kapitulyasiyaların Osmanlı dövləti tərəfindən ləğv
5
edilməsi ərəfəsində ingilis səfiri Mallet ngiltərə və Fransanın adından Türkiyəni
inandırmağa çalışmışdı ki, Rusiyanın Türkiyəyə qarşı təcavüzkar niyyəti yoxdur,
ə
gər Türkiyə ordusu təcili tərxis olunarsa, “Heben” və “Breslau” gəmiləri tərksilah
edilərsə, alman təlimatçıları ölkədən kənarlaşdırılarsa, onda müttəfiqlər Türkiyənin
toxunulmazlığına təminat verər, adalar məsələsini Türkiyənin xeyrinə həll edər, iq-
tisadi kapitulyasiyalar məsələsində güzəştə gedərlər. Malletin irəli sürdüyü şərtlər
Türkiyə hökuməti tərəfindən Antanta dövlətlərinin zəiflik əlaməti kimi qəbul edil-
di. ngiltərə Türkiyənin bitərəf qalması üçün çox səy göstərirdi.Sentyabrın 27-də
ingilis səfiri bildirmişdi ki, əgər Türkiyə bitərəfliyini qoruyub saxlayarsa ngiltərə
hökuməti müharibənin başlanğıcında müsadirə etdiyi hərbi gəmiləri geri qaytara
bilər. Lakin müharibəyə qoşulmaqla daha çox fayda əldə edəcəyini düşünən və
getdikcə daha çox Almaniyanın təsiri altına düşən Türkiyə hökuməti ngiltərənin
bu müraciətini cavabsız qoydu.
1914-cü ilin iyulun sonunda alman hərbi gəmilərinin Aralıq dənizindən keçib
Osmanlıya gəlməsi ölkənin hakim dairələrindəki almanpərəst qrupun mövqe-yini
xeyli möhkəmləndirmişdi. Türkiyənin ordu və donanması tamamilə Almaniya-nın
nəzarəti altında idi. Osmanlı oktyabra qədər müharibəyə hazırlaşdı. Oktyabrın 16-
17-də alman-türk donanması Odessa, Sevastopol, Feodosiya və Novorossiyski
atəşə tutdular. Oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi, ertəsi gün
isə ingilislər Dardaneli bombardman etdilər. Asiyada bir neçə yeni cəbhə əmələ
gəldi ki, bunlardan başlıcası Qafqaz cəbhəsi idi. Qafqaz cəbhəsində aparılan ən
mühüm döyüşlərdən biri Sarıqamış döyüşü olmuşdur.
4. Rumıniya və Bolqarıstanın birinci dünya müharibəsinə cəlb olun-
ması.
Müharibənin əvvəlindən Avropa dövlətləri bitərəf olan taliya, Rumıniya, Bolqa-
rıstan və Yunanıstanı öz tərəflərinə çəkmək uğrunda gərgin mübarizəyə başladılar.
Hər iki koalisiya üçün bu dörd dövlət böyük hərbi-strateji əhəmiyyət daşıyırdı.
Rumıniyanın müharibəyə qoşulması uğrunda mübarizə hər iki koalisiya döv-
lətlərinin diplomatik-siyasi mübarizəsində mühüm yer tuturdu. 1914-cü il okt-
yabrın 1-də Rumıniya ilə Rusiya gizli saziş imzaladılar. Sazişə görə Rusiya Rumı-
6
niyanın ərazi toxunulmazlığına təminat verdi və Avstriya-Macarıstanın rumınlar
yaşayan ərazisini özünə birləşdirmək hüququnu qəbul etdi. ngilis və fransız diplo-
matiyası Rumıniyanın müharibəyə cəlb edilməsini qətiyyətlə tələb edirdi. 1916-cı
il avqustun 17-də bir tərəfdən Rumıniya, digər tərəfdən isə Rusiya, Fransa və ngil-
tərə arasında müqavilə imzalandı. Müqaviləyə görə Rumıniya Avstriya-Macarıs-
tanla müharibəyə başlamalı idi. Avqustun 28-də bu baş verdi. Rumınlara Transil-
vaniya, Bukovina və Banatın bir hissəsi vəd olunmuşdu. Onun sərhədlərin təsvirinə
uyğun olaraq Avstriya-Macarıstan monarxiyasının ərazisini ozünə birləşdirmək hü-
ququ tanınırdı.
Bolqarıstanın müharibəyə cəlb edilməsi uğrunda mübarizə hər iki koalisiya
dövlətlərinin diplomatik-siyasi mübarizəsində mühüm yer tuturdu. Lakin Bol-
qarıstan uğrunda mübarizə bərabər şəraitdə aparılmırdı. Çar Ferdinand başda ol-
maqla bolqar hökuməti müharibənin əvvəlindən Rusiya və Serbiyaya qarşı müha-
ribə aparmaq haqqında Almaniya və Avstriya-Macarıstanla razılaşdı. Bolqar höku-
məti ərazisindən həm Almaniya blokunun, həm də Antanta dövlətlərinin silah və
sursatını buraxırdı. Almaniya və onun müttəfiqlərinə kömək edən bolqar hökuməti
eyni zamanda Antanta dövlətləri ilə də danışıqlar aparırdı. Bolqarıstanla danışıqlar
Antanta diplomatiyası üçün ağır şəraitdə keçirdi. Antanta ölkələri Bolqarıstanın eh-
tiyaclarını müttəfiqləri olan Serbiyanın və potensial müttəfiqləri olan Rumıniya və
Yunanıstanın əraziləri hesabına ödəyə bilərdilər. Bu isə Antanta ölkələrinə çox ağır
başa gələrdi. Antantadan fərqli olaraq Almaniya bloku dövlətləri Bolqarıstanın tə-
ləblərini düşmənləri olan Serbiyanın hesabına yerinə yetirə bilərdilər. Ona görə də
Almaniya və Avstriya-Macarıstan diplomatiyası bolqar hökumətinə çoxlu vədlər
verdilər.
Rus diplomatiyası Bolqarıstanla apardığı danışıqlarda müharibə nəticəsində
Serbiyanın Avstriya-Macarıstan hesabına geniş ərazilər alacağını, buna görə də
Makedoniyanı Bolqarıstana güzəştə gedəcəyini bildirdi. Lakin Serbiya Makedo-
niyanı Bolqarıstana güzəştə getməkdən qəti şəkildə imtina etdi. Beləliklə, Bolqarıs-
tanın Antanta ddövlətləri ilə danışıqları 1915-ci ilin yayına yaxın kəsildi. Sentya-
brın 6-da isə Avstriya-Macarıstan, Bolqarıstan və Almaniya müttəfiqlik haqqında
Dostları ilə paylaş: |