51
qalmadı. Savah bir tədbir görülməsə şahın işi şuluxdu. Kişinin
başını aşağı eliyif Məlksuma xanımı zornan aparajaxlar.
Bu sözdəri eşidən Cahangir doluxsunmuş halda vəzirin
yanına gəlif əhvalatı biz bildiyimiz kimi ona danışdı. Əlavə
elədi ki, ey mənim əziz himayadarım, biz mənim atamın zərrin
mətahını gətirif heç-puç eliyirik, özümüzü qürbətliyə salmışıx.
Məgər bu işdən halı döyülmüsən. Mana deməlisən. Vəzir gördü
yox, desəm ki, bilirdim, onda yaxşı olmuyajax. Axırı Cahan-
girdən danıf dedi, oğul, sən dedin, mən də eşitdim, mənim bu
işdən heç xəvərım olmuyuf.
Cahangir dedi:
- Vəzir, bağlamalarımızın arasında mənim pəhlivan libasım
var, onnarı çıxart. Özün də get İzzət bəyin hüzuruna de ki, savax
meydan mənimdi. Mana bir yəhərri-yüyənni at, bir də döyüş
əməsilahı
1
hazırratsın.
Vəzir üz qoydu İzzət bəyin hüzuruna gəldi. Əhvalatı ona
danışdı. İzzət bəy Cahangirə bir döyüş atı, bir də döyüş əmə-
salahı göndərdi.
Bəxtiyara xavar göndərdilər ki, savax sənin meydanına
Misirdən gəlmiş bir bəzirganın balaca bir oğlu çıxajax.
Bəxtiyar fikirrəşdi ki, o ki, qaldı uşax-muşağa daha bizim
işimiz düzələn təhərdi.
Gejəni yatdılar, səhərrəriniz xeyirriknən açılsın hamılıxnan.
Elə ki, səhər açıldı, Cahangir döyüş livasını geyinif ata suvar
oldu, üz qoydu döyüş meydanına.
Bu işdən xavar tutan qoja-cavan, böyük-kiçik, arvad-uşax bir
söznən “məmə”-deyənnən “pəpə” deyənə kimi hamı meydana axışdı.
Bəxtiyar pəhlivan çadırdan baxıf gördü bir cavan oğlandı.
Onun qarşısına çıxmağı, öz-özünə ar elədi. Əmbə bir qədər
zəndnən fikir verənnən sora baxıf gördü ki, nə qədər döyüşdərdə
oluf, belə gözəl at oynadıf, qılınc qaldıran görmüyüf. Dedi, yox,
1
Əməsalah – silah-sursat, alət
52
bu hərifdən heç gözüm su içmir, beləsinnən hər şey gözdəmək
olar. Naəlaş qalıf livasını geyif, atdanıf meydana gəldi.
Meydana gələn kimi Cahangirə dedi:
- Oğul, sənin ağzınnan süd iyi gəlir. İkidən birdən belə
meydan görüfsənmi?
Cahangir dedi:
- İyid dilinə güj verməz, əlinə güj verər. Mən bu meydana
gəlmişəm ya öləm, ya öldürəm.
Bəxtiyar dedi:
- Oğul, pəhlivannarda qaydadı, əvvəl deyişmə, sora vuruş-
ma, üçüncü güləşmə. Sən bulara hazırsanmı?
Cahangir cavaf verdi:
- Hansı olur olsun, əmbə tez olsun, gözdüyən döyləm.
Odu ku əvvəlcə deyişməyə keşdilər. Götürdü Bəxtiyar pəhlivan:
Gəl sana söylüyüm, ay cavan oğlan,
Tərlanın yerində heç vaxt sar olmaz.
Sən uşaxsan, sənnən böyük kimsələr,
Əl açsa mənimnən bərabər olmaz.
Cahangir:
Sənə də mən deyim, duran pəhlivan,
Mən bilirəm tərlan yerin sar olmaz.
Eşqə düşüb bu meydana gəlibsən
Haqq çağıran bu meydanda xar olmaz.
Bəxtiyar:
Aç gözünü bir yaxşı bax üzümə,
Pəhlivanam gümanım var özümə.
Ayaxlayıf batıraram tozuma,
Mənim kimi ilan olmaz, mar olmaz.
53
Cahangir:
Gəl sənə mən deyim qaç
1
xana dastan,
Qarğadan qaz olmaz, tülküdən aslan.
Qurtdan çoban olmaz, gədədən sultan,
Qara daşı boyamaxnan zər olmaz.
Bəxtiyar:
Məyər tanımadın bu Bəxtiyarı,
O sözlərin heç olmadı uyarı.
Bağışlaram sən tək günahkarları,
Getsən geniş dünya sənə dar olmaz.
Cahangir:
Cahangirəm, yaxşı bildim halını
Hər tərəfdən kəsdirərəm yolunu.
Əyif qamətini, qırram qolunu,
Mələksuma özgələrə yar olmaz.
Söz tamama yetəndə Bəxtiyar dedi:
- Bu deyişmədən bir murad hasil olmadı, indi, oğlan, keçək
vuruşmağa. De görüm, növbə sənindi, ya mənim.
Cahangir dedi:
- Fursatı sana verirəm.
Vuruşmada qayda belədi: pəhlivanın biri yerində durardı, o
biri əvvəl ona ya qılınc, ya da əmud endirərdi. Odu ki, Cahangir
əl bağladı, Bəxtiyar ona bir qılınc endirdi. Cahangir bu vaxt
qolundakı qalxannan qolçağını qılıncın qavağına tutdu. Özünü
xilas elədi. Növbə Cahangirə çatdı. Baxdı gördü kü Bəxtiyarın
əyni başdan-ayağa polad geyimdədi, yüz gün qılınc vursa da bir
şey qoparda bilməyəjək. Əmbə nəzər saldı, gördü qollarını
yuxarı qaldıranda qoltuğunun altınnan açıx yer görünür.
Bəli, Bəxtiyar qolunu qaldırar-qaldırmaz Cahangir bir alda-
dıcı fəndnən qılıncı sağ qolunun altınnan elə saldı ki, düz sol
1
qaç xana – bir neçə bənd
54
qolunun altınnan çıxdı. Bəxtiyar üzü üstə atdan yerə yıxıldı. Qo-
şun hər tərəfdən töküldü. Ancax başçı ölənnən sora bunun heç bir
faydası yoxuydu. Müharibənin də öz qanunları vardı qavaxlar.
Əvvəl sərkərdə vuruşardı, əgər basılsaydı qoşun da məğlub hesab
olunardı. Elə ki, Bəxtiyar o dünyalıx oldu, qoşun üz qoydu Yə-
mən şəhərinə qaçmağa, “asta qaçan namərtdi”-deyif davannarına
tüpürdülər. Onnar qaçmaxda olsun sizə ərz eliyim Mələksuma-
dan. Mələksuma da camahatın içində bu döyüşə tamaşa eliyirdi.
İzzət şah da öz əsabalarınnan bir tərəfdə əyləşmişdi. Cahangirin
bu iyitdiyi şahı çox xoşhal elədi. Üzünü camahata tutuf dedi:
- Məni istiyən bu cavana xələt versin, kimin bacarığı var
onu tərifləsin.
Hərə bir tərəfdən xələt tökdü Cahangirin başınnan. Mələk-
suma irəli yeriyif qardaşına dedi:
- Qardaş, icazə ver bu cavan oğlanın tərifini özüm deyim.
İzzət şah izin verdi, Mələksuma götürdü görək nə dedi:
Ey şahzadam, bu diyarda ad aldın,
Yazallar adına dastan deyəllər.
Arıyallar, bu diyarda bulmazdar,
Ya ərəbdən gəlif, farsdan deyəllər.
Sandım ki, dəryadan çıxıbsan nəhəng,
Bir nərə çəkəndə təmsili pələng.
Çərmənib çıxanda, eyləyəndə cəng,
Qılınc vurmağına aslan deyəllər.
Mələksuma deyər, sən bir cavansan,
Teymur, Cahanbaxış ya qəhrəmansan?!
Dünyada seçilmiş bir pəhlivansan,
Bəyim, Zal oğlusan, Rüstam deyəllər.
Söz tamama yetəndə İzzət şah Cahangirə dedi:
- Sizin hörmətinizdən çıxmaxdan ötrü mana bir neçə gün
möhlət verin. Sizi bir gün çağırıf könlünüz nə istəsə verəjəm.
Bunnan da hər kəs öz öyünə dağılışdı.
Dostları ilə paylaş: |