Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə14/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

 
 
51
qalmadı.  Savah  bir  tədbir  görülməsə  şahın  işi  şuluxdu.  Kişinin 
başını aşağı eliyif Məlksuma xanımı zornan aparajaxlar. 
Bu  sözdəri  eşidən  Cahangir  doluxsunmuş  halda  vəzirin 
yanına  gəlif  əhvalatı  biz  bildiyimiz  kimi  ona  danışdı.  Əlavə 
elədi ki, ey  mənim  əziz  himayadarım,  biz  mənim atamın  zərrin 
mətahını  gətirif  heç-puç  eliyirik,  özümüzü  qürbətliyə  salmışıx. 
Məgər bu işdən halı döyülmüsən. Mana deməlisən. Vəzir gördü 
yox,  desəm  ki,  bilirdim,  onda  yaxşı  olmuyajax.  Axırı  Cahan-
girdən  danıf  dedi,  oğul,  sən  dedin,  mən  də  eşitdim,  mənim  bu 
işdən heç xəvərım olmuyuf. 
Cahangir dedi: 
- Vəzir, bağlamalarımızın arasında mənim pəhlivan libasım 
var, onnarı çıxart. Özün də get İzzət bəyin hüzuruna de ki, savax 
meydan  mənimdi.  Mana  bir  yəhərri-yüyənni  at,  bir  də  döyüş 
əməsilahı
1
 hazırratsın. 
Vəzir  üz  qoydu  İzzət  bəyin  hüzuruna  gəldi.  Əhvalatı  ona 
danışdı.  İzzət  bəy  Cahangirə  bir  döyüş  atı,  bir  də  döyüş  əmə-
salahı göndərdi. 
Bəxtiyara  xavar  göndərdilər  ki,  savax  sənin  meydanına 
Misirdən gəlmiş bir bəzirganın balaca bir oğlu çıxajax. 
Bəxtiyar  fikirrəşdi  ki,  o  ki,  qaldı  uşax-muşağa  daha  bizim 
işimiz düzələn təhərdi. 
Gejəni yatdılar, səhərrəriniz xeyirriknən açılsın hamılıxnan. 
Elə  ki,  səhər  açıldı,  Cahangir  döyüş  livasını  geyinif  ata  suvar 
oldu, üz qoydu döyüş meydanına. 
Bu  işdən  xavar  tutan  qoja-cavan,  böyük-kiçik,  arvad-uşax  bir 
söznən “məmə”-deyənnən “pəpə” deyənə kimi hamı meydana axışdı. 
Bəxtiyar  pəhlivan  çadırdan  baxıf  gördü  bir  cavan  oğlandı. 
Onun  qarşısına  çıxmağı,  öz-özünə  ar  elədi.  Əmbə  bir  qədər 
zəndnən fikir verənnən sora baxıf gördü ki, nə qədər döyüşdərdə 
oluf, belə gözəl at oynadıf, qılınc qaldıran görmüyüf. Dedi, yox, 
                                                             
1
 Əməsalah – silah-sursat, alət 


 
 
52
bu  hərifdən  heç  gözüm  su  içmir,  beləsinnən  hər  şey  gözdəmək 
olar. Naəlaş qalıf livasını geyif, atdanıf meydana gəldi. 
Meydana gələn kimi Cahangirə dedi: 
-  Oğul,  sənin  ağzınnan  süd  iyi  gəlir.  İkidən  birdən  belə 
meydan görüfsənmi? 
Cahangir dedi: 
- İyid dilinə güj  verməz,  əlinə güj  verər. Mən  bu  meydana 
gəlmişəm ya öləm, ya öldürəm. 
Bəxtiyar dedi: 
-  Oğul,  pəhlivannarda  qaydadı,  əvvəl  deyişmə,  sora  vuruş-
ma, üçüncü güləşmə. Sən bulara hazırsanmı? 
Cahangir cavaf verdi: 
- Hansı olur olsun, əmbə tez olsun, gözdüyən döyləm.  
Odu ku əvvəlcə deyişməyə keşdilər. Götürdü Bəxtiyar pəhlivan: 
Gəl sana söylüyüm, ay cavan oğlan, 
Tərlanın yerində heç vaxt sar olmaz. 
Sən uşaxsan, sənnən böyük kimsələr, 
Əl açsa mənimnən bərabər olmaz. 
 
Cahangir: 
Sənə də mən deyim, duran pəhlivan, 
Mən bilirəm tərlan yerin sar olmaz. 
Eşqə düşüb bu meydana gəlibsən 
Haqq çağıran bu meydanda xar olmaz. 
 
Bəxtiyar: 
Aç gözünü bir yaxşı bax üzümə, 
Pəhlivanam gümanım var özümə. 
Ayaxlayıf batıraram tozuma, 
Mənim kimi ilan olmaz, mar olmaz. 
 
 
 


 
 
53
Cahangir: 
Gəl sənə mən deyim qaç
1
 xana dastan, 
Qarğadan qaz olmaz, tülküdən aslan. 
Qurtdan çoban olmaz, gədədən sultan, 
Qara daşı boyamaxnan zər olmaz. 
Bəxtiyar: 
Məyər tanımadın bu Bəxtiyarı, 
O sözlərin heç olmadı uyarı. 
Bağışlaram sən tək günahkarları, 
Getsən geniş dünya sənə dar olmaz. 
 
Cahangir: 
Cahangirəm, yaxşı bildim halını 
Hər tərəfdən kəsdirərəm yolunu. 
Əyif qamətini, qırram qolunu, 
Mələksuma özgələrə yar olmaz. 
Söz tamama yetəndə Bəxtiyar dedi: 
- Bu deyişmədən bir murad hasil olmadı, indi, oğlan, keçək 
vuruşmağa. De görüm, növbə sənindi, ya mənim. 
Cahangir dedi: 
- Fursatı sana verirəm. 
Vuruşmada qayda belədi: pəhlivanın biri yerində durardı, o 
biri əvvəl ona ya qılınc, ya da əmud endirərdi. Odu ki, Cahangir 
əl  bağladı,  Bəxtiyar  ona  bir  qılınc  endirdi.  Cahangir  bu  vaxt 
qolundakı  qalxannan  qolçağını  qılıncın  qavağına  tutdu.  Özünü 
xilas  elədi.  Növbə  Cahangirə  çatdı.  Baxdı  gördü  kü  Bəxtiyarın 
əyni başdan-ayağa polad geyimdədi, yüz gün qılınc vursa da bir 
şey  qoparda  bilməyəjək.  Əmbə  nəzər  saldı,  gördü  qollarını 
yuxarı qaldıranda qoltuğunun altınnan açıx yer görünür. 
Bəli,  Bəxtiyar  qolunu  qaldırar-qaldırmaz  Cahangir  bir  alda-
dıcı  fəndnən  qılıncı  sağ  qolunun  altınnan  elə  saldı  ki,  düz  sol 
                                                             
1
 qaç xana – bir neçə bənd 


 
 
54
qolunun altınnan çıxdı. Bəxtiyar üzü üstə atdan yerə yıxıldı. Qo-
şun hər tərəfdən töküldü. Ancax başçı ölənnən sora bunun heç bir 
faydası  yoxuydu.  Müharibənin  də  öz  qanunları  vardı  qavaxlar. 
Əvvəl sərkərdə vuruşardı, əgər basılsaydı qoşun da məğlub hesab 
olunardı.  Elə  ki,  Bəxtiyar  o  dünyalıx  oldu,  qoşun  üz  qoydu  Yə-
mən şəhərinə qaçmağa, “asta qaçan namərtdi”-deyif davannarına 
tüpürdülər.  Onnar  qaçmaxda  olsun  sizə  ərz  eliyim  Mələksuma-
dan.  Mələksuma  da  camahatın  içində  bu  döyüşə tamaşa  eliyirdi. 
İzzət  şah  da öz  əsabalarınnan  bir  tərəfdə  əyləşmişdi.  Cahangirin 
bu iyitdiyi şahı çox xoşhal elədi. Üzünü camahata tutuf dedi: 
-  Məni  istiyən  bu  cavana  xələt  versin,  kimin  bacarığı  var 
onu tərifləsin.  
Hərə bir tərəfdən  xələt tökdü  Cahangirin  başınnan. Mələk-
suma irəli yeriyif qardaşına dedi: 
-  Qardaş,  icazə  ver  bu  cavan  oğlanın  tərifini  özüm  deyim. 
İzzət şah izin verdi, Mələksuma götürdü görək nə dedi: 
Ey şahzadam, bu diyarda ad aldın, 
Yazallar adına dastan deyəllər. 
Arıyallar, bu diyarda bulmazdar, 
Ya ərəbdən gəlif, farsdan deyəllər. 
 
Sandım ki, dəryadan çıxıbsan nəhəng, 
Bir nərə çəkəndə təmsili pələng. 
Çərmənib çıxanda, eyləyəndə cəng, 
Qılınc vurmağına aslan deyəllər. 
 
Mələksuma deyər, sən bir cavansan, 
Teymur, Cahanbaxış ya qəhrəmansan?! 
Dünyada seçilmiş bir pəhlivansan, 
Bəyim, Zal oğlusan, Rüstam deyəllər. 
Söz tamama yetəndə İzzət şah Cahangirə dedi: 
-  Sizin  hörmətinizdən  çıxmaxdan  ötrü  mana  bir  neçə  gün 
möhlət verin. Sizi bir gün çağırıf könlünüz nə istəsə verəjəm.  
Bunnan da hər kəs öz öyünə dağılışdı. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə