Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə17/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

 
 
63
tanıdı.  Əmbə  Ədil  şah  Cahangiri  tanımadı.  Ata-oğul  bir-birinə 
yaxınnaşdı,  bu  dəfə  Ədil  şah  oğlunu  genə  də  tanımadı.  Cahangir 
bəy bu yerdə götürdü atasına görək nə dedi, özünü nejə tanıtdı: 
Ol zaman ki, gəldim Hindin elinə, 
Müşdəri cəm oldu malıma, baba. 
Bəxtiyar tək pəhlivana tuş oldum, 
Bircə qılınc vurdum zalıma, baba. 
 
İrast oldum bir aşığın fəndinə, 
Bir neçə həqiqət dedim kəndinə. 
Çarə bulammadı qıfılbəndimə, 
Tabe oldu qədim quluma, baba. 
 
Cahangirəm, Hindistanda dayandım, 
Donnan dona girdim, bəzirgan oldum. 
Heydəri öldürdüm, qoşunun qırdım, 
Şükür əlin çatdı əlimə, baba. 
Söz tamama yetəndə kişi oğlunu tanıdı, bir az ağlı başınnan 
çıxdı, qəşş elədi, özünnən getdi. Hərə bir tərəfdən bunun üzünə 
su  vurdular,  bir  təhər  özünə  gətirdilər.  Cümlənizin  həsrəti  bir-
birinə qovuşsun, necə ki, onnar qovuşdu.  Ədil  şah  Mələksuma-
nın göyərçinnən göndərdiyi  məktubu Cahangirə oxuyuf,  hamısı 
barabar Hindistana İzzət bəyin yanına gəldilər. 
Səhərisi gün Ədil şah Lələni də, bir neçə başqa ağsaqqalı da 
götürüf  İzzət  bəyin  hüzuruna  elçiliyə  getdilər.  Əmbə  rəvayətə 
görə İzzət bəyin Ədil şahnan əvvəllər səmimi dostluğu var imiş. 
İzzət  bəy  Ədil  şahı  görən  kimi  çox  xoşhal  oldu.  Arada  heç  bir 
şey  olmamış  kimi  gəlməyinin  səbəbini  soruşdu.  Ədil  şahı  da 
bütün məsələlərdən halı eləmişdilər. Düzü Ədil şah da İzzət bə-
yin pisdiklərini üzünə  vurmadı. Birbaşa  məqsədini  bəyan elədi. 
Bildirdi ki, sənin  bajın Mələksuma  xanımı oğlum Cahangirə ad 
eləməyə  gəlmişəm.  İndi  ixtiyar  sənindi.  İzzət  bəy  canı  dildən 
“allah mübarək eləsin” deyif xeyir işə irazılığını bildirdi. 


 
 
64
Toy  tədarükü  başdandı.  Neçə  gün,  neçə  gejə  toy  çaldırıf 
Mələksuma xanımı Cahangir bəyə tafşırdılar. 
Toy  başa  çatdı,  Ədil  şah  Cahangiri  də,  Mələksuma  xanımı 
da  götürüf  vətənə  yola  düşdü.  Gəldilər  Misirə  çatdılar,  toy-dü-
yün  təzdən  başdadı.  Həməşə  toyda-düyündə  olasınız,  istəylilər. 
Məclisin sonunda bir aşıx gəlif bu toyu görək nejə tamamladı: 
Sənə nejə bel bağlayım, ey vəfasız fani dünya, 
Mənnən artıq bəndələrin itib adı-sanı dünya, 
Biədəbsən, tanımırsan, nə sultanı, xanı dünya, 
Çox yığıbsan gərdəninə belə nahaq qanı dünya, 
Qubarlanma öz-özünə, gəl yolunu tanı, dünya, 
Özünnən baqi qoymadın, mülkü Süleymanı, dünya. 
 
Gündə neçə min işləri keçirirsən xəyalınnan, 
Döy başına ağlaginən, qiyamatın zavalınnan. 
Gündə min biri oluban minin dəyirsən dalınnan, 
Əzrayılla əl bir olub qurtardın insanı dünya, 
Özündən bağı qoymadın neçə pəhlivanı dünya. 
 
Ululardan xəbər aldım bilən olmadı yaşını, 
Kimsəyə bağlı döysən qandırdılar hər işini. 
Bir səcərsən
1
, bar verəndə vurub tökdün dəymişini 
Axırında mələkəlmovt bir-bir üzər yemişini, 
Qürrələnmə, öz-özünə gəl yolunu tanı, dünya. 
Özündən baqı qoymadın bir çox qəhrəmanı dünya! 
 
Mövlud qurana yazıldı neçə-neçə surasında, 
İskəndər dilək istədi girdi zülmət qalasında, 
Loğman-həkim aciz oldu bu ölümün çarasında, 
Adəmnən Məhəmmədəl Mustafanın arasında, 
Yüz iyirmi dörd min nəbi göstər, görüm hanı, dünya, 
Özündən baqi qoymadın o Rüstəmi-Zalı, dünya! 
                                                             
1
 Səcər – ağac budağı 


 
 
65
 
Ey ağılsız türk bəndələr, aldanmayax bu dünyaya, 
Dünya bir fani dünyadı, dönübdü qəddi minaya. 
Eşitdim cənnət yapdırdı şiddətli əleyin naya, 
Edərik fitnə qeyrəti, gedərik qəmli zünnaya, 
Hayıf yoldan çıxarıbdı bu Molla Cumanı, dünya, 
Özündən baqi qoymadın Əli tək Aslanı, dünya! 
 
Yaradıcısı: Aşıq-şair Ağacan 
Söyləyəni: Aşıq Əmrah Gülməmmədov 
Toplayanı: Elxan Məmmədli  
 
12.06.1980 
 
 


 
 
66
SAM ŞAHZADƏ 
 
Keçmiş zamanda Qəndilqala şəhərində ədalətli bir şah var-
mış.  Bu  şahın  adına  Tərkiman  şah  deyirlərmiş.  O,  olduqca 
ədalətli və səxavətli bir şah imiş. Ona görə bütün şəhər əhli hər 
vaxt  onun  ömrünə  dua  edirlərmiş.  Çünki  o  şah  olandan  bəri 
camaatı  vergi  verməkdən  azad  edibmiş.  Bu  cəhətini  də  ərz 
eləyim ki, bu şahın heç bir fərzəndi yox imiş. Bu işdən həm şah, 
həm də xalq çox narahat olurmuş. Ağıllı kişilərdən biri deyir ki: 
– Gəlin bir tədbir görək. 
Biri soruşur ki: 
– Bu işə nə tədbir olar? 
O biri deyir ki: 
–  Niyə  olmaz,  gəlin  bir  elə  tədbir  eyləyək  ki,  həm  Allaha, 
həm şaha, həm də camaata xoş gəlsin. Gəlin bir neçə yerdə kör-
pü,  məscid,  və  dəyirman  saldıraq,  şəhərimizdə  nə  qədər  kasıb 
varsa, ona kömək  edək. Bir də kim  harada  yetim  görsə, onu öz 
xərciynən saxlasın. Bu tədbirə hamı razı oldu, dedikləri işə əməl 
etdilər. Onlar burada qalmaqda olsunlar, indi sizə bir az şahdan 
danışım. 
Tərkiman  şah  günlərin  birində  arvadı  Dilaramiçəng  ilə 
oturub  söhbət  edən  zamanı  birdən  arvadının  boğazındakı  bir 
padşahın  yeddi  ilinin  xərcindən  əmələ  gəlmiş  boyunbağıda  öz 
əksini gördü. Bir qədər fikrə gedib dərindən bir ah çəkdi. O saat 
öz mehribanı işi başa düşüb qolunu şahın boynuna salıb dedi: 
– Ey ədalətli şahım, niyə belə dərindən ah çəkirsən, nə olub, 
allaha şükür, camaat ki, bizdən çox razıdır. 
Tərkiman şah dedi: 
– Ey məhbubum, dərdin birini bilirsən birini bilmirsən. Elə 
mənim  də  çəkdiyim  xalqın  dərdidir.  Mən  indi  başa  düşdüm  ki, 
çox  qocalmışam.  Mənim  bir  neçə  illik  ömrüm  qalıb.  Bir  övla-
dımız olsaydı, bizdən sonra o xalqı dolandırardı. Arvad dedi: 
– Kişi, allah kərimdi, istəsə olar. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə