Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə19/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   15   16   17   18   19   20   21   22   ...   99

 
 
71
Ana, Samın dərdi əllilər, yüzlər, 
Sinəmdə alovlar, atəşlər, közlər. 
Sevdiyim Məsləhət yolumu gözlər, 
Car edər çeşmimdən yollar, gedirəm. 
Söz tamam oldu, anası ilə öpüşüb görüşdü. Anası izin verib 
dedi: 
– Oğul, get uğurlar olsun. 
Sam vidalaşıb babasının hüzuruna gəldi, görək babasına nə 
dedi: 
Ey şahi-ədalət, hakim-vilayət, 
Abad olmuş ölkən, el şən qalasan. 
Ağ-eyvan otaqlar, yanı bağçalar, 
Həsrətin çəkdiyim gülşən qalasan. 
 
Seyrangahım olan dağınan daşlar, 
Yanır sinəm üstə narı-atəşlər. 
Nigaran qoyduğum yarı, yoldaşlar 
Həftələr, həm aylar, il şən qalasan. 
Tərkiman şah dedi: 
– Oğul, hara getmək istəyirsən və kimin yanına gedirsən? 
Atasının cavabında görək Sam nə dedi: 
Təklif etmiş Samı bir mələkzadə, 
Cəmşidin şəhrinə o hökmü badə, 
Dəmadəm sevdiyim gələndə yada, 
Odur göz yaşım da sel, şən qalasan. 
Sam  sözlə  dediyim  kimi,  atasına  dillə  də  dedi,  getməyinə 
icazə  istədi. Şah  bir qədər  fikirdən sonra oğlunu  yaxına çağırıb 
üz-gözündən öpüb icazə verdi və bir neçə nəsihət verdi: 
–  Oğul,  bu  uzaq  yoldu,  nə  qədər  istəyirsən,  qoşun,  qızıl 
götür, sənə lazım olar. 
Sam razı olmayıb bircə at istədi, bir də pəhlivanlıq libası. O 
dəm şah əmr eylədi ilxıdan bir yaxşı at, bir də polad libas gətir-
dilər. Sam göy polada qərq oldu, atın zilkətini yeddi yerdən bər-


 
 
72
kidib  ata  süvar  oldu,  babası  ilə  vidalaşıb  yola  düşməkdə  olsun, 
bütün şəhər əhli, at minməyi bacaran atına süvar olub hamısı Sa-
mın başına toplandı. Şeypur, balaban çala-çala Samı yola salma-
ğa  başladılar.  O  qədər  getdilər  ki,  az  qaldılar  sərhəddən  çıxsın-
lar. Sonra hamısı bir-bir Samnan öpüşüb-görüşüb dedilər: 
– Get, Sam, yaxşı yol, uğurlar olsun. 
Sam  tək  tənha  yola  düşdü,  o  qədər  at  sürdü  ki,  Qeys  dağı 
deyilən  dağı  aşdı,  atasının  torpağından  çıxdı.  Atın  başını  çəkib 
əyləndi.  Duman,  çiskin  hər  tərəfini  bürüyən  zaman  aldı  görək 
Qeys dağına nə dedi: 
Yazın mövsümündə bahar əyyamı, 
Müntəzir gözləyir mahalı dağlar. 
Açılan bənövşən, gülün, nərgizin, 
Şəbnəmlər çəkibən mahalı dağlar. 
 
Hər dağdan ucadı Qeyisin dağı, 
Mərdlər məskənidi sol ilə sağı. 
Abi-zəmzəm suyu, kövsər bulağı 
Dərdlərə dərmandı bahalı dağlar. 
 
Səndə hasil olur iyidlər kanı, 
Səngərlər, qalalar onun məramı. 
Nəçün incidirsən şahzadə Samı, 
Sinəm yaralı bəy halı dağlar. 
Sözünü  tamama  yetirib  Sam  yenə  yoluna  davam  etməkdə 
oldu. O qədər at sürdü ki, bir də gördü tamam ayrı bir qəribə ye-
rə çıxıb. O zaman Sam çox qəmginləşdi. Aclıq-susuzluq yavaş-
yavaş ona kar  elədi.  Bir düz  ilə gedirdi, amma  bilmirdi  həyana 
gedir. Müxtəsəri, bir gün gedib, günbatan zaman bir şəhərin kə-
narına çıxdı. Bilmədi neyləsin və harada axşamlasın. Çox gəzib 
dolanandan  sonra  gəlib  dörd  yanı  böyük  hasarla  çəkilən  bağın 
kənarına  çıxdı.  Öz-özünə  fikir  elədi  ki,  elə  yaxşı  oldu  gəl  bu 
bağın içinə bir təhər yol tap, gir bu gecə burada gecələ, həm də 


 
 
73
at  acdı,  özüm  cəhənnəmə  at  ac  qalmasın.  Nə  qədər  dolandısa, 
yol tapa bilmədi.  Axırı atı cövlana gətirdi  hasardan at quş kimi 
sıçradı,  bağın o tərəfinə düşdü. Gördü ki, bu  bağ  çox qəşəngdi. 
Özü də gülşən bağdı. Qərəz, atdan sıçrayıb düşdü. Atın yəhərini 
belindən  alıb,  atı  bağa  buraxdı.  Yəhəri  başının  altına  qoyub 
yatan zaman  bağban atın  hay-harayına özünü  yetirdi. Gördü ki, 
bir  cavan  oğlan  ağayana  dirsəklənib.  Salam  vermədən:  –  Əyə, 
balam,  məyər  bu  bağ  sənin  dədəndən  qalıb?  Bu  yekə  nər 
heyvanı da güllərin içinə buraxıb xarab edirsən, – deyib bağban 
istədi ki, ata yaxın getsin. 
Sam şahzadə dedi: 
–  A  kişi  bura  bax,  dəymə  o  allahın  heyvanına.  Qoy  bir  az 
otlasın. 
Bağban  istədi  yenə  atı  tutsun.  Sam  cəld  yerindən  qalxıb 
bağbanın qolundan tutub elə sıxdı ki, bir də baxıb gördü ki, bağ-
banın  süysünü  sllanır.  Tez  əlindən  yerə  qoydu.  Bağban  özünə 
gələn kimi yalvardı, oğlanın əlinə, ayağına düşdü. 
– Məni öldürmə, dədəmin baxçası ki, deyil, istəyirsən bir ay 
da burda qal. 
Sam dedi: 
–  Ədə  səsini  kəs,  çox  uzunçuluq  eləmə,  başım  ağrıyır. 
Ataların  bir  misalı  var.  Hələ  eşitməyibsən?  Atalar  deyir  ki,  ac 
adamla əcəli yetişmiş danışar. Rədd ol mənim gözümdən oyana. 
Bağban dalı-dalı çəkilib bir təhər özünə bir siçan yolu tapıb 
qaçdı. Özünü yetirdi bağ sahibinin yanına. Birinin üstə beşini də 
qoyub xəbər verdi. 
Sam  o  yerə  gəlib  çıxmışdı  ki,  həmin  şəhərin  adına  Enzən-
kan  şəhəri  deyirdilər.  Enzankan  şəhərinin  hökmdarının  adına 
Kavə  deyirdilər.  Kavə  padşahın  gözünün  ağı-qarası  bircə  qızı 
var idi. Qızın adı isə Nəzakət xanım idi. Nəzakət xanımın imarə-
ti bir az atasından aralı idi. İmarətin qabağında böyük bir gülşən 
bağça salınmışdı. Baxçanın  ətrafı  hündür və  möhkəm  hasar  idi. 
Ancaq bircə qapısı var idi. Qapının açarı bağın bağbanında olar-


 
 
74
dı. Bağbandan başqa heç kəsin həddi yox idi ora getsin. Həmin 
bağban  idi  ki,  Sama  rast  olmuşdu.  Bağban  özünü  yetirdi  qızın 
yanına. Başına gələn əhvalatı qıza nəql elədi. 
Nəzakət xanım dedi: 
–  A  qızlar,  gəlin  bir  gedək  görək  o  adam  kimdi,  nə  işin 
sahibidir ki, cürət edib bağa girib? 
Nəzakət xanımın başında qırx kəniz sona kəklik kimi cilvə-
lənmiş bağa daxil oldu, bağbana dedi: 
– A kişi, bəs hanı o adam? 
Bağban dedi: 
– Xanım, başına dönüm, bax o tərəfdədi. 
Qız dedi: 
– Kişi, bəs hansı tərəfi deyirsən? 
Bağban dedi: 
–  Xanım,  mən  ora  gedə  bilmərəm,  çünki  xasiyyətinə  bələ-
dəm. Odu bax Səlim ocağı tərəfdə. 
Qızlar bu sözə gülüşüb ocağa tərəf getməyə başladılar. Gör-
dülər ki, bir oğlan yatıb, elə bil xudavəndi-aləm ilk qələmini bu 
oğlana çəkib. Qızların hamısı bir-birinin üzünə baxdılar. Xanım 
da baxdı, bir balaca özündə ağırlıq hiss etdi. Qızların hamısı onu 
başa düşdülər. Qızlardan biri dedi: 
– Xanım, deyəsən bu oğlan şahzadədi ha. 
Xanım dedi: 
– Qızlar,mən də elə hiss edirəm. 
Sonra isə o biri qız dedi: 
–  Xanım,  gəlsənə  onu  oyadaq,  görək  bu  oğlan  nəçidi, 
kimdi? 
Xanım dedi: 
– Qızlar, yazıqdı qoy yatsın, ancaq bir kağız yazıb yanında 
qoyaq ki, bilsin, bu bağ sahibisiz deyil. 
Qızlardan biri dedi: 
– Xanım, nə yazaq ki, bu oğlana xoş gəlsin? 
Nəzakət xanım görək nə yazmaq istəyir: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə