Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə27/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   23   24   25   26   27   28   29   30   ...   99

 
 
103
        Sinəm yara, gözüm nəmli, 
        Dur qəflətdən oyan, Zərqam. 
Anasının belə qəmli-qəmli oxuması elə bil ki, Zərqama yeni 
bir qüvvət verdi. O, gözlərini açıb ətrafına baxdı. Başının üstün-
də gözü yaşlı anasını gürdükdə sinəsi alışıb yandı, göz yaşı yüz 
yerdən  töküldü.  Hamı  onun  başına  nə  iş  gəldiyini  öyrənməyə 
çalışdı. Zərqam anasına cavab verdi ki, sözlə desəm dilim yanar, 
dərdim  böyükdü,  mənə  bir  saz  gətirin.  Tez  Zərqama  bir  saz 
gətirdilər. Zərqam sazı alıb görək anasına necə cavab verdi: 
        Başına döndüyüm mehriban ana,   
        Arzu edib Seystan deyə gedirəm. 
        Atası hakimdi küllü İrana, 
        Bir Əmiri - Sultan deyə gedirəm. 
 
        Siz bilirsiz əlif qəddim bükdüyüm, 
        Ceyhun kimi çeşmim yaşın tökdüyüm. 
        Leyli-nahar həsrətini çəkdiyim, 
        Nazlı yara qurban deyə gedirəm. 
 
        Butamın camalı olmuş ayına, 
        Tən edir səmanın doğmuş ayına. 
        Zərqam şah ümidvar olmuş ayına, 
        Bir Əfruzu Cahan deyə gedirəm. 
Söz tamama yetişdi. Bildilər ki, onunku sevgidi. Şahzadəni 
götürüb evə gətirdilər. Bənzərbanu xanım bildi ki, nə olur-olsun 
oğlu  butasının  dalınca  gedəcəkdir.  Arada  ayrılıq,  uzaq  yollar, 
yad ölkə var, ölüm-itim ola bilər. Oğlunu bu uzaq və qorxulu sə-
fərdən  saxlamaq  üçün  çarələr  axtarmağa  başladı.  Lakin  bir  qə-
rara  gələ  bilmədi.  Bənzərbanunun  qaravaşları  içərisində  çox 
təcrübəli  və  ağıllı  bir  qulluqçu  var  idi.  Ana  həmin  qulluqçunu 
yanına  çağırtdırdı,  dərdini  ona  açdı  və  tədbir  istədi.  Qulluqçu 
çox götür-qoydan sonra belə bir qərara gəlib dedi: 


 
 
104
– Zərqam şahzadənin ən çox sevdiyi onun atı Taryeldir. O, 
səfərə mütləq öz atı ilə çıxacaq. Xanım, sən özünü xəstəliyə qoy 
və  həkimə  əvvəlcədən  tapşır  ki,  guya  həmin  atın  ürəyindən 
çəkilən kababdan başqa sənin dərdinin əlacı olmadığını söyləsin. 
Bundan sonra sən atı kəsdir. O, atsız heç yana getməz. Məsələni 
mən əvvəlcədən həkimə anladaram. Sən Zərqamın özünü həkim 
dalınca  göndər.  Çalış  ki,  həkim  məsləhət  verən  vaxt  Zərqam 
sizin yanınızda olsun, həkimin dediklərini özü eşitsin. 
Qulluqçunun  məsləhəti  Bənzərbanunun  çox  xoşuna  gəldi, 
ona ənam verdi. Sonra yatağa düşüb özünü xəstəliyə vurdu. Zər-
qam anasının xəstələnməsini eşidib tez onun yanına gəldi. Bən-
zərbanu oğlunu görüb daha da zarıdı və onu həkim dalınca gön-
dərdi. Tezliklə həkim gəldi və görülmüş tədbir əsasında bildirdi 
ki, Taryel kəsilməlidir. Elə bil ki, Zərqam yatmışdı, oyandı. Ona 
bir  nida  endi  ki,  bunlar  hamısı  bəhanədi,  onu  yoldan  saxlamaq 
üçündür. Lakin hələlik üstünü vurmadı. 
Xarəzmşah əhvalatdan xəbər tutdu. Əmr etdi ki, atı meyda-
na çəkib boğazlasınlar. Tez nökərlər atı meydana çəkdilər, yıxıb 
ayaqlarını  bağladılar.  Sanki  at  dil  bilirdi,  onun  gözlərindən  yaş 
axmağa  başladı.  Bunu  görən  Zərqamın  ürəyi  dözmədi.  Atasın-
dan xahiş etdi ki, ciyərparəsi olan Taryellə vidalaşmağa ona ica-
zə versin. Şah oğlunun sözünü yerə salmadı. Zərqam atın ayaq-
larını  açdı,  onu  yəhərləyib  belinə  atıldı  və  atasından  getmək 
üçün  halallıq  istədi.  Zərqam  sözlə  dediyini  atasına  yaxşı  anlat-
maq üçün aldı görək sazla üç kəlmə nə dedi: 
     Babacan, lütf eylə saxla əlini,       
     Səfəri-səmənd et səvarə məni. 
     Fələk qoymur muradıma yetişəm, 
     Yenidən eylədi avarə məni. 
 
     Minib də Taryeli düşdüm iraha
1

     Əzbərdi fikrimdə o fikri taha. 
                                                             
1
 irah, əslində rahdır, farsca mənası “yol” deməkdir. 


 
 
105
     Dərdimi söylədim bir adil şaha, 
     Dedi gəl dərmana, gəz, ara məni. 
 
     Zərqam da sığınmış şahı- xubana, 
     Çeşmim yaşı döndü dərya-ümmana. 
     Abadan könlümü etmə virana, 
     Yaradan kəm yazmış güzara məni. 
Söz  tamama  çatdı.  Şah  anladı  ki,  Zərqamı  heç  nə  yoldan 
döndərə blməz, bu saat atı sürüb gedəcək sevgilisinin arxasınca. 
Əlacı  hər  tərəfdən  kəsildi.  Şəri  vəziri  Zərqamın  üstünə  iltimasa 
göndərdi.  Vəzir  şahzadənin  yanına  gəldi,  çoxlu  nəsihətlər  etdi, 
lakin bu nəsihətlərin Zərqama heç bir təsiri olmadı. Şahzadə atın 
başını  götürüb  getmək  istəyir.  Bunu  görən  vəzir  görək  ona  nə 
deyir, cavabında Zərqam nə söyləyir: 
Vəzir:  
     Başına döndüyüm, şahzadə Zərqam, 
     Səfər etmə Seystanın şəhrinə. 
     Ora bir diyardı gedən qayıtmaz, 
     Tamamən qərq olur qəmin bəhrinə. 
 
Zərqam: 
     Başına döndüyüm, ay Şəri vəzir, 
     Vacib budu Seystana gedim mən. 
     Doğrasalar parə-parə sərbəsər, 
     Eyləsələr şanə-şanə gedim mən. 
 
 Vəzir: 
    Yaxarlar atəşə, nara əl-aman, 
     Doğrayarlar hazar para əl-aman, 
     Mənsur tək çəkərlər dara əl-aman, 
     Uğrayarsan sahirlərin sehrinə. 
 
Zərqam: 
Pasiban sanaram bu icadı mən, 
Güvəndiyim minbir ismi, adı mən. 


 
 
106
Axtarmıram sehri-tilsim, cadu mən, 
Həsrət olan nigarana gedim mən. 
            
Vəzir: 
Şəri vəzir sənə söylər sözünü, 
Yandırma cismimdə eşqin közünü. 
Əmr edibən oydurarlar gözünü, 
Həvəs olma bu şeytanın dəhrinə. 
            
Zərqam: 
Zərqamın sinəsi qəm ilə avər, 
Tər-təzə sevdiyim misali nobər. 
Telləri müsəlsəl, qəddi sənubər, 
Bu müəttər ol reyhana gedirəm. 
Söz tamama  çatır,  düşmənin  ömrü  tamama  çatsın.  Zərqam 
atını  sürüb  anasının  yanına  gəlir,  südünü  ona  halal  etməsini 
anasından  iltimas  edir.  Ananın  gözləri  yaz  buludu  kimi  dolur, 
əlləri əsə-əsə oğlunun boynunu qucaqlayıb deyir: 
– Oğul, get, südümü sənə halal edirəm, xeyirli uğurlar dilə-
yirəm, muradına çatasan. 
Zərqam  şah  anası  ilə  vidalaşıb  düşdü  yolun  turabına.  O 
günaxşama qədər at sürdü. Axşamüstü bir laləzarlığa çatıb atdan 
endi.  İstədi  ki,  bir  az  atı  otlasın,  özü  də  dincəlsin.  Bura  elə  bir 
çəmənlikdi ki, hər tərəf yamyaşıl, gül bülbülə, bülbül gülə sevgi 
oxuyurdu. Bu laləzarlıq Zərqamın yadına öz tərəflərinin çəmən-
liklərini  saldı.  Dönüb  arxaya  –  gəldiyi  yollara  baxdı.  Uzaqdan 
vətən  dağlarını  gördü,  dərin  bir  ah  çəkdi.  Götürüb  üç  kəlmə 
sözlə vətəni belə yad elədi: 
     Tifilkən vətəndən oldum dərbədər, 
     Yandı əhvalıma ellər, ağladı. 
     Anamın qəlbində qəhr ilə kədər, 
     Car etdi çeşmindən sellər, ağladı. 
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə