Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə30/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   26   27   28   29   30   31   32   33   ...   99

 
 
115
      Çeşmim yaşı batil etdi Ceyhunu
1

      Əgər qəvvas isən üz, qayıt indi. 
              
Zərqam:   
       Qürbət eldə qəm karvanım keçməsə, 
       Xəstə könül əcəl camı içməsə, 
       Mürği-ruhum gər bədəndən uçmasa, 
       Ay Pərim, gedərəm, gələrəm yenə. 
              
Qeysər Pəri: 
       Bu Qeysər Pərinin var iltiması, 
       Bülbülün köksündə gülün cəfası. 
       Yaxşı olmaz qürbət elin səfası, 
       Varırsan, vargilən gəz, qayıt indi. 
              
Zərqam: 
       Zərqamın sinəsi yardan yaralı, 
       Canandan aralı, candan aralı. 
       Kamil ovçu heç keçirməz maralı, 
      Ay Pərim, gedirəm, gələrəm yenə.  
Söz tamama  yetişdi.  Zərqam  şah  Qeysər  Pərilə  halal-hüm-
bət eləyib yola düşdü Seystan səmtə. Bir neşə gün at sürdükdən 
sonra  gəlib  çıxdı  bir  dəryanın  kənarına.  Dəryanı  necə  keçəcəyi 
barədə  düşünürdü.  Elə  bu  vaxt  sahilə  bir  gəmi  yaxınlaşdı. 
Zərqam gəmiçidən xahiş etdi ki, onu və atını gəmiyə mindirsin. 
Bir qədər danışdıqdan sonra gəmiçi onu yerdən gəmisinə götür-
məyə  razılıq  verdi.  Gəmi  dəryanın  o  biri  sahilinə  yaxınlaşan 
vaxt  dəryada  bərk  fırtına  başlandı.  Fırtına  yedək  gəmisini  əsas 
gəmiyə çırpıb qırıq-qırıq elədi. Zərqam atı ilə qaldı taxta parça-
ların üstündə,  əsas gəmi  isə çıxıb getdi.  Zərqam  başa düşdü ki, 
hər  dəqiqə  məhv  ola  bilər,  əlləri  hər  yerdən  üzüldü.  Öz-özünə 
                                                             
1
 çay adıdır 


 
 
116
dedi: ”Gəl səni bu çöllərə salanı köməyə çağır, bəlkə bu bəladan 
xilas olasan”. 
Görək bu fırtınalı dəryanın üzündə Zərqam öz ağasını necə 
köməyə çağırır, xilas ola bilir, ya yox?! 
       Ərənlər sərvəri, şahi-mürtəza, 
       Qalmışam daməndə, ya mövla-mövla. 
       Kəmtale qulunam,bəxti qarayam, 
       Yaranmış insanda, ya mövla-mövla. 
 
       Gəzginən ümmanda giriftarımı, 
       Əcəl meydanında can bazarımı. 
       İntizar qoymuşam nazlı yarımı, 
       Olmuşam şərməndə, ya mövla-mövla. 
 
       Əcəl oldu Zərqam şahın vurğunu, 
       Çox dolandım bir gözəlin yorğunu. 
       Sərə-pay cismimdə şonqar qırğını, 
       Təng etmə bədəndə, ya mövla-mövla. 
Söz  tamama  yetən  kimi  böyük  bir  dalğa  vurub  taxta  par-
çasını Zərqamı Taryellə  bərabər  sahilə zıxardır.  Zərqam  bir qə-
dər özünə gəldikdən sonra  atına süvar olub  yoluna davam  edir. 
Bir  qədər  at  sürdükdən  sonra  qarşısına  bir  tacir  karvanı  çıxır. 
Sən demə bu karvanın başçısı öz həmyerlisi, məşhur tacir Saleh 
Sövdəgər  imiş.  Saleh  Sövdəgər  neçə  vaxtdan  bəri  itkin  düşmüş 
Zərqamı  görəndə  çox  sevindi,  onu  dilə  tutdu  ki,  bu  qorxulu 
yollarda  itə-bata  bilər,  geri  qayıtsın.  Zərqam  Saleh  Sövdəgərin 
cavabını üç kəlmə sözlə görək necə verdi. 
       Ay Saleh Sövdəgər, qanlar ağlaram, 
       Seystanda qalıb növrəstəm mənim. 
       Araqçın altinda müsəlsəl tellim, 
       Üzündə kakili mürəstəm mənim. 
 
       Tab etmək çətindi yarın qəhrinə, 
       Yaxşıdı qərq olmaq qəmin bəhrinə. 


 
 
117
       Durub varım öz butamın şəhrinə, 
       Çünki intizardı ol kəstəm mənim. 
 
  Yerim Səməngandır, babam tacidar, 
  Mən isə qəmavər, cəsədimdi nar. 
  Zərqamın “qatili” o nazlı nigar, 
  Daşındı qəlbimdə şikəstəm mənim. 
Söz  tamama  yetişdi.  Saleh  Sövdəgər  bildi  ki,  Zərqam  geri 
qayıdan deyil, sevgilisinin dalınca gedəcəkdir. Onlar bir-biri  ilə 
halal-hümbət  eləyib  ayrıldılar.  Hər  ikisi  öz  yoluna  davam  etdi. 
Zərqam şah atını uzaqdan görünən dağa doğru sürdü. Yol həmin 
dağın  dibindən  keçirdi.  Zərqam  dağın  dibinə  çatanda  gördü  ki, 
yol  uzanıb  bir  qalaçaya  gedir.  Şahzadə  nə  qədər  baxdısa  da 
başqa yol görə bilmədi. Başa düşdü ki, yol bu qalaçanın içindən 
keçir, ancaq  bu qalaçanın sahibinin  kim olduğunu, onun  başına 
burada  nə  gələcəyini  bilmirdi.  Zərqam  burada  düşünməkdə 
olsun, sizə xəbər verim bu qalaçanın sahibindən. 
Bu  qalaçada  Əsfəndiyar  adlı  çox  güclü  bir  pəhləvan  yaşa-
yırdı.  Onun  qorxusundan  bu  tərəflərə  heç  kim  gəlmirdi.  Çünki 
Əsfəndiyar buradan keçən hər bir adamla güləşir, yıxdığını öldü-
rürdü. Onun kürəyi isə hələ yerə dəyməmişdi. 
İndi  eşit  Zərqamdan.  Zərqam  atını  yavaş-yavaş  qalaçaya 
doğru sürdü. Bu vaxt Əsfəndiyar güləfirəngidən Zərqamı görüb, 
adamlarından ikisini göndərdi ki, gedib o atlının bura necə gəlib 
çıxdığını, kim olduğunu öyrənsinlər. Zərqam da at sürüb qalanın 
başına dolanır, qalaya yol axtarırdı. Əsfəndiyarın adamları qəflə-
tən Zərqamın qarşısına çıxdılar və üstünə qışqırdılar ki, sən nejə 
qorxmayıb Əsfəndiyarın qalasına yaxınlaşmısan, bu saat bizimlə 
getməlisən.  Zərqam  istədi  üstünə  gələnləri  cəzalandırsın,  lakin 
onları başa saldı ki, əl-ayaqları sağkən öz Əsfəndiyarlarının  ya-
nına  qayıtsalar  yaxşıdır.  Hər  ikisi  işi  belə  görüb  qalaya  qayıt-
dılar, əhvalatı Əsvəndiyara çatdırdılar. 


 
 
118
Eşit  Əsvəndiyardan.  O,  bu  xəbəri  eşidib  bir  nərə  çəkdi,  alt-
dan geyib üstən qıfıllandı, döyüş filinə süvar olub Zərqamın qar-
şısına çıxdı. Zərqam qarşısındakı pəhləvanı, onun filini görüb əv-
vəlcə  bir  qədər  özünü  itirdi,  lakin  tez  də  özünü  ələ  aldı.  Əsfən-
diyar  Zərqamın  qamətini,  üzünün  gözəlliyini,  cavanlığını  görüb 
ürəyində arzu etdi ki, kaş bu oğlanın qoçaqlığı da xarici gözəlliyi-
nə uyğun gələ. Lakin o öz hisslərini üzə vurmadı. Tez öz rəqibini 
üstələmək  üçün  ona  hərbə-zorba  gəldi.  İndi  görək  Əsfəndiyar 
Zərqama necə hərbə-zorba gəlir, Zərqam ona necə cavab verir. 
Əsfəndiyar: 
       Ay növcavan, var sərində 
       Nə xəyallar, gəlirsən sən. 
       Bu qaladan keçmək olmaz, 
       Tapıb yollar gəlirsən sən. 
 
Zərqam: 
   Əsfəndiyar bəy, qulaq as, 
   Qoşa yollar gəlirəm mən. 
   Qeyçihəra dağlarını, 
   Aşa yollar gəlirəm mən.  
 
Əsfəndiyar: 
Ay dilavər, en atından, 
Mən öyrənim qiymətindən. 
Söylə kəndi qeyrətindən, 
Qeyli-qallar gəlirsən sən. 
              
Zərqam: 
Qeyli-qaldı mənim işim, 
Həm sənətim, həm gərdişim. 
Yoxdur, düşünmə təftişim, 
Haşa yollar, gəlirəm mən.             

Əsfəndiyar: 
        Əsfəndiyar mənəm, tanı, 
        Saymaram sultanı, xanı. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə