Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə33/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

 
 
127
Şair Nəbi bu qəsdinən edər nəyin məthini, 
Bircə horu fikir versən sən bilərsən zatını. 
İnsan odu yaxşı bilə şəriətin şərtini, 
İbadəti riya üçün qılmağın faydası nə?! 
Ustadlar  ustadnaməni  iki  yox,  üç  deyər  biz  də  deyək  üç 
olsun düşmənin ömrü pus olsun. 
Dəli könül, qafil olma, başına bir çarə qıl, 
Hər yetənə sirrin açma, dərdini dildarə qıl. 
Deyillər ki, alçax, rəzil pis tamahdı dünyada, 
Əməyi sev, işdən qorxma, zəhmət çək midara qıl. 
 
Mala-mülkə bel bağlayıb çox da uçma yelinə, 
Haqq işlərə “nahaq” demə, qadağa ver dilinə. 
Axırında kor olacaq, xor baxanlar elinə, 
Nadan sözdən nə anlayar, arifə işarə qıl. 
 
Gecə-gündüz yalan döylü, doğulub ölmək haxdı, 
Zülm eliyən zülmkarın çoxdan uçubdu taxtı. 
Dərk eləyib, düşünməyən dəlidi, ya uşaxdı,  
Ey Fəğani
1
, annamaza düz yolu dübarə qıl. 
Sizə  hardan  söhbət  eliyək,  kimnən  söz  açax,  keçənnərdə 
Borçalı  mahalının  Faxralı  şenliyində  yaşayan  İsmayıl  Oruc  oğ-
lunnan. İsmayıl kimiydi, o vədələr onun başına nələr gəlmişdi? 
İsmayıl  Oruc  oğlu  Faxralı  şenniyində  «mənəm-mənəm» 
deyən cavanlardan idi. Özü Güllər nəslindən olduğuna görə ona 
o vaxtlar İsmayıl Güllər deyərdilər. İsmayıl Güllər çox sinədəf-
tər idi. Onu da deyək ki,  bacısı Pəri də söz qoşmaxda qardaşın-
nan geri qalmazdı. Ona da camahat Güllər Pərisi deyərdi. Bu ba-
cı-qardaşın sədə-sorağı Borçalı mahalının hər yerinə yayılmışdı. 
                                                             
1
 Fəğani – Əlipaşa Fəğani Şəmkir rayonunun Qaracaəmirli kəndində yaşayıb-
yaradıb.  1980-ci  illərdə  vəfat  edib.  Ərəb  əlifbası  ilə  yazıb-yaratdığı  şeirləri 
şəxsi arxivimizdədir (E.M.) 


 
 
128
Diyəllər İsmayılın bir vaxtı idi ki, bığ yeri təzəcə tərliyirdi, 
gözləri qoşa bulax kimi qaynıyırdı,  bir  söznən,  eşq atını  minif–
çapan vaxtıydı. Uşax vaxtlarınnan bir yerdə böyüdüyü Qızyetə-
rin dərdinnən az qala dəli divanə olmuşdu. Əmə neynəsin ki, bir 
dərdini qanan,  bir halına yananı yoxuydu. Qıznan gizdicə dilbir 
olub  onun  ürəyini  ələ  almışdı.  Di  gəl  ki,  mərdimazar  adamlar 
aranı qarışdırdılar, nə qarışdırdılar. Qızyetərin gözünnən qan-yaş 
axıda-axıda istəmədyi bir varlı balasına nişanlamışdılar. 
O  günnən  İsmayılın  dərdi  bir  idi,  indi  beş  oldu.  İsmayıl 
bacısı Pəriynən dərdləşdi. Nəsə bir şey hasil olmadı. Bir müddət 
belə  qanıqara  dolaşdı,  o  vaxta  kimi  ki,  oğlan  öyü  işdən  duyux 
düşdü.  Odu  ki,  Qızyetərin  toy  tədarükünə  başladılar.  Hazırlıx 
başlandı,  nə  başlandı.  Oğlan öyünnən qız öyü danışıf-söydələş-
di, toy günü müəyyənləşdi. Kəndə sədə düşdü ki, bəs deməzsən-
mi, iki günnən sora filankəsdərin toyudu. 
Əhvalatdan  xəbər  tutan  İsmayılın  dərdi  bir  az  da  artdı. 
Həmən gecə sübhətənə gözünə yuxu gəlib bir çimir ala bilmədi. 
«İlan  vuran  yatdı,  o  yatmadı».  Səhər  açıldı,  üzünüzə  xeyirli 
sabahlar açılsın, İsmayıl kasıb komalarınnan çıxıb, bu işə əncam 
çəkməkdən  ötəri  bir  ara  adamı  tapdı.  Qızyetərə  xəbər  göndərdi 
ki,  şər  qarışana  yaxın  Qarabulağa
1
  tərəf  çıxsın,  danışax  görək 
başımıza  nə  çarə  qılırıx.  Bunu  deyif  İsmayıl  bir  kağız-qələm 
çıxardıf  Qızyetərə  bir  namə  də  yazdı,  Biz  qulluğunuza  ərz 
eliyək, görək namədə İsmayılın mətləbi nə idi: 
Gedib deyərsiniz o nazlı yara, 
Səhərdən çıxarıq dağlar başına. 
Bülbül öz gülünnən ayrı düşərsə, 
Məskənini salsın bağlar başına. 
 
Görünsə gözümə çarpaz ətəklər, 
Yetirrəm özümü bil ki, o dəmlər. 
                                                             
1
 Qarabulax – Faxralıda yer adıdır. 


 
 
129
Ağlama gözünnən axmasın nəmlər, 
Dolanaq bostanda tağlar başına. 
 
Nola elçim bir şad xəbər gətirsin, 
Sevgilimin cavabını yetirsin. 
İsmayılın mətləbini bitirsin, 
Açılmasın qalmağallar başına. 
Ara  adamı  aparıb  naməni  Qızyetərə  çatdırandan  sonra  İs-
mayıla xəbər gətirdi ki, arxayın ol, dediyin vaxt qız Qarabulağa 
gələcək. 
Ara  adamı  gələnnən  sora  İsmayıl  vargəl  eliyə-eliyə  günü 
axşam elədi.  Elə ki,  şər qarışdı Qarabulağa tərəf  üz qoydu.  Və-
dələşdiyi  yerə  çatıb  Qızyetərin  yolunu  gözləməyə  başladı.  Bir 
müddət gözlədi Qızyetər gəlif çıxmadı. Bir daşın üstündə oturuf 
yenə  gözləməyə  başladı.  Baxdı  gördü  ki,  daha  Qızyetər  gələsi 
olmadı,  əlacı  kəsildi.  Sinəsinə  bir  neçə  bənd  söz  gəldi,  zümzü-
məynən görək nə dedi: 
Dizimdə taqət yox, gözümdə qara, 
Gözləməkdən yollarını bir qızın. 
Bəxtəfər başına kümbəzi kəmər, 
Nə quxubsçan bellərini bir qızın?! 
 
Tükənifdi səbrim, gəlmir qərarım, 
Günü gündən artır dərdim-məlalım. 
İlqarına xilaf oldu maralım, 
Şana tutuf tellərini bir qızın. 
 
İlqar verən ilqarına düz olsun, 
İstəmiyən əlli olsun, yüz olsun. 
Öz sözümüz aramızda düz olsun, 
Dolanaydım çöllərini bir qızın. 
 
İsmayılın başı çəkər qovğalar, 
Sevgi sevən sevgisinnən zövq alar. 


 
 
130
Çata bilməz laçın olsa qarğalar 
Mən tutaydım əllərini bir qızın. 
Söz tamama çatdı, İsmayıl da kor-peşman öylərinə qayıtdı. 
Əmə  bir  yerdə  qərar  tutub  dayana  bilmədi.  Səhər  açılan  kimi 
axtarıf  ara  adamını  tapdı.  Tez  onu  Qızyetərin  yanına  göndərdi 
ki, gedif öyrənsin görsün axşam görüşə niyə gəlməyib. 
Ara adamı qayıdıf xəbər gətirdi ki, qızın atası Məşədi Usuf 
işdən duyux düşüf, odur ki, Qızyetəri heç yana buraxmıyıf. Əmə 
qız  söz  verib  ki,  bu  axşam  nə  təhər  olursa-olsun  həmən  yerə 
gələcək. 
Deyəllər: «Nağıl dili yeyrəng, ozan dili yüyrəy olar». Vədə-
ləşdikləri vaxt İsmayılnan Qızyetər görüşüf söhbətləşdilər. Belə 
qərara  gəldilər  ki,  toy  gecəsi  qız  oğlan  öyünnən  qaçıf  Qarabu-
lağa gələjək, ordan da İsmayılnan qaçıf Türkiyəyə keçəjəklər. 
Əlqərəz,  eləcə  də  elədilər.  Şan-şöhrətnən  oğlan  öyünə  kö-
çənnən sora Qızyetər hələ camaat dağılışmamış  bir bahanaynan 
eşiyə çıxdı,  ordan da  «şeytana  ləhnət» – deyib tüpürdü dabana. 
Bir  baş  Qarabulağa  yollandı.  Bir  vaxtda  gəlib  çatdı  ki,  İsmayıl 
bir at altında, biri də yedəyində onu gözdüyür. 
Göründüyü  kimi,  hər  şey  qabaxcadan  hazırlanmışdı,  odu  ki, 
Qızyetər də ata minif bir baş meşə yoluynan Türkiyəyə yollandılar. 
Bu iki sevgili yola düşüf getməkdə olsun, görək toy öyündə 
nə təşviş düşdü. 
Qızyetərin  başına  yığılan  qız-gəlinnər  bir  az  gözdədilər, 
gördülər  gəlin  gəlif  çıxmadı.  Arıya  pıçhapıç  düşdü.  Aradan  bir 
saat da keçdi,  baxdılar gördülər,  yox,  balam,  bu  xına o xınadan 
döylü,  işin  içində  iş  var.  Odu  ki,  başı  papaxlılara  xəbər  çatdı. 
Qızyetərin  nişannısı  zəhərnən  sulanmış  xəncər  kimi  atılıf-düş-
məyə başdadı. Az bir vaxtda kəndi ələk-vələk elədilər, heç yerdə 
Qızyetəri «gördüm» – deyən olmadı. 
Bu vaxt camaata bir şey də məlum oldu ki, İsmayıl da itgin 
düşüf.  Deməli,  bərabər  qaçıf  harasa  gediflər.  Bunu  bilən  oğlan 
tərəfin adamları yaxın kəndlərə atlı saldılar. Guman gələn öylərə 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə