Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə41/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

 
 
158
Qurulmuş dünya əhli alimdən, 
Qab elif, dal-əlif, fiey aşıq Rahib. 
Onlar  orada  deyişməkdə  olsunlar  sizə  kimdən  xəbər  verim 
İnci  xanımdan.  İnci  xanım  Rasimi  görəndə  öz  dərdini  anasına 
dedi: 
Anası da atası Şakil paşaya xəbər verdi: 
-Qızın sevdaya düşdü. 
Aşıq  Rahib  Səlimə  cavab  verə  bilmədi  gözünü  döyə-döyə 
yerə baxdı. Xəbər catdı Şakil paşaya: 
-Öyün yıxılsın aşağını bağlayıb qoydular başmağa. 
 
Şakil paşa o zaman qəhvəxanaya çatdı ki, sözləri Səlim bəy 
deyib,aşıq  Rahibdən  cavab  gözləyir.  Rahib  isə  gözlərini  döyə-
döyə yerə baxır. Şakil paşa Səlimdən soruşdu: 
– Oğul, siz kimsiniz, hardan gəlib, hara gedirsiniz? 
Səlim dedi: 
 
 
 
 
 
 
– Paşa, rüsxat ver, haralı olduğumu sazla deyim. 
Paş dedi:   
 
 
 
 
 
– Rüsxatdır, buyur! 
 
Aldı aşıq Səlim: 
İran mülkündənəm, Paşa əfəndim, 
İsfahan mülkünə sakinətəm mən. 
Bir ocaqzadəyəm degiləm gədə, 
İranı zəbt etmiş malım-dövlətim. 
 
Əmim Nağı xandı, atam Bəy Əziz, 
Qulluguna gəlir Xoynan Təbriz.   
Aşpazlar yeməyin dağıdır təmiz,   
Tökülür sufraya şəhtu şərbəti. 
 
Səlim bəyəm, ayrılmışam o dəmdən, 
Zərəfşən otaqda dolu möhmindan. 
Gülbaharı bulmeyinca bu dəmdən,  


 
 
159
Qurtarıb dağılmaz mərağım mənim. 
Səlim paşa sazla dediyi kimi, dilnən də dedi: 
-Paşa, biz ki,varıx İsfahanlıyıx.   
 
 
 
Paşa soruşdu: 
-Bəs səfəriniz haradı? 
 
Səlim bəy dedi: 
-Kandan gəlib, makana gedirik. 
Şakil paşa dedi: 
-Bala,  bir  de  görüm  kan  nədi,  məkan  nədi?  Sən  bir  tikə 
uşaqsan.  
Səlim bəy dedi: 
-Paşa əfəndim, kan bu dünyadı, məkan o dünya. 
 
Paşa dedi: 
-Oğul, indi gedişatınız haradır?   
Səlim bəy cavab verdi: 
-Paşa əfəndi, İsfahandan gəlib Hind şəhərinə gedirik.  Şakil 
paşa bunları evinə dəvət elədi. Xörək gətirdilər, çörək gətirdilər. 
Yeyib-içdikdən sonra Şakil paşa məsələni açıb danışdı ki: 
-Mənim  bir  qızım  var,  onu  sənin  əmin  oğluna  vermək 
istəyirəm. 
Səlim dedi: 
-Gətir, qızına baxaq! 
Şakil paşa İnci xanımı çağırdı. Səlim bəy İnci xanımı görən 
kimi  güldü.  Bunun  bu  gülməyi  paşaya  yaman  ağır  gəldi.  Paşa 
soruşdu: 
 
-Oğul, niyə güldün? Mənimi bəyənmədin, yoxsa qızımı? 
Səlim bəy dedi: 
-Paşa  sağ  olsun,  qızına  güldüm.  Sənsiz  mən  də  onu  bağda 
ikən Rasim üçün gözaltı eləmişəm, ancaq ondan ötrü güldüm. 
Qıznan  oğlanın  razılığını  biləndən  sonra  kef  məclisi  toya 
çevrildi.  Yeddi  gün,  yeddi  gecə  toy  çalındı.  Səkkizinci  axşam 
qızı  tapşırdılar  oğlana.  Vaxt  gəlib  araya  yatmaq  vaxtı  düşdü. 
Yatarkən Rasim qılıncı sıyırıb özüylə qızın arasına qoydu. Gecə 


 
 
160
düşdü,  səhər  açıldı.  Üstünüzə  xeyirliklə  açılsın  hər  vaxt 
səhərlər.Qızın anası qızından soruşdu: 
-Qızım,axşam Rasimlə necə yatdın? 
Qız gözlərinin yaşını töküb dərdini anasına danışdı və dedi: 
-Ana, yatan zaman Rasim qılıncı aramıza qoydu. 
Rasimin  bu  hərəkətindən  qızın  anası  pis  oldu.  Gedib  əri 
Şakil paşaya dedi: 
-Bəs, məsələ belədir. Rasim belə bir iş görüb.   
Şakil paşa Rasimi çağırdı və dedi: 
-Oğul, niyə yatanda qılıncı araya qoydun. Bəlkə qız xoşuna 
gəlmədi, ya..  Rasim paşaya cavab verdi: 
- Paşa əfəndim, qızına da, özünə də qurbanam, amma  mən 
qılınc zoru ilə gedirəm  əmim oğluna gəlin gətirməyə. Ona görə 
də  İnci  xanımla  o  gecə  bacı-qardaş  kimi  yatdıq.  Nə  vaxt  tanrı 
özü əcəldən macal verib sağ salamat qalsam, geri gələndə qızın 
mənimdi, qızını bax, onda aparacam. 
Rasim belə deyəndə Şakil paşa dedi: 
–  Oğul,  gəl  sən  qal,  İnci  xanımın  yanında.Səlim  bəy  Hin-
distana tək getsin.  Paşa belə deyəndə Rasim aldı sazın görək nə 
dedi:   
 
 
 
 
 
Şakil paşa, o nə sözdü, 
Səlim yalqız vara Hində. 
Qalam İnci xanımnan, 
Səlim yalqız vara Hində. 
 
Əmim duysa məndən küsər, 
 
Atam duysa məni asar. 
Bıçaq ürəyimə basar, 
 
Səlim yalqız vara Hində. 
 
 
 
 
 
 
 
Səlim məniynən qardaşdı, 
 
Hər bir səvgümdən o, başdı. 
Mən Rasimə arkadaşdı,   
 


 
 
161
Səlim yalqız vara Hində?! 
Rasim sözünü tamamladı. Sonra dilnən də dedi: 
-Paşa sağ olsun, qoymaram Səlim Hində tək gedə. 
 
Şakil  paşa  razılıq  verdi.  Rasimlə  Səlim  bəy  onlarla  halal-
laşıb Hind torpağına rəvan oldular. Az getdilər, çox getdilər, çox 
gedib az dincəldilər, az gedib çox dincəldilər. Dağlar aşdılar, də-
rələr  keçdilər,  günün  bir  günündə  gəlib  dərin  bir  dərəyə 
düşdülər.  Onların  qabağını  qəddar  bir  harami  kəsdi.  Rasim  bəy 
istədi ki,bir qılınc çəkə.Səlim bəy qoymadı.  
Dedi: 
 
-Olmaz,  Rasim,  qoy  əvvəlcə  sazla  deyim,əgər  qansa  lazım 
deyil, qanmasa sən bilərsən qılınc bilər.Aldı görək Səlim bəy nə 
dedi:   
 
 
 
Sevdəgərik Hində səfərimiz var, 
Bizdən uzaq dolan, hərami ərəb. 
Pirilərin quluyuq, gəl dəymə bizə, 
Bizdən uzaq dolan, hərami ərəb. 
 
Mərd igidsən kimsə gəlməz tay sənə, 
İkimizi qardaşlıq say sən, sənə. 
Əgər dəyərsənsə bizə – vay sənə,   
Bizdən uzaq dolan, harami əcəm.   
 
Nə küpləndin çıxdın sən də sol yandan, 
Xatanı satın al Səlim aslandan. 
Qılınc çalsam bölünərsən ortandan, 
Bizdən uzaq dolan, hərami ərəb. 
Hərami ərəb bunlara yoldaş olur. Hərami ərəb deyir: 
- Madam ki, siz qılınc zoruyla qız gətirməyə gedirsiniz, mən də 
oluram sizə yoldaş. Dostunuzla dost, düşməninizlə varam. 
 
Hərami ərəb onları götürüb öz mağarasına aparır,  yedirdib-
içirdir.  Az  gedib-üz  gedib,  dərə-təpə  düz  gedib;  dərələrdən  sel 
kimi, təpələrdən yel kimi, gəlib Hindistana çatdılar. Onlar orada 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə