Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə44/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   40   41   42   43   44   45   46   47   ...   99

 
 
170
Əməkdar arkadaş, Hərami Ərəb, 
Yasəmən, Gülbahar, Rasim, İnci xan. 
 
Qohum qardaşlara eyləyin xəbər, 
Yığılsın cəm olsun, türfə gözəllər. 
Qızıl taslarınnan əzilsin şəkər, 
Qəndinən içənnər etsin nuşican. 
 
   
 
 
 
 
 
Şükür olsun gördüm düzənnin xanam, 
Sevindi pədərim
1
, şad oldu anam. 
Səlim tək murada yetsin hər adam, 
Hər adam dövranın sürsün bir zaman. 
   
 
 
Dastanı söylədi: Aşıq Moysi Narıni 
Dastanı qələmə aldı: Şamil Şəfəqli 
Yazıya alınıb: Gürcüstan Respublikası,  
Dmanisi r-nu, Sarıgineti kəndi, 1995,  
İnstitutun arxivinə 1997 təqdim edildi 
İnstitutun arxivi,  
İnv. № 746 
   
 
 
 
 
 
 
 
 
                                                             
1
 pədər – ata 


 
 
171
PƏRİ-HÜRÜ 
 
Ustadlar belə nağıl eliyillər ki, bir vaxt Gürcüstan diyarının 
adı Başacıx olub. Bu diyar günəşli, çiçəkli  işıqlı  bir diyar olub. 
Bu diyarda müsəlmanlarla yanaşı qonşu xiristiyanlar da yaşayıb. 
Vilayətdə bir kişi yaşayırdı. Nə xan idi, nə ağa, nə də bəy. Onun 
adına  Qara dədə deyərdilər.  Adi sənətkar idi. Qılınc düzəldirdi. 
Onun qılıncına zaval yoxuydu. Hətta arvadlar alxış verəndə de-
yirdi:  “Qara  dədənin  qılıncı  kimi  bəxdin  kəsərli  olsun”.  Kim 
Qara  dədədən  qılınc  alsa  qurana  əl  basardı  ki,  mənim  aldığım 
qılınc yalnız düşmən başı kəsməlidi. Əgər and içməsələr acınnan 
ölsə  də  qılıncını  satmazdı.  İran,  Turan,  İrəvan  hamısı  onu  tanı-
yardı.  Eldə  çox  böyük  hörməti  var  idi.  Arvadı  lap  gənc  vaxtı 
uşaq üstə ölmüşdü. Nə qədər qohum, qardaş demişdi, Qara, ev-
lən Qara evlənməmişdi. Onun dini-imanı  bircə qızı  var  idi.  Adı 
Hürüydü.  Hürü  nə  mələklər  mələyidi,  nə  də  gözəllər  gözəli. 
Ancaq  elin-günün  hörmətini  qazanmış,  atasına  layiq  qız  idi. 
Onun suyu o qədər şirin idi ki, hamı ona bal Hürü deyirdi. Atası 
qızınnan  nəfəs  alırdı.  Onların  qonşusu  milliyyətcə  açar  idi.  O 
qonşunun  da  bir  oğlu  var  idi,  adına  Piri  deyirdilər.  Oğlan  elə 
yanıqlı tütək çalırdı ki, daha demə. Onu da hamı sevirdi. Atası-
nın dükanı var idi. Dükanın qabağında axşama qədər tütək çalar-
dı. Çaldığı havalar azərbaycanlıların havaları olardı. Atası gündə 
bir  yol  qızını  həmin  dükana  gətirərdi.  Ürəyi  istəyənnən  alardı. 
Bu səhər yenə ata-bala gəldilər. Piri Hürünü görəndə elə bil huşu 
getdi, özünü zorla divara söykədi. Qız aldığını alıb çıxdı. Oğlan 
o günnən kəndin  bir şiş qayası  var  idi, onun düz  təpəsinə çıxıb 
gecə-gündüz  tütək  çalardı.  Yavaş-yavaş  kəndi  səs  bürümüşdü. 
“Piri  Hürüyə  aşiq  olub”.  Bir  gün  Hürü  özü  də  bilmədən  düz 
qayanın dibinə gəldi. Hürünün gəlişi oğlanı dəhşətə gətirdi. Tü-
təyi  elə  çaldı  göydə  quşlar  qanad  saldı.  Yoldan  gedən-gələn 
danışmırdı,  səssiz-səmirsiz  oğlanı  dinliyirdi.  Hürü  bilirdi  ki, 


 
 
172
oğlan onun dərdinnən çalır. Yenə özünü bilməməzliyə qoyurdu. 
Oğlan birdən başladı oxumağa. 
Ay ala gözlü yarım, 
Başına dönüm dolanım. 
Müsəlman olmasam da  
Dinimdən dinim-dinim. 
  
Ciyarım od alıbdı, 
Canıma od salıbdı, 
Bıçağım dad alıbdı, 
Doğruyur dilim-dilim 
 
Paşadı, xandı gedən, 
Neşdərsiz qandı gedən, 
İnsaf elə, candı gedən, 
Yaxın gəl gülüm-gülüm. 
Xəbər  ildırım  sürətinən  mahala  yayıldı.  Hamı  qayanın  di-
binə  toplaşmışdı.  Elə  bil  görülməmiş  iş  görürdülər.  Müsəlman 
arvadları üzlərini cırırdılar. Xəbər Qara dədəyə çatdı. Qara dədə-
nin  bir  şəyirdi  var  idi.  Adı  Musa  idi.  Qara  dədə  çəkici,  zindanı 
arıyıb  xeyli durdu. Sonra birdən elə  bil kişinin saçlarına, qaşla-
rına kipriyinə qar  yağdı. Musa  bunları gözüynən görürdü, ürəyi 
qubar elədi. Aldı görək nə dedi:  
Vur çəkici zindanına alışsın, 
Alovlandı canım yandı, ay dədə! 
Dərdini de, dərdlilərə danışım, 
Gələr-gedər bu dövrandı, ay dədə! 
 
Allah ona bəla verib bəladı,  
Şaxta vuruf, çovğunnu sazaxdadı. 
Qan-qan demə vallah bəxti qaradı, 
Dini ayrı müsəlmandı, ay dədə. 
 


 
 
173
O boranlı qar başına qurbanam, 
Gözdən axan al yaşına qurbanam. 
Bu ellərin dağ-daşına qurbanam, 
Nadan deyil, Musa candı, ay dədə. 
Qara dədə dedi: 
- Musa kürkümü geyindir. Gedək ölən günümdü. 
Musa  Qara  dədəni  geyindirdi,  qolunnan  tutdu  yavaş-yavaş 
getdilər.  Qara  dədə  özünün  qarşısına  məqsəd  qoymuşdu.  Çatan 
kimi Hürünün başını kəsməli idi. Qara dədə o yerdə özünə gəldi 
ki,  öz  həyətindədi.  Dəli  kimi  çığırdı.  Hürü  qız  tələsik  özünü 
yetirdi. Atasının gözlərində qan çanağını görəndə diz çöküb yal-
varmağa  başladı. Dədə, sənə qurban olum,  vallah  mənim güna-
hım  yoxdu.  Öldür  sənə  qurbanam,  ancaq  ad  çəkmə.  Mən  səni 
belə  görmək  istəmirəm.  Birdən  Qara  dədə  canını  dişinə  tutuf 
qılıncı  çəkdi. Vurmaq  istəyəndə qız havada tutdu, gileyli üzünə 
baxdı.  Sən  mənə  beləmi  söz  vermişdin.  Qara  dədə  dəli  kimi 
çığırdı  rədd  ol,  gözümün  qabağından.  Qız  başını  dədəsinin 
önündə əymişdi, saçları pərişan kürəyinə tökülmüşdü sanki, daşa 
dönmüşdü. Birdən ağlaya-ağlaya aldı görək nə dedi: 
Bu nə işdi dərdim aşıb başımnan, 
Aman qızım, məni zaval eyləmə. 
Gülməmişəm gülüm, əzəl yaşımnan 
Günü günnən dərdimi zor eyləmə. 
 
Xəbər çatar İravanın xanına 
Bir at minər çapar gələr yanına. 
İnsafa gəl bir od salma canıma, 
Aman qızım, günümü zor eyləmə. 
 
Nələr deyər, tənə edər el bizə, 
Molla Piri daş yağdırar Tiflisə. 
Bu ləkədi mənsəbmizə, dinimizə, 
Aman qızım, atanı xar eyləmə. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə