Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə45/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   41   42   43   44   45   46   47   48   ...   99

 
 
174
Hamı bu dərdə ağlıyardı. Bir an bundan əvvəl Hürüyə nifrət 
eliyənnərin  ürəyinə  insaf  gəlmişdi.  Hamı  pərişan  idi.  Hürü  özü 
yaxşı bilirdi ki, hər şeyə dözməlidi. Aldı görək nə dedi: 
Canım ata, gözüm ata, imdat et, 
Məni belə qaralama amandı. 
Dərdim-sərim başdan aşıb onsuz da, 
Ürəyimi paralama, amandı. 
 
Baş götürüb bu diyardan gedərəm, 
Görünmüyüf ilim-ilim itərəm. 
Bənövşəyəm, kol dibində bitərəm, 
Yaralıyam, yaralama amandı. 
 
Ağa durar, paşa gələr, xan gedər, 
Qan tökülər, qanlar axar, qan gedər, 
Ürək qalar, getsə quru can gedər, 
Canı cannan aralama, amandı. 
Söz tamama  yetdi, ata-bala ağlaya-ağlaya  meydanda qaldı-
lar.  Elin  dəliqanlı  cavanları  axşaç  Qara  dədənin  yanına  gəldilər 
ki,  icazə  ver  onu  biz  tikə-tikə  doğruyaq.  O  bilmir  ki,  heç  vaxt 
müsəlman qızı xiristiyana ərə gedə bilməz. Qara dədə yaşının bu 
vaxtında  qan  tökdürmək  istəmirdi,  ona  görə  də  icazə  vermədi. 
Cavannar  küsüb  getdilər.  Qara  dədə  düz  qırx  gün  evdən  bayıra 
çıxmadı.  Hamı  ona  minnətə  gəldilər  ki,  işinə  qayıt.  Hürü  gün-
nən-günə saralırdı. 
Bir gün atasının Qarsda yaşayan dostu gəlmişdi. Qız onlara 
çörək  düzəldirdi.  Gəldi  ki,  süfrəni  sala,  gördü  atasınnan  dostu 
onnan danışır. Deyir ver ya Türkə, ya İrana, ya da Bağdada, birinə 
unudub  gedər,  sən  də  eşidərsən  balan  sağ-salamatdı,  yarıyıb, 
yaşayır.  Heç  olmasa  öləndə  rahat  öləsən.  Hürü  heç  nə  demədi. 
Qonağın  çörəyini  verib  abı  leysan  kimi  gözlərinnən  yaş  axırdı. 
Ona ayrılıq, vətənnən didərginnik ölümdən ağır gəlirdi. Qara dədə 
qonağını  yola  salıb  evə  döndü.  Gördü  Hürü  bir  haldadı  himə 


 
 
175
bənddi,  dindirsən  qan  ağlıyar.  Ehmallıca  ona  yaxınlaşdı,  başını 
sinəsinə  qoyub  ağladı.  Haradan  əsdi  bu  qara  külək,  balam.  Bizə 
tanrı nə bəla gətirdi. Hürü saşlarını saz eyləyib aldı görək nə dedi: 
Qara dədə, yalvarıram qan demə, 
Qulam qurban eylə obama məni. 
İranlıya, Türkə, Bağdada vermə 
At yanım qış günü sobana məni. 
 
Sovrulub, sovurub yelə verincə,  
Yazda su daşınca selə verincə, 
Bağdad xəlifəsinə ərə verincə, 
Ver qalım yurdumda çobana məni. 
 
Ağsaq dovşan kimi tarlada qalım, 
Saxla məhbus kimi qalada qalım, 
Qıyma ömrü boyu qarada qalım, 
At yesin zığlıqda qabana məni. 
Söz tamama yetdi. Hürü söznən də dedi: 
– Dədə, sənə qurban olum, məni qərib eyləmə. Qürbət öldü-
rər məni. 
Bunlar burada qalmaqda olsun, sizə kimnən deyim Piridən. 
Piri  günü-gündən  havalanırdı.  Atası,  anası  qohumu  nə  qədər 
eyləyirdi  Piri  dediyinnən  dönmürdü.  Öləcəm  Hürünü  alacam. 
Molla, keşiş, loğman ona əlac edə bilmirdilər. Bu yannan da iki 
nəsil, iki millət arasında ədavət başlayırdı. Hürü məəttəl qalmış-
dı.  Suya  düşəndə  su  aparırdı,  oda  düşəndə  od  yandırırdı.  Hürü 
fikirrəşdi ki, qoy mən onu gedib bir yaxşı başa salım ki, olası iş 
deyil.  Əgər  doğurdan  da  məni  sevirsənsə  əl  çək  bu  niyyətdən. 
Piri  yenə  şiş  qayanın  tən  ortasında  oturub  yana-yana  tütək 
çalırdı.  Hürü  qayanın  yanına  gəldi.  O  tərəfə  bu  tərəfə  boylanıb 
heç kəsi görməyəndə özünü oğlanın yanına yetirdi. Oğlan yerin-
nən  dik  atılıb  Hürünün  ayaqlarına  düşdü.  Başladı  yalvarmağa, 
Hürü onu başa saldı ki, çəkdikləri  əbəsdi. Bu  iş  baştutası deyil. 


 
 
176
Burda  millət  məsələsi  var.  Hürü  dedi:  mən  məzardaşımda  elin 
töhmətində qoya bilmərəm. Piri aldı görək nə dedi: 
Qaşların mildi Hürü, 
Yanağın güldü Hürü, 
Dinimiz ayrıdısa  
Dilimiz birdi Hürü. 
Qaşın hilaldı Hürü, 
Dodağın baldı Hürü. 
Kipriyini yavaş çax,  
Canımı aldı Hürü. 
 
Qaşın qaradı Hürü, 
Gözün aladı Hürü, 
İnsaf et gəl cəm olax, 
Məni taladı Hürü. 
Səndəki bir cüt məmə 
Dərdə dərmandı Hürü. 
Hürü  gördü  ki,  nə  qədər  desə  də  oğlan  öz  dediyinnən 
dönmür. Ona görə naəlac yana-y


 
 
177
Hürü dedi mənim sənnən axır görüşümdü. Mənnən əlini üz. 
Gəl  iki  millət  arasında  qan  salma,  axırı  pis  olar.  Mənə  yazığın 
gəlsin. Bil sənin həsrətinnən ölərəm, ancaq bu bədnam adı üstü-
mə  götürə  bilmərəm.  Əl  çək  inadınnan.  Elə  bil  Pirini  alov 
bürüdü. Aldı görək nə dedi: 
Gəlmişəm hüzuruna qalarım, 
Ya at o dəryaya, ya saxla məni. 
Demirəm ki, sən anama gəlin ol, 
Yara tək sinənə yaz, ağla məni. 
 
İgidin sərvəti bil etibardı, 
Ən uca dağların zirvəsi qardı. 
Xaliqimin özü bu dərdə saldı, 
Basıb yar köksünə köz, ağla məni. 
 
Canım viranxana, məkanım yoxdu, 
Təbibim ki sənsən, dərmanım yoxdu. 
Əlimdə möhürlü fərmanım yoxdu, 
Verdir fərmanımı, yüz ağla məni. 
Hürü gördü kü, bu bir dəhşətdi. Onnan əl çəkən deyil. Dədəsi 
də Hürüdən üz çevirir. Ona görə başına belə bir ağıl gəlir. Çıxıb 
evdən getsin. Piriynən hallaşıb ayrıldı. Qayanın başınnan düşəndə 
Hürü sürüşdü. Piri əlini dəsmalına büküb ona uzatdı. Dedi: 
- Hürü, əlim sənə dəyməsin vücudum yanar, həm də günaha 
bataram. Hürü gördü kü, Pirinin də onu xar eləmək fikri yoxdu. 
Bu sevda  haqdan gəlib, Haqqın özü də qurtarmalıdır. Ona görə 
Hürü evə gəldi. Əynini dəyişib oğlan paltarı geyinib yola rəvan 
oldu. O, Piriyə demədi ki, mən bu mahaldan gedirəm. Qara dədə 
evə axşam dönəndə Hürünü evdə görmədi. Həyat bacanı axtardı 
tapmadı.  Kişinin  ürəyi  az  qalırdı  partlasın  birdən  taxçanın 
üstündə gözü bu naməyə sataşdı: 
Qara dədə, Allah amanında qal, 
Mən gedirəm, ağla bəxti qarana. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə