Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə48/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   44   45   46   47   48   49   50   51   ...   99

 
 
186
Hürü bülbülə dönmüşdü. Dərd adamı dəli yox, zay eyliyər. 
Sazı  çala-çala  meydanı  dolandı.  Aldı  görək  dərdini  cəmi  xalqa 
necə bəyan eylədi: 
Aşıq qardaş, mənim müşkül halımı 
Nağıl eylə sal dastana, de gəlsin. 
Özüm zənən, əynimdə yad libası, 
Qürbət eldə gəldim cana de gəlsin. 
Bütün  məclisin  camaatı  heyrət  içində  qalmışdı.  Aşıq  dövr 
eliyif gəlib durdu tən ortada. Aşıq: 
Vətən oğlu, vətən qızı vətənnən, 
Kimlər saldı səni cuda, de gəlsin? 
Qara dədə mərdə satdı qılıncı 
Səni kimlər saldı oda, de gəlsin. 
 
Hürü: 
Mənim atam ərənlərin əriydi, 
Meydanında əyilməyən nəriydi. 
Köhnə hədəm başı idi, eliydi 
Belə qaldım yana-yana, de gəlsin. 
 
Aşıq: 
Bir sərsəri nələr çəkdi əlinnən, 
Kam almadı müşküəmbər telinnən, 
Mən bilirəm niyə çıxdın elinnən, 
Ömrün getdi niyə bada, de gəlsin. 
 
Hürü: 
De axarmı Sərf dərənin selləri, 
Açılıbmı yurd yerinn gülləri? 
Kaş gəzəydim biçənəkli çölləri, 
Dönəm sultan Süleymana, de gəlsin. 
 
Aşıq: 
Atan-anan məzarlıqda uylayır, 
Fələk dərdi dərdlilərə paylayır. 


 
 
187
Bütün oba sənnən ötrü ağlayır 
Hardan tapdı səni qada, de gəlsin. 
Hamı yerbəyerdən əhsən dedi. Məclisin ağsaqqalı sual ver-
di  ki,  burda  bir  sirri  var.  Bizi  də  agah  elə.  Hürü  aşığın  dedi-
yinnən  duymuşdu  ku,  atası  ölüb.  Elə  bil  qədd-qaməti  yavaş-
yavaş  əyilirdi. O birdən əl atıb  başını açdı. Hamı  dəhşətə gəldi. 
Hürü  elə  bil  ömrünün  son  dəqiqələrini  yaşayırdı.  Hamı  onu 
tanımışdı, axı onun sevgi dastanı dillərdə əzbər idi. 
Hürü  gördü  kü,  onun  elinnən  gələn  aşıqlar  onu  üzük  qaşı 
kimi araya alıb. Aldı görək də dedi: 
Tərəfimnən ərz eyləyim dinləyin, 
Soruşana vətən baldı deyərsiz. 
Dizləri tutuldu bir beynəvanın  
Onunçun qürbətdə qaldı deyərsiz. 
 
Bir gözəlin sona yetdi xətası, 
Yaşayarmı ölüb bəy tək atası. 
O ellərin əsən badi-səbası, 
Bir qərib çiçəyi soldu deyərsiz. 
 
Bütün ömrü boyu qalada qalar, 
Özü də bilmiyən harada çalar? 
Təpədən dırnağa yardan çalan,  
Piriyə Hürünü öldü deyərsiz. 
Hürü  sözünü  sona  yetirib  ömrünü  sizə  tapşırdı.  Hamı  bu 
talesiz gözəli ağlıyırdı. 
 
 
Dastanı düzüb-qoşanlar: Aşıq Sona (80 yaşlı),  
Borçalı mahalı Beşkeçid rayonu, Hamamlı kəndi və 
şairə Səadət Buta – 1985 
Arxivə təqdim edəni: Şairə Səadət Buta 
1996 


 
 
188
QUL ƏHMƏD 
 
Sizə  hardan  xəbər  verim  Cam  şəhərinnən,  Cəmşid  şahın 
zamanınnan.  Bu  şəhərdə  Kərim  adında  kasıf  bir  kişi  yaşayırdı. 
Kərim  kişinin  varı-dövləti  bir  bircə  oğlu  varıydı.  Amba  min 
oğula baravar. Bir oğlanıydı, adı da Əhmədiydi. 
Bir  gün  Cəmşid  şahın  gəlver  (vergi)  yığannarı  Kərim 
kişinin  qapısını  kəsdilər.  Dedilər,  kişi,  bu  gün  şahın  anmbarına 
otuz put təmizdənmiş buğda təhvil verməlisən. Kərim kişi dedi, 
a  başına  dönüm,  mən  şahın  torpağınnan  havaxt  istifadə  elədim 
ki, indi də otuz put buğda tələb eliyirsiniz mənnən?! 
Vergi yığan dedi, kişi çox naqqallıx eləmə, tez ol taxılı bura 
çıxart görək. Kərim kişi dedi, heç bir kirvəngiyə də güjüm çatası 
döylü.  Vergi  yığan  baxdıkin  Kərim  taxılı  xoşduxnan  vermək 
istəmir. Yanında gətirdiyi fərraşa əmr eylədi: 
– Fərraş, tez bu məlunu unnan yumşax elə, qoy huşu başınnan 
getsin, onda baxar görər şahın əmrinə tabe olmamax nə deməkdi. 
Cavan fərraş təpiknən, şallaxnan Kərim kişiyi döydü, havl-
dan  saldı.  Bu  vaxt  Kərimin  qarısı  özünü  ərinin  üstünə  saldı, 
ağladı, sızdadı, vergi yığanı da, fərraşı da yamannadı. 
–  Ay  taxtınız  tarmar  olsun,  yazıq  qojuyu  niyə  öldürür-
sünüz? – dedi. 
Fərraş bu sözdən qəzəblə doldu, qarının başınnan bir elə təpik 
ilişdirdi  kin,  yazıx  beçərə  bir  göz  qırpımındaja  dünyasını  dəyişdi. 
Fərraş belə baxanda gördü kün Kərim kişi də o dünyalıx oluf. 
İndi sizə deyim Əhməddən. Əhməd onda özünü həyətə çat-
dırdı  kın,  atasının  da,  anasının  da  meyitdəri  ortalıxdadı,  vergi-
yığan fərraşdar da aradan çıxmax istiyirlər. Qonum-qonşular da 
bir  vay-şoyən  qopardıflarkin  gəl  görəsən.  Əhməd  çaşdığınnan 
vergi  yığannan  fərraşın  başını  tutuf  bir-birinə  elə  zərbnən 
toqqaşdırdı kin ikisinin kəlləsinnən bir kəllə hasil olmadı. Bular 
da belə cəhənnəmə vasil oldular. 


 
 
189
Şahlığa  xavar  çatdı,  gəldilər  leşdəri  də  apardılar.  Əhmədin 
də qollarını bir-birinə çatıf qavaxlarına qatdılar. 
Qonum-qonşu  Əhmədin  halına  ajıyıf  ağlaşdılar,  özünə  də 
dedilər  sən  ata-anayın  dəfni  sarıdan  narahat  getmə  biz  onu 
özümüz öz ölümüz kimi öz qaydasında torpağa təhvil verəjiyik. 
Sən çalış özünü şahın qannı çəngəsinnən bir təhər xilas selə. 
Bu  qannı  xavar  bütün  şəhər  əhlinə  yayıldı,  ürəyi  yanan 
nəkin kişi, zənən, ahıl, cahıl varıydı yığışıf Kərim kişiynən onun 
qoja qarısını layıxlı dəfn elədilər, şaha da, onun zülmkar cəllad-
larına da lənətdər yağdırdılar. Dəfn mərasimi başa çatannan son-
ra şah haramzada qırmızı geyinif taxta çıxdı. Əmr elədi Əhmədi 
hüzuruna gətirdilər.  Üzünü  vəzirə tutdu,  dedi  vəzir,  bu gün Kə-
rim  kişinin  bütün  nəsli  yer  üzünnən  silinməlidi.  Vəzir  dedi,  şa-
hım,  Kərim  kişi  bir  arvadıydı,  bir  özü,  bir  bu  oğulları.  İndi  ər-
arvad  bilirsən  ki,  döyülə-döyülə  öldürülüf.  Qalıf  oğulları  bu 
gördüyün Əhməd. Onu da mən belə məsləhət eliyərdim ki, gərək 
öldürmüyəsən. Mana belə gəler ki, cinayətkar adamın ən yüngül 
cəzası  ölümdü.  Bir  qılış  vurdun  başına  cəhənnəmə  vasil  oluf 
getdi.  Sənin  yerinə  olsam,  şahım,  onu  hər  gün  öldürüf  dirildə-
rəm. Şah dedi: vəzir, olma ağlın azalıf, zalım oğlu, ölüm bir dəfə 
olar, boynu vuruldu, öldü də getdi, daha onu nejə dirildəjəksən, 
heç bilirsənmi nədi dediyin? 
Vəzir dedi, şahım, mən o ölümnən demədim kin. Dediyim odu-
kun bunu qatax qulların arasına, hər gün əzab-əziyyət verək, günnən-
günə saralıf öləjək. Mən belə ölüm deyirəm. Şah vəzirin təklifini çox 
bəyəndi. Qullar ağasını çağıtdırdı hüzuruna. Dedi, apararsan bu vələ-
diznanın  boynuna  qul  xaltası  keçirif  harda  çətin,  ağır  iş  var,  ona 
verərsən.  Qoy  bir-iki  aya  canı  çıxsın.  Qullar  ağası  baş  üstə  deyif 
təzim elədi, baş üstə deyif Əhmədi də qavağına qatıf apardı. 
Qul ağası yolda gələ-gələ Əhmədin boyna-buxununa baxdı, 
gözəlliyinə,  pəhlivan cüssəsinə göz gəzdirdi.  Öz-özünə  fikirləş-
dikin bunnan deyəsən qul kimi işdiyən olmuyajax. Gəldilər qul-
ların  olacağına,  gejeyi  yatdılar,  üstünüzə  xeyir  savaxlar  açılsın, 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə