Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə49/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

 
 
190
savax açıldı, qul ağası Əhmədi çağırıf çox ağır işə göndərdi. Bir 
ay sərasər qul Əhmədi beləjə işdətdi. 
Bir  gün  şah  vəziri  çağırıf  dedi,  vəzir,  gedək  qullara  baş 
çəkək, görək təzə qulumuzun ölümünə çoxmu qalıf. 
Gəldilər, nə gördülər? Gördülər qul Əhməd əvvəlkinnən iki 
qat  artıx  yoğnuyufdu.  Tez  qullar  ağasına  qışqırıf  dedi,  zalım 
balası,  mən  bunu  bura  ölənətən  işdəməyə  göndərmişəm,  bə  bu 
nədi,  bukun  günü-gündən  kökləir.  Yoxsa,  bunu  işdətmirsən,  ya 
da  harda  yaxşı  yimək  var  buna  yidirdersən?  Qullar  ağası  baş 
təzim eliyif dedikin şah sağ olsun, onun görüf-götürdüyü gündə 
yarım arpa çörəyi, bir cəm də sudu, and olsun sənin cah-cəlalına 
bu dediyimnən savaya ona bir tikə də yemək verilmir. 
Nəsə,  şahın  ürəyində  bir  şübhə  qaldı,  amba  qullar  ağasına 
da heç bir şey demədi. Əl altan adam tayın elətdi ki, hər gün qul 
Əhmədin  yeyif-içməsinə  göz  qoysunnar,  görsünnər  ona  kim  nə 
verir  kin  gəlif  şahın  zindanında  bir  belə  kökəler.  Xülasə,  şah 
vəzirnən  çıxdı  getdi  saraya.  Qul  Əhməd  qullar  ağasının  yanına 
gəlif dedikin, ey kərəmli insan, gəl mana icazə ver qonşumuzda 
bir dostum var, ona bir məktub yazem, gedif öyümüzdən mənim 
sazımı götürüf gətirsin, onda baxarsınız saznan sizə nə kef verə-
rəm.  Qullar  ağası da  bular kimi quluydu,  intahası şahın gözünə 
yaxşı dəydiyinnən ona bu işi etivar eləmişdi. Bu qullar ağası öz-
özünə  fikirləşdikin  yazıx  qulların  belə  yaşamağı  başdan-başa 
qan  irindi,  odukun  qul  Əhməd  icazə  verdi.  Əhməd  tələsik  bir 
məktuf yazdı qonşularındakı dostuna sazını istədi. Təcili bir nə-
fər tapdılar. Qaça-qaça gedif qul Əhmədin sazını gətirdi. Saz gə-
lif çatan kimi qul Əhməd öz körpə balası kimi sazı oxşuya-oxşu-
ya  sinəsinə  basdı,  siminnən,  sinəsinnən,  qolunnan  öpə-öpə  zili-
ni-zil,  bəmini  bəm  elədi,  bir qədər qullara göz gəzdirdi.  Gördü-
kün hamı eləjə himə bənddi, hamının gözdəri doluf qul Əhmədi 
gözdüyürlər. Oydukun Əhməd üzünü bulara tutuf görək nə dedi: 


 
 
191
Firoyun
1
 ox atdı əriş-əlaya, 
Kəm oldu ol haqqa xudayam dedi. 
Zərrəcən qorxmaram var qəzəbinnən, 
Endir nə bəlan var burdayam dedi. 
Birinci bəndi deyif qurtarannan sonra qullar bir-birinin üzü-
nə  baxdı.  Qullar  ağası  dedi  görəsən  bu  zalım  oğlu  belə  sözdəri 
hardan biler? Qul Əhməd götürdü görək daha nə dedi: 
Şah da bizi kimi oluf anadan, 
İbrahim kəbeyi yapdı binadan. 
Biz islam yarandıx qallu-bəladan, 
Əli Zülfüqarnan yektayam, – dedi. 
 
Zülm içində qalmış biz niyə qulux, 
İxtiyar əldə yox, məlul-müşkülük. 
Hax nəzər yetirsə vəzir-vəkilik 
Əhməd də öyünnən cudayam,– dedi. 
Qul Əhməd sözünü tamama yetirdi. Üzünü qullara tutuf de-
di, qardaşdar, məni yandıran odu ki, biz hamımız anadan eyni cür 
doğulorux, heç kim anadan şah, vəzir, ya da cəllad doğulmor. Bə 
niyə bu  boyda adamlar bu  yaramaz şahın əlində zəlil olmalıyıx? 
Gəlin bizə divan tutanların qavağınnan qaçmıyax, hamımız ayağa 
durax, bu zülmkar şaha meydan oxuyax bu günnən sonra. 
Qul  Əhməd  burda  qullarınnan  sözdə,  söhbətdə  olsunnar, 
eşit cuğuldan. Atalar derkin cuğul nə ölmüyüf, nə də öləsidi. Bi-
ri öldümü savah beşi də onun yerində bitəsidi. Hardansa bir cu-
ğul  qul  Əhmədin  qullarnan  elədiyi  söhbəti  aparıf  Cəmşid  şahın 
oycuna qoydu. Cəmşid şah gənə də özünnən çıxdı, vəziri, vəkili 
çağırıf  bir  əncam  çəkməyi  tələb  elədi.  Tələbi  də  bu  oldukun 
təcili qul Əhmədin boynu vurulsun. Vəzir ayağa duruf baş əydi, 
dedi,  şah  sağ  olsun,  Əhmədi  qul  eləməmişdən  qavax  öldürə 
bilərdin,  amba  indi  öldürməyə  ixtiyarın  yoxdu.  Bütün  dünyada 
                                                             
1
 Firoyun – Firona işarədir. 


 
 
192
biavır olarıx,  deyəllər Cəmşid  şah gör nə günahkar şahdı ki,  öz 
qulunu  edam  elətdirer.  Gənə  də  çalışıf  onu  harda  ağır  iş  var, 
orya salmax lazımdı, bəlkə bu yolnan tələf oluf gedə. 
Şah  irazı  oldu.  Qullar  ağasını  gənə  də  yanına  çağırıf  möh-
kəm-möhkəm tapşırdı ki, o məluna heç dincdik, irahatdıx vermə, 
qoy yuxuya həsrət qalsın, çalış yeməyini də azalt.  
Bir  neçə  gün  keçmişdi.  Gənə  qullar  tərəfindən  gizlin  bir 
şikayət gəldikin, pəs şah sağ olsun, Qul Əhməd gənə də göylər-
nən əlləşir, fikri zikri qulları sənin üstünə qaldırmaxdı. 
Gənə  şah  əmir  verdi,  qul  Əhmədi  hüzuruna  gətirdilər.  Şah 
dedi: əyə dəyyus oğlu dəyyus, sən bir kəmtər qul ola-ola şahlığın 
işinə niyə qarışersan.  Neçə dəfədi  vəzirin,  vəkilin  məsləhətinnən 
səni cavannığına baxıf öldürtməmişəm. Bu dəfə heç kimin sözünə 
baxası  döyləm,  boğazına  qurğuşun  tökdürəjəm.  Belə  deyəndə 
vəzir  yavaşca  şaha  yaxınnaşdı,  qulağına  astadan  pıçıldadı.  Dedi, 
qibleyi aləm,  sənin onu öldürməyə gənə də  ixtiyarın  yoxdu.  Şah 
dedi,  vəzir,  sən  gənə  də  məni  dağa-daşa  salma.  Hökm  yerinə 
yetməlidi.  Üzünü  qul  Əhmədə  tutuf  dedi,  tez  ol  son  sözünü  de, 
vəsiyyətini elə. Qul Əhməd dedi, şahım, icazə ver sinəmə bir neçə 
xana söz gəlif, sazı alım deyim. Götürdü görək nə dedi: 
Zülm, zəncirini taxdın boynuma, 
Qoyufsan doyuncax nana
1
 həsrətəm. 
Mən də sənin kimi insan oğluyam 
Həqiqətə, azad cana həsrətəm. 
 
Xaltaynan qalmışam ömür tustağı, 
Sinəmə çəkifsən dağ üstdən dağı. 
Nə vaxt keçər zülmkarın çırağı, 
Arzum budu, o zamana həsrətəm. 
Bu  sözdən  sonra  şah  qəti  qərara  gəldikin  gərək  hökmən 
bunun boynunu vurduram. Götürdü qul Əhməd son bəndi: 
                                                             
1
 nan – çörək 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə