Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə52/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   48   49   50   51   52   53   54   55   ...   99

 
 
200
–  Nə  tez  unutdun  məni,  zalım  oğlu?  Hələ  bir  qulaq  as  gör 
nə deyirəm. Götürdü görək nə dedi: 
Ox atdın ömrümə, taxtı-tarımar, 
Getdi zülmün indi dövran mənimdi. 
Qoşunun tab etməz zərbi-zoruma, 
Alaram qisası meydan mənimdi. 
 
Tarix tamam oldu, döndü növrağın, 
İndi xəzan tutdu bu güllü bağın. 
Uçdu tacı-taxtın, söndü çırağın, 
Yanan çırax, qızıl şamdan mənimdi. 
 
Bütün qullar azad olsun dünyada, 
Polad qılınc cövlan etsin havada. 
Qul Əhməd də nərə çəksin davada, 
Ətrafı bürüyən ilan mənimdi. 
Qul  Əhməd  sözü  tamama  yetirdi,  ayağını  polad  üzəngiyə 
dirədi.  Bir  göz  qırpımında  atın  belinə  sıçradı.  Əlini  qılıncın 
dəstəsinə apardı, üzünü Cəmşid şaha tutuf dedi: 
– Məlun, çıxart tacı başınnan. Taca qılınc vurmax günahdı, 
öz əlinnən qoy vəzirin başına. 
Şah  əsə-əsə  tacı  başınnan  çıxartdı,  vəzirin  başına  qoydu. 
Tacı vəzirin başına qoydu, sonra Cəmşid şah başdadı ağlamağa. 
Qul Əhməd soruşdu: 
– Əyə, məlun, niyə ağlıyırsan, kişi döyülsən? 
Şah cavaf verdi: 
– Ölməyə ağlameram, ona ağleram ki. səksən min qoşunu olan 
bir şah sənin kimi yetim bir oğlanın əlində ölümə məhkum olur.  
Qul Əhməd qeyzə gəldi, dedi: 
– Ay haramzada, səni mən öldürmərəm,  səni pis əməllərin, 
zülmün-sitəmin öldürör, səni tarıx öldürör. 
Bunu  deyif  şahın  kəlləsinnə  elə  bir  qılınc  vurdu  ku,  şahın 
şaqqa  olmuş  bədəninin  hərəsini  şəhərin  bir  başınnan  asdılar. 
Cəmşid şahın meyidini qurd-quş didişdirif axırına çıxdı. 


 
 
201
Qul Əhməd ata-anasının qəbri üstə gəldi, dua oxudu, «rahat 
yatın, atam-anam, qisasınızı zalım şahdan aldım» – dedi. 
Qul Əhməd qəbristannan birbaşa saraya gəldi. Qulları azad 
elədi, vəziri şah təyin elədi, özü də qoşun başçısı oldu.  
Şaddıx  məclisi  quruldu.  Pərzadnan  Qul  Əhmədin  diləkləri 
hasil  oldu.  Hamınızın  diləyiniz  hasil  olsun.  Əhməd  bütün  qul-
ları,  qaravaşdarı  topladı,  üç  Telli  sazı  sinəsinə  müstəkəm  eliyif 
görək nə dedi: 
Çox şükür Xudanın bir varlığına, 
Mən ki muradıma çatdım, qardaşlar. 
Zülmkarı öz qanına boyadım, 
Arzu-murazıma yetdim, qardaşlar. 
 
Zülmdə, zəncirdə mən bir qul oldum, 
Yandım, yandım o zülmətdə kül oldum. 
Təzə açdım, bir növrəstə gül oldum, 
Babamın yurdunda bitdim, qardaşlar. 
 
Qul Əhmədəm, qurtarmışam möhnətdən, 
Sandım ki, içmişəm abi-həyatdan. 
Dolanıban keçdim bağı-cənnətdən, 
Şeyda bülbül kimi ötdüm, qardaşlar. 
Söz tamama yetdi, sərkərdə Əhmədi çox alqışdadılar. Bütün 
məclis şadyanalığa qərq oldu. Hamı azad olmuşdu. 
Şadyanalığın  bu  yerində  bir  elçi  gəlif  xəbər  verdi  ki, 
deməzsənmi, qırx nəfər atdı məclisə təşrif gətirmək istəyir. 
Əhməd sərkərdə izin verdi. bir də gördü gələn Həbəş şahıdı, 
başında da qırx atdı. 
Əhməd  əvvəlcə  istədi  ki,  qoşuna  əmr  eləsin  qovalasınnar, 
sonra fikrinnən daşındı, dedi, qoy gəlsinnər, qonağı qovmazdar. 
Həbəş şahı məclisə daxil oldu, yeyif-içmək məclisi təzədən 
başdadı.  Heç  kimin  də  heç  nədən  xəbəri  yoxuydu  ki,  bu  burya 
nəyə gəlif? 


 
 
202
Badələr  doldu,  təzə  şah  Həbəş  şahının  sağlığına  badə  qal-
dırmağı təklif elədi. Hamı içdi, təkcə Əhməddən başqa. 
Həbəş şah dedi: 
–  Oğul,  bil  və  agah  ol.  Sənin  bu  torpaxdan  götürüf  aparan 
da,  səni  quyunun  divinə  saldıran  da,  quyuya  iki  ilanı  göndərən 
də, səni quyudan xilas eliyən də mənəm. Qoy hamı bilsin, quyu-
ya sallanan ağ ilan sənin sevgilin Pərzaddı ki,  bu gün qoşa otu-
rufsunuz. Qara ilan onun qardaşı Gümrah baladı, o da mənimdi, 
sənin  yaxşı  oğlan  olmağını  gördüm,  mən  sana  bu  köməyi  elə-
dim.  İndi  mən  bu  sarayda  yığışannarın  hamısının  sağlığına  nuş 
eləmək istiyirəm. Qoy bu azad olmuş qulların sağlığı olsun, təzə 
seçdiyiniz  şahın,  vəzirin,  vəkilin  sağlığı  olsun.  Bir  də  mənim 
balalarım, sizin sağlığınız olsun, bir-birinizi sevin, haqqı-ədaləti 
tapdıyannarnan barışmaz olun. 
Məsələ  aydın  oldu,  təzədən  öpüşmək-görüşmək,  şaddıx-
şadyanalıx, hara çatar. 
Beləcə Qul Əhməd – Əhməd sərkərdə kimi əmr elədi, Pər-
zad  xanımnan  ömr  sürdü,  oğullu-uşaxlı,  nəvəli,  nəticəli  günnər 
keçirdilər. Aşıq bu dastanı bir bayatıynan belə tamamladı: 
Mən aşığam, nə qaldı, 
Nə qovğadı, nə qaldı? 
Yaxşı, sana irəhmət, 
Yaman, sənə nə qaldı? 
 
Söyləyən: Aşıq Alxan Qarayazılı (Ömərov) 
Yazıya alanı: Elxan Məmmədli 
Qarayazı eli, Kosalı kəndi 
noyabr, 1993 
 
 
 
 
 


 
 
203
YETİM OĞLU MƏHƏMMƏD 
 
Ustadnamə  
 
Dedim könlüm, içmə eşqin camını 
İçsən, dünya sənə dar olacaxdı. 
Nə zəhmətdən inci, nə də ki, dost ol 
Dost yolunda boran-qar olacaxdı. 
 
Unutma üqbanı, uyma dünyaya, 
Kəsb eylə özünə halaldan maya. 
Zinakar, haramxor yetişməz baya, 
Dosta xayın çıxan kor olacaxdı. 
 
Ələsgər, bilmədin dünyanın sirrin, 
Zülmətə işıx var, acıya şirin. 
Gen gündə harayla mərdlərin pirin, 
Dar günündə sənə yar olacaxdı. 
Ustadlar  ustadnaməni  bir  yox,  iki  deyər,  biz  də  deyək  iki 
olsun, düşmənin rəngi kül kimi solsun: 
Bir mənzilə varanmasan başatan, 
Ya sən onda karvan olsan nə fayda, 
Bir dilbərin məqamına qonmamış, 
Xəyalına heyran olsan nə fayda. 
 
El içində şirin dilin olmasa, 
Bülbülə layiqli gülün olmasa. 
Əsli mərifətdə əlin olmasa, 
Dava ilən Sultan olsan nə fayda. 
 
Ey Summanı, yaradan zikr elə, 
Gecə-gündüz həmd eləyib şükr elə. 
Hər bir işi əvvəlindən fikr elə, 
Sonra dönüb peşman olsan nə fayda. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə